logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 18 oktyabr 2017

avatar

Adnan Oktar

İslamın endirilməsinin səbəbi mövhumatçılığı fikri olaraq aradan qaldırmaqdır. Peyğəmbərimiz (s.ə.v)-in vəfatının ardınca mövhumatçılığı İslama daxil etmək istədilər. Lakin mövhumatçılığa dinsizliklə qarşılıq verilməz, o zaman mövhumatçılıq daha da inkişaf edər. Mövhumatçılığa qarşı bütün Quran ayələri ilə elmi yolla mübarizə aparılar. Qurana əlavə və çıxarış etmədən tam izah edilsə mövhumatçılıq aradan qaldırılar.
A9 TV; 18 oktyabr 2017
2127
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
ABŞ dollarından istifadə etməyək. Öz pulumuzla daxili və xarici ticarət edək. Rusiya, İran və Türkiyə tam ittifaq etsin. Sitatlar
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik. Sitatlar
Allah münafiqlərə, gəncliklərini əllərindən alaraq ən böyük cəzanı verər. Münafiqlər dinə və Allaha qarşı qəzəbli olduqları üçün İslam üçün keçirdikləri vaxtdan böyük əzab çəkərlər. Kaş xidmət etməsəydim, sədəqə verməsəydim deyə ömür boyu ciyərləri yanar. Münafiq İslam üçün xidmət etməyi həyatını yandırmaq kimi gördüyü üçün, İslama xidmət edərək keçirmiş olduğu hər gündən ötrü böyük əzab çəkər. Allah bunu onların içinə böyük dərd olaraq verər. Bütün münafiqlərdən Allah gəncliklərini almışdır. Sitatlar
Allah müsəlmanlara sevginin tam yaşama zəminini təqdim etmişdir. Küfr əhlində də sevginin tam yaşama zəminini əllərindən alır Allah. Sevginin yaşanması üçün lazım olan çox şərt vardır. Ən başda insanın Allahı çox sevməsi, Allahdan çox qorxması lazımdır. Eqoist olmaması, səmimi, vəfalı, təmiz, bağışlayan olması lazımdır. Bu cür onlarla şərt həqiqi sevginin yaranması və yaşanması üçün zəruridir. Bu şərtlərdən təkcə biri çatışmadıqda belə sevgidə ciddi sarsıntı yaranar. Küfr əhlində isə bu şərtlərin demək olar ki, hamısında əksiklik olduğu üçün, küfr əhlində sevgi ölü doğar. Sitatlar
Allahı zikr etməklə nicat tapmaq üçün tam səmimi itaətlə Allaha bağlanmaq lazımdır. Əks təqdirdə insanların xoşbəxt olması qeyri-mümkündür. Nicat tapmaq və xoşbəxtlik üçün Allaha qəlbən təslim olmaq, Allaha tam bağlanmaq əsas şərtdir. Sitatlar
Allahın imtahanı hər zaman ədalətlidir. Biz Allahın sirlərini tam başa düşə bilmərik. Zamanın nə olduğunu bilmirik, harada olduğumuzu tam olaraq bilmirik. Zaman və məkanın mütləq olduğu zənn edilirdi, hər ikisinin də hiss olduğu, beynin şərhi olduğu aydın oldu. Sitatlar
Antidemokratik yollarla İranı dağıtmağa cəhd edən İngiltərə dərin dövlətinin qanunla, hüquqla imkan vermərik. Hər kəs fikrini ifadə edər, hökumətləri tənqid edər. Lakin dövləti, milləti antidemokratik yolla dağıtmağa cəhd edənə tamaşaçı qalmaq olmaz. İngiltərə dərin dövlətinin göstərişi ilə İranı dağıtmağa cəhd edənin başına dünyanı elmlə, qanunla yıxarıq. İran və Türkiyə qədim dost olan iki ölkədir. Bir-birini hər şəraitdə müdafiə edər və dəstəkləyər. İranın yanındayıq, həmişə yanında olacağıq inşaAllah. Sitatlar
Atatürk İmam Hatibləri açdıran, on minlərlə Quran çap etdirib Anadoluya paylatdıran, Quranı türkcəyə tərcümə etdirən, yanında həmişə Quran daşıyan, Dəyanəti qurduran, çoxsaylı məscid açdıran, İslama çox böyük xidmətləri olan nur kimi müsəlmandır. Sitatlar
Bizim mərhəmət, sevgi, dostluq anlayışımız Qurana əsaslandığı və bu məsələdə qətiyyətli olduğumuz üçün insanların İslama qarşı rekasiyalarına sədd olur. Bizim həyatımız İslamofobiyaya qarşı qəti cavabdır. İslamda incəsənət yoxdur deyirlər, portretlərimizi göstəririk. İslamda keyfiyyət yoxdur deyirlər, evlərimizi görürlər. İslamda sevinc yoxdur deyirlər, bizim verilişlərimizi görürlər. İslamda qadına təzyiq var deyirlər, bizim dostlarımızın azadlığını görürlər. Varlığımızla İslamofobiyaya sədd olan ən mühüm fikri qüvvə olduq. Sitatlar
Cinayət hallarının azaldılması üçün yeganə yol Allahın göstərdiyi yoldur. Haqq dindən başqa, cinayəti tam olaraq aradan qaldıracaq həll yolu yoxdur. Haqq dinlər gözəl və elmi yolla cinayəti tamamilə aradan qaldırar. Sitatlar
Dünya iki günlükdür, lakin İslam əxlaqı yaşanmadığı zaman dəhşət yaşanır. Dünyanın xilas olması İslam Birliyinin yaranmasındadır. Mehdi olmadan isə İslam Birliyi olmaz. Allahın göstərdiyi yeganə çözüm mehdiyyətdir. Sitatlar
Dürüst insanın üzündə həlim ifadə olar. Qurana, İslama qarşı diqqətcildir. Sabit, tutarlı olduğu üçün etibarlıdır. Halbuki münafiqlərə qarşı çox diqqətli və təmkinli olmaq lazımdır. Münafiq səmimiyyətsizdir, fırıldaqçı xarakterlidir. Sitatlar
Ənənəçi ortodoks sistem Türkiyədə fikri olaraq qəti şəkildə məğlub oldu. Quran müsəlmanlığı bir anda gözəl bitki kimi pöhrə verib hər yeri bürüdü. Sitatlar
Eşq və ehtiras insanların içinə gizlənmişdir. Ağıllı möminlər bu gizliliyin içindən ehtirası dərhal tapar. Dünyanın ehtiras və eşqdən başqa yolla mənası yoxdur. Ehtiras və eşq yoxdursa sürünmə vardır. Eşq və ehtiras isə Allahın təkcə möminlərə məxsus yaratdığı nemətdir. Sitatlar
Gənclərə yeganə tövsiyəm Allahı çox sevmələridir. Bundan başqa yolla xoşbəxt ola bilməzlər. Allah unudulduğu zaman həmişə tərslik, bədbəxtlik olar. Sitatlar
İxtisaslı münafiq dərin dövlət strukturu ilə əlaqəlidir. Xəbərçi və alçaq xarakterlidir. Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər Sasanilər və Roma dövləti ilə əlaqə yaradır, Peyğəmbərimiz (s.ə.v)-ə qarşı əməliyyat həyata keçirilməsini istəyirdilər. Lakin axmaq və ağılsız olduqları üçün, möminin münafiqlə mübarizəsi aslanın donuzla mübarizəsi kimidir. İki elmi pəncədə münafiq fikri olaraq darmadağın olar. Sitatlar
Münafiqin fikri olaraq əzilməsi möminlər üçün şəfa, zənginlik, bərəkət və xoşbəxtlik vəsiləsidir. Münafiq çox axmaq olduğu üçün fikri olaraq əzilməsi də asandır. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in tətbiq etdiyi taktikaları dərk edə bilmir; "müsəlmanlar geri çəkilir" deyə sevinirdilər. Sonra Peyğəmbərimiz (s.ə.v) qəfildən qayıdaraq münafiqlərin təpəsinə elmi yolla zərbə endirir və fikri olaraq tam zərərsizləşdirirdi. Sitatlar
Terrorla mübarizədə əsas olan fikri mübarizədir. Türkiyə fikri mübarizədə səssiz qalsa o zaman müvəffəqiyyətli olmaq çətin olar. İnsanlar materializmi və darvinizmi izah edərək gəncləri terrora, zorakılığa razı salırlar. Bunun müqabilində darvinizmin əsassızlığını izah etmək əsas şərtdir. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur