logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 21 sentyabr 2013

avatar

Adnan Oktar

Müsəlman göz görə-görə şərabı necə içsin? Boğazına tıxanar, istəsə də içə bilməz. Mömin zina ilə iflic olar. Əli qolu bağlanar, qüdrəti çatmaz. Günaha girmə gücü olmaz, bəsirəti bağlanar, edə bilməz, inşaAllah.
A9 TV; 21 sentyabr 2013
1695
avatar

Adnan Oktar

Qanun, hüququn məqsədi, daim gözəl və faydalı insanlar meydana gətirmək, insanları tərbiyə etməkdir. Hüquq insanların zərərlərini əngəlləyən bir nemətdir. Faydasını da gördük. Artıq Fazıl Say insanlara yaraşmayan sözlər və cümlələr işlətmir. Daha da nəzakətli və yığcam danışır. Deməli, hüququn faydası olub.
A9 TV; 20 sentyabr 2013
avatar

Adnan Oktar

Polisi, maraqlanacağı həqiqi əleyhdarlara istiqamətləndirmək lazımdır. Polisin, vətənin dostlarına, millətin dostlarına deyil. Çünki Axırzamandayıq. Peyğmbərimiz (s.ə.v) Axırzamanla əlaqədar olan hədisində belə buyurur: "Axırzamanda doğru olan xain, xain olan da doğru kimi tanınar". Polisləri haqlı, doğru olanların, yaxşıların üzərinə deyil, xainlərin üzərinə istiqamətləndirmək lazımdır.
A9 TV; 20 sentyabr 2013
avatar

Adnan Oktar

Polisin lazımsız şeylərlə deyil, lazımlı olan şeylərlə məşğul olacağı hala gətirilməsi lazımdır. Polisin diqqətini lazımsız, boş və faydasız şeylərə yönəltmək lazım deyil. Polisin diqqətini dağıtmaq olmaz. Polisin diqqəti birbaşa küfrün və qəddarların üzərində olsun.
A9 TV; 20 sentyabr 2013
avatar

Adnan Oktar

Bir çox anormal rəftarlar bir araya gəldikdə buna nə göz, nə beyin, nə də hüceyrə dözə bilməz. Baxıb görürəm ki, hüceyrələri də üsyan edir. Əti quruyur, baxışı, səsi, məntiqi pozulur.
A9 TV; 20 sentyabr 2013
avatar

Adnan Oktar

İnsanlara baxıram, gözlərində heç bir məna yoxdur. Niyə? Həsədlik bir tərəfdən, qısqanclıq bir tərəfdən, qəddarlıq bir tərəfdən, sevgisizlik bir tərəfdən, insanlardan qorxu bir tərəfdən, Allaha təslimiyyətsizlik bir tərəfdən, rəqabət ruhu bir tərəfdən olduğu üçün gözlərdəki məna, gözəllik gedər.
A9 TV; 20 sentyabr 2013
avatar

Adnan Oktar

Quran və ağıl bir-birilə çox bağlıdır. Quran saf ağıldır. Ağılın yoludur. İnsan Qurana uymaqla ağıllı olar. Quranın xaricində ağıllı olmaq mümkün deyil. Zəkalı ola bilər, amma ağıllı ola bilməz.
A9 TV; 20 sentyabr 2013
avatar

Adnan Oktar

İnsanlar yalan danışmağa, səhvi başqasının boynuna yıxmağa meyillidir. Halbuki, Allah insanın bu cür adi oyunlarla özünü Allahın əzabından qurtara bilməyəcəyini bildirir.
A9 TV; 20 sentyabr 2013
avatar

Adnan Oktar

İnsan əgər dürüstcəsinə səhvini boynuna alıb etdiyi günahdan imtina edərsə, Allah bağışlayacağını bildirir.
A9 TV; 20 sentyabr 2013
avatar

Adnan Oktar

Qəddar, eqoist olan insanı heç kim Allahın əzabından qurtara bilməz.
A9 TV; 20 sentyabr 2013
avatar

Adnan Oktar

Mömin olan kəs səhv etdiyi halda Allahdan bağışlanma diləyər. Allah bunu bəyənir. Bu, Allahın sevdiyi rəftardır. Allahın razılığını axtaran kəs bunu etməlidir. ''Ya Rəbbim! Məni bağışla, əfv et'' deməlidir. ''Əstəğfirullah, əstəğfirullah, əstəğfirullah'' Allah bunu bir gözəllik olaraq qəbul edir.
A9 TV; 20 sentyabr 2013
avatar

Adnan Oktar

-Bəzi kəslərə aiddir bu sözlərim-tərtəmiz, imanlı müsəlmanlarla savaşmağı, qarşı çıxmağı asan gördüyü üçün qoçuluq etməyə çalışmaq uğursuzluq gətirər. Allah məzlumu qoruyar, məzluma heç bir şey olmaz. Olan səhv hərəkət edənə olar, inşaAllah.
A9 TV; 20 sentyabr 2013
avatar

Adnan Oktar

İslam durduğu yerdə hakim olmaz, vasitələr, məqsədlər vardır. Vasitələri Allah yaradır. Massonluq bir vasitədir.
A9 TV; 19 sentyabr 2013
avatar

Adnan Oktar

Massonların toplandığı məkan, Xızır (ə.s)-ın da məkanıdır. Xızır (ə.s) həmin məkanda gəzir, inşaAllah, amma xəbərləri belə olmaz. Xızır (ə.s) onlara ustadlıq edir.
A9 TV; 19 sentyabr 2013
avatar

Adnan Oktar

Tampliyerlər də müqəddəs əmanətlərin tapılmasında Mehdi (ə.s)-a köməkçi olacaqlar. Vəzifələri, müqəddəs əmanətləri Mehdi (ə.s)-a təslim etməkdir. Tampliyerlərin vəzifəsi, quruluş məqsədi budur. Min ildən bəri bu məqsədlə vəzifələrini yerinə yetirirlər.
A9 TV; 19 sentyabr 2013
avatar

Adnan Oktar

Massonluq hz. Süleyman (ə.s) dövründən bəri, Şiloha, Moşiyaha kömək etmək üçün qurulmuşdur. 4000, 5000 il sonra hal-hazırda Mehdi (ə.s)-ın əmri altındadırlar və İsa Məsih (ə.s)-a, Mehdi (ə.s)-a kömək etməklə vəzifəlidirlər. Əsl vəzifələri budur.
A9 TV; 19 sentyabr 2013
avatar

Adnan Oktar

Massonluq mehdiyyətin əmrində olan quruluşdur. Sionizmin deyil, mehdiyyətin əmrindədir.
A9 TV; 19 sentyabr 2013
avatar

Adnan Oktar

Böyük Ustad olaraq masson təşkilatına girə bilməyim mümkün olsa təbii ki, bu imkanı ən yaxşı şəkildə istifadə edərəm. Çünki hal-hazırda dünyanı idarə edənlər massonlardır.
A9 TV; 19 sentyabr 2013
avatar

Adnan Oktar

Ustad-ı Əzəm dərəcəsindəsənsə, ən yüksək dərəcədə massonsansa o zaman səni dinləyərlər. O zaman massonlarla razılaşa, böyük massonik yığıncaqlara qatıla, danışıq apara bilərsən və sözün də dinlənər.
A9 TV; 19 sentyabr 2013
avatar

Adnan Oktar

Hal-hazırda dünyanın ən böyük masson məkanlarına rahatlıqla girməyim, oralarda söhbət etməyim, İslamı, Quranı izah etməyim mümkündür.
A9 TV; 19 sentyabr 2013
avatar

Adnan Oktar

Hz. Süleyman (ə.s)-ın məscidini eynisi ilə yenidən tikəcəyik və müqəddəs sandığı da, içindəki müqəddəs əmanətləri də tapacağıq. Müqəddəs sandığın tapılması ilə dünyada iman etməyən kimsə qalmayacaq.
A9 TV; 18 sentyabr 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
-Bəzi kəslərə aiddir bu sözlərim-tərtəmiz, imanlı müsəlmanlarla savaşmağı, qarşı çıxmağı asan gördüyü üçün qoçuluq etməyə çalışmaq uğursuzluq gətirər. Allah məzlumu qoruyar, məzluma heç bir şey olmaz. Olan səhv hərəkət edənə olar, inşaAllah. Sitatlar
Qatı dinçilər Allahın Quranda halal buyurmasına baxmayaraq bir çox yeməyi və zinəti haram etməyə meyillidirlər. Allah ayədə "bütün zinətləri Mən yaradıram, sizə kim haram etdi?" deyir. Kim edir? Xurafatçılar edir. Sitatlar
Müsəlmanların böyük bir hissəsinin bəsirət və fərasətləri bağlanıb. Evlərində oturub zikr edirlər. On min zikr edərkən orada 70 uşağı qətl edirlər. Onları qoruyacaq, qurtaracaq zikr et. Sitatlar
Qurana tabe olan müsəlmanlar hər şeyi xoş qarşılamalı, hər şeyə ağılla yanaşmalıdırlar. Həyəcanla baxmamalıdırlar. Sitatlar
Bəzi müsəlmanlarda “yaşasın holdinqçilik” düşüncəsi hakimdir. Bəzilərinə görə isə müsəlmanlıq ağac əkmək, sənayeni inkişaf etdirməkdən ibarətdir. Sitatlar
Haram insanı sıxan bir şeydir. Haram mömini parçalayar. Haram olduğunu bilə-bilə harama girmək, haram iş görmək mümkün deyil. Amma imanı zəif olanlarda bədən iflic olduğu üçün, ət çürüdüyü üçün harama girməkdən təsirlənməzlər. Rahat şəkildə harama girərlər. İnsan diri olduğu halda harama girməsi qeyri-mümkündür. İnsan ancaq ölü olduğunda harama girə bilər. Dirinin gücü çatmaz, harama girmək dözülməz bir əzabdır. Möminin edə biləcəyi bir şey deyil. Sitatlar
Mömin haramdan narahat olar, haram mömini iflic edər, harama girməyə gücü çatmaz. Amma ağlı, imanı zəif olan adam üçün halal, haram fərq etmir. Sitatlar
Müsəlmanı məzlum görüb hücum edənlər küfrə xeyli hörmət edərlər. Çünki eyni şeyi küfrə qarşı etsələr necə sərt, qəddar bir qarşılıq alacaqlarını çox yaxşı bilirlər, başqa sözlə onlardan qorxurlar. Sitatlar
Uşaqlar mələk kimi günahsız olduğuna görə baxışları ruha şəfadır. Təmiz və günahsız baxış çox gözəldir. Sitatlar
Allah tövbə etdiyi təqdirdə fironun belə tövbəsini qəbul edəcəyini bildirir. Heç bir insan üçün həyatda olarkən tövbə qapısı bağlanmaz. Hansı günahkar olursa olsun onu tövbəyə dəvət etməkdə məsuliyyət daşıyırıq. Tövbə hər cür günah üçün olar. "Bu adam üçün olmaz" demək çox sevgisiz bir dünyagörüşüdür, doğru deyil. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini saxlamaq böyük günahdır, ən böyük pisliklərdən biridir. Sitatlar
Bolluca xurafatlardan danışırlar. Amma Peyğəmbərimiz (s.ə.v)-in həqiqi möcüzələrini gizləyirlər. Bunu edənlərin əleyhlərinə mənəvi cəhətdən bal yığılır. Sitatlar
"Təkcə mən Allahın hökmünə tabe oluram, digərləri yanlış yoldadır, günahkardır" düşüncəsi çox səhvdir. Sitatlar
Allahın halal etdiyi haram qılınsa, Allah bəla verər. Sitatlar
Cəhənnəmə getməmək çox asandır; Allahı sevəcək, Allahdan qorxacaqsan. Allah "dünyanı sizə verdim" deyir. "İstədiyin kimi ye, iç, əylən, sev, oyna, rəqs et". Allahın “sənə dünyanı verdim” deməsi o mənadadır ki, dünya sizindir, hər şey edə bilərsiz". Haramlar çox azdır. Sitatlar
ZİNADA İNSANIN İÇİ QARALAR. İnsan cinsi gücünü, arzusunu itirər, yəni qadına qarşı istəyi qalmaz. İçindəki o enerji parçalanar, məhv olar. Allah verməsin, kişi ya da qadın olsun üzünə fahişə nursuzluğu və yaşlılığı gəlir. İmtina etdiyində üstündən gedər, onu yaşadığı müddətcə üstündə o nursuzluq qalar Sitatlar
QEYRİ-QANUNİ ƏLAQƏYƏ GİRƏN KİŞİ DƏ FAHİŞƏDİR. Onda da bir soyuqluq, qəribəlik vardır, ağlında, rəftarlarında anlaşılmazlıq olur. Sitatlar
Torpağın altına girdiyində bu dünyadakı kimi şərab dada bilməyəcək. Yerin altında ona şərab xidməti edilməyəcək. TORPAĞIN ALTINDA ŞƏRABI  İÇMƏYƏ  DODAĞI  QALMAYACAQ, ŞƏRABI  İYLƏMƏYƏ BURNU QALMAYACAQ. Həyatına şərabla rəng qatmağa çalışır. O acı, ləzzətsiz, pis içkini əhəmiyyətli bir şey halına getirməyə çalışır. Əgər şərab həyatındakı ən böyük zövqüdürsə, o, bomboş keçən bir həyat deməkdir . HALBUKİ, XOŞBƏXTLİK YALNIZ QURANDAN QAYNAQLANIR. Sitatlar
Şərab, rakı, viski içib zəhərlənib məhv olmaq, əylənmək deyil. Yanlış alkoqol mədəniyyəti var, bu çox böyük səhvdir. Alkoqol qətiyyən əyləndirici vasitə deyil. Çox zərərli, narahatedici bir maddədir. Sitatlar
İslam aləminə baxıldığı zaman fərqli hərəkatlar deyil, ingilis islam fəlsəfəsi olduğu görünər. İslam Birliyini rədd etmək bu fəlsəfənin əsasıdır. İngilis İslam fəlsəfəsi darvinist, şərab kimi haramları halal hesab edən, Allahın haram etdiyi homoseksuallığı qanuniləşdirməyə çalışan inancdır. Sitatlar
Şərab insan beynini məhv edər. Osmanlının məhv olmasının bir səbəbi də içkinin, qumarın Əbdülhəmid dövründə təşviq edilməsidir. Sitatlar
Əbdülhəmid dövründə rakı, pivə, şərab zavodları açılmasının heç bir məntiqli açıqlaması yoxdur. Xəlifə olan insan belə şey edə bilməz. Müsəlman Quranın haram etdiyi bir şeyi əsla təşviq edə bilməz və buna zəmin hazırlaya bilməz. Şərab zəhərdir. Bir müsəlman zəhəri heç kimə sata bilməz. Əbdülhəmid qeyri müsəlmanlar üçün şərab zavodu açdı, demək məntiqsiz müdafiədir. Sitatlar
Namus dinin bütünüdür. Namusa zərər təkcə zina ilə gəlməz, yalan danışanın, haram işləyənin də namusu zədələnmiş olar. Sitatlar
Allah: "Yüngül zəlzələ yaradıram, istəsəm sizi yerlə-yeksan edərəm. Sizə olan şəfqətimə görə bunu edirəm, diqqətinizi Mənə verin, sevginizi Mənə verin, dünyaya bağlanmayın" deyir. Allah zəlzələlərlə bu mesajı verir. Sitatlar
Qanun, hüququn məqsədi, daim gözəl və faydalı insanlar meydana gətirmək, insanları tərbiyə etməkdir. Hüquq insanların zərərlərini əngəlləyən bir nemətdir. Faydasını da gördük. Artıq Fazıl Say insanlara yaraşmayan sözlər və cümlələr işlətmir. Daha da nəzakətli və yığcam danışır. Deməli, hüququn faydası olub. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur