logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 15 oktyabr 2017

avatar

Adnan Oktar

İslamda himayədarlıq sistemi var. Hamı bir-birinə öz anası, atası, bacı-qardaşı, övladı kimi sahib çıxmaqla məsuldur. Bu əxlaq yaşandığı zaman dünyada kasıblıq, aclıq, yoxsulluq mövzusu qalmaz.
A9 TV; 15 oktyabr 2017
2087
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Açıq şüurla, ağıllı insanın Allahı inkar etməsi qeyri-mümkündür. Sitatlar
Ağıl, Allahdan qorxan insanın Qurana görə özünə və ətrafına faydalı olmasını təmin edən həyat formasıdır. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Ağlını dondurmuş insanın üzündə sevgi ifadəsi yaranmaz. Sevgini axmaqlıq kimi görər. Kinliliyi, nifrəti, qeyri-səmimiliyi ayıq-sayıqlıq zənn edər. Bataqlığın içində ömrünü çırpınaraq keçirdiyini də anlaya bilməz. Sevgini axmaqlıq kimi görmək çox böyük ağılsızlıqdır. Sitatlar
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir. Sitatlar
Allah ilə səmimi əlaqə vardırsa, imanın ləzzəti və axirətin sevinci ilə insan xoşbəxt olar. Bundan savayı gəmi ilə gəzmək, avtomobillə gəzmək, kotlet yeməklə insan xoşbəxt olmaz. İstədiyi qədər özünü zorlasın, heç yerdə heç bir şəkildə əylənə bilməz. Haradan gəldiyini bilməyən, hara gedəcəyini düşünməyən insanın əylənməyə çalışması nəticə verməz. Belə insan əylənə bilməz, sadəcə əylənirmiş təqlidi edər. Sitatlar
Allah qəti var. Bəzi insanlar; "Allahdan əvvəl nə vardı?" deyirlər. Zamansızlığı düşünmədikləri üçün bu sual ağıllarına ilişir. Allah dərgahında əvvəl və sonra yoxdur, tək bir an var. Əvvəl-sonra anlayışları müasir fizikaya görə də yoxdur. Zaman insan üçün yaradılmış anlayışdır. Sonsuz qısa zamanda, yəni bir an içində, sonsuz uzun zaman yaşanıb bitmiş vəziyyətdədir. Sitatlar
Allah qorusun Suriyalı bacı-qardaşlarımızı Türkiyəyə almasaydıq, onları ölümə tərk etmiş olacaqdıq. Bir insanı ölümə tərk etmə ehtimalı olduğu zaman əlimizdən nə gəlsə edib onu xilas etmək vicdani məsuliyyətdir. Əgər belə vəziyyətdə biri, "buraxın ölsünlər" deyirsə bu vicdansızlığı necə qazanmış olduğunu sosioloji olaraq araşdırmaq lazımdır. Bizim millətimiz heç vaxt belə vicdansızlığı qəbul etməz. Sitatlar
Allahdan uzaq olmağa heç bir bədən, heç bir hüceyrə dayana bilməz. İnsan Allahdan uzaq olduqda, hüceyrələr intihar etməyə başlayar və insan dərhal çökər. İnsan Allahı sevdiyi zaman, Allaha yaxın olduğu zaman gənc və gözəl olar. Sitatlar
Allahı anlamaq çətin deyil. Sadəcə səmimi olmaq kifayətdir. Mömin, özünü sıxmadan, iki-üç dəlillə kafi olmağı təmin edər. İnsan Allahın yüzlərlə sənətini bir anda düşünə bilməz. Allahın sənəti düşünməklə bitirilə biləcək kimi deyil. Sırf hüceyrəni düşünməyə cəhd etsək 60-70 il ömür kifayət etməz. Tək bir mitoxondridəki ağıl dünyadakı bütün insanların ağlından daha çoxdur. Tək bir xalçanın tüklərində minlərlə qoyunun məlumatı var. Hər gün Allahı diqqətlə, səmimi ruhla izləmək lazımdır. O zaman da Allah o insana heyrətamiz dərəcədə bərəkət verər. Sitatlar
Allahın Quranda bildirdiyi himayədarlıq sistemində anası, atası, bacı-qardaşı kimi hər kəsin bir-birini qoruması fərzdir. Bu Allahın açıq hökmüdür. Sitatlar
Bəzən ailələr uşaqlarını əşyaları kimi görürlər. Öz istədiyi insanla evlənməsi, öz istədiyi məktəbdə oxuması, öz istədiyi həyatı yaşaması üçün təzyiq göstərirlər. Uşağın insan olduğunu sanki unudurlar. Uşağa əşya kimi baxmaq yaraşmaz. Ata-ana necə ki, özünə bu işdə işlə, bu insanla görüş deyə qarışılmasını istəməzsə, uşağa da məktəbi, evliliyi məsələsində təzyiq göstərmək doğru olmaz. Sitatlar
Ənənəçi ortodoks sistem öz daxilində məhv olmağa məhkum olduğu üçün İngiltərə dərin dövləti bu strukturu dəstəkləyər. Bu sistem olduğu zaman müsəlmanları bir-birinə qırdırmaq da asan olur. Çünki ənənəçilikdə sevgi, şəfqət, mərhəmət deyil, nifrət, dava, kin və həsəd hakimiyyəti var. O zaman müsəlmanları şiə-sünni deyə bir-birinin üstünə salmaq, müsəlmanları qırıb yox etmək İngiltərə dərin dövləti üçün çox asanlaşır. Sitatlar
İmam Hatiplilər nur kimi insandırlar. Lağlağı, lovğa üslub işlədənlərə qardaşlarımız fikir verməsinlər. Bu cür sevgisiz insanların sevdiyi heç kim olmur və öz sevgisizlikləri içində boğulurlar. Qardaşlarımız bunlarla heç vaxt ünsiyyətdə olmasınlar. Sitatlar
İnsanların bir qismi çox eqoist düşünər, təkcə öz yeməyini, rahatlığını, yuxusunu, həyatını, evliliyini əhəmiyyətli hesab edər. Bu insanlar dini də çox səthi dəyərləndirər. Sanki bir maşın kimi hadisələrə baxarlar. Buna görə də, öz mənfəətlərindən başqa məsələ ilə məşğul olmazlar. Lakin insanlar imanla, ağılla yetişdirilsə daha dərin düşünməyi öyrənərlər. Sitatlar
Məqsədsiz, hədəfsiz yaşamaq çox qorxuncdur. Belə insanları gözəlliklə danışaraq, izah edərək razı salmağa çalışmaq çox yaxşı olar. İnsan onsuz da ruh sahibidirsə, öz mövcudluğundan xəbərdardırsa, izah edildiyi zaman dərhal anlayar, lakin ruh sahibi deyildirsə onsuz da izah etmək də təsir yaratmaz. Bu cür insanları öz halına buraxmaq lazımdır. Sitatlar
Məşvərət etmək çox böyük nemətdir. Məşvərət etdiyin zaman təkcə bir beynin deyil, 5-10 beynin gücündən birdən istifadə edərsən. Təkəbbürlü olan insanlar doğrunu başqasının görməsini xoşlamazlar. Bu xoşlarına gəlmədiyi üçün məşvərət etsələr və doğrunu görsələr belə öz ağıllarına tabe olarlar. Sitatlar
Bütün dinlərin əsas xüsusiyyəti himayəçilik sisteminin olmasıdır. Bu namaz, oruc kimi təməl hökmdür amma təəccüb doğuracaq şəkildə insanlara bunu unutdurmuşlar. Din yaşandığında hamı hər kəslə qardaş olur, hamı hər kəsin anası, atası olur. Küçədəki uşağın yeməyi, qalacağı yer, geyəcəyi paltardan bütün ümmət məsul olur. Sitatlar
Dünyanın hər yerində qadınlara təzyiq var, ailəsi, atası, anası ayrı təzyiq göstərir, bu çox acınacaqlıdır, bunun düzələcəyi dövr mehdiyyət dövrüdür. Sitatlar
Quran müsəlmanlığında ola bildiyi qədər azadlıq vardır. Allahın haramları çox azdır. Gənclər, qadınlar tam istədikləri kimi azaddırlar. Və Qurana görə hər insan anası atası kimi bütün insanlara baxmaqla mükəlləfdir, bu çox gözəl güvənc və nemətdir. Sitatlar
İnsanlardakı ən vəhşi instinkt gələcək qorxusudur. Bir çox insanın çəkdiyi acının təməlində gələcəkdən duyduqları qorxu vardır. Heç vaxt gələcəklərini zəmanət altına aldıqlarını düşünüb rahatlamırlar. Rahatlığı təmin edəcək yalnız Quranda izah edilən vəlayət sistemidir. Çünki vəlayət sistemində hər kəs hamının anası, atası, qardaşı, qoruyucusu olmaqla məsuldur. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur