logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 29 iyun 2015

avatar

Adnan Oktar

Küfrü yer üzündən silmək fərzdir, lakin, əlbəttə ki, bunu elmlə, irfanla, sevgiylə, qanuni yollarla etmək olar. Zərər yetirmək üçün deyil, qorxutmaq üçün silah tutulmalıdır.
A9 TV; 29 iyun 2015
2380
avatar

Adnan Oktar

Bəlalar, dərdlər insanları çox yaxşı tanıdar və gücləndirər. Allah bu cür tərbiyə edir. Yoxsa insanların əksəriyyəti laqeyd olur.
A9 TV; 29 iyun 2015
avatar

Adnan Oktar

Kommunizm, Stalinizm bir inanc sistemidir. Terrorist, qan axıdan, psixopat, şeytani dindir. Şeytanın dinidir. Şeytanın dininə qarşı Allahın dini var, haqq din var. Biz bu haqq dini müdafiə edərik. Allahın tərəfdarları, şeytanın tərəfdarlarının qarşısında olar. Allahın tərəfdarları daim elm, irfan və qanunla bunların başlarını əzər.
A9 TV; 29 iyun 2015
avatar

Adnan Oktar

İsa (ə.s), hz. Mehdi (ə.s)-ın vəziri olaraq nüzul edəcək, Peyğəmbərimiz (s.ə.v) belə söyləyir. Allah Mehdini şərəfləndirmək üçün, Mehdinin böyüklüyünü vurğulamaq üçün, İsa Məsihi ona vəzir olaraq göndərir. Mehdinin böyüklüyünü buradan anlayın. Hətəmə vəli deməkdir. Gəlib keçmiş ən böyük övliya, ən böyük vəlidir. Yəni imam Mehdi, səhabələrdən üstündür.
A9 TV; 28 iyun 2015
avatar

Adnan Oktar

Müsəlmana güllə sıxan alçaqdır. Müsəlmanı öldürən alçaqdır və əxlaqsızdır. Belə təklif irəli sürənlər ən alçaq, şəxsiyyətsiz, soysuz insanlardır. Bu bilinsin.
A9 TV; 28 iyun 2015
avatar

Adnan Oktar

ABŞ indiyədək, mühafizəkarlığı, dindarlığı sayəsində dağılıb getmədi. ABŞ dindarlığını əldən versə bitər, məhv olar.
A9 TV; 28 iyun 2015
avatar

Adnan Oktar

Müsəlmanları öldürməyi düşünən, bunun üçün hazırlıq görən alçaqdır, əxlaqsızdır, xaindir, namussuzdur. Müsəlmanları öldürmək, əbədi cəhənnəmə getməkdir.
A9 TV; 28 iyun 2015
avatar

Adnan Oktar

Silaha sərf olunan vəsait yoxsul insanlara sərf olunsa dünyada inanılmaz zənginlik yaşanar. Dünyanın hər yerində bolluq, var-dövlət olar. Silaha, insan öldürməyə pul xərcləyirlər. Mehdi (ə.s) dövründə silahlar aradan qalxacaq. Silaha sərf olunacaq pul xalqa, müsəlmanlara, yoxsullara, məzlumlara paylanacaq.
A9 TV; 27 iyun 2015
avatar

Adnan Oktar

Allahın hökmü aydındır; PKK-ya da deyirəm, yaxın zamanda məğlubiyyətə məruz qalacaqlar. 40 illik dəccallıq müddətləri sona çatdı. Hamısı həbsxanaya atılacaq, ağıllarını başlarına yığsınlar.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

Kürd əsilzadədir, nəcibdir, alicənabdır, nəzakətlidir, nurludur, dindardır, nəzakətlidir, təmizdir, mərddir, igiddir, cəsurdur. Amma PKK alçaqdır, xaindir, murdardır, hər cür iyrəncliyi edən qatil sürüsüdür. PKK ilə Kürdə fərq qoya bilməyən insan məni təəccübləndirir. Yəni onları bir-birindən ayırmalısınız.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

Əgər hökumət MHP ilə koalisiya yaratmasa bu tarixi səhvi siyasət səhnəsindən tamamilə silinməklə ödəyər. Bunun üçün mütləq MHP ilə koalisiya yaratsın. Özü də güclü bir koalisiya.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ın edəcəyi ilk şey ədaləti təmin etməkdir. Onun dövründə qətiyyən insanlara zülm edilməz.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

Quranda Mehdi (ə.s)-dən bəhs edilmir demək düz deyil. Kəhf surəsində, Yusif surəsində əvvəldən axıra qədər mehdiyyət izah edilir. Süleyman hekayəsi mehdiyyəti izah edir. Nur surəsinin 55-ci ayəsi dünya hakimiyyətini və mehdiyyəti izah edir.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

"600 min hədis var" deyir; bunun mümkün olması üçün Peyğəmbərimiz (s.ə.v) doğumundan etibarən hər saat bir hədis söyləməlidir. Ancaq Buxarinin verdiyi məlumata uyğun, seçdiyi qədər; çünki başqaları da: "Bir milyon hədis arasından seçdi" deyir. Bəziləri də: "Üç milyon hədis arasından seçdi" deyir. Peyğəmbərimiz (s.ə.v) min il yaşasa belə, yenə bu hədisləri söyləyəcək vaxt olmaz. Deməli, bu bir yalandır. Bunu uşaq belə anlayar.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

İki günlük dünya. Sənin o heyran olduğun insanların hamısı ölüb gedir. Heyran olduğun binalar dağılıb yox olacaq və dağılır da. Köhnəlmiş bez parçasına heyran olur, bezə heyran olur və başqa şeylərə heyran olur. Sən Allaha heyran ol, Qurana heyran ol.
A9 TV; 25 iyun 2015
avatar

Adnan Oktar

PKK-lılar əkdiklərini biçirlər; illərdir ki, bölgədə, dəhşəti və zorakılığı öyrədən PKK, gəlinən vəziyyətdə zorakılığa uğrayan da PKK-dır. Halbuki sülh, qardaşlıq və sevgini əsas götürməlidirlər.
A9 TV; 25 iyun 2015
avatar

Adnan Oktar

Masonluqda "açılmaz düyün" simvolu vardır. O, dünyanın açılmaz düyün halını alacağını və Mehdi (ə.s)-ın bu düyünü açacağını bildirmək üçün istifadə edilən 5 min illik bir mason simvoludur.
A9 TV; 24 iyun 2015
avatar

Adnan Oktar

Partiyalar altında toplanmaq haramdır. Müsəlmanları müxtəlif partiyalar altında toplamaq haramdır. Hamısını sevməlisən. Bir partiyaya səs verə bilərsən, bu ayrı məsələdir. Amma Allah partiyalar altında toplanmağı qadağan edir. Açıq hökm var. Ayədə birbaşa “partiyalar altında toplanmamaq” deyə keçir. Əlbəttə ki, bütün müsəlmanları dəstəkləməliyik.
A9 TV; 24 iyun 2015
avatar

Adnan Oktar

“Böyük Orta Şərq” layihəsi mehdiyyəti yox etmə layihəsidir. Mehdiyyət nə deyir? “İslam aləmi vahid halda birləşsin” deyir. Bu layihə isə “İslam aləmi parça-parça olsun” deyir. Ən başından bəri bunların hədəfi Türkiyəni, İraqı və Suriyanı parçalamaqdır.
A9 TV; 23 iyun 2015
avatar

Adnan Oktar

AKP-MHP hakimiyyətə gəlsin, hökumət yaratsınlar, Daxili İşlər Nazirliyini MHP-yə versinlər. Sağlam birini də daxili işlər naziri vəzifəsinə gətirsinlər. PKK hüquqi yollarla kökündən yox edilsin. Ən mühüm məsələ budur.
A9 TV; 23 iyun 2015
avatar

Adnan Oktar

İsrailə getdiyimiz vaxt azğın kommunistlərlə, anarxist-stalinistlərlə qarşılaşsaq mı gözəl olar, yoxsa araqçınları, hörülmüş saçları, əllərində Tövrat ilə səhərdən axşama qədər “Allah” deyənlərləmi? Əlbəttə ki, “Allah” deyənlərlə qarşılaşmağımız gözəl olar, nə qədər böyük nemətdir və 4 min ildən bəri hz. Musa (ə.s)-a sədaqət göstərirlər.
A9 TV; 23 iyun 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İslam pul qarşılığında təbliğ edilməz, haramdır. Bu müsəlman üçün çirkin və xoşagəlməz davranışdır. Allah ayədə, “sizdən mükafat istəməyənlərə tabe olun” deyir. Ayənin hökmü çox aydındır, bu mövzuda onlarla ayə var. İslamı təbliğ etdikdə mükafat istənilməz. Sitatlar
Silaha sərf olunan vəsait yoxsul insanlara sərf olunsa dünyada inanılmaz zənginlik yaşanar. Dünyanın hər yerində bolluq, var-dövlət olar. Silaha, insan öldürməyə pul xərcləyirlər. Mehdi (ə.s) dövründə silahlar aradan qalxacaq. Silaha sərf olunacaq pul xalqa, müsəlmanlara, yoxsullara, məzlumlara paylanacaq. Sitatlar
İslamı insanları asıb-kəsməklə öyrətmək olmaz. Təbliğ ilə, sevdirərək, razı salaraq öyrədilməlidir. Sitatlar
İnsanlar var-dövlət, güc və hakimiyyət sahibi olmağı xoşlayırlar. Gözəl qadınlar, gözəl avtomobillər, gözəl musiqi, gözəl həyat, gözəl paltarlar insana çox müsbət təsir edər. Normal, qanuni ölçü çərçivəsində bunlara sahib olub, dini də izah etsən, din insan həyatına daxil olar, İslam geniş kütlələrə çatar. Sitatlar
Küfrə müəyyən qədər heyranlıq bəsləyir, bu da onu həlak edir, yandırıb yaxır. Məsələn, onların internetdəki rəftarlarına qibtə edir, orada özünü həlak edir. Yaxud onların haram həyat tərzindən xoşlanır. Qismən də olsa o həyatı yaşamaq istəyir. Sitatlar
Müsəlmanlar küfr əhlinin çirkabına bulaşdıqları zaman böyük iztirab çəkirlər. Üstündə bir qədər küfr əhlinin çirkabı olanda, iztirab və sıxıntı çəkməyə başlayır. Qəribə narahat olur, yerində dayana bilmir. Səbəbini bilmir. Halbuki azacıq küfr əhlinə meyl etdiyindən bunlar olur. Sitatlar
Küfr əhli qəribə formada narahatdır, sıxıntılıdır. İnsanın qəlbini parçalayar. Müsəlmanlıq olduqca rahatdır. Beynin rahat, ruhun rahatdır. Sitatlar
Təbliğ etdiyi vaxt özünə lağ ediləndə, "əhval-ruhiyyəm pozuldu" deyir. Taledən xəbərin yoxdur, Qurandan xəbərin yoxdur. Möcüzə gördüyün üçün Allaha həmd et. Təəccüblən. Sənin savabın, onun isə günahı artır. Sənin məqsədin savab qazanmaq deyilmi? “Kədərləndim” deyir. Bir insan savabı artdığı üçün kədərlənərmi? Sitatlar
Bəziləri təbliğ edir; "mən təbliğ edirəm mənimlə lağ edirlər" deyir. Sən necə təbliğçisən? Hələ Qurandan xəbərin yoxdur. Ayağını yerə vuranda səs çıxır, elə deyilmi? Əlbəttə ki, sən təbliğ edəndə qarşındakı da sənə lağ edəcək. Bu qanundur, Allahın qanunudur. Sən təbliğ edirsənsə, adam mütləq səninlə lağ etməlidir. Bunda təəccüblənməli nə var ki? Sitatlar
Küfrün boşboğazlığına dözmək o qədər çətindir ki, bu bir dünya imtahanıdır. Bu səbir və diqqət tələb edir, eləcə də, onun bu nalayiq sözünün hansı məqamda çürüdülməli olduğu da, ayrılıqda müəyyənləşdirmək lazımdır. Bunu bir məqamda etmək olmur, hamısını ayrı-ayrılıqda ayə ilə sübut gətirilməli, məntiq ilə təsdiqini tapmalıdır. Sitatlar
Təbliği çoxlu danışmaq və yazmaq olduğunu zənn edirlər. Bunların əvəzinə 15 dəqiqə sevgi göstərsə, 15 milyon dəfə çox səmərə əldə edər. Sitatlar
Xurafatçılar çox bilən adam kimi danışmaqla İslamın yayılacağını güman edirlər. İslam qətiyyən bu yolla yayılmaz. Adam səndən səmimi sevgi gözləyir. Doğru-düzgün geyinməni, təmiz və şən olmanı, həyatı gözələşdirməni gözləyir. Bu İslamın əyani şəkildə yaşanmasıdır. Bunu gördüyü təqdirdə sənin izah etdiyin İslamı qəbul edər. Sitatlar
İslama, Qurana inanırsansa; küfr əhli mütləq məğlub olar. Küfr əhlinin mütləq məğlub olacağını Allah Quranda bildirir. Lenin məğlub oldu, Marks məğlub oldu, Darvin məğlub oldu, hamısı məğlub oldu. PKK da məğlub olacaq. Sitatlar
Əsgərlərin və polislərin qorxutmaq üçün silah ehtiyatı çox olmalıdır. Uzunmüddətli qarşıdurma olmamalıdır. O silahdan xəbər tutsa, onsuz da ora kimsə gələ bilməz. Köhnəlmiş silahlardan istifadə etsən, adam da gələr. Sitatlar
Mən bütün müsəlmanları sevirəm. "Lə ilahə illəllah Muhammədən Rəsulullah" deyir. Səhvi varsa, danışıb düzəldərəm. Bombalayaraq deyil, öldürərək deyil. Peyğəmbərimiz (s.ə.v) Ukaz bazarında insanları öldürməklə mi haqdan danışırdı? Gedib insanlara tək-tək deyirdi. Müşriklər vardı, buddistlər vardı, kafirlər vardı, masonlar vardı. Hamısına gedib izah edirdi. Sitatlar
Heç kəs Allahın dərgahında modabazlıq, lovğalıq edə bilməz. Çoxbilmişcəsinə cavab verə bilməz. Allah onsuz da: "Axirətdə onları danışdırmayacağam'' deyir. Allah: "Susun, danışmayın, oraya alışın deyəcəyəm'' deyir. Allah, “susun” dedikdən sonra, artıq bir daha danışa bilmir. Yəni dili tutulur. Allah artıq dilini iflic edir. Sitatlar
Sən müsəlman olmaqla rahatlıq tapacaqsan. Müsəlmanlıq sənə daxili rahatlıq verər, sənə yoldaşlar, dostlar bəxş edər, zənginlik, bərəkət, bolluq gətirər. Hamı ilə sülh içində yaşaya bilərsən. Küfr olduqca acıdır, iztirabdır, əzabdır. Küfr etdiyin təqdirdə sürünərsən. Sitatlar
Küfr əhlinin bataqlığında yaşayan insanlar, o çirkdən ciddi olaraq ləkələnirlər. Bu, üstlərində görülür. Ətinə, sümüyünə, dərisinə, baxışına hər şeyinə əks olunur. O mərhəmətsiz dünyanın, mərhəmətsiz çirki hər yerinə bulaşmış olur. İslamı yaşamağa başladığında, bu çirk üstündən yavaş-yavaş yox olur. Sitatlar
Abdullah Öcalan heç vaxt silahların yerə qoyulmasını istəməz. Ən başda özü əzilər. Onu adam yerinə qoymazlar. Belə bir vəziyyətdə PKK hərəkatı tamamilə yox olar. Sitatlar
Dövlətimiz keşikçilərimizə sahib çıxsın. Keşikçilərin sayı iki mislinə qaldırılsın. Onlara,  ürkütmək baxımından avtomat silah, daha təkmilləşmiş, uzun mənzilli silahlar verilsin.   PKK-nın üzərinə bu aslanlar göndərilsin, qaplan kimi. Sitatlar
Heç bir silaha ehtiyac yoxdur. Mehdi (ə.s) dövründə silahların hamısı ortadan qalxacaq.   Silah və insan öldürmək üçün hazırlanan hər cür vəsait. İnsan sevilər, insan öldürülməz.   İnsan öldürmək üçün bir vasitə hazırlamaq çox qorxunc bir şeydir. Hamısı ortadan   qalxacaq, inşaAllah. Sitatlar
PKK-lılara göstərilən hörmətin səbəbi silahdır onsuz da. Hal-hazırda bir çox insanın   göstərdiyi hörmətin, nəzakətli üslubun tək səbəbi silahdır. Silah aradan qalxdıqda çox   alçaldarlar, heç bir şəkildə adam yerinə qoymazlar PKK-lıları. Sitatlar
PKK-nın silahı yerə qoyması sadəcə yalandır. Adamlar kommunizmi hakim edəcəklərini   düşünərək 40 ildir ki, mağaralarda gözləyirlər. Bu xəyaldır, silahı heç vaxt yerə   qoymazlar. Sitatlar
PKK heç vaxt və qətiyyən silahı yerə qoymaz. Bir az məntiqli kimsə bunu görər. PKK   silahı yerə qoyduğu anda məhv olar. Silah demək güc deməkdir. İnsanlar gücə hörmət   göstərirlər. Silahı əldən getsə, PKK-nı əzərlər. Sitatlar
Allah Quranda kədərlənməyi qadağan etmişdir. Mömin imanı sayəsində kədərlənməməlidir. Heç bir faydası yoxdur, sadəcə insanın əhval-ruhiyyəsini korlayır. Kədər, insanın ömrünü bitirən bir zəhərdir, xəstələnmə səbəbidir. Sevinc isə, bədən üçün qidadır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur