logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 17 mart 2018

avatar

Adnan Oktar

Bütün dinlərin əsas xüsusiyyəti himayəçilik sisteminin olmasıdır. Bu namaz, oruc kimi təməl hökmdür amma təəccüb doğuracaq şəkildə insanlara bunu unutdurmuşlar. Din yaşandığında hamı hər kəslə qardaş olur, hamı hər kəsin anası, atası olur. Küçədəki uşağın yeməyi, qalacağı yer, geyəcəyi paltardan bütün ümmət məsul olur.
A9 TV; 17 mart 2018
2512
avatar

Adnan Oktar

Dürüst olmaq gözəldir amma insanlar kompleks olmağı seçir. Kompleks olmaq da onları üzür və yorur. Halbuki hər zaman dürüst olan insan qiymətlidir, dürüst olan sevilər.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Allah Özünün və sevginin hədəf edildiyi hər duanı qəbul edər. Özünün və sevginin hədəf edildiyi hər şeyi verir.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Mən monotonluğu heç xoşlamıram. Bəzi insanların hər şeyi sabitdir, getdiyi yol, yediyi yemək, oturduğu kreslo həmişə eynidir, bəllidir. Mənim həyatım həmişə dəyişir. Perspektivim dəyişir, zövq anlayışım dəyişir, sevinc anlayışım dəyişir. Hər şeyin daha xoş hala gəlməsini istəyirəm. Hər şeyin dəyişik və həyəcan verici olmasını istəyirəm. Mənim ruhumu dərindən təsir edən, halal amma qeyri-ənənəvi şeylərdən çox zövq alıram.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Mömin gücü Allahdan alar. Mən bu mövzuda güclüyəm deyən insanı, Allah qorusun, Allah elə o mövzuda əzər. Mən zəifəm demək də özünü bütləşdirmə olur. Güc Allahın deyil? Allahdan istəsən Allah səni son dərəcə güclü hala gətirər. Utancaqdır, Allahdan istəyər Allah onu cəsur edər. Narahatlıqları vardır, Allaha sığınar, Allah bütün narahatlıqlarını ortadan qaldırar. Mömin bütün gücün qüvvətin Allahdan olduğunu bilərək, yalnız Allaha güvənər.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Şəhidlərimizin ailələri də aslan kimi maşaAllah. Nə xoşbəxt belə şanlı övladlar yetişdiriblər. Dünyada da, axirətdə də həm özləri, həm övladları şanlıdır. Allah bizlərə də nəsib etsin. İsrarla bizi çağırmağa davam etsinlər inşaAllah. Allah möminə yataq ölümü verməsin, şəhadət nəsib etsin.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Darvinizmi yerlə bir etmək qeyri-mümkün görünürdü. Bizim vəsiləmizlə dünya səviyyəsində məğlub oldular. Əvvəllər hər həftə guya "itmiş halqa" tapardılar. Tək-tək elmi cavabını verincə artıq darvinistlərin "səsləri" çıxmır.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Cənnətin ən gözəl xüsusiyyəti ehtirasın dəli kimi yaşanmasıdır. Cənnətdə hər yerdə sevgi hakimdir.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Cənnətdə kompüter kimi hər cür texnoloji cihaz vardır. İnsan cənnətdə ən mükəmməl rəssamdan daha gözəl şəkil çəkər. Qitaranı əlinə aldığında möhtəşəm çalar. İnsan istədiyi dildə çox axıcı danışa bilər cənnətdə.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Duyğusallıq zövqlü də görünsə müqavimət göstərmək lazımdır. Ağıllı olmaq, Quranla düşünmək ən doğrusudur. Duyğusallıq, Allaha hörmətə, Allaha təslimiyyətə uyğun olmayan ruh halıdır. Duyğusallığı faciə olaraq görüb, hörmət etməmək lazımdır. Romanlarda, mahnılarda, seriallarda duyğusallıq müqəddəs göstərilir. Bu şeytani əzab şəklidir. Yüksək ağıl bunu heç vaxt qəbul etməz.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Mehdiyyət dövrü savabın əziyyət cəhətdən ən çox azaldığı amma Allah eşqi və iman yüksəkliyi cəhətdən ən çox artdığı dövrdür. Çünki Mehdiyyətin tam yaşandığı dövrdə hər şey rahat olacaq. Dəccal olmayacaq, münafiq olmayacaq, bəlalar, dərdlər olmayacaq. Amma rahatlıq, dostluq, qardaşlıq göylərə çıxacaq. İnsanlar nemətlərin sevincindən havalara uçacaqlar. Bu səbəbdən Mehdi dövründə savab əziyyət cəhətdən az olacaq amma insanlardakı Allah sevgisi çox yüksək olacaq, Aynəl-yaxın çox yüksək iman meydana gələcək. İnsanlar əziyyətə görə deyil, iman yüksəkliyindən, Allah eşqinin yüksəkliyindən çox savab alacaqlar. Tarixdə görülməmiş dərəcədə yüksək Allah eşqi olacaq dünyada. Savabın əziyyət cəhətdən ən çox yüksəldiyi dövr isə Hz. İsa və Hz. Mehdi vəfat etdikdən sonra, yəni 1542-ci ildən sonra olacaq. O dövrdə İslam aləmində artıq pozulma başlayacaq. Dözümü mümkün olmayan həyat olacaq. Çox çətin imtahanlar olacaq. Amma savabı da əziyyət cəhətdən bir o qədər çox olacaq inşaAllah.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Sonsuz ağla sahib olan Yaradıcımızın, Allahımızın varlığı ola biləcək ən gözəl şey bizim üçün. Allah bizim hər saniyəmizi nəzarət edir. Ucsuz-bucaqsız Gücün idarəsi altındayıq. Necə gözəldir.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Hər kəsin bir-birindən nifrət etməsi çox böyük təhlükədir. Dəccal sevgisizliklə böyük oyun oynayır, bu oyunu pozaq, sevgi sözləri ön planda olsun.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Münafiq tamamilə yıxmaq, yox etmək istəyər. Müsəlman bir şeyin yıxılmasını istəməz, təmir etmək, düzəltmək, gözəlləşdirmək və gücləndirmək istəyər, təmir edib istifadə halına gətirər. Münafiq isə həm yıxar həm də yıxdığının əvəzinə heç nə etməz. Münafiq korlayıb yox edicidir. Müsəlman təmir edib gözəlləşdirəndir.
A9 TV; 14 mart 2018
avatar

Adnan Oktar

Münafiqlərin hər hücumu axmaqlıqlarının isbatı olur. Münafiq beyinsizliyi təsvir ediləcək kimi olmur. Allah möcüzəvi olaraq, onları ola biləcək ən axmaq, ən beyinsiz şəkildə yaradır.
A9 TV; 14 mart 2018
avatar

Adnan Oktar

Münafiqlərdə və müşriklərdə hər cür pislik, murdarlıq, çürümüşlük və kirin hər cür əks olunmasını görən kimi diqqət çəkir. Müsəlmanlar isə tərtəmiz, aydınlıq, nur kimi olur.
A9 TV; 14 mart 2018
avatar

Adnan Oktar

Sevdiyimiz insanla qədərimizdə olduğu üçün qarşılaşarıq. İnsanın həyatının heç bir anında təsadüf yoxdur.
A9 TV; 14 mart 2018
avatar

Adnan Oktar

14 mart Tibb bayramını təbrik edirik. Həkimlərimiz və bütün səhiyyə işçilərimizin əl üzərində tutulması lazımdır. Xüsusilə xəstəxanalarda səhiyyə işçilərinə istiqamətli hücumlar əsla qəbul edilməməlidir. Xəstəxanalarda çalışanlar üçün mütləq təhlükəsiz otaqlar təsis edilməli və hər xəstəxanada iki xüsusi hərəkatçımız sabit olaraq olmalı.
A9 TV; 14 mart 2018
avatar

Adnan Oktar

Kürdlər çilə əhlidir, vəfalıdır, sadiqdir, dindardır. Bir insanın kürd dostu olması o insan üçün çox böyük nemətdir. Kürd deyildiyində ağılımıza mərdlik, dürüstlük, igidlik, əsalət və gözəl əxlaq gəlir.
A9 TV; 14 mart 2018
avatar

Adnan Oktar

Beynin müstəqil heç bir gücü yoxdur. Beyin yağ və ət parçasıdır. Bütün güc ruhdadır. Beyin qəssabda vardır görürsünüz, bir gücə sahib olmasının mümkün olmadığı açıqdır. Allahın üflədiyi ruh güc sahibidir.
A9 TV; 14 mart 2018
avatar

Adnan Oktar

Allah eşqiylə vətən, millət, bayraq üçün yaşamaq vacibdir. Allah sevgisi, vətən, millət, bayraq yoxdursa yaşamağın da məqsədi yoxdur. Vətən sevgisi çox yüksək duyğudur. Əhəmiyyətli olan mənalı yaşamaqdır. Mənası olmadan min il yaşasaq nə olar? Allah üçün yaşayıb canımızı Allah üçün təslim etmək əhəmiyyətlidir.
A9 TV; 14 mart 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah əsgərimizi, xüsusi təyinatlıları bütün namərd güllələrdən qorusun. Müzəffər etsin. Millət olaraq onların yanındayıq. Sitatlar
Gözəl əxlaqdan güzəştə gedən insan, Allah əsirgəsin, məhv olar. Gözəl əxlaqdan güzəştə getdiyi anda, həmin an insanda çöküntü başlayır. Gözlənilmədən bir anda güzəştə getsə belə dərhal Allaha sığınıb düzəltməsi lazımdır. Sitatlar
Münafiqlər ölü, xüsusi olaraq yaradılmış, başı boş varlıqlardır. Tamamilə həyatın həqiqətlərinə kilidlənmiş, guya Quranın hökmlərini dəyişdirərək bütün ömürlərini müsəlmanlarla mübarizəyə həsr edirlər. Belə bir axmaqlıq ola bilməz. Böyük küfr, dəccaliyyət varkən bütün ömrünü bir ovuc müsəlmanla məşğul olmağa həsr etmələri möcüzədir. Münafiqlərin bu mübarizəsinin müsəlmanların hər vəziyyətdə lehinə olması və müsəlmanların çox əylənməsinə səbəb olmaları da ayrı möcüzədir. Sitatlar
Şəhidlərimizə Allah qəni-qəni rəhmət etsin. Şəhidlərin ruhu cənnət əhli olur, nə gözəl, ən gözəl mövqeyə qovuşdular. Şəhidlərimizin heç birinin qanının yerdə qalmayacağını bütün dünyanın görməsi lazımdır. Sitatlar
Allah yalnız sevgiylə həyatı gözəl hala gətirmişdir. Sevgi gedəndə cəhənnəm gəlir. Bir insan sevgiyə yanaşmırsa və sevgini bilmirsə cəhənnəmdə yaşayır. Sitatlar
Kişinin də iffətli olması lazım olduğunu çox adam gündəmə belə gətirmir. Fuhuş həm qadına həm kişiyə haram qılınmışdır. Özlərinə hər cür çirkinliyi sözdə qanuni görərkən, qadınları ağlasığmaz təzyiq altına almaq istəyirlər. Qadınları əzmək homoseksuallığın çox böyüməsinə səbəb olur. Sitatlar
Bir insan bütün həyatını Allaha həsr elədisə, həyatın bütün yönlərindən özünü çəkib yalnız Allah üçün yaşayırsa, bu, o insanın təqvasının dəlilidir. Amma buna baxmayaraq müsəlmanda yenə də həmişə Allah qorxusu və cəhənnəmdən çəkinmək olar. Sitatlar
Din olmadıqda şeytan dövrəyə girər. Şeytanın təsirinə girən insanın ruh halının sağlam olması mümkün olmaz. Bütün hərəkətləri qeyri-sabitdir. Həyat məqsədi olmadıqda insanlarda həyata küsmə, sevdiklərinə küsmə, intihar meyli inkişaf edir. Məqsədsizlik insanın bütün həyat enerjisini əlindən alır. İnsana həyat enerjisi qazandıran Allah sevgisi, Allahın böyüklüyünü anlamaq və imandır. Sitatlar
Dində məcburiyyət yoxdur ayəsinin hökmünə görə, bir insanın niyə dini yaşamadığına qarışamazsın. Heç kimi zorla düz yola gətirə bilməzsən. Doğrunu səhvi izah edərsən amma təzyiq edə bilməzsən. Sitatlar
Mən monotonluğu heç xoşlamıram. Bəzi insanların hər şeyi sabitdir, getdiyi yol, yediyi yemək, oturduğu kreslo həmişə eynidir, bəllidir. Mənim həyatım həmişə dəyişir. Perspektivim dəyişir, zövq anlayışım dəyişir, sevinc anlayışım dəyişir. Hər şeyin daha xoş hala gəlməsini istəyirəm. Hər şeyin dəyişik və həyəcan verici olmasını istəyirəm. Mənim ruhumu dərindən təsir edən, halal amma qeyri-ənənəvi şeylərdən çox zövq alıram. Sitatlar
Samiri, Hz. Musa və möminlərə xəyanət etdikdən sonra səhrada tək baş��na sürünərək yaşadı. Tək başına çöldə sürünərkən də "azadam mən" deyə axmaq kimi sürünməyi azadlıq sanırdı. Münafiq bu cür axmaq və ağılsızdır. Qorxunc dərəcədə qanmaz və səfehdir, amma özünü azad zənn edər. Sitatlar
Münafiq özünün alçaq məxluq olduğundan çaqqal kimi əmindir. Öz aləmində müsəlman təqlidi etməyə çalışır amma bəzən dinsizliyini açıqca göstərir. Nadir rast gəlinəcək tərzdə arsızlığa sahib olduğu üçün roldan rola girər. Sitatlar
Dəccaliyyət insanların hamısına birdən hücum edərək və hücumun əhatəsini getdikcə artıraraq insanları Allaha yönəlməyə məcbur edər. Ledün yönü ilə Dəccaliyyət də Allaha xidmət edir. Amma biz Haqq tərəfdarı olaraq, Mehdiyyət qabaqcılı olaraq ledün yönünə görə deyil, zahiri istiqamətinə görə hərəkət etməklə və Dəccaliyyətlə var gücümüzlə elmi olaraq mübarizə aparmaqla məsuluq. Sitatlar
Namaz insanı fərəhləndirən, qəlbini açan, gücləndirən çox böyük nemətdir. Namazı tərk etmək təxəyyül belə edilə bilməz. Sitatlar
Bəzi müsəlmanlar, münafiqlərlə elmi mübarizə tezliklə bitsin istəyirlər. Halbuki müsəlman üçün münafiqlə elmi mübarizə həyatidir, namaz kimi əhəmiyyətli ibadətdir. Mömin həyatı boyunca bu ibadəti yerinə yetirəcək. Hər münafiq hücumu müsəlmanlara fövqəladə hərəkət, şövq, həyəcan və əzm gətirər. Sitatlar
Münafiq xüsusi yaradılan məxluqdur. Münafiqlərlə elmi mübarizə namaz kimi ibadətdir. Münafıqlə elmi mübarizə yüzlərlə ayə ilə izah edilmişdir. Bu ayələri yaşamamız üçün münafiqlər xüsusi olaraq yaradılmışdır. Sitatlar
Allah ən çox eşqi sevər. Bütün kainat eşq, ehtiras, sevgi üzərinə qurulmuşdur. Namazın, orucun, bütün ibadətlərin məqsədi sevgidir. "Sabaha qədər namaz qıldım ayağım şişdi" deyir. Allahın istədiyi bu deyil. Allahın istədiyi könüldən Allahı sevərək namazını qılmaq, ibadətləri yerinə yetirməkdir. Sitatlar
Allahın Quranda bildirdiyi himayədarlıq sistemində anası, atası, bacı-qardaşı kimi hər kəsin bir-birini qoruması fərzdir. Bu Allahın açıq hökmüdür. Sitatlar
Dəstəmaz, namaz Qurana görə asandır. Namaz və dəstəmazı çətinləşdirmək şeytanın insanları namazdan uzaqlaşdırmaq üçün oyunudur. Hər məzhəb özünə görə namaza sünnələr, fərzlər əlavə edər. Biri digərini qəbul etmir. Haram və halal məsələsində belə bir-birilərinə zidd olurlar. İslamın haramları, halalları təkcə Quranla müəyyən olubdur. Namaz qılmağın, dəstəmaz almağın hər məzhəbə görə fərqli olması deyə bir şey olmaz. Qurana görə namaz, dəstəmaz dəqiqdir və asandır. Sitatlar
İslamda himayədarlıq sistemi var. Hamı bir-birinə öz anası, atası, bacı-qardaşı, övladı kimi sahib çıxmaqla məsuldur. Bu əxlaq yaşandığı zaman dünyada kasıblıq, aclıq, yoxsulluq mövzusu qalmaz. Sitatlar
Quran müsəlmanlığında ola bildiyi qədər azadlıq vardır. Allahın haramları çox azdır. Gənclər, qadınlar tam istədikləri kimi azaddırlar. Və Qurana görə hər insan anası atası kimi bütün insanlara baxmaqla mükəlləfdir, bu çox gözəl güvənc və nemətdir. Sitatlar
İnsanlardakı ən vəhşi instinkt gələcək qorxusudur. Bir çox insanın çəkdiyi acının təməlində gələcəkdən duyduqları qorxu vardır. Heç vaxt gələcəklərini zəmanət altına aldıqlarını düşünüb rahatlamırlar. Rahatlığı təmin edəcək yalnız Quranda izah edilən vəlayət sistemidir. Çünki vəlayət sistemində hər kəs hamının anası, atası, qardaşı, qoruyucusu olmaqla məsuldur. Sitatlar
Dünyanın hər yerində qadınlara təzyiq var, ailəsi, atası, anası ayrı təzyiq göstərir, bu çox acınacaqlıdır, bunun düzələcəyi dövr mehdiyyət dövrüdür. Sitatlar
Səmimiyyətsizlik insanı boğar. İnsan səmimiyyətsiz olanda tarazlığını qoruyamaz, üzərinə çətinlik, kədər gəlir. Səmimi olan insanda fərahlama və açılma olur. Səmimi olmayan insanda çirkinləşmə meydana gəlir. Sitatlar
Ələvilərin əleyhinə danışanlar sevgisiz, ağılsız insanlardır. Belə insanları ciddiyə almamaq lazımdır. Ələvilik sevgi, dostluq, qardaşlıq, aydınlıq, müasirlik, nəzihlik deməkdir. Ələvilər nəcib və vəfalı insanlardır. Ələvilərin varlığı mövhumatçılığa qarşı qaladır. Nə gözəl Hz. Əlini sevirlər, nə gözəl əhli beyti sevirlər. Hz. Əlini və Əhli Beyti sevəni kim sevməz? Sitatlar

Alıntı Görseli Oluştur

Kontur