logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 14 may 2014

avatar

Adnan Oktar

İmanlısansa saf və səmimi olmalısan. Belə olduqda səni də saf və səmimi görən insanlar sevgi gözü ilə yanaşarlar.
A9 TV; 14 may 2014
1437
avatar

Adnan Oktar

Qadınlara qarşı şəfqət ruhu qadına qarşı sevgini artırar. Bəziləri qadına yalnız cinsi mənfəət kimi baxır. O zaman nifrət ruhu ilə yaxınlaşar. Şəfqət, mərhəmət və onu qoruma ruhu sevgini çox artırar. Onsuz da Quranda həmişə şəfqətdən bəhs edilir. Yəni mərhəmətlə qarışıq sevgi, qoruyucu sevgidən bəhs edilir.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

Mömin hər yerə nurla, imanla baxdığı üçün hər yer möminə aydınlıqdır. Allah hər yeri onun üçün aydınladar, cənnətə çevirər.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

Yas hörmət mənasındadır; nəzakət göstərmək, diqqət yetirmək, maraqlanmaq. Yoxsa üz-gözünü cırmaq, ağlamaq, kədərlənmək, dərd çəkmək, dağıtmaq, iztirab çəkmək deyil. Bunlar şirk olar.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

Mədənlərdə robot texnologiyasından istifadə edilməlidir, qəti şəkildə insanlardan istifadə etmək olmaz.
A9 TV; 13 may 2014
avatar

Adnan Oktar

Allah Türkiyəni bölmək istəyənlərin bəsir��tini, fərasətini bağlasın. Onları bütün bəlalara düçar etsin. Türkiyəni böldürmərik.
A9 TV; 13 may 2014
avatar

Adnan Oktar

Kilsə də, sinaqoq da, məscid də Allahın evidir. İstəyən istədiyi yerdə ibadət edə bilər. Allah bütün dünyanı bizə məscid etdi.
A9 TV; 13 may 2014
avatar

Adnan Oktar

Qatı dinçiliklə İslamofobiyanı inkişaf etdirdilər. Xurafatçılar bunu bacarır. Mehdiyyət olmasaydı xurafatçılar İslamı yer üzündən silmişdilər. İslamın dünyada qalmasının səbəbi mehdiyyətdir. Türkiyəni bölə bilməmələrinin səbəbi də mehdiyyətdir. Yoxsa Türkiyəni də yerlə-yeksan edəcəkdilər.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Bir insan Allah Qatına, cənnətə gedən bir insan üçün özünü döyürsə, ağlayırsa, üz-gözünü cırırsa bu Allahın yaratdığını bəyənməmək, Allaha üsyan etməkdir, haşa. Amma Allaha şükür edirsə, həmd edirsə, sevinc içində Allaha qovuşmanı, Allah ilə birləşməyi, cənnətə getməyi gözəl sayırsa bu, mömin xüsusiyyətidir. Əksi müşrik xüsusiyyətidir.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Ölən insanlardan sonra yas tutmaq Məkkə müşriklərinin adəti idi. Şumerlərdən, qədim yunanlardan qalma bütpərəst adətidir.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Din olmasa həyatın bir mənası yoxdur, Allah qorusun. Mən din üçün, Allah üçün yaşayıram. Hamımız eləyik, inşaAllah.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Din Yaxın Şərqin digər adıdır. Yaxın Şərqin ruhudur. Din olmadan Yaxın Şərq olmaz. Din olmadan həyat olmaz.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Birlik mehdiyyət ruhu ilə çox qəti olaraq əldə edilər. Hər kəs "birlik olaq" deyir. Kimsə əhəmiyyət vermir. İrqçilik, məzhəbçilik, bölgəçilik, hətta məhəlləçilik də yayılmışdır. Ona görə Peyğəmbərimiz (s.ə.v) bu bəlanı bildiyi üçün Mehdisini xüsusi olaraq vəzifələndirir.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Üç-beş il sonra Türkiyə də, dünya da tamam fərqli olacaq. Mehdiyyət sağlam və güclü quruluşu ilə addım-addım irəliləyir, əlhəmdülillah.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Allah gözəl əxlaqda xüsusi bir nur endirər. Əks halda Firon və yaxud Nəmrud kimi bir üz yaranar. Özünü Allaha təslim et, nur kimi ol.
A9 TV; 8 may 2014
avatar

Adnan Oktar

Risalə-i Nura insanın bir yolla qovuşması onun dünyasını çox açar. Onun üçün hər kəsdə, qardaş-bacılarımızın evlərində kiçik də olsa bir Risalə-i Nur risaləsi olmasında fayda vardır. Çünki orada səmimi bir dil, müsəlman dili vardır.
A9 TV; 8 may 2014
avatar

Adnan Oktar

Axırzamanda tank, top, İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi) heç biri qalmayacaq. Hamısı sənayedə istifadə ediləcəkdir. Mehdi (ə.s) dövründə silah yoxdur.
A9 TV; 2 may 2014
avatar

Adnan Oktar

Mehdi (ə.s) dövründə kimsə digərini linç etməz. Gözəllik sadəcə sevgi və səmimiyyətdir. Hər yerdə Allah qorxusu, Allah sevgisi olacaqdır. Əbəs yerə insanlar bir-birlərini incidirlər.
A9 TV; 2 may 2014
avatar

Adnan Oktar

Mehdi (ə.s) dövründə birisi digərinin başına bir şey atmaz. Buna görə bir dənə də olsun İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi) olmaz. İHMV-lərdən Axırzamanda, Mehdi (ə.s) dövründə bağ və bağçaların suvarılmasında istifadə ediləcəkdir.
A9 TV; 2 may 2014
avatar

Adnan Oktar

Mehdiyyət dövründə polis, İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi), qaz bombası olmaz. Nə üçün? Sevgi hakim olduğuna görə. İndi sevgi hakim deyil. Qorxu və şiddət hakimdir.
A9 TV; 2 may 2014
avatar

Adnan Oktar

Şeytan böyük bir orduya sahib oldu. Mehdi (ə.s)-ın ordusu çox kiçikdir. Amma görəcəksiniz, o kiçik ordu dəccalın ordusunu fikri mübarizədə yerlə-yeksan edəcəkdir. Şeytanın ordusu dəccalın ordusu deməkdir.
A9 TV; 2 may 2014
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Mehdi (ə.s) dövründə kimsə digərini linç etməz. Gözəllik sadəcə sevgi və səmimiyyətdir. Hər yerdə Allah qorxusu, Allah sevgisi olacaqdır. Əbəs yerə insanlar bir-birlərini incidirlər. Sitatlar
Səmimiyyət çox əhəmiyyətlidir. Ona görə əhəmiyyətlidir ki, qurtuluş yoludur. "Allah Qatında ən yaxşı olan, ən təqvalı olandır" deyir. Allah təqvalı olmağın əsas şərtinin səmimiyyət olduğunu qeyd edir. Sitatlar
Hz. Yusif (ə.s)-ın tankı, topu var idimi? Yox idi. Minlərlə tələbəsi var idimi? Yox idi. Pulu var idimi? Yox idi. Bəs nəyi var idi? Səmimiyyəti var idi. O dövrün Mehdisi idi. Allah onu qalib etdi. Allahın şərti nədir? Əziyyətə qarşı təvəkküllü, səbirli olmalı, ağrı-acıya səbirli olmalıdır. Yoxsa özünü əzab çəkirmiş kimi göstərməklə əzab-əziyyət çəkmədən belə bir nəticə meydana gəlmir. Sitatlar
Allah "səmimi olan qullarım xilas olar" deyir. Səmimiyyət nəzərdən qaçan mövzudur. Halbuki, Allah yalnız səmimiyyəti qurtuluş vəsiləsi olaraq göstərir. Çünki insan səmimidirsə onsuz da dinin tələb etdiyini tam yerinə yetirər, hər şeyi ən gözəl tərzdə edər. Sitatlar
Hər kəsi hidayətə çatdıracaq bir gücə sahib deyilsən. Allah hidayətə çatdırar. İzah etmə texnikan, mədəniyyətin, səmimiyyətin yetərlidirmi? Əgər çox səmimi olsan, təsirli olarsan. Sitatlar
Səmimi müsəlman olduqdan sonra təşvişə düşməyə ehtiyac yoxdur. Səmimi müsəlman hər zaman qalib olur. Tövratda Allah bütün dünyada yalnız on adam olsanız, kifayətdir deyir. Sitatlar
Səmimi olan hər kəslə dost olmaq olar. İnsanlar dürüst, səmimi olmalıdırlar. Yalan danışmamalıdırlar. Daxili ilə zahiri bir olmalıdır. Belə olan kəs nur kimi insandır. Sitatlar
Sən səmimiyyəti buraxsan əksiklik, çatışmazlıq da səni buraxmaz. Dürüst, səmimi olsan, əksiklik, çatışmamazlıq kimi görünən şeylərin doğru olduğunu, hər şeydə xeyir olduğunu görməyə başlayarsan. Sitatlar
Allah səmimi insana ağıl verər. Bu açıq olan bir şeydir. Həmişə bütün peyğəmbərlərin, gözəl insanların ağıllı olduğu məlumdur. Sitatlar
Allah insanın səmimiyyətini gördüyündə (qədərdə onsuz da bilir) ağlını daha da artırar. Səmimiyyətsiz olduğu halda isə ağlını alar və insan divanə olar, manyak kimi olar. Sitatlar
Bəzi müsəlmanlarda “yaşasın holdinqçilik” düşüncəsi hakimdir. Bəzilərinə görə isə müsəlmanlıq ağac əkmək, sənayeni inkişaf etdirməkdən ibarətdir. Sitatlar
Şübhəli, ürəyi qara, yaxşı niyyətli, dürüst olmayan, ürəyində fəsad olan, insanların yaxşılığını istəməyən, sevgiyə, məhəbbətə istək duymayan bir insanın bəsirətini, fərasətini Allah bağlayar. Hərəkətlərinin yerini bilməz. Baxışı, danışığı, məntiqi pozular. Allah yolunu bağlayar, bərəkətsizlik verər. Sitatlar
Allah ağılı anbaan yaradır. Ağıl davamlı axar. Ağıl beynin içində durmaz. İnsanlar  zənn edir ki, ağıl küp kimi mühafizə olur, elə bir şey yoxdur. Başın içi bomboşdur. Ağıl başa Allah tərəfindən çay kimi dayanmadan axar. Sitatlar
Əgər çox səmimi olsaq, Allahı eşqlə sevsək, onsuz da Mehdi (ə.s) tapılar. Sevgisizlikdən, səmimiyyətsizlikdən Mehdi (ə.s) tapılmır. Sitatlar
Ən çox savab imanını artıraraq qazanılır. Yəni əgər sən savabının artmasını istəyirsənsə, səmimiyyətini çox artırmalısan, çox-çox savab qazanarsan. Səmimiyyətə bağlı olaraq imanını çox artırsan ondan da çox savab qazanarsan. Ən çox savab buradadır. Sitatlar
Səmimi, yaxşı insanlar dünyada o qədər də çox deyil. Yaxşı, səmimi, sevgi dolu insanların bir-birini qoruması lazımdır. Əksinə, onların bir-birinin əleyhinə olması çox böyük sadəlövhlükdür. Sitatlar
Dua səmimi edilməlidir. Bunu xüsusi olaraq fikrini cəlb etməklə, səmimiyyət ruhu ilə əldə etmək lazımdır. Bir də çox uzun dua deyil, köklü, dərin və səmimi dua çox əhəmiyyətlidir. Səmimi olması lazımdır, inşaAllah. Sitatlar
Həqiqətən, əgər səmimi iman etsə, bir adam belə olsa, dünya hakimi olar. Məsələn, hz. Süleyman (ə.s) çox imanlı idi, Allah dünya hakimi etdi. Zülqərneyn (ə.s) tək idi, imanlı idi, Allah dünya hakimi etdi. Səbir, iman, səmimiyyət və dünyadan keçmək kifayətdir. Sitatlar
Səmimiyyətsiz din anlayışı insanların ağlını pozar. Sitatlar
Səmimiyyət , iman və ağıl dünyadakı ən böyük nemətlərdəndir. Sitatlar
Baxışlarındakı səmimiyyət də qadın üçün çox əhəmiyyətlidir. Məsələn, boş, mənasız sözlərlə darıxdırıcı səslə deyilən iltifat, qadın üçün təhqir sayıla, əsəbləşdirə bilər. Sitatlar
İnsanların çoxu şübhəli, kimi həddindən artıq utancaq, kimi içinə qapalı olur, kimisindən də baş çıxarmaq olmur. İNSAN TƏBİİ HALINDA ÇOX GÖZƏLDİR. İçi ilə çölü bir, səmimi, nə düşündüyünü aydın şəkildə ifadə edən olur. Amma təmkinsiz də olmağını, təbii ki, istəmirəm. İnsani, məqbul bir təmkin lazımdır. VƏHŞİ OLMAQ BİR QADINA YARAŞMAZ, BU QEYRİ-NORMAL BİR HƏRƏKƏTDİR. Sitatlar
Hamı Allahdan qeyd-şərtsiz iman istəməlidir. Allaha qarşı şübhəsi olan insan alçaq, rüsvay olar. Axirətdə çox utanar. Bu insan üçün çox alçaldıcı şeydir. Allahı saf, səmimi imanla sevmək lazımdır. Sitatlar
İNSAN İMANI ÇƏTİN GÖRSƏ, ŞEYTAN İNSANA HÜCUM ETMƏYƏ BAŞLAYAR. İMAN ASANDIR. Sadəcə insan özünü, beynini, ruhunu sərbəst, təbii halına buraxmalıdır. İNSAN TƏBİİ HALDA OLARKƏN ALLAHLA TAM BAĞLILIQ YARADAR. İNSAN ŞEYTANI DÜŞÜNÜB ONA UYĞUN HƏRƏKƏT ETDİYİ ÜÇÜN ALLAHLA BAĞLILIQ YARADA BİLMİR. Sitatlar
ALLAH BİZİ SƏMİMİ İMAN ETMƏK ÜÇÜN AĞLIMIZI SIXIŞDIRMAYACAĞIMIZ, RAHAT OLARAQ ALLAHI DƏRK EDƏCƏYİMİZ ŞƏKİLDƏ YARATMIŞDIR. Yəni Allaha tam təslim olmaq iqtidarında yaradılmışıq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur