HARUN YƏHYA
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
ƏSƏRLƏR
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Rəsimlər
Audiolar
Sitatlar
Digər
KATEQORİYALAR
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
OK
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Adnan Oktar deyir ki...
Sənədli filmlər
Axırzaman və qiyamət
Təkamül nəzəriyyəsinin süqutu
İman həqiqətləri və yaradılış möcüzələri
Peyğəmbərlər tarixi
Türk-İslam Birliyi
İslam və başqa dinlər
Maddənin ardındakı sirr
Quran əxlaqı və təfəkkür
Tarix, siyasət və strategiya
Günün gözəl mövzusu
Adnan Oktarın söhbət proqramları
Adnan Oktarın söhbətlərindən seçilmiş bölmələr
Adnan Oktarın qonaqları
Xoş söhbətlər
A9 üçün nə dedilər?
Ədalətli mühakimə
Canlıların dünyası
Həqiqətə qayıdış
Harun Yəhya tərəfindən yeni izahlar
Yaratılış Müzesi
Dünya liderləri sülh, din və siyasət haqqında nə deyir?
Gözəllik dini İslam
Baxış bucağı
Serap Akıncıoğlu ilə nura yönəliş
İslamın Qışı və Gözlənilən Baharı
Bütün Dünya Türk-İslam Birliyi istəyir
Paytaxt təcrübəsi
Həyatdan portretlər
Elm yolunda
Maraqlandığınız mövzular
Sevgi Dili
Gizli təhlükə
Görünməyən dünya
Nə baş verdi?
Trayektoriya
Ya olmasaydı?
Möcüzəvi elm
Düşündürən həqiqətlər
Beynəlxalq Media
Fosil Ovçusu
Alimlər Yaradılış haqqında danışırlar
Təkamülçülərin etirafları - Video
Təkamül üçün nə dedilər?
Dünyadan əks-səda
Daxilimizdəki möcüzələr
Həqiqi Atatürkçülük
Uşaqlar üçün
Sevimli heyvanlar
Dünyada dinə qayıdış videoları
Qısa izahat filmləri
Digər söhbət proqramları
Adnan Oktar Nə Demişdi, Nə Oldu
Qısa filmlər - Mütləq baxın
Mübarək şəhər İstanbul
Ailələr hörmətli Adnan Oktar üçün nə dedilər?
Fəcr-i Sadiq, Risalə-i Nurdan hikmətlər
Bədənimizdəki ayələr
Həyata dair
Birlik zamanı
Yaradılış Sübutları
İctimai müsahibələr
Adnan Oktar nə demişdi nə oldu - Video
Sənədli filmlərdən seçilmiş bölmələr
Adnan Oktarın söhbətlərindən başlıqlar
Serap Akıncıoğlu və Gülay Pınarbaşı ilə söhbətlər
KATEQORİYA SEÇİN
Münafiq özünü Allahdan müstəqil etmək üçün özünü üstün görər. Kiçik ağlıyla müsəlmanlara da ağıl verər. Müsəlmanların fitnəni dayandıracaq gücü olduğunu bildiyi halda o gücün fitnənin dayandırılması üçün istifadə edilməsini istəməz. Yeyin, için, gəzin, kefinizə baxın, yəni dağılın çağırışları edər. Müsəlmanlar dağılsın və İslam üçün xidmətləri dursun istəyər.
Nur surəsinin 55-ci ayəsi İslam əxlaqının hakimiyyətini və Mehdiyyəti birbaşa izah edən ayədir. Allah ayədə, daha əvvəl Hz. Süleymana, Zülqərneynə necə dünya hakimiyyəti verdisə, bənzər şəkildə İslam əxlaqını da dünyaya hakim edəcəyini bildirmişdir. İslam bütün dünyaya hakim olduğunda müsəlmanların mənəvi lideri olan adam da Mehdidir. Bu səbəbdən Nur surəsi 55-ci ayəsi Mehdiyyəti izah edən ayədir.
Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər mənfəət ümidi ilə Rəsulullah (s.ə.v)-in yanına gəlib namərdcəsinə fəaliyyət göstərir, hər kəsin görmədiyini, başa düşmədiyini zənn edirdilər. 20 il, 175 min 200 saat ərzində İslam üçün xidmət edirdilər. Bir çox qəbilədən çox sayda insan gətirir, evini, atını, pulunu, malını verirdilər. Peyğəmbərimiz (s.ə.v) və müsəlmanları həmişə varlandırırdılar. Bunların qarşılığında da çox böyük mənfəət gözləyirdilər. "Peyğəmbər (s.ə.v) vəfat edəcək hər şey özlərinə qalacaq" deyə düşünürdülər. Lakin gördülər ki, əsas özləri çökürlər, hər şeyləri bitmiş vəziyyətə gəlirlər. Peyğəmbər (s.ə.v) isə hər keçən gün daha da gümrahlaşır, güclənir. O zaman "biz ayrılaq" dedilər. Lakin bütün malını, mülkünü, ömrünü İslam üçün verdikdən sonra, qocalıb, çöküb zəiflədikdən sonra rədd olub gedir. Məhz bu, tarix boyu bütün münafiqlərin axmaqlığıdır.
İslam aləminə hüzur gətirəcək olan təkcə İslam Birliyidir. İslam Birliyindən çox yaxşı bəhs edilməsi lazımdır. "Birləşərik, elə qarşılıq verərik ki" mənasında İslam Birliyi olmaz. Birləşərik, qardaşlığı, sülhü təmin edərik mənasındadır. Sülh üçün İslam Birliyi olacaqdır. Əks təqdirdə, sevgisiz düşüncə ilə birlik olmaz, belə addım müsəlmanlara da çox böyük zərər verər. İslam Birliyi bayram görünüşündə olmalıdır, bütün dünyanın bayramı olacaqdır.
İslam Birliyi mühüm məsələdir. İslam Birliyi olmadığı müddətcə Allah heç bir yerdə rahatlıq verməz. Qüdsü xilas edəcək olan da İslam Birliyidir. İslam Birliyi olmadıqda Qüdsün mənası qalmaz. Qüdsün məna qazanması İslam Birliyi ilə təmin edilər. İslam Birliyi olsa, musəvilər, xristianlar, müsəlmanlar birlikdə çox gözəl yaşayarlar. Hər yeri bağlıq, bağçalıq edərik, hz. Süleymanın məscidini yenidən inşa edərik, hz. İbrahimin, hz. İsanın, bütün peyğəmbərlərin ayaqları basdığı yerləri tərtəmiz edərik. Hal-hazırda təkcə münaqişə və döyüş var. İslam Birliyi olsa bu münaqişələrin hamısı bitər. İslam Birliyi olmadığı müddətcə də nə müsəlmanlar, nə musəvilər, nə də xristianlar rahat ola bilərlər. Allahın əmri açıqdır: Fitnə yer üzündən aradan qalxana, İslam əxlaqı hakim olana qədər elmi mübarizə aparın. Ayrılmayın. Ayrılıb dağılmaq haramdır. Birlik olmaq fərzdir. Müsəlmanların mənəvi lider ətrafında birləşməsi Quranın hökmüdür.
Mehdi zühur etməyəcək deyənlər, İslam aləmi birləşsin də deyə bilmirlər. İslam aləmi birləşdiyi zaman başında mənəvi lider olacağı üçün sel kimi qan axdığı, müsəlmanlar mərhəmətsizcə əzildiyi və bu qanı dayandıracaq yeganə həll yolunun da İslam Birliyi olduğunu bildikləri halda, İslam aləmi birləşsin deyə bilmirlər.
Müsəlmanların ən mühüm məsuliyyəti səmimi olmaq, sonra da İslam Birliyini istəməkdir. İslam Birliyi ən böyük fərz vəzifədir.
Tayyib hocam İslam aləminə açıqca gəlin birləşək çağırışı etsin. Tayyib hocamdan başqa İslam aləminin dərdləri ilə maraqlanan elə də çox insan yoxdur. Tayyib hocam müsəlman ölkələrinin liderlərini külliyəyə dəvət etsin, rəsmi olaraq olmasa da; "siz İslam ölkələri birləşsin deyirsiniz, yoxsa demirsiniz? Axan qanı, edilən zülmü görmürsünüz?" deyə soruşsun. İslam ölkələri liderlərinin çoxu ağır yuxu halındadır. Tayyib hocam bu yuxunu yox etmək üçün tez-tez bunlara müraciət etsin, İslam Birliyi fikrinə bütün dünyanı alışdırsın.
Şeytan İslamdan kənar olan hər mövzunu sanki İslamda varmış kimi göstərərək insanlara çox böyük oyun oynadı. Harada anormallıq vardırsa, hamısını insanlara sanki İslamda varmış kimi qəbul etdirdi. Şeytanın çökməsi ənənəçi İslam anlayışının çökməsi ilə başlayar. Şeytanın sol qolu darvinizm, sağ qolu da ənənəçi İslam anlayışıdır. Şeytan bu tələləri ilə İslam aləmini məhv etməyə çalışır. Biz tam bu mərhələdə fəaliyyətə keçərək, şeytanın bu oyununu pozuruq əlhamdulillah.
Bərzaninin şüurlu, idealist yetişmiş dəstəkləyən kütləsi yoxdur. Buna görə də, kiçik addımında PKK tərəfindən asanlıqla əzilə bilər. Bərzani alçalmağı deyil, böyüməyi əsas götürsün, bu da İslam aləminin birləşməsi, İslam Birliyinin yaradılması ilə olar. Parçalanmaq, asan həzm olmaq mənasını verər.
İngiltərə dərin dövləti asan əzəcəyini düşündüyü üçün ənənəçi İslam anlayışını müdafiə edir. Ənənəçi İslam anlayışı olduğu zaman elm, incəsənət, keyfiyyət, ağıl olmadığı üçün insanlar asan yönləndirilə bilən və dərhal əzilən xarakterdə olur. Bu da İngiltərə dərin dövlətinin işinə yarayır. Türkiyədə müasir Quran müsəlmanlığından bəhs edərək bu oyunlarını tamamilə puç etdik.
Darvinizm "güclü olan heyvanların zəif olanları əzdiyi" yanlış dünya modeli ortaya qoydu. Ənənəçi İslam anlayışı da hər cür gözəlliyi, sevinci, incəsənəti qadağan etdi. İki tərəfdən mühasirəyə alınan insanların sevgini yaşaması mümkünsüz hala gəldi. Bu sevgisizliyi Allahın icazəsi ilə elmlə, irfanla aradan qaldırırıq.
İslam aləminin birləşməsi mehdiyyətdən başqa yolla mümkün deyil. Mövcud vəziyyətdə hər məzhəb, hər qrup öz lideri ətrafında birləşilməsini istəyər. Bu da parçalanmağın davamı deməkdir. Lakin imam Mehdi açıq-aşkar zühur etdiyi zaman şiə, sünni, vəhhabi, bütün İslam aləmi onun ətrafında birləşər. Mehdiyyət, Allahın İslam aləminin birləşməsi üçün təqdir etdiyi plandır.
Ənənəçi ortodoks İslam anlayışı müsəlmanları keyləşdirir. Müsəlmanları incəsənətdən, elmdən, gözəllikdən uzaqlaşdırıb sonra da əzmək istəyirlər. Suriyanı, İraqı belə əzdilər. Türkiyə üçün də planları eyni idi. Quran müsəlmanlığını izah edərək bu planı pozduq, Allahın icazəsi ilə.
Mehdiyyəti görməzlikdən gəlib öz aləmində müsəlmanların başını qatmağa çalışanlar, İslam aləminin yaşadığı əzabların günahını da üzərinə götürürlər.
İslam aləmini məhv edən münafiqlər və müşriklərdir. Bunları da İngiltərə dərin dövləti yönləndirir. Münafiqlərin və müşriklərin hücumları müsəlmanların güclənməsinə, fərasətinə, şövqünə vəsilə olar.
İran da, Türkiyə də həm NATO-da olsun, həm də Şanqay (ŞƏT) olsun, əsas olaraq İslam aləminin birləşməsi lazımdır.
İngiltərə dərin dövləti Qətərin zənginliyinə göz qoymuş görünür. İslam aləminin birliyinin təmin edilməsi əhəmiyyətlidir. Müsəlmanlar bu oyuna düşməsin. Səudiyyə Ərəbistanı da, Qətər də təmiz müsəlmandır. Türkiyə bu iki qardaşın arasının düzəlməsini təmin edə bilər. Səudiyyə Ərəbistanı İngiltərə dərin dövlətinin oyununa düşməsin, Qətərə yönəlmiş hərbi fəaliyyət bütün İslam aləminə mənfi təsir edər.
Türkiyə İslam aləmində təkcə bir təbəqəyə tərəf olmaz, müsəlmanları ayırd etmədən dəstəkləyər və qardaşlıq üçün çalışar. Türkiyə-Qətər qardaşdır, lakin Səudiyyə Ərəbistanı da, Bəhreyn də, Birləşmiş Ərəb Əmirlikləri də, İran da Türkiyənin qardaşıdır.
Mütləq bəhanə tapıb İslam ölkələrini tək-tək əzərək irəliləyirlər. Əfqanistan, İraq, Liviyanı darmadağın etdilər. Qətərdən sonra hədəf böyük ehtimal Səudiyyə Ərəbistanı olacaq. Ondan sonra da Türkiyəni parçalamağı planlaşdırırlar. Buna qarşı İslam aləmi birlik olmaq məcburiyyətindədir.
46
1
1
2
3
/ 3
1
1
2
3
46
/ 3
20