logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 dekabr 2017

avatar

Adnan Oktar

İslam Birliyi mühüm məsələdir. İslam Birliyi olmadığı müddətcə Allah heç bir yerdə rahatlıq verməz. Qüdsü xilas edəcək olan da İslam Birliyidir. İslam Birliyi olmadıqda Qüdsün mənası qalmaz. Qüdsün məna qazanması İslam Birliyi ilə təmin edilər. İslam Birliyi olsa, musəvilər, xristianlar, müsəlmanlar birlikdə çox gözəl yaşayarlar. Hər yeri bağlıq, bağçalıq edərik, hz. Süleymanın məscidini yenidən inşa edərik, hz. İbrahimin, hz. İsanın, bütün peyğəmbərlərin ayaqları basdığı yerləri tərtəmiz edərik. Hal-hazırda təkcə münaqişə və döyüş var. İslam Birliyi olsa bu münaqişələrin hamısı bitər. İslam Birliyi olmadığı müddətcə də nə müsəlmanlar, nə musəvilər, nə də xristianlar rahat ola bilərlər. Allahın əmri açıqdır: Fitnə yer üzündən aradan qalxana, İslam əxlaqı hakim olana qədər elmi mübarizə aparın. Ayrılmayın. Ayrılıb dağılmaq haramdır. Birlik olmaq fərzdir. Müsəlmanların mənəvi lider ətrafında birləşməsi Quranın hökmüdür.
A9 TV; 23 dekabr 2017
2301
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Allah ordumuzun səfərini mübarək etsin, qələbə versin. Allah Türkiyənin düşmənlərini, namərdləri, xainləri çox pərişan etsin. Münafiqlərin, xainlərin rejimini yerlə-yeksan etsin. İslam əxlaqını dünyaya hakim etsin. Türk millətini müzəffər etsin, İslam Birliyinin öncülü etsin, bizi də Mehdiyə tələbə etsin. Sitatlar
Allah Quranı hakim olaraq endirmişdir. Tövratın və İncilin yanlış cəhətlərini izah edər, doğru cəhətlərini təsdiq edər. Sitatlar
Allah Türkiyəni İslam aləminin lideri etsin, Türklük aləmini, İslam aləmini birləşdirsin. Allah bütün dünyaya sevgini hakim etsin. Bizə də bu nemətini göstərsin inşaAllah. Sitatlar
Amerika Türkiyəyə qarşı münasibəti ilə səhv edir. Bütün türk dövlətlərini və İslam ölkələrini qarşısına almış olar, tək qalar. Sitatlar
Bakı-Tbilisi-Qars dəmiryol xətti çox gözəl təşəbbüs oldu. Allah Tayyib hocamdan, hörmətli Əliyevdən və hörmətli Kvirikaşvilidən razı olsun. Bunlar inşaAllah Türk İslam Birliyinin ilk addımlarıdır. Bərəkətli və xeyirli olsun. Sitatlar
Bərzaninin şüurlu, idealist yetişmiş dəstəkləyən kütləsi yoxdur. Buna görə də, kiçik addımında PKK tərəfindən asanlıqla əzilə bilər. Bərzani alçalmağı deyil, böyüməyi əsas götürsün, bu da İslam aləminin birləşməsi, İslam Birliyinin yaradılması ilə olar. Parçalanmaq, asan həzm olmaq mənasını verər. Sitatlar
Bir insanın Mehdilik iddia etməsi dindən çıxması deməkdir. Müsəlmanlar ittifaqla bir şəxsin ətrafında birləşərkən bu şəxs Allahualəm Mehdinin öncülüdür deyirik. İsa Məsihlə birlikdə namaz qıldığını gördüyümüz vaxt, İslam və İsəvilik birləşdiyi zaman və İslam əxlaqı dünyaya tam hakim olduğu zaman isə Allahualəm bu şəxs Mehdidir deyərik. Sitatlar
Bir münafiq növü də, müsəlmanları qoruyurmuş kimi görünərək müsəlmanlar əleyhinə fəaliyyət göstərənlərdir. Bu çox alçaqcasına, axmaqcasına, xaincəsinə üsuldur. İslam yolunda bircə əsəri belə olmayan bu tiplər namərdcəsinə və alçaqcasına müsəlmanlara hücum edərək, təkcə fitnə törədirlər. Peyğəmbərimiz (s.ə.v) dövründə də bəzi münafiqlər Peyğəmbərimiz (s.ə.v)-i qorumaq adı ilə müsəlmanlara hücum edirdilər. Belə tiplər xüsusilə münafiq hücumu olduğu zamanlarda ortaya çıxıb Peyğəmbərimiz (s.ə.v)-i qoruyurmuş kimi üslub işlədərək səhabələrdən öndə gedənləri hədəf alırdılar. Halbuki hədəflərinin Peyğəmbərimiz (s.ə.v) olduğu çox açıq idi. Axmaqca üsullarla müsəlmanlara zərər verəcəklərini zənn edirdilər. Belə alçaq insanların müsəlmanlar əleyhinə olan sözləri müsəlmanların həm savabını, həm də digər müsəlmanların gözündəki dəyərlərini qat-qat artırar. Sitatlar
Bizim məqsədimiz; Allahın dini dünyaya hakim olana qədər, fitnə yer üzündən aradan qalxana qədər, yəni Quran əxlaqı qütblərə, Afrikanın mərkəzinə hakim olana qədər elmi yolla mübarizə aparmaqdır. Allaha coşğun sevgi, dəli eşq bəsləmək bizim əsas məqsədimizdir. Bu yolda irəliləyərkən toy edərmiş kimi sevinclə, fərəhlə irəliləyirik inşaAllah. Sitatlar
Darvinizm "güclü olan heyvanların zəif olanları əzdiyi" yanlış dünya modeli ortaya qoydu. Ənənəçi İslam anlayışı da hər cür gözəlliyi, sevinci, incəsənəti qadağan etdi. İki tərəfdən mühasirəyə alınan insanların sevgini yaşaması mümkünsüz hala gəldi. Bu sevgisizliyi Allahın icazəsi ilə elmlə, irfanla aradan qaldırırıq. Sitatlar
Din bütündür, İslam bütündür, Quran bütündür. Quranda, hökmü ləğv edilən heç bir ayə yoxdur. Sitatlar
Dünyanın bir Osmanlıya ehtiyacı var, lakin bu bildiyimiz Osmanlıdan fərqli olacaq. Müharibənin, qılıncların, davanın, qanın olmadığı bir Osmanlı olacaq. Əcdadı unutmaq istəməmək gözəllikdir, onların ruhunu yad etmək istəyiriksə İslam Birliyini istəməyimiz kafidir. İslam Birliyi saf sevgiyə əsaslanacaq, mənfəət əlaqəsi heç vaxt olmayacaq. Təkcə Allah rizası üçün saf sevgi üçün birlik olacağıq. Sevgi süd kimidir, sevgiyə qatqı olmaz milli mənafe dediyin an sevgini yox etmiş olarsan. İslam Birliyini saf sevgi ilə yaradacağıq, İslam əxlaqını saf sevgi ilə hakim edəcəyik inşaAllah. Sitatlar
İngiltərə dərin dövləti asan əzəcəyini düşündüyü üçün ənənəçi İslam anlayışını müdafiə edir. Ənənəçi İslam anlayışı olduğu zaman elm, incəsənət, keyfiyyət, ağıl olmadığı üçün insanlar asan yönləndirilə bilən və dərhal əzilən xarakterdə olur. Bu da İngiltərə dərin dövlətinin işinə yarayır. Türkiyədə müasir Quran müsəlmanlığından bəhs edərək bu oyunlarını tamamilə puç etdik. Sitatlar
İslam aləminə hüzur gətirəcək olan təkcə İslam Birliyidir. İslam Birliyindən çox yaxşı bəhs edilməsi lazımdır. "Birləşərik, elə qarşılıq verərik ki" mənasında İslam Birliyi olmaz. Birləşərik, qardaşlığı, sülhü təmin edərik mənasındadır. Sülh üçün İslam Birliyi olacaqdır. Əks təqdirdə, sevgisiz düşüncə ilə birlik olmaz, belə addım müsəlmanlara da çox böyük zərər verər. İslam Birliyi bayram görünüşündə olmalıdır, bütün dünyanın bayramı olacaqdır. Sitatlar
İslam aləminin birləşməsi mehdiyyətdən başqa yolla mümkün deyil. Mövcud vəziyyətdə hər məzhəb, hər qrup öz lideri ətrafında birləşilməsini istəyər. Bu da parçalanmağın davamı deməkdir. Lakin imam Mehdi açıq-aşkar zühur etdiyi zaman şiə, sünni, vəhhabi, bütün İslam aləmi onun ətrafında birləşər. Mehdiyyət, Allahın İslam aləminin birləşməsi üçün təqdir etdiyi plandır. Sitatlar
İslam aləminin bu vəziyyətdə olmasının əsas səbəbi ənənəçi ortodoks İslam anlayışını yayıb, Quranın kafi olduğunu söyləməyi cinayət halına gətirmələri idi. Dəccaliyyət bu sistemdən çox yaxşı istifadə etdi və İslam aləmini məhv etdi. Hal-hazırda mehdiyyət vəsiləsi ilə bu təxribat aradan qalxır inşaAllah. Sitatlar
Məsələləri çıxılmaz vəziyyətə salacaq sərt və mübahisə üslublardan qaçmaq lazımdır. Sülh, sevgi və gözəllik yaranması üçün İslam Birliyi əsas şərtdir. Hal-hazırda dünyanın hər yerində münaqişə, dava, qan var. 3-5-7 il ərzində İslam Birliyi ilə bu fəlakəti aradan qaldıracağıq inşaAllah. Sitatlar
Türkiyə hal-hazırda çox mühüm dövrdən keçir. Vətən, dövlət, millətin davamiyyəti əsas məsələdir. Belə dövrdə detallara ilişmək doğru olmaz. Milli və yerli olan hər kəsin ittifaq etməsi, canı bahasına Türkiyənin birliyi və bütövlüyü, İslam aləminin birliyi üçün səy göstərməsi lazımdır. Sitatlar
Tayyib hocamdan xahiş edirik İslam Birliyi çağırışını həmişə gündəmdə saxlasın. Hal-hazırda İslam ümməti ümumi olaraq sahibsiz vəziyyətdədir. Demək olar ki, hər ölkə yalnız öz dərdindədir. Türkiyə bütün müsəlmanlara sahib çıxacaq tək ölkədir. İslam Birliyini həmişə gündəmdə saxlasaq ilk başda reaksiya verməmiş kimi görünsələr belə mütləq sonunda gözəl hadisələr olacaqdır. Sitatlar
Vicdanın bağlanması əslində metafizik vəziyyətdir. İslam aləminin əsas mərkəzi bilinən İraq, Suriya, Misir hal-hazırda məhv olmuş vəziyyətdə amma müsəlmanların bir qismində bəsirət bağlı olduğu üçün bunu heç əhəmiyyətli görmürlər. "Nə düşünürsən?" deyə soruşanda, "tez məktəbi bitirib evlənim" deyir. Müsəlmanların şəhid olması, uşaqların dənizlərdə boğulması onu heç vaxt maraqlandırmır. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur