logo HARUN YƏHYA

Adnan Oktar A9 TV ; 7 dekabr 2013

avatar

Adnan Oktar

İnsan keyfiyyətsizliyə alışdıqdan sonra, daha çirkli, daha keyfiyyətsizləşməyə, mədəniyyətsizləşməyə, kütləşməyə başlayır və arxasınca deyirsən ki: "Bu nədir?" "Müsəlmanlıq budur" deyir. Vəhşiliyin, kirin, keyfiyyətsizliyin, mədəniyyətsizliyin baş alıb getdiyi bir sistemə müsəlmanlıq deyir. Bu çox böyük bir təhlükədir. Bu milli bir təhlükədir.
A9 TV ; 7 dekabr 2013
1530
avatar

Adnan Oktar

Möminlərin arasında mübahisə olduqda incikliyi aradan qaldırmaq fərzdir. Gücün çatdığı qədər səy göstərəcəksən; olar və ya olmaz. İki müsəlman camaat-birlik bir-birinə qarşı olduqda ona müdaxilə etmək fərzdir. Aralarını yaxşılaşdırmaq üçün səy göstərmək fərzdir. Sən o ibadəti etməkdə mükəlləfsən, namaz kimidir.
A9 TV ; 7 dekabr 2013
avatar

Adnan Oktar

Bütün mallar paylanacaq, Allah yolunda xərclənəcək. Malı yığıb nə edəcəksən, nə işinə yarayar, nə faydası var? Amma (Allah yolunda) xərcləsən daha da zəngin, daha gözəl olarsan. Dünya həyatında da, axirətdə də rahatlıq taparsan.
A9 TV; 6 dekabr, 2013
avatar

Adnan Oktar

İmana önəm verməyib ticarətə, pula, mənfəətinə önəm verdikdə iman unudular, iman zəifliyi yaranar. Bu zaman da həmin adam üçün nə İslam Birliyi, nə Mehdi (ə.s)-ın çıxışı, nə də İsa Məsih (ə.s)-ın gəlişi əhəmiyyətli olar.
A9 TV; 6 dekabr 2013
avatar

Adnan Oktar

Sevgisiz insanların, qatı dinçilərin ruhu xəstə olur. İşığı görsələr qaranlıq, qaranlığı görsələr başqa cür dərk edirlər. Allah islah etsin.
A9 TV; 6 dekabr 2013
avatar

Adnan Oktar

Kommunizm saqqız kimi yapışar. Ondan imtina edəni buraxmaz, maqnit kimi özünə çəkər. Yəni bir hörümçək toru kimidir. Yapışanda qopmaz. Bu kommunizmin xüsusiyyətidir. Yəni kommunistin əlindən yaxa qurtarmaq asan məsələ deyil. Ondan ayrılmaq istəyəni öldürərlər.
A9 TV; 5 dekabr 2013
avatar

Adnan Oktar

Cənub-şərqdəki kürd qardaşlarım mənim canlarım, analarım, bacılarımdır. Mən onları Stalinistlərə, kommunistlərə təslim etmərəm. Nəyin bahasına olursa olsun təslim etmərəm. Bunu unudacaqlar.
A9 TV; 3 dekabr 2013
avatar

Adnan Oktar

Quranda İslam Birliyinin kapitalizmə qarşı olduğunun vurğulandığını görürük. Allah Quranda malı-mülkü xərcləməyib yığmağın yanlış davranış olmasından bəhs edir. Malı-mülkü bol-bol paylamaq, kasıblara dəstək olmaq Quranda tez-tez vurğulanan həqiqətdir.
A9 TV; 2 dekabr 2013
avatar

Adnan Oktar

Quran var ikən hansısa məzhəbdən olmaq haramdır. Allah ''Mən sənə Quran endirdim, məzhəbi haradan çıxardın? Sən Qurana tabe olacaqsan yoxsa məzhəbə?'' desə, insan nə cavab verəcək? Əlbəttə ki, Qurana. Biz Qurana tabe olmaqda məsuluq.
A9 TV; 1 dekabr 2013
avatar

Adnan Oktar

Güclü iman çox əhəmiyyətlidir. Nadir insanlarda rast gəlinər. Bir şəhərə, məmləkətə təhqiqi iman cəhətdən bir adam belə yetər. Allah Tövratda: ”10 nəfər adam olsun, haqq dini (İslamı) dünyaya hakim edəcəyəm'' deyir.
A9 TV; 1 dekabr 2013
avatar

Adnan Oktar

Təhqiqi imanın yaxşı öyrənilməsi, iman həqiqətlərinin araşdırılması, öyrənilməsi, imanlı insanların çox olması vacibdir. Məsələn, Peyğəmbərimiz (s.ə.v) çox imanlı idi. Onun imanı böyük qövmə kifayət etdi. Hər kəsin imanı canlanmışdı.
A9 TV; 1 dekabr 2013
avatar

Adnan Oktar

Dilimizin türkcədən başqa bir dil olmasını qəbul etmərik. Çünki bu bizi bağlayan bir gücdür, ən əhəmiyyətli bağdır. Sən dil bağını qoparsan ölkə parçalanar.
A9 TV; 1 dekabr 2013
avatar

Adnan Oktar

Allah mehdiyyət dənizini 40 ildir ki, doldurur. Dəniz 40-cı ilin sonunda daşacaq. Ondan sonra hz. Nuh (ə.s)-ın gəmisi kimi gəmi quruya çıxacaq, inşaAllah. Peyğəmbərimiz (s.ə.v): “Dəccalın ömrü 40 ildir" deyir. Yəni mehdiyyətlə dəccaliyyətin mübarizəsinin müddəti 40 ildir.
A9 TV; 28 noyabr 2013
avatar

Adnan Oktar

Allah sabitlik istəmir, mütləq durğunluğu pozur. Məsələn, dağı yanardağ halına salır, ərazini zəlzələ ilə hərəkətləndirir, insanı ya xəstələndirir, ya sevindirir, ya da canını alır, amma Allah hər şeydə mütləq hərəkətlilik yaradır, durğunluq yox.
A9 TV; 28 noyabr 2013
avatar

Adnan Oktar

Xristianlar Papanın başçılığı altında birləşirlər. Yəhudilər baş ravvin idarəsində birləşirlər. Massonlar məşriki-azamın başçılığında birləşirlər. Müsəlmanlar? ''Müsəlmanların birləşməsinə ehtiyac yoxdur'' deyirlər. Bu mümkün deyil. Bunda bir qəribəlik, xəstəlik, səhv var. Bu dərhal düzəldilməlidir. İslam Birliyi coşğu ilə, eşqlə müdafiə olunmalıdır. Əksinə haramdır.
A9 TV; 26 noyabr 2013
avatar

Adnan Oktar

Allah müsəlmanların mütləq bir lideri olmasının lazımlığını söyləyir. Hər qövmün lideri olduğunu söyləyir. Allah “birlik içində, bərabərlik olanda sizə bərəkət, bolluq, dinclik və güvənc verərəm, əks halda qorxu, ağrı, iztirabı daddıraram'' deyir. Eynilə baş verir. Allahın açıq hökmünü görməməzliyə vurmağın bir mənası yoxdur.
A9 TV; 26 noyabr 2013
avatar

Adnan Oktar

Allahın əmrinə əməl etmədikcə Allah vədini yerinə yetirməz. Allah ''Birləşin, bərəkət, qüvvət, güc verim. Birləşməsəniz qüvvətiniz əlinizdən gedəcək'' deyir.
A9 TV; 26 noyabr 2013
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) İslamı hikmətlə, qısa və köklü olaraq izah edəcək. Bilavasitə, ümmətin təfərrüatda boğulması vəziyyətini aradan qaldıracaq.
A9 TV; 24 noyabr 2013
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ın yanında da onu əhatə edən məlumat olacaq. Bəzi müəllimlər kimi təfərrüatlara girərək boğulmayacaq. Özünü, hikmətini izah edəcək. Bir şeyi izah etdikdə, onu tam olaraq qısa və köklü şəkildə açıqlayacaq.
A9 TV; 24 noyabr 2013
avatar

Adnan Oktar

Kəhf surəsinin mühüm xüsusiyyəti də 18-ci surədir və 110 ayədən ibarətdir. 110x18=1980-cı il tarixini―hz. Mehdi (ə.s)-ın çıxış tarixini verir.
A9 TV; 24 noyabr 2013
avatar

Adnan Oktar

Ayasofya yalnız hz. Mehdi (ə.s) dövründə açılacaq. Ayasofyanın açılışı hz. Mehdi (ə.s)-ın, Rəsulullah (s.ə.v)-in silaha sarıldığı, hırkasını geyindiyi zaman olacaq. Ondan əvvəl elə bir şey olmayıb, inşaAllah.
A9 TV; 24 noyabr 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah son dövrdə səhabə dövrü kimi bir dövr istəyir. Qadınların əzildiyi, keyfiyyətsiz həyatın olduğu, sənətin, incəsənətin, gözəlliyin olmadığı bir dövrü Allah istəmir. Sitatlar
Almaz da yonulanda qiymətli olur. Amma təbii yonulmamış elə də qiymətli olmur. İnsan da elədir; incəliklə nizama salınanda, öyrədildikdə keyfiyyətli olur. Nə ərinmək, nə də əmək verməkdən çəkinmək doğru deyil. Sitatlar
Dünyada xristian-müsəlman mübarizəsi yoxdur. İman və imansızlıq mübarizəsi var. Buna qarşılıq olaraq Allaha iman edən xristian və müsəlmanların birlik olmaları lazımdır. Sitatlar
Müsəlmanların bir qisminin şiəlikdə və bir qisminin də sünnilikdə ifrata varması xurafatların girdiyi mötəbər olaraq tanınan İslami qaynaqlara əsaslanır. Sitatlar
Gücün deyil, haqqın tərəfdarı olmaq lazımdır. Əks halda eqoistcəsinə davranmış olarsan. Müsəlman elə olmaz. Müsəlman daim haqqın, həqiqətin tərəfdarıdır. Sitatlar
Müsəlmanları qatı dinçiliyin bataqlığına batırıb, sanki qırğın maşınına atdılar. Müsəlmanları dünyaya, öldürülməsi lazım olan varlıqlar kimi göstərirlər. İnsanları müsəlman öldürməyin caiz olduğuna inandırdılar. Sitatlar
Müsəlman güclünün tərəfdarı deyil, haqlının tərəfdarıdır. Bunun əksi eqoistlik olar. Sitatlar
Müsəlmanlar Tövratın haqq olan qisimlərinə inanmaqda cavabdehdirlər. Tövratın haqq olan qismini bir müsəlman rədd edə bilməz. İncilin də haqq olan qisimlərinə inanar. Sitatlar
Müsəlmanların bir-birini sevməsi fərzdir. Allah kimini qurudan, kimini havadan, kimini də dənizdən xidmət etdirər. Havadakı qurudakına, qurudakı dənizdəkinə müxalif çıxmaz. Hamısı Allahın aslanlarıdır. Hamısı bir-birindən dəyərlidirlər. Sitatlar
Allahı, Quranı unudub, İslamı yaşamayan insanlarla dostluq bağı ilə bağlanıb müsəlmanları tərk etmək olmaz. Sənin bağlanacağın dostluq qrupu müsəlmanlar olmalıdır. Allah "Onlara sevgini göstər" deyir. Sitatlar
Müsəlman hər gördüyünü qurtarmaqda, kömək etməkdə məsuliyyət daşıyır. Sitatlar
Müsəlman göz görə-görə şərabı necə içsin? Boğazına tıxanar, istəsə də içə bilməz. Mömin zina ilə iflic olar. Əli qolu bağlanar, qüdrəti çatmaz. Günaha girmə gücü olmaz, bəsirəti bağlanar, edə bilməz, inşaAllah. Sitatlar
-Bəzi kəslərə aiddir bu sözlərim-tərtəmiz, imanlı müsəlmanlarla savaşmağı, qarşı çıxmağı asan gördüyü üçün qoçuluq etməyə çalışmaq uğursuzluq gətirər. Allah məzlumu qoruyar, məzluma heç bir şey olmaz. Olan səhv hərəkət edənə olar, inşaAllah. Sitatlar
Müsəlmanların böyük bir hissəsinin bəsirət və fərasətləri bağlanıb. Evlərində oturub zikr edirlər. On min zikr edərkən orada 70 uşağı qətl edirlər. Onları qoruyacaq, qurtaracaq zikr et. Sitatlar
İslam nəzakətdir, təmizlikdir, keyfiyyətdir. İslam deyilincə dünyanın ən keyfiyyətli, mədəni insanları ağla gəlməlidir. Sitatlar
Müsəlman sarayı, ehtişamlı yerləri, keyfiyyətli yerləri də görəcək. Sənət də, elm də, estetika da, keyfiyyət də hamısı müsəlmanlarındır və həmişə də, axirətdə də müsəlmanların olacaq. Sitatlar
Mehdiyyətin keyfiyyət və sevgi anlayışını, Quranda nəzərdə tutulan keyfiyyət anlayışını, Allahın cənnətdə izah etdiyi keyfiyyət anlayışını dünyaya hakim etmək lazımdır. Bu olmayanda zərbələr, qarşılıqlı zərbələr, döyüşlər əksik olmaz. Sitatlar
Keyfiyyət daim artırılmalıdır. Bir insan "mükəmmələm", "çox yaxşıyam" deyə bilməz. Hər şeydə keyfiyyət, azadlıq insanın içini açar. İnsanlar müasir insanı sevirlər. Sitatlar
Keyfiyyətli bir insan hər gördüyü yalana diqqət etmədən, araşdırmadan "nə gözəldir" deməməlidir. Heç düşünmədən inanan insanlar, əsasən, keyfiyyətsiz insanlardır. Sitatlar
Hökumətimiz yüksək müasir elmi və sənət anlayışını dəstəkləsin. Sitatlar
Sevgi, keyfiyyət əksikliyi belə böyük bir boşluq meydana gətirər. Sitatlar
İncəsənət yoxdursa, keyfiyyət yoxdursa, gözəllik yoxdursa istədiyin qədər körpü tik, yol sal bunların faydası olmaz. İncəsənət, estetika, iman, şadlıq, sevinc, Allah qorxusu, Allah eşqi hər yeri əhatə etməlidir. Sitatlar
Allah ayədə "möminlər təmizdir", "geyimini təmiz saxla" deyir. Dünyanın ən səliqəli insanı olması müsəlmanın xüsusiyyətidir. Sitatlar
İnsanın keyfiyyəti təmizliyindədir. Çirk və natəmizlik keyfiyyətsizliyin ən birinci əlamətidir. İnsanın düşünmədiyini göstərər. Ağıllı bir insan çirkdən, murdar olandan narahat olar. Olmursa bir problemi vardır. O adam keyfiyyətdən bəhs edə bilməz. Sitatlar
Möminlərin arasında mübahisə olduqda incikliyi aradan qaldırmaq fərzdir. Gücün çatdığı qədər səy göstərəcəksən; olar və ya olmaz. İki müsəlman camaat-birlik bir-birinə qarşı olduqda ona müdaxilə etmək fərzdir. Aralarını yaxşılaşdırmaq üçün səy göstərmək fərzdir. Sən o ibadəti etməkdə mükəlləfsən, namaz kimidir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur