logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 19 aprel 2018

avatar

Adnan Oktar

İraqda, Suriyada, Liviyada, Yəməndə hər gün onlarla məzlum şəhid edilərkən, dünyanın başında bu qədər hadisə varkən, münafiq yalnız öz əyləncəsini düşünər. Bombalanan, sürgün edilən, aç buraxılan müsəlmanlar onu maraqlandırmaz. O, kinoya gedək, teatra gedək, gəzək əylənək məntiqindədir. Bu çox böyük vicdansızlıqdır. Müsəlman isə bütün həyatını İslam üçün, məzlumları qorumaq üçün həsr edər.
A9 TV; 19 aprel 2018
1393
avatar

Adnan Oktar

Allah Qatında sonsuz gələcək və sonsuz keçmiş tək bir an içində bitmişdir. Zamanın olmadığını elm də qəbul edir. Zamanın olmaması demək, tale deməkdir. Buna görə tale elmi həqiqətdir.
A9 TV; 18 aprel 2018
avatar

Adnan Oktar

24 iyun 2018 növbədənkənar seçki keçirilməsi qərarı vətənimizə, millətimizə xeyirli olsun.
A9 TV; 18 aprel 2018
avatar

Adnan Oktar

Münafiqlərin İslama, Qurana heç bir xidməti olmaz, yalnız müsəlmanların xeyirli fəaliyyətlərini dayandırmağa çalışarlar. Bunu etmələri isə ən əhəmiyyətli münafiq əlamətidir. Dinə, İslama heç bir xidməti olmayıb yalnız faydalı müsəlmanlara söz atarlar.
A9 TV; 18 aprel 2018
avatar

Adnan Oktar

Quran müsəlmanlığı cənnət həyatıdır. İnsanlar Quranın gətirdiyi azadlıqları bilsələr İslama çox böyük zövqlə və istəklə yönələrlər.
A9 TV; 18 aprel 2018
avatar

Adnan Oktar

Tayyib hocamdan xahiş edirik İslam Birliyi çağırışını həmişə gündəmdə saxlasın. Hal-hazırda İslam ümməti ümumi olaraq sahibsiz vəziyyətdədir. Demək olar ki, hər ölkə yalnız öz dərdindədir. Türkiyə bütün müsəlmanlara sahib çıxacaq tək ölkədir. İslam Birliyini həmişə gündəmdə saxlasaq ilk başda reaksiya verməmiş kimi görünsələr belə mütləq sonunda gözəl hadisələr olacaqdır.
A9 TV; 18 aprel 2018
avatar

Adnan Oktar

Allah Özünə həqiqətən inanan və bağlanan kəslərə zövq alacağı və sevgi duyacağı, xoşbəxt olacağı şeyləri tək-tək təqdim edir. Bunun xaricində, nə edərsə etsin, hara gedərsə getsin, kimlə olursa olsun insan xoşbəxt ola bilməz. Allahdan uzaq insana musiqi də, əyləncə də zövq vermir. Zövq aldıran, sevdirən, xoşbəxt edən Allahdır. Mən zövq alıram, əylənirəm deyəndə özünü yerlərə atsa da edə bilməz. Allahın o zövqü verməsi lazımdır.
A9 TV; 17 aprel 2018
avatar

Adnan Oktar

İnsanın həyatdan zövq almaq üçün sonsuz yaşayacağını anlaması lazımdır. Sonsuz yaşayacağına inanmayan insanın zövq alması mümkün olmaz. O insan özünü edam olunacaq məhkum kimi görür. Hökm verilmiş, hər an yox ola biləcək insan olaraq özünü görən xoşbəxt ola bilməz. Sonsuz Gücü sevən, sonsuz Gücə hörmət edən, sonsuz Güclə ağıllı dərinliklə əlaqə quran xoşbəxtliyin sirrini əldə edər. Bu insana hər cür zövqün və xoşbəxtliyin qapısı açılar.
A9 TV; 17 aprel 2018
avatar

Adnan Oktar

Münafiq möminlərə ən faydalı olan varlıqdır. Allah münafiqin taleyini müsəlmanlara fayda verəcək şəkildə yaratmışdır. Möminlərin gücü artar, bacarığı artar, sayı artar. Münafiq əldən düşmüş, bərəkətsizlik içində əzablı həyat yaşayarkən mömin gümrahlıq və sevinc qazanar.
A9 TV; 17 aprel 2018
avatar

Adnan Oktar

İslam Birliyi, "birləşib digər ölkələri təhkim edəcəyik" deyil, birləşib dünyaya sülh, sevgi, dostluq gətirmək üçündür
A9 TV; 17 aprel 2018
avatar

Adnan Oktar

Allah kainatda hər şeyi gözəl yaradır. Dünyanın da, cənnətin də tək məqsədi sevgidir. Gözəlliyin məqsədi sevgidir. Avtomobillər, yollar, mebellər, çiçəklər, heyvanlar hamısının məqsədi sevgidir. Sevgi isə yalnız imanla olsa yaşanılar.
A9 TV; 17 aprel 2018
avatar

Adnan Oktar

Varlıq varsa eşq üçün vardır. Eşq olmadan varlığın mənası yoxdur. Hər şey Allah eşqiylə, dəlicə sevgiylə, ehtirasla mənalıdır. Eşq, dərin ağılla iç-içədir. Allahı sevən, Allahın böyüklüyünü dərk edən, dərin ehtirası yaşayar. Dərk edə bilməyənlər isə sevgisizliyin ağrısını çəkirlər.
A9 TV; 16 aprel 2018
avatar

Adnan Oktar

Səmimi olanda vücudda rahatlama olar. Sükunət halı olar. Bütün əzələlər boşalar. Allah səmimi olanların xilas olacağına buna görə xüsusi diqqət çəkmişdir. O səmimiyyət içində Allahın böyüklüyünün bilinməsi əhəmiyyətlidir. Bu səmimiyyəti qazandığında çətinlik olmaz sanırlar. Çətinlik son ana qədər olar, çətinlik imtahanın gərəyidir. Bütün peyğəmbərlər çətinlik çəkmişdir.
A9 TV; 16 aprel 2018
avatar

Adnan Oktar

Yuxuda da insan çox gözəl təhsil alır. Adətən qarşılaşmayacağı bir çox vəziyyəti yuxuda görür və bu vəsiləylə ruhu tam inkişaf edir.
A9 TV; 16 aprel 2018
avatar

Adnan Oktar

Yüksək keyfiyyəti məqsəd edən anlayış olması lazımdır. Avropadan yüksək mədəniyyət, incəsənət və keyfiyyət anlayışı olması əhəmiyyətlidir. Niyə hər kəs uşağını müsəlman ölkələrə deyil də, Avropaya oxumağa göndərir? Çünki Avropadakı keyfiyyət, incəsənət və mədəniyyət anlayışına hər kəs heyrandır. Türkiyə üçün də hədəf bu olmalıdır.
A9 TV; 16 aprel 2018
avatar

Adnan Oktar

Əhval pozulmasına heç vaxt məğlub olmamaq lazımdır. Əhvalı düzəltmək çox asandır. Əlini-üzünü yuyar, "nə edirəm mən?" deyərsən, dərhal açılarsan. Hər şeyi Allahın yaratdığını bilib, əhvalını pozmağa ehtiyac olmadığını həmən görmək lazımdır.
A9 TV; 16 aprel 2018
avatar

Adnan Oktar

İslamla əlaqəli həddindən artıq anti-təbliğat edildiyi üçün, din anladılanda bir çox insan özünü fəlakətə dəvət edildiyini zənn edir. Gülməyəcək, musiqi dinləməyəcək, heç bir yerə baxmayacaq, qadınları yarım insan biləcək, incəsənətlə maraqlanmayacaq, uzun illər qılmadığı namazları qılacaq, tutmadığı orucları tutacaq, baxımlı ola bilməyəcək, müasir geyinə bilməyəcək, təmiz ola bilməyəcək, oxumayacaq, düşünməyəcək sanır. İslamı izah edə bilmək üçün əvvəl bütün bu ön mühakiməni ortadan qaldırıb, mehribanlıqla insanlara yaxınlaşıb gözəl sözlə izah etmək lazımdır.
A9 TV; 16 aprel 2018
avatar

Adnan Oktar

İnsan Allahdan müstəqil güc deyil. İnsan birbaşa Allah ilə əlaqəlidir. Ediləcək tək şey Allahı çox sevmək, Allah ilə dərin əlaqə içində olmaqdır. Biz tamamilə taleyin axışına bağlıyıq. Ellips ekrana yapışıq olaraq yaşayırıq. Bu ekrana təsir etmək, dəyişdirmək mümkün deyil.
A9 TV; 15 aprel 2018
avatar

Adnan Oktar

Qadın mənim üçün dünyanın ən möhtəşəm, ən gözəl varlığıdır. Qadınlara diqqət göstərmək çox əhəmiyyətlidir. İmanlarının çox güclü olmasını təmin etmək lazımdır. Qadın imanla həqiqi qadın olur, imanlı Allahdan qorxan qadın dərinlik qazana bilər. Qadın Allahdan qorxanda sarsılmaz sevgiylə bağlanan, dərin düşünən, dərin görən müəzzəm varlıq olar.
A9 TV; 15 aprel 2018
avatar

Adnan Oktar

Sevgi dünyadakı ən uca sənətdir. Yüksək sevgi və ehtiras yalnız dərin imanlı, ağıllı insanlara verilmiş nemətdir. Dünyada bu sevginin üstündə sənət yoxdur.
A9 TV; 15 aprel 2018
avatar

Adnan Oktar

Cənnətə zəngin getmək istəyərik. Bu zənginlik dünyada hər an Allah rizası üçün savab qazanmaqla əldə edilər. Uzun ömür buna görə istənilər. Savabı zaman içində qazandığımız üçün, zamanın uzun olması çox savab almamıza, cənnətə çox zəngin getməyimizə vəsilə olar.
A9 TV; 15 aprel 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Münafiqlər hər addımı Allahın nəzarətində olan, müsəlmanlara xidmət etmək üçün yaradılmış məxluqlardır. Hər nə etsələr, nəticəsi müsəlmanlar üçün xeyir və gözəllik olur. Sitatlar
Harada küfrə heyran, kompleksli, Allahın gücünə inanmayan, küfrün gücünə inanan, küçə çaqqalları içində olan məxluqlar varsa münafiqlər kanalizasiya təmizləyən maşın kimi bunları seçirlər. Münafiq tör-töküntü və murdar olduğu üçün Allah onları müsəlmanların gözünün qarşısından uzaqlaşdırır. Müsəlmanları yalnız gözəlliklə təmasda saxlayır. Sitatlar
Varlıq varsa eşq üçün vardır. Eşq olmadan varlığın mənası yoxdur. Hər şey Allah eşqiylə, dəlicə sevgiylə, ehtirasla mənalıdır. Eşq, dərin ağılla iç-içədir. Allahı sevən, Allahın böyüklüyünü dərk edən, dərin ehtirası yaşayar. Dərk edə bilməyənlər isə sevgisizliyin ağrısını çəkirlər. Sitatlar
Yüksək keyfiyyəti məqsəd edən anlayış olması lazımdır. Avropadan yüksək mədəniyyət, incəsənət və keyfiyyət anlayışı olması əhəmiyyətlidir. Niyə hər kəs uşağını müsəlman ölkələrə deyil də, Avropaya oxumağa göndərir? Çünki Avropadakı keyfiyyət, incəsənət və mədəniyyət anlayışına hər kəs heyrandır. Türkiyə üçün də hədəf bu olmalıdır. Sitatlar
İslamla əlaqəli həddindən artıq anti-təbliğat edildiyi üçün, din anladılanda bir çox insan özünü fəlakətə dəvət edildiyini zənn edir. Gülməyəcək, musiqi dinləməyəcək, heç bir yerə baxmayacaq, qadınları yarım insan biləcək, incəsənətlə maraqlanmayacaq, uzun illər qılmadığı namazları qılacaq, tutmadığı orucları tutacaq, baxımlı ola bilməyəcək, müasir geyinə bilməyəcək, təmiz ola bilməyəcək, oxumayacaq, düşünməyəcək sanır. İslamı izah edə bilmək üçün əvvəl bütün bu ön mühakiməni ortadan qaldırıb, mehribanlıqla insanlara yaxınlaşıb gözəl sözlə izah etmək lazımdır. Sitatlar
Allah Öz rizasına yönəlik hər duanı mütləq qəbul edər. Bu, çox böyük möcüzədir. Sitatlar
Qadına əldə etmə gözüylə baxılmaz. "Tovlamaq" çox çirkin sözdür. Onunla yoldaş olanda qadın ömür boyu güvənə biləcəyi dost qazandığına sevinəcək. Həmişə qoruyucu olacaqsan. Əvvəl onu, onun iffətini və qürurunu düşünəcəksən. Sitatlar
Yaxın Şərqdə qadına münasibət böyük fəlakətdir. Qadını narahat etmək, kədərləndirmək və onu gərgin hala salmaq üzərinə qurulub. İnsan qadını məyus etməyə heç vaxt qıya bilməz. Qadına ehtiram, hörmət göstərilər. Sitatlar
Münafiq gecə gündüz həsəd içində müsəlmanların xəbərlərini təqib edər. Bir tərəfdən öz əxlaqsızlığını, cəhənnəmə sürüyən həyatını bilmənin əzabını yaşayar, digər tərəfdən də, müsəlmanların sevincinə həsəd aparar. Bu da Allahın münafiqlərə verdiyi dünya əzablarından biridir. Sitatlar
Allah bir insanı dəstəkləyəndə onu heç kim məğlub edə bilməz. Rəsulullah zireh geymədən minlərlə insanın arasına girib döyüşürdü, heç kim onu məğlub edə bilmədi. Mehdini də məğlub edə bilməzlər. Mehdiyyət qarşısıalınmazdır. Sitatlar
Başbuğ Türkeş həqiqi dövlət adamı, mürşid, vətənpərvər dava insanı idi. Türkiyənin yıxılmasına maneə törədən əsas ünsür olmuşdur. Yetişdirdiyi gözəl nəsillər hələ də dövlətimizə çox qiymətli xidmətlər edirlər. Onu sevgi və hörmətlə yada salırıq. Sitatlar
İsa Məsih kimi tərtəmiz insanı dəccal komitəsinə şikayət edib onu əzdirmək istəmək çox böyük əxlaqsızlıqdır. Münafiqlər belə əxlaqsız və xaraktersizdir. Tək məqsədləri və işləri müsəlmanların dağılması üçün çalışmaqdır. Sitatlar
Münafiq Quranı öz ağlına görə müsəlmanların əleyhinə istifadə etmək üçün öyrənər. Münafiqdə şeytani zəka olduğu üçün, bunlarla elmi mübarizədə incə ağıl lazımdır. Bu da müsəlmanların diqqətinin açılmasına, savablarının çox yüksəlməsinə səbəb olar. Sitatlar
Gün gələcək Uyğur Türkləri də çox rahat, çox azad olacaq. Uyğur Türkləri məzlum, tərtəmiz, öz halında, çox əfəndi xalqdır. Müharibə, anarxiya, xaos istəməzlər. Hər zaman sülhdən yanadırlar. Bu cür təmiz xalqın istədiyi kimi azad yaşayacağı mühit olması lazımdır. Sitatlar
Allahın ixtisaslı münafiqləri yaratması müsəlmanlar üçün nemətdir. Bu qədər xaraktersiz, bu qədər şəxsiyyətsiz, körpü altı çaqqalı xarakteri daşıyan cəmiyyət mikrobu kimi məxluqların müsəlmanlarla məşğul olması müsəlmanlar üçün şərəfdir. Qatil, oğruda belə utanma hissi olur. Bu körpü altı çaqqallarında utanma heç yoxdur. Bu da müsəlmanlara çox böyük bərəkət gətirər. Münafiq, müsəlmanın müəllif gücünü artırar. Zəif olanı gücləndirər, güclü olanı daha da sağlamlaşdırar. Münafiqin kanalizasiya təmizləyən maşın vəzifəsi görməsi də müsəlmanlar üçün böyük asanlıqdır. Harada murdar, xaraktersiz, bürüşmüş münafiq varsa öz murdar yuvalarına toplar götürərlər. Beləcə müsəlmanların tahir olmasına vəsilə olurlar. Sitatlar
Türkiyənin çox çətin dövrdən keçdiyini bilirik. Axırzamandayıq, fitnələr çox olacaq. Bu coğrafiya Yaxın Şərq, Peyğəmbərlərin çıxdığı yer. Dəccaliyyətlə Mehdiyyətin elmi mübarizəsinin yaşandığı yerdir. Təbii ki, çətinliklər, əziyyətlər, ağrılar olacaqdır. Bu çətinliklərin ardından çox böyük gözəllik meydana gələcəkdir. Peyğəmbərimiz də çətin coğrafiyada yaşadı, oradan İslam günəşi doğdu. Türkiyədən də Allahın izni ilə çox böyük gözəlliklər doğulacaq. Sitatlar
İslam birliyinin məqsədi sülhdür. Bu birlik müharibələri, acıları, döyüşü, terroru aradan qaldırmaq üçün qurulacaq. Əslində sülh və dostluq asan olandır. İnsanların savaşı bu qədər adi hal kimi görməsində anormallıq vardır. Sitatlar
Azadlıq, demokratiya, incəsənət, keyfiyyət ən az yemək içmək qədər insanların ehtiyacıdır. Əleyhinə olanların ən çox istifadə etdikləri vəsait bu dəyərlərin azalması olduğuna görə, daha çox azadlıq, daha çox demokratiya, daha çox incəsənət üçün ediləcək hər şey qurulan oyunları pozar. İnsanların sevincini əlindən alan mühafizəkar, katolik, qatı İslam anlayışının deyil, Quran müsəlmanlığının incəsənət, keyfiyyət, sevinc, demokratiya, azadlıq anlayışını təşviq etmək lazımdır. Bu edilsə bütün dünyanın İslamı qəbul etməsinə də Türkiyə qabaqcıl olar. Katolik, ənənəçi İslam anlayışı ilə İslam daxildən çökür, gizli-gizli ateizm, deizm inkişaf edir. Bunu dayandırmaq üçün katolik sistemin təzyiqinin qaldırılması, darvinist, materialist təhsilin dayandırılması, iman həqiqətlərinin və elmi gerçəklərin izah edilməsi, insanlara sevginin, dostluğun, sülhün təhsilinin verilməsi lazımdır. Sitatlar
Allah Türkiyəni İslam aləminin lideri etsin, Türklük aləmini, İslam aləmini birləşdirsin. Allah bütün dünyaya sevgini hakim etsin. Bizə də bu nemətini göstərsin inşaAllah. Sitatlar
Ateizmin qar uçqunu kimi sürətlə yayılmasının səbəblərindən biri ənənəçi ortodoks İslam anlayışı idi. İnsanlara; “baxın bu dində rəsm yoxdur, musiqi yoxdur, elm yoxdur, heykəl yoxdur, gözəl evdə yaşamaq yoxdur, təmizlik yoxdur. Üstəlik hər nöqtəsində zorakılıq var. Saqqalını kəsəni, namaz qılmayanı, içki içəni öldürürlər. Bu dini qəbul edərsinizmi?” deyirdilər və insanlar İslamdan qaçırdılar. Biz İslamın belə olmadığını, Quran müsəlmanlığının olduqca sərbəst, keyfiyyətli və gözəl olduğunu həyatımızla ortaya qoyduq. Sitatlar
Allah Qatında sonsuz gələcək və sonsuz keçmiş tək bir an içində bitmişdir. Zamanın olmadığını elm də qəbul edir. Zamanın olmaması demək, tale deməkdir. Buna görə tale elmi həqiqətdir. Sitatlar
Dünyaya eşqi, ehtirası, sevməyi öyrənməyə gəlirik. Bu öyrəndiyimiz sevgini sonsuza qədər yaşayacağıq. Allah heç kimə qaldıra bilməyəcəyi yük, çətinlik verməyəcəyini söyləmişdir. Hər çətinlik insana dəlicəsinə ehtiras və eşqi öyrədər. Sitatlar
24 iyun 2018 növbədənkənar seçki keçirilməsi qərarı vətənimizə, millətimizə xeyirli olsun. Sitatlar
Münafiqlərin İslama, Qurana heç bir xidməti olmaz, yalnız müsəlmanların xeyirli fəaliyyətlərini dayandırmağa çalışarlar. Bunu etmələri isə ən əhəmiyyətli münafiq əlamətidir. Dinə, İslama heç bir xidməti olmayıb yalnız faydalı müsəlmanlara söz atarlar. Sitatlar
Quran müsəlmanlığı cənnət həyatıdır. İnsanlar Quranın gətirdiyi azadlıqları bilsələr İslama çox böyük zövqlə və istəklə yönələrlər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur