logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 29 yanvar 2017

avatar

Adnan Oktar

Kitab evdəki səssiz mürşiddir. Gecə-gündüz bezib usanmadan təbliğə davam edər, bütün məhəlləyə öyrədər. Kitabla təbliğ ən yaxşı üsuldur.
A9 TV; 29 yanvar 2017
1075
avatar

Adnan Oktar

Bəzi insanlar dini çox yanlış bilir. Dindar olan içinə qapanar, anti-sosial olar, sevinci azalar, mistik auraya bürünər deyə güman edirlər. Din bu deyil. Tam əksinə imanla, dinlə insan canlanar, sevinər. Mömin moderndir, həyat doludur; əksi müşriklərin iddiası və həyatıdır.
A9 TV; 29 yanvar 2017
avatar

Adnan Oktar

Təsadüflər nəticəsində yeni genetik məlumatın yaranması deyə bir şey ola bilməz. Genetika anti-təkamülçü elm sahəsidir.
A9 TV; 29 yanvar 2017
avatar

Adnan Oktar

Təkamül kainatın yaranmasını təsadüflərlə izah etməyə çalışan şumerlər dövründən qalmış elmdən kənar, bütpərəst xurafatdır.
A9 TV; 29 yanvar 2017
avatar

Adnan Oktar

Təkamül şumerlərdən qalan xurafatdır. Yaradılış elmdir. Elmə qarşı bütpərəst xurafatların təqdim edilməsini qəbul etmərik. Təkamülçülərin əlində təkamülü göstərən tək bir fosil belə yoxdur. Təkcə xəyali rəsmlər və nağıllar var.
A9 TV; 29 yanvar 2017
avatar

Adnan Oktar

Fosil qeydləri canlıların bir anda yarandığını, mərhələli formalaşma deyə bir şey olmadığını göstərir. Bunun mənası təkamül yox deməkdir.
A9 TV; 29 yanvar 2017
avatar

Adnan Oktar

Təkamülçülərin çırpınması bizim təkamülün əsassızlığını daha əhatəli izah etməyimizə vəsilə olur. Hər çırpınışları fayda gətirir. Biz təkamülün olmadığını milyonlarla elmi dəlillə göstəririk. Təkamülü müdafiə edənlər tək bir dəlil belə təqdim edə bilmir və sadəcə demaqoqluq edirlər.
A9 TV; 29 yanvar 2017
avatar

Adnan Oktar

Quranda təkamül vardır yanlışlığını müdafiə edənlər cənnətin, mələklərin, cinlərin, cənnət köşklərinin, bitkilərinin necə yaradıldığını izah edə bilmir. Quranda təkamül yoxdur. Elm də təkamülün olmadığını sübut etmişdir. Mərhələ-mərhələ inkişaf, əmələ gəlmə deyə bir şey yoxdur.
A9 TV; 29 yanvar 2017
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyinə görə Allah Mehdiyə bütün peyğəmbərlərə verdiklərini verəcək və Mehdi dünyanı başqa dünyaya çevirəcək.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Bəzi müsəlmanların həm Qərbin mədəniyyətinə şiddətlə qarşı olması, həm də Qərbdə yaşamaq üçün can atması çox böyük ziddiyyətdir. Musiqiyə, incəsənətə, rəsmə, heykələ, Qərbdə olan bütün mədəniyyətə qarşı olduqlarını söyləyənlər təhsil almaları üçün övladlarını həmişə Qərbə göndərirlər. Əgər Qərbə yönəltdikləri tənqidlərində səmimi olsalar, Qərbdə yaşamaq üçün belə can atmazdılar. Bu kəslər şüur altlarında mədəniyyətin gözəlliyini bilirlər.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Cənnətdə insanlar təkamüllə yaradılmır. Dünyaya gəlmədən əvvəl də insanlar Qalu Bəlada vardı. Sonradan təkamüllə yaranmadılar.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Quranda təkamül yoxdur. Allah kainat yaradılmadan əvvəl bütün insanları yaratdığını və onlardan əhd aldığını bildirmişdir.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

İngiltərə dərin dövlətinin oyunlarını sənədləri ilə ifşa etməyimiz dəccaliyyətin çöküşünün başlanğıcı oldu.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Quranda hökmü ləğv edilən ayə yoxdur. Quranın bütün ayələri qiyamətə qədər keçərlidir. Quranın bəzi hökmlərinin ləğv edildiyini iddia edənlər axirətdə bu çirkin cəsarətlərinin qarşılığını tam alacaqlar. (Bəqərə surəsi, 85: Sonra (yenə) siz, bir-birinizi öldürür, bir qisminizi öz yurdundan çıxardır, günah və düşmənçiliklə əleyhlərində ittifaq edir və sizə əsir kimi gəldikləri vaxt, onlarla fidyələşirdiniz. Halbuki onları çıxartmağınız sizə haram edilmişdi. Yoxsa siz, kitabın bir hissəsinə inanıb da, bir hissəsini inkar mı edirsiniz? Artıq sizdən belə edənlərin dünya həyatındakı cəzası rüsvay olmaqdır, qiyamət günündə isə ən şiddətli əzaba düçar ediləcəklər. Allah nə etdiklərinizdən xəbərsiz deyil.)
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Hər gün sevgini xatırlatmağımız, şeytanın hər gün etdiyi düşmənçilik hərəkətinə qarşı ən gözəl cavabdır.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Qadınların əzildiyi hər cəmiyyət dağılar. Qadınlar azad olmalıdır. Hər cür azadlığı təkcə kişilərin haqqı kimi görmək vicdani deyil. Qadınların qiymətini bilməmək insanlar üçün fəlakətdir. Qadının necə gözəl nemət olduğunu görə bilməmək o insan üçün bəladır.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v), Mehdi dövründə qadınların mümkün olduğu qədər azad olacağını bildirmişdir.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Mövhumatçıların incəsənətdən, keyfiyyətdən, əyləncədən, gözəllikdən uzaq yaşamaları, fərqində olmasalar da müsəlmanların əzilməsinə səbəb olur.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

İslamı içinə qapalı, ölü, əzab dolu sistem kimi göstərdikləri üçün insanlar İslamdan qaçır. Dəccaliyyətin bu oyununu biz pozduq. Sevgi, əyləncə, gözəllik, dostluq ən gözəl halı ilə İslamda yaşanar.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Tövratda bəhs edilən hakimiyyət, Mehdi (Moşiyah) dövründə İslam əxlaqının bütün dünyaya hakim olmasıdır.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Anadolunu tanıdan tədbirlərdə xalqı pis göstərəcək bir üslub işlədilməsi çox çirkin olar. Anadolu insanına layiq olduğu hörmət göstərilməlidir. Cəmiyyəti adi, bəsit, keyfiyyətsiz əyləncələrə təşviq etmək doğru deyil. Xalq həmişə keyfiyyətli, gözəl şeylərə təşviq edilməlidir.
A9 TV; 28 yanvar 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İnsanları bir şeyə razı salarkən kütlə psixologiyasından istifadə etməklə deyil, izah edərək, fikri hər cəhəti ilə ortaya qoyaraq razı salmaq əhəmiyyətlidir. Sitatlar
Allahın sənətini yaxşı başa düşülən şəkildə izah edə bilmək əhəmiyyətlidir. Yaddaşda qalması üçün xüsusi xatırlatma metodlarından istifadə etmək lazımdır. Sitatlar
Nə dediyini bilməyən, hər şeyə düşmən olan, gözəllikdən zövq ala bilməyən, sevgisiz, mərhəmətsiz, özü pis, həyatı pis olanları səbirlə öyrədəcəyik. Sitatlar
Mənim zənginliyim təvəkkülümdür. Nə bankda pulum var, nə də özümə məxsus mal-dövlətim var. Mənim zənginliyim Allahdandır. 40 ildən bəri bir gün belə tətilə getmədim, soyuq da olsa, isti də olsa burdayam. Hər imkanımı təbliğ üçün sərf edirəm. Sitatlar
Dindar olmadan əvvəl insanın beyni çox bulanıq olur, dinin hökmlərini də bulanıq olaraq bilir. Ağlında şüur və itilik tam yaranmır. Dini tam öyrənmədən əvvəl insanlarda Allah sevgisi və qorxusu olur, lakin dini çox geridə tuturlar. Dünya daha əsas olur. Buna görə də təbliğ edənlərə çox böyük məsuliyyət düşür. İnsanları sıxmadan, usandırmadan şüurlarını açmaq üçün cəhd etmək lazımdır. Sitatlar
İslamı təbliğ etmək fərzdir. Müsəlman var gücü ilə elmi yolla mübarizə aparmaqla məsuldur. Müsəlmanları passivləşdirməyə çalışanlara heç kim etibar etməsin. Sitatlar
İslamı təbliğ etmə məqsədində olan bir müsəlmanın sosial media səhifələrindən çox faydalı istifadə etməsi əhəmiyyətlidir. Sitatlar
Mən 1979-cu ildə təbliğə Memar Sinan Universitetində başladım. Memar Sinan Universiteti o dövrdə marksizmin qalası mövqeyində idi. Əsil məqsədim həmişə təbliğ oldu. “Kübar cəmiyyət” deyilən təbəqə ilə müsəlmanların əlaqəsi demək olar ki, sıfır idi. O cəmiyyətdə ilk təbliği biz etdik, İslamla əlaqələrinə vəsilə olduq. Bir çox müsəlmanın girməyi belə düşünmədiyi Saint Benoit, Avstriya Lisesi, Dost Kolleci, Robert Kollec kimi təhsil müəssisələrində ilk təbliği biz etdik. Sitatlar
Bir çox müsəlman meyhanədəkı insana, klubdakı insana təbliğ etməz. Lakin biz edərik. Bu insanların üzünə qapını örtmək olmaz, biz onlar üçün zəhmət çəkəcəyik. Rəsulullah (s.ə.v) də Ukaz bazarında dindən ən çox uzaq kəslərin arasında təbliğ edirdi. Biz də İslamdan ən uzaq insanlara təbliğ edəcəyik. Sitatlar
Müsəlman əxlaqi cəhətdən çökmüş, nifrətə qərq olmuş, korlanmış insanları xilas etməyi hədəfləyər. Onların qurtulması üçün səy göstərmək ibadətdir. Müsəlman birinci növbədə müsəlmana deyil, İslamı heç tanımayan, şeytanın təsirinə qapılmış insanlara təbliğ edər. Bizim əsil təbliğimiz bu kütləyədir. Sitatlar
Hz. Süleyman dövründə də Peyğəmbərimiz (s.ə.v) dövründə də müsəlmanların keyfiyyəti, gözəlliyi İslamın təbliğində çox təsirli olurdu. Müsəlmanların gözəlliyini, keyfiyyətini, nəzakətini, sevincini görən İslamı yaşamağı sevinclə qəbul etməlidir. Keyfiyyətsizlik İslamı daxilən çökdürər. Sitatlar
Çox sayda qəzet, televiziya kanalı və internetin yaradılması təbliğ üçün çox böyük nemətdir. Bu imkanlar mehdiyyət üçün xüsusi yaradılıb. Sitatlar
Hz. Süleymanın təbliğ üsulu gözəllik, incəsənət, zənginlik, estetika, keyfiyyət və ehtişam idi. Memarlıqda, incəsənətdə həmişə mükəmməllikdən istifadə etdi. Sitatlar
Heç sevəni olmayan, özünü müsəlmanlardan üstün görən, həmişə müsəlmanları təhdid ünsürü kimi göstərməyə çalışan din texniki tiplərin həqir və yaltaq xarakteri olur. Hədəfləri darvinizm, materializm, dinsizlik deyil, müsəlmanlar olur. Bunlar ümumiyyətlə imana vəsilə olan iş görmək əvəzinə din vasitəsilə pul qazanan, müsəlmanları narahat edən, əllərindəki imkandan müsəlmanlar əleyhinə istifadə edən insanlar olur. Sitatlar
Dünyanın hər yerində bir çox insanın təbliğ edə bilmədiyi mühitdə İslamı izah edirik. Darvinist fəlsəfənin dünyanı boğmasına mane oluruq. Anti-darvinist elmi fəaliyyətimiz imanlı nəsil yetişməsinə səbəb olur. Bəzi mövhumatçı kütlələr onları necə bir bəladan qoruduğumuzu anlamır. Sitatlar
Dindən pul qazanılmaz. İslamı izah etmək müqabilində pul alınmaz. Sitatlar
İslam aləmi qan içindədir, bəziləri “plov yemək sünnədirmi, dezodorant halaldırmı” kimi mövzularla maraqlanır. Mümkün qədər heç bir mövzuya girmədən öz rahatlıqlarını qoruyacaq şəkildə yaşamaq istəyirlər. Bütün bunlara baxmayaraq, biz heç bir mənfəət gözləmədən burada hər zaman münafiqlərə, İngiltərə dərin dövlətinə, darvinizmə, dinsizliyə qarşı var gücümüzlə fikri olaraq mübarizə aparmağa davam edəcəyik. Sitatlar
40 ildir ki, istirahətə getmədim. Qar, qış, yay, isti, hər gün təbliğə davam etdim. Bunun əksini etməyi mənim vicdanım əsla qəbul etməz. Sitatlar
Evlənməməyimin səbəbi, bütün vaxtımdan, bütün ömrümdən Allah üçün, İslam üçün, təbliğ üçün istifadə edə bilməkdir. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) İslamı təbliğ edir, onu dinləməyə gələn bəziləri isə mənim üçün dua et ki, ticarətim artsın deyirdi, İslama xidmət etməyi düşünmürdü. Sitatlar
Mehdiyyətin əsas xüsusiyyəti ödəniş istəməməsidir. Dini təbliğ etmək əvəzində ödəniş istənilməz. Sitatlar
Ənənəpərəst ortodoks bacı-qardaşlarımızın çoxu Quranın kafi olduğunu eşitdikləri zaman çox təəccüblənirlər. Vəsvəsəyə qapılmadan Qurana sarılsınlar. Quranın kafiliyini köklü izah etmək lazımdır. Allahın Kitabı əskiksizdir. Allahın Kitabının əskik olduğunu söyləmək günahdır deyə izah edilməlidir. Sitatlar
Təbliğ etmək, yaxşılığı əmr etmək, pislikdən çəkindirmək bütün möminlərə Allahın əmridir. Sitatlar
İman əhlinin internetdən ən təsiredici şəkildə istifadə etməsi çox əhəmiyyətlidir. İnternet insanlara həqiqi məlumatı çatdırmaq üçün Allahın verdiyi nemətdir. Sitatlar
Firon da mason idi. Həzrəti Musa ona təbliğ etdi. Nəmrud da mason idi. Hz. İbrahim ona İslamı izah etdi. Mömin hər kəsə təbliğ edər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur