logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 13 iyun 2015

avatar

Adnan Oktar

İslamı insanları asıb-kəsməklə öyrətmək olmaz. Təbliğ ilə, sevdirərək, razı salaraq öyrədilməlidir.
A9 TV; 13 iyun 2015
801
avatar

Adnan Oktar

Hər bir dəccalın ömrü 40 ildir, bunu unutmayın. Dəccal gəldiyində dəccallıq etmədən getməz, ona verilən möhlət bitmədən getməz.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Düşməndən qorxmaq, hər hansı bir şeydən qorxmaq, Allahı sevməməyin əlamətidir, ondan uzaq olmağın əlamətidir.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Qətiyyətlə Allahı sevməkdən heç vaxt əl çəkməmək çox əhəmiyyətlidir.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Ehtiyac içindəki insan deyildikdə, bir çox adam ilk növbədə həmin insanın çörəyə, yeməyə ehtiyac duyduğunu düşünür. İmana ehtiyacı var, Allah sevgisinə ehtiyacı var. Dua etsən Allah səndən razı qalar. Sevgiyə, dərinliyə ehtiyacın var, Allahı dərindən sevməyə ehtiyacın var.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

İnsana bir zərər gəldikdə necə dua edir? Mükəmməl. Allaha necə bağlanır? Mükəmməl. Necə hörmət edir? Mükəmməl. Amma başına bəla gəlmişdir. Bəla gəlmədən motivasiya olmur. Niyə bəlanın gəlməsini gözləyirsən? Həmişə bəlaya düçar olduğun vaxtlardakı kimi olmalısan.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Ən yaxşı dincəlməyin sirri (təbiidir ki, Allah dincəltsin deyə etmərik, ancaq Allah rizası üçün edərik) Allahla tam əlaqə qurmaqdadır. Başqa cür dincəlmək olmaz. Yəni Allahla olan əlaqə qətiyyən zəiflədilməməlidir. "Sonra artıraram" demək də səhvdir.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

İnsan həmişə Allahın tərəfini tutarsa imanı artar. İnsanlar bəzən Allahdan bir qədər uzaqlaşarlar. Bəzən də Ona sarılarlar. Allahla olan mənəvi əlaqə fasiləsiz qorunub saxlanılmalıdır.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Əksər insan Allaha üsyan edir və ya Ondan gileylənir. "Mənə kömək etmir, mənim övladımı əlimdən aldı, avtomobilimi əlimdən aldı, malımı əlimdən aldı" deyə gileylənir. Övladı kim verir? Allah verir. Bəs kim alır? Allah alır. Yəni gileylənmək çox ağılsız bir hərəkətdir. Qeyri-səmimi rəftardır. Allah bu cür rəftarı sevmir.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Səmimiyyət Quranla əlaqəli bir sözdür. Quranı bilməsək səmimiyyətin nə olduğunu bilmərik. Səmimiyyət; insanın sərbəst düşünməsi, hər şeydə Allahın tərəfdarı kimi düşünməsi, Allah qorusun, Allahdan gileylənməməsi, Allah qorusun, Allahdan şikayətçi olmaması, üsyan etməməsidir.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Allah hal-hazırda mehdiyyət vəsiləsiylə dünyanı dağılmaqdan qoruyur. Yəni qiyamətin təxirə salınmasının səbəbi hz. Mehdi (ə.s)-dır.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Allah insanlardakı iman zəifliyini qətiyyən xoşlamır. Belə olduqda Allah bütün dünyada bərəkəti yox edir. Dünyadakı bütün insanlara sıxıntı və narahatlıq verər. İnsanlar da, heç cür bunun səbəbini anlaya bilməzlər. Bunun səbəbi, dünyada iman zəifliyinin yayılmasıdır.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Allahın hədəfi, insanların daim səmimi və güclü imana sahib olmalarıdır. Allah dünyadakı insanların səmimi və güclü imana sahib olduqlarını gördükdə, dünyanın bərəkəti artır. İnsanlarda iman zəifliyi olduqda isə Allah verdiyi bu bərəkəti azaldır. Buna görə də, xas və səmimi möminlər var gücləriylə bu mənəvi xüsusiyyəti möhkəmləndirməyə davam etməlidirlər.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Cənub-şərqi Anadolu bölgəsindəki xalq, analarımız, qardaşlarımız, bacılarımız inanılmaz dərəcədə dindardırlar. Allah deyən kimi gözlərinə yaş gəlir. Öz istəkləriylə Allahsız, kitabsız, stalinist PKK-ya tabe olmaları qeyri-mümkündür.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Bunu deyim ki, AKP-HDP koalisiyası yaradıldığı təqdirdə Türkiyə məhv olar. AKP tarixə qarışar, HDP isə xeyli güclənər, böyük bir fəlakətə sürüklənərik.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

MHP təkcə bir nazirliyi tələb etməlidir, Daxili İşlər Nazirliyini, bu qədər. Başqa heç bir ön şərti, qırmızı xətti olmasın. Tam səlahiyyətlə Daxili İşlər Nazirliyini tələb etsin. Bordo beretliləri və jandarmanı da fəaliyyətə keçirsin, qanuni yollarla dünyanı PKK-ya dar etsin.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s) demaqoqluq etməyəcək. Qısa və konkret danışacaq. Sözü uzadıb özünü bəyəndirməyə çalışan çıxışlar deyil, tamamilə məsələ barəsində hikmətli, qısa, təsir oyandıran, məsələni tam əhatə edən və ona əsaslı çıxış yolları gətirən çıxışlar edəcək.
A9 TV; 12 iyun 2015
avatar

Adnan Oktar

Heç bir PKK-lı evlənmək, məktəbi bitirmək və asan yolla pul qazanmaq dərdində deyil. Hansı diskoya gedim, harada əylənim dərdində deyil. Harada nişanlanaq, nişana neçə adam çağıraq dərdində deyil. Toyda hansı yeməkləri verək dərdində deyil. Avtomobilin markası nə olsun dərdində deyil. Əlbəttə ki, belə olduqda, müvəffəqiyyət qazanırlar.
A9 TV; 12 iyun 2015
avatar

Adnan Oktar

AKP çox müasir, qadın haqlarına hörmətlə yanaşan, başı açıq dekolte geyinən xanımları da sevən, hicablı xanımları da sevən, hamısına hörmətlə yanaşan, musiqiyə, rəsmə, əyləncəyə açıq, liberal ruhlu bir partiya görünüşündə ortaya çıxmalıdır. Olduqca liberal, olduqca azad, olduqca demokratik bir partiya. Belə ki, MHP də bu imici verməlidir, bu sadalananları tətbiq etməlidir. Buna zəmanət verildikdən sonra PKK tamamilə darmadağın edilməlidir.
A9 TV; 12 iyun 2015
avatar

Adnan Oktar

MHP koalisiya üçün təkcə bir ön şərt irəli sürsün; PKK-nın darmadağın edilməsi şərtini. MHP qəhrəman olar. Belə olduqda AKP də xilas olar, MHP də xilas olar. Daxili İşlər Nazirliyini MHP-yə versinlər.
A9 TV; 12 iyun 2015
avatar

Adnan Oktar

Dövlət darvinist təbliğat apardığı müddətcə, dövlətin buraxdığı dərsliklərdə darvinist fəlsəfə öyrədilməklə; "Allah, kitab, din və iman yoxdur" deyildikcə, "cənnət-cəhənnəm yoxdur, sizə bu cür yanlış məlumatlar verirlər. Kainat təsadüfən yaradıldı" deyildikcə PKK güclənər.
A9 TV; 12 iyun 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İnsanlar var-dövlət, güc və hakimiyyət sahibi olmağı xoşlayırlar. Gözəl qadınlar, gözəl avtomobillər, gözəl musiqi, gözəl həyat, gözəl paltarlar insana çox müsbət təsir edər. Normal, qanuni ölçü çərçivəsində bunlara sahib olub, dini də izah etsən, din insan həyatına daxil olar, İslam geniş kütlələrə çatar. Sitatlar
Təbliğ etdiyi vaxt özünə lağ ediləndə, "əhval-ruhiyyəm pozuldu" deyir. Taledən xəbərin yoxdur, Qurandan xəbərin yoxdur. Möcüzə gördüyün üçün Allaha həmd et. Təəccüblən. Sənin savabın, onun isə günahı artır. Sənin məqsədin savab qazanmaq deyilmi? “Kədərləndim” deyir. Bir insan savabı artdığı üçün kədərlənərmi? Sitatlar
Bəziləri təbliğ edir; "mən təbliğ edirəm mənimlə lağ edirlər" deyir. Sən necə təbliğçisən? Hələ Qurandan xəbərin yoxdur. Ayağını yerə vuranda səs çıxır, elə deyilmi? Əlbəttə ki, sən təbliğ edəndə qarşındakı da sənə lağ edəcək. Bu qanundur, Allahın qanunudur. Sən təbliğ edirsənsə, adam mütləq səninlə lağ etməlidir. Bunda təəccüblənməli nə var ki? Sitatlar
Təbliği çoxlu danışmaq və yazmaq olduğunu zənn edirlər. Bunların əvəzinə 15 dəqiqə sevgi göstərsə, 15 milyon dəfə çox səmərə əldə edər. Sitatlar
Xurafatçılar çox bilən adam kimi danışmaqla İslamın yayılacağını güman edirlər. İslam qətiyyən bu yolla yayılmaz. Adam səndən səmimi sevgi gözləyir. Doğru-düzgün geyinməni, təmiz və şən olmanı, həyatı gözələşdirməni gözləyir. Bu İslamın əyani şəkildə yaşanmasıdır. Bunu gördüyü təqdirdə sənin izah etdiyin İslamı qəbul edər. Sitatlar
Küfrü yer üzündən silmək fərzdir, lakin, əlbəttə ki, bunu elmlə, irfanla, sevgiylə, qanuni yollarla etmək olar. Zərər yetirmək üçün deyil, qorxutmaq üçün silah tutulmalıdır. Sitatlar
İslam pul qarşılığında təbliğ edilməz, haramdır. Bu müsəlman üçün çirkin və xoşagəlməz davranışdır. Allah ayədə, “sizdən mükafat istəməyənlərə tabe olun” deyir. Ayənin hökmü çox aydındır, bu mövzuda onlarla ayə var. İslamı təbliğ etdikdə mükafat istənilməz. Sitatlar
Mən bütün müsəlmanları sevirəm. "Lə ilahə illəllah Muhammədən Rəsulullah" deyir. Səhvi varsa, danışıb düzəldərəm. Bombalayaraq deyil, öldürərək deyil. Peyğəmbərimiz (s.ə.v) Ukaz bazarında insanları öldürməklə mi haqdan danışırdı? Gedib insanlara tək-tək deyirdi. Müşriklər vardı, buddistlər vardı, kafirlər vardı, masonlar vardı. Hamısına gedib izah edirdi. Sitatlar
Ayələrdə cihaddan bəhs edilərkən mübarizə aparmaq nəzərdə tutulur. Elmi mübarizə, çalışma, hər cür fəaliyyət. İnsanlar həmişə asıb-kəsmək kimi başa düşürlər. Cihad, Allah yolunda səy göstərməkdir. Sitatlar
Küfr əhlinin bataqlığında yaşayan insanlar, o çirkdən ciddi olaraq ləkələnirlər. Bu, üstlərində görülür. Ətinə, sümüyünə, dərisinə, baxışına hər şeyinə əks olunur. O mərhəmətsiz dünyanın, mərhəmətsiz çirki hər yerinə bulaşmış olur. İslamı yaşamağa başladığında, bu çirk üstündən yavaş-yavaş yox olur. Sitatlar
Təbliğ etdiyin insan iman etmədikdə sənin mövqeyin daha da yüksəlir. O az, sənsə çox həyəcanlısansa, sənin mövqeyin daha da yüksəlir. Sən heç nə itirməzsən. Sitatlar
Uzun ömür İslama xidmət etmək üçün istənilər. İslama xidmət etməyən insan üçün bəlaya çevrilə bilər. İnsanın ömrü uzanar, cəhənnəmin daha da dibinə gedər. Xeyirli uzun ömür əhəmiyyətlidir. Savabı itirdikdən sonra, Allaha xidməti itirdikdən sonra uzun ömrün faydası yoxdur. Uzun ömür İslama fayda vermək üçün əhəmiyyətlidir. Sitatlar
Ayələrdə, təbliğ edildiyi təqdirdə Fironun belə iman etmə ehtimalının olduğunu görürük.   O zaman kommunistə də, PKK-lıya da, ateistə də, artıq hər kim varsa, hamısına təbliğ   edilməlidir. Necə? Həlim, nəzakətli və hörmətlə. Sitatlar
Allahı zikr etməkdə zəiflik göstərmək haramdır. Bütün İslam aləminin başında bu bəla   var. Təbliğə ehtiyac duymurlar. "Onsuz da Diyanət İşləri Nazirliyi bunu edir, biz niyə   edək?" deyirlər. Təbliğ bütün müsəlmanlar üçün fərzdir. Sitatlar
İnsan Peyğəmbər (s.ə.v)-ə qarşı ədəbsizlik edir, Allah bəlasını verir. Dinlə mübarizə   aparır, Allah bəlasını verir. İslamla mübarizə aparır, Allah bəlasını verir. Mücahid, Allaha   xidmət edən bir insanla mübarizə aparmağa çalışır, Allah bəlasını verir. Baxsanız,   araşdırsanız görərsiniz. Gördüyünüz kimi, hansı övliya, hansı Allah yolunda mübarizə   aparan biriylə mübarizə edən biri olmuşdusa, Allah onun bəlasını vermişdir. Sitatlar
Təbliğ edən möminə lağ edən kimsə, onsuz da sərt təsirə məruz qaldığı üçün lağ edir.   Yoxsa niyə mübarizə aparsın ki. Təsirə məruz qalmasa ona qarışmaz, çıxıb gedər, işinə   gücünə baxar. Lağ etməsi özünə təskinlik verməsi üçündür. Çünki içindəki vicdanı onu   sıxmağa başlayır. Bu küfrün aldığı bir tədbirdir. Sitatlar
Təbliğ edərkən savabın üçdürsə, lağa qoyularkən davam etsən otuz olar. Lağın   dərəcəsi böyükdürsə üç yüz olar. Olduqca böyükdürsə üç min olar. Sənin məqsədin   nədir? İbadət deyildirmi? Allah sənin üçün ibadət yaradır. Sitatlar
"Hocam izah edirik, təbliğ edirik, bizimlə lağ edirlər" deyirlər, kim lağ elətdirir? Allah   elətdirir. Təbliğ ilə lağ eyni anda yaradılır. Təbliğin, ibadətin qiymətini artırmaq üçün   Allah tərəfindən edilən gizli bir nemətdir bu. Küfrün əleyhinə, möminlərin lehinədir.   Mömin üçün lütfdür, küfr üçün bəladır. Sən lağ etmələrinə fikir vermədikdə savabın qat-  qat artır. Sitatlar
Siyasət öz daxilində çox mərhəmətsizdir. Asan iş deyil. Ona görə də İslamı yaymağa səy göstərən insanların edəcəkləri şey; iman həqiqətlərini izah etmək, Quran möcüzələrini izah etmək, imanı gücləndirmək, öz imanını gücləndirmək, şövqünü artırmaqdır. Yoxsa bu cür şeylərin öhdəsindən gələ bilməz. Sitatlar
Allah Öz yolunda olanlara bərəkət verər, bolluq verər, eləcə də, gördüyünüz kimi, pis niyyətli olanlara da bəla və dərd verir. Allah xeyir yolunda olanların önünü açar. Bu bir möcüzədir. Allah Öz yolunda irəliləmək istəyənlərə yolları xeyli asanlaşdırar. Sitatlar
İman zəifliyi olduqda insan duyğusuz olar. İslamı yaymaq həyəcanı olmaz. Allahdan qorxma gücü olmaz. Öz mənfəətinin, öz problemlərinin ardınca qaçar. Bu böyük fəlakətdir. Sitatlar
Müsəlmana güllə atılmaz. Bu uğursuzluq gətirər, bəla gətirər. Çox böyük bir   əxlaqsızlıqdır. Qarşılığı əbədi Cəhənnəmdir. Müsəlmana təbliğ edərsən, izah edərsən   ayə ilə, hədislə, Quranla. Sən qatilsən ki? Havadan bombardman etmək nə deməkdir?   Mühakimə edərsən, günahı varsa həbs edərsən. Sitatlar
Dürüst, səmimi, açıq, parlaq bir zehniyyət, şəffaf bir dünyadan bəhs etmək lazımdır.   Mövzuları Quranla, ayələrlə izah etdikdə insanların qəlbində bir rahatlıq və hüzur   meydana gəlir. Yoxsa insanlara əhli dünya üslubu istifadə edirsən, insan öləcəyini bilir.   Sən sanki uçursan, amma sənin uçmağın onu qorxudar, ürküdər. Amma sən Allahın   varlığından xəbərdarsansa adamın qəlbinə rahatlıq gələr. Sitatlar
Allah bizim İslamdan bəhs edərkən və onu yayarkən orta səviyyəli ağıla sahib olmağımızı istəmir. Çox yüksək səviyyəli ağıla sahib olmağımızı istəyir. İslam orta səviyyəli ağılla yayılacaq deyil. Çünki İslam əleyhdarlarının bir hissəsi, müxtəlif fəlsəfələri müdafiə edərək və iddialı həmrəyliklə müsəlmanlarla mübarizə aparırlar. Sitatlar
Allah bizim vicdanımızı hərəkətə keçirmək üçün məzlumların əzildiyini, öldürüldüyünü, yandırıldığını göstərir. Əgər biz vicdanımızı hərəkətə keçirməsək günah işləyərik. Olmaz bu. Var gücümüzlə İslama xidmət etməliyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur