logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 20 noyabr 2013

avatar

Adnan Oktar

İman üzün fiziki olaraq dəyişikliyinə səbəb olur. Normal halda vücud dəyişmir. Bunda bir qeyri-adilik vardır. Yəni iman insan üzündə fiziki dəyişikliyə səbəb olur. İnsanın imanlı olub olmaması ilk olaraq üzündən bilinir. Deməli, iman hüceyrələr tərəfindən tanınır.
A9 TV; 20 noyabr 2013
1053
avatar

Adnan Oktar

İslam aləminin bir lideri olmalıdır. Yüz min ağıldan yüz min qarşıdurma, savaş, yüz min ayrı fikir, ziddiyyət çıxır. Tək bir ağılda nə ziddiyyət olar, nə qarşıdurma olar, nə fitnə olar, nə də döyüş olar. Heç bir şey olmaz.
A9 TV; 19 noyabr 2013
avatar

Adnan Oktar

Dövlətimizin siyasi şüura, dərin imana, Quran əxlaqına sahib, darvinizmin, materializmin etibarsızlığını yaxşı bilən, böyük Türkiyəni hədəfə alan, İslam Birliyini hədəfə alan, yəni hədəfi Türk-İslam Birliyi olan, ehtiraslı, qərarlı, ölümdən qorxmayan, sülh istəyən, elmi, sənəti ən gözəl şəkildə müdafiə edən gənclər yetişdirməsi lazımdır.
A9 TV; 19 noyabr 2013
avatar

Adnan Oktar

Təlim keçməyən insanlarda vəhşiliyə, yandırıb-yıxmağa qarşı bir meyl olur. Yandırıb-yıxmaq, haqqı inkar etmək, dinsiz olmaq çox asandır. Amma dindar olmaq, gözəl əxlaqlı olmaq ağıl, iradə, səbir, fədakarlıq tələb edir. Bu isə asan deyil. Ona görə də, kommunist düşüncə çox tez inkişaf edər.
A9 TV; 17 noyabr 2013
avatar

Adnan Oktar

Mehdiyyətin xüsusiyyəti, güclü inanc sistemi üzərinə qurulmasıdır. Yıxılmamasının da səbəbi budur. Güclü bir iman zəmini üzərinə siyasət qurmaq lazımdır. Unutmamaq lazımdır ki, güclü siyasi manevrin heç bir dəyəri yoxdur. Güclü siyasi manevrlər üzərinə qurulmuş sistemlər mütləq yıxılar, müvəffəqiyyətsiz olar. Bunu unutmaq olmaz.
A9 TV; 17 noyabr 2013
avatar

Adnan Oktar

Türkiyənin və bölgələrinin otuz il sonrasını düşünərək ona uyğun plan qurulması lazımdır. Bu sistem güclü inanc üzərinə qurulmasa, müvəffəqiyyətli siyasi manevrlər üzərinə qurulsa, müvəffəqiyyətli siyasi manevrlər bir müddət sonra tam tərsinə dönə bilər.
A9 TV; 17 noyabr 2013
avatar

Adnan Oktar

Mehdi (ə.s) dövründə Kəbənin altında axtarış aparılacaq. Kəbənin altında on min il, on beş min il, iyirmi min il bundan əvvəlki dövrə aid məlumatlar, qalıqlar tapılacaq. O dövrdəki insanların da tək Allah inancına sahib olduqlarını görəcəyik.
A9 TV; 15 noyabr 2013
avatar

Adnan Oktar

Mehdi (ə.s) dünyaya azadlığı, sevinci, təhlükəsizliyi, kiminsə kimsədən qorxmadığı, yalnız Allahdan qorxulan sistemi təqdim edəcək.
A9 TV; 15 noyabr 2013
avatar

Adnan Oktar

Kürd olmaq qürurdur, gözəllikdir. Kürd qardaşlarımız əxlaqlı, şəxsiyyətli, səmimi, təvazökar, qonaqpərvər, dindar olduqları üçün göz bəbəyimizdir.
A9 TV; 15 noyabr 2013
avatar

Adnan Oktar

Hz. Yusuf (ə.s) tək başına idi. Allah onu bütün o bölgəyə sultan etmişdi. Zülqərneyn də tək başına idi, Allah onun ətrafını çoxaltdı və qısa müddət ərzində dünya hakimi etdi. Süleyman (ə.s) də tək başına idi, qısa müddətdə dünyaya hakim oldu. Çünki həqiqi iman edənlər idi. Həqiqətən inanır, çox imanlıdır. Ona görə də Tövratda da Allah: "Həqiqi iman etmiş 10 nəfər olsa İslamı dünyaya hakim edəcəyəm" deyir.
A9 TV; 15 noyabr 2013
avatar

Adnan Oktar

Allah təkcə hz. Mehdi (ə.s)-ı deyil, tələbələrini də onunla birlikdə göndərir. İnsanlar Allahın hz. Mehdi (ə.s)-ı tək göndərəcəyini zənn edirlər. Amma elə deyil. Allah hz. Mehdi (ə.s)-ı 313 nəfər tələbəsi ilə birlikdə göndərir.
A9 TV; 15 noyabr 2013
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) çox əziyyət çəkəcək, təzyiq altına düşəcək. Mehdi olmaq səbəblərindən biri də budur.
A9 TV; 14 noyabr 2013
avatar

Adnan Oktar

İslam əxlaqının dünyaya hakim olmasını könüldən, səmimi qəlbdən istəyən 10 nəfər adam olsa belə-amma sevgi ilə, qəlbən istəyəcək- Allah bu 10 nəfərlə İslamı dünyaya hakim edər, inşaAllah.
A9 TV; 14 noyabr 2013
avatar

Adnan Oktar

Kişilərin qadınlar üzərindəki müdaxiləsi aradan qalxmalıdır. Həqiqətən də bu, çox utandırıcı bir şeydir. Yüz ilin eyibidir. İnsanlar bu bəladan qurtulmalıdırlar. Xanımlar yetərincə azad olmalıdırlar. İstədikləri kimi geyinəcək, danışacaq, gəzəcək.
A9 TV; 14 noyabr 2013
avatar

Adnan Oktar

Mehdi (ə.s) dövründə hər şey yeni, sürətli, mükəmməl olacaq.
A9 TV; 12 noyabr 2013
avatar

Adnan Oktar

Tövratda gələcəyə aid məlumatlar və şəxslərin adları ilə əlaqədar böyük bir kod-şifrə sistemi var.
A9 TV; 12 noyabr 2013
avatar

Adnan Oktar

Tabutu-Səkinə çıxarılıb, Mehdi (ə.s)-ın önünə gətirilib qoyulacaq. İman edənlər bunu görəndə Allah eşqi ilə sərxoş kimi olacaqlar.
A9 TV; 12 noyabr 2013
avatar

Adnan Oktar

Mehdi (ə.s) dövründə mal-mülk inanılmaz dərəcədə bol olacaq. Mal yığılmayacaq, davamlı insanlara paylanacaq.
A9 TV; 12 noyabr 2013
avatar

Adnan Oktar

Mehdi (ə.s) dövründə yer üzü ədalətlə dolacaq.
A9 TV; 12 noyabr 2013
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyinə görə “Mehdi (ə.s) müsəlmanlara, onlardan qarət edilmiş hər şeyi geri qaytaracaq”.
A9 TV; 12 noyabr 2013
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyinə görə “Mehdi (ə.s) bütün xurafatları aradan qaldıracaq”.
A9 TV; 12 noyabr 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bədən imanı tanıyır. Bədən və hüceyrələr imanı sevir. Hüceyrələr imanla xoşbəxt olar və haqqı ilə yaşamağa başlayar, sağlam yaşayar. Yəni xəstə olmaz. Əksinə olduqda isə xəstə olar. Sitatlar
İmana önəm verməyib ticarətə, pula, mənfəətinə önəm verdikdə iman unudular, iman zəifliyi yaranar. Bu zaman da həmin adam üçün nə İslam Birliyi, nə Mehdi (ə.s)-ın çıxışı, nə də İsa Məsih (ə.s)-ın gəlişi əhəmiyyətli olar. Sitatlar
Allaha dua et: "Ya Rəbbi, imanımı gücləndir. Sənə olan sevgimi artır" de. Elmi məlumat alarkən, öyrənərkən sıxılma, yorulma. Sitatlar
İnsan Allahın sənətindən yorulmaz. Allahın sənəti eşqlə araşdırılmalıdır. Necə ki, çiçəyini, pişiyi, gözəl bir uşağı necə eşqlə araşdırır, sevirsinizsə Allahın sənəti olan hüceyrəni də eşqlə araşdırmalısız. Sitatlar
İnsanlar, hüceyrəni, xromosomları, vakuolları, sitoplazmanı yorulmadan və diqqətlə araşdırmalıdırlar. Çünki Allah bizim xoşumuza gəlsin deyə Allahın yaradılış sənətini görək deyə yeri, göyləri və onlar arasındakıları yaratmışdır. Sitatlar
Ev söhbətlərində dua etmək çox əhəmiyyətli bir məsələdir. Bir qardaşımızın dua etməsi, digərlərinin də ''Amin'' demələri lazımdır. Hər gün ya bizim kitablardan, ya da Qurandan ayə oxuyub, iman həqiqəti izah edib bunu yeniləmək lazımdır. Sitatlar
Mehdi (ə.s) Allaha inandırmağın, Allahı sevdirməyin sənətini biləcək. Bu nədir; Quran möcüzələrini, iman həqiqətlərini, Peyğəmbər (s.ə.v)-in möcüzələrini, maddədəki möcüzələri izah edəcək və insanların hidayətinə vəsilə olacaq. Sitatlar
Dünyadakı ən vacib qida, imandan qaynaqlanan sevgidir. Olmadımı bitdi. İstədiyin qədər körpü sal, yol sal, binalar tik. Məsələn, Nyu York çox zəngindir, amma hər gün bir adam özünü öldürür. Hər yerdə intiharlar olur, insanlar narkotikdən istifadə edir. Sitatlar
Peyğəmbərlərin və vəlilərin imanı çox güclü olur. Çünki çox yaxşı mühakimə etmə qabiliyyətləri olur. Allahın varlığının dəlillərini yaxşı düşünürlər, qavrayırlar. Bəzi insanların zehni dağınıq olur, beynində imanını ələ ala bilmir, imanı zəif olur. Sitatlar
Kini, əsəbi imanla aradan qaldırmaq lazımdır. Qurana tabe olan müsəlman hər şeyə məqbul, ağılla baxar. Bir insana əsəbləşmək yerinə onu qazanmağı əsas götürər. Sitatlar
İmansızlıq dünyanı cənginə almışkən İslama ən gözəl xidmətlərdən biri, iman həqiqətlərinin izah edilməsidir. Sitatlar
İnsan ancaq imanla gözəlləşə bilər. İman bir nurdur, işıq yaradar. İnsan imanla möhtəşəm bir varlığa çevrilər. Sitatlar
Hadisələrə tam siyasət gözü ilə deyil, iman gözü ilə baxmaq lazımdır. Bütün “dərin dövlətlərə”, insanlara və hadisələrə hakim olan Allahdır. Hadisələrin ledün cəhətlərini yaxşı görmək lazımdır. Sitatlar
Ən çox savab imanını artıraraq qazanılır. Yəni əgər sən savabının artmasını istəyirsənsə, səmimiyyətini çox artırmalısan, çox-çox savab qazanarsan. Səmimiyyətə bağlı olaraq imanını çox artırsan ondan da çox savab qazanarsan. Ən çox savab buradadır. Sitatlar
Qəlbən Allaha yaxınlaşmağın savabı çox böyükdür. Ən çox savab qazanmaq imanı artırmaqla, imanda səmimi olmaqla mümkündür. İnsan Allahı nə qədər çox sevsə o qədər çox savab qazanar. Sitatlar
Baş verən hər hansı qarışıq vəziyyətdə Amerikaya güvənmək böyük səhv olardı. İmanlı insanlar əsasdır. Sitatlar
İnsanlar qatı dinçiliklə iman etməz, amma müasirliklə iman edər. Sitatlar
Müsəlman özündən əmin olduğu kimi Allahdan əmin olacaq. Allah bütün müsəlmanlara hakkəl-yakin iman nəsib etsin. Sitatlar
Ürək sıxılsa, ağıl da sıxılar, onlar bir-birilə əlaqəlidir. Allah dayanmadan imanın inşirahını (fərahlanmasını) versin. İnşirah imandan qaynaqlanar. Deyir ki, açıq havaya getsəm, açılaram. Amma elə deyil, açıq havaya şeytanın da səninlə birlikdə gəlir. "Bir yemək yesəm, açılaram" deyir. Şeytanın da səninlə birlikdə yeyər. "Ürəklər ancaq Allahın zikri ilə rahatlıq tapar." Sitatlar
Axırzamanda ən mühüm məsələ iman məsələsidir. İmanlı insan sayının çox az olması axırzamanın xüsusiyyətidir. Sitatlar
İman zəif olsa, insan səhər qalxanda məhv olmuş kimi, narahatlıqla ayağa qalxar. Yuxuları, oyanmağı, yemək yeməyi bir bəladır, küçəyə çıxmağı bir bəladır. İman zəifliyini Allah göstərməsin, dünya cəhənnəmidir. Əzab içində yatar, əzab içində oyanarlar. Amma iman əhlinin hər anı cənnət kimidir. Sitatlar
İman, səhər oyananda ilk qarşılaşdığımız ən böyük həqiqət, həyatımızda da dayanmadan həyəcanını yaşadığımız ən böyük həqiqətdir. Sitatlar
İman, Quran məclisləri, mələklərin ən çox sevdiyi məclislərdir. Sitatlar
Allahın varlığını, birliyini, iman həqiqətlərini, Quran möcüzələrini izah etməlisən, Quran həqiqətlərini, xurafatçılığın etibarsızlığını izah etməlisən, belə olan halda PKK məqbul bir xəttə gəlir. Sitatlar
Dəccaliyyətə qarşı ancaq güclü imanla mübarizə apara bilərik. Bundan başqa yolla mübarizə aparılmaz. Çünki dəccal gecə-gündüz darvinist, materialist təhsillə özünü hazırlayıb gücləndirir. Biz də onlara qarşı Quran möcüzələri ilə, iman həqiqətləri ilə silahlanıb mübarizə apara bilərik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur