logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 15 yanvar 2018

avatar

Adnan Oktar

Küfr əhlinə yaltaqlıq edib, İngiltərə dərin dövlətindən bir kəlmə belə bəhs etməyən, hərdənbir ənənəçi anlayışını zəif şəkildə müdafiə edənlər, alçaqca və namərdcəsinə müsəlmanların nöqsanını axtarırlar. Bu, çox böyük acizlik və şəxsiyyətsizlikdir.
A9 TV; 15 yanvar 2018
2487
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağlını dondurmuş insanın üzündə sevgi ifadəsi yaranmaz. Sevgini axmaqlıq kimi görər. Kinliliyi, nifrəti, qeyri-səmimiliyi ayıq-sayıqlıq zənn edər. Bataqlığın içində ömrünü çırpınaraq keçirdiyini də anlaya bilməz. Sevgini axmaqlıq kimi görmək çox böyük ağılsızlıqdır. Sitatlar
Ailələrin bir çoxu gəncləri ən əhəmiyyətli yaşlarında tək qoyurlar. Uşaqlar və gənclər həyatı enişli-yoxuşlu öyrənməməlidirlər. Bir o divara, bir bu divara vuraraq özlərinin öyrənmələri olmamalıdır. Xüsusi qayğı və ağıllı rəftarla onlara yardımçı olmaq lazımdır. Sitatlar
Allah ilə səmimi əlaqə vardırsa, imanın ləzzəti və axirətin sevinci ilə insan xoşbəxt olar. Bundan savayı gəmi ilə gəzmək, avtomobillə gəzmək, kotlet yeməklə insan xoşbəxt olmaz. İstədiyi qədər özünü zorlasın, heç yerdə heç bir şəkildə əylənə bilməz. Haradan gəldiyini bilməyən, hara gedəcəyini düşünməyən insanın əylənməyə çalışması nəticə verməz. Belə insan əylənə bilməz, sadəcə əylənirmiş təqlidi edər. Sitatlar
Allah insanı acizlik içində yaratmışdır. İmtahanın tələbi olaraq həyat asanlıqla Özünə çatılacağı kimi olmaz. Necə ki, maneəli qaçış yarışında cürbəcür maneələr vardırsa, insanın Allaha çatmasında da bənzər çətinliklər var. Dünyadakı bu yarışın çətin olması şərtdir. Asan olduqda dünyada təhsil almağımıza ehtiyac yoxdur. Çətin olması üçün də zehin dağınıqlığı, bədən yorğunluğu, insanların tərs danışıqları lazımdır, küfr əhlinin, münafiqlərin hücumu lazımdır, zəif insanların ümidsiz danışıqları lazımdır. Həmçinin Allah başqa pərdələr də yaradar. Məsələn, Axırzamana xüsusi olaraq dinsiz fəlsəfə minlərlə qoldan möminə hücum edir. Cürbəcür dinsizlik və dini pozacaq dini dəyişdirmə cərəyanları var. Mömin məhz bütün bunların arasından keçərək Allaha yaxınlaşır. Sitatlar
Allah yuxunu acizlik olaraq yaratmışdır. Yuxu, hər gün insanların ölümü dadması üçün xüsusi olaraq yaradılır. Hər gün hər insan məzara girən kimi yatağa girib müəyyən mənada ölümə gedir. Lakin çox insan düşünmədiyi üçün bunu normal qarşılayır. Sitatlar
Allaha güvənən insanın güvəni gözəldir. Özünə güvənən insan sıxıntılı, iztirablı və ağrılı-acılı həyat yaşayar. Özünü şirk qoşmasının bərəkətsizliyi həmişə üzərində olar. Sitatlar
Allahın Quranda bildirdiyi himayədarlıq sistemində anası, atası, bacı-qardaşı kimi hər kəsin bir-birini qoruması fərzdir. Bu Allahın açıq hökmüdür. Sitatlar
Azərbaycanın, İranın, Rusiyanın qapılarını açaq, blok dostluq paktı yaradaq. İngiltərə dərin dövlətinin iddiası; "İnsanlar bir-birini sevməz, həmişə müharibə istəyərlər, onları hissə-hissə bir-birindən ayırmaq lazımdır". Biz sevgi və dostluqla birləşərək, qardaşcasına gözəllik içində yaşayaraq bu oyunu tamamilə pozaq. Sitatlar
Bədiüzzaman Quranın zireh kimi ecazı özünü qoruyacaq deyir. Quranı və Quran müsəlmanlığını bir tərəfdən Quran anlaşılmazdır deyənlər, digər tərəfdən isə Quran kafidir deyənlərlə mühasirəyə almağa çalışıblar. Lakin Allahın icazəsi ilə bu mühasirəni elmlə, irfanla aradan qaldırırıq. Sitatlar
Bəndə mütləq doğru diaqnoz qoyar, ədalətin yaxşısını bilər deyə bir şey yoxdur. Ədaləti ən yaxşı bilən Allahdır. Allah bir məsələdə hökm verdiyi zaman onu qəbul etmək qulluğun ən mühüm xüsusiyyətidir. Sitatlar
Bir fəlsəfəsi, idealı olmayan, yeganə məqsədi Ərdoğan əleyhinə çıxmaq olan bir hərəkat zəif və boş struktur olar. Belə hərəkata millət dəstək olmaz. Millət Tayyib hocamın səmimiyyətini görür, öz övladı kimi bağrına basır. Dünyaya baxış prizmanız necədir, idealınız nədir, millətə təqdim etdiyiniz nədir, dediyimiz zaman təkcə; "Tayyib Ərdoğan getsin" deyirlər. Heç bir məqsədi olmayan hərəkatı millət heç vaxt sahiblənməz. Tayyib hocam 2019-cu ildə də, 2023-cü ildə də, sonra da bu millətin başında olacaq, Allahın icazəsi ilə. Sitatlar
Bir qadını hicablı olduğu üçün istədiyi məktəbdən, istədiyi peşədən uzaqlaşdırmaq çox böyük əzabdır. İctimaiyyətdə hicabdan istifadə edilməsinin heç kimə zərəri olmaz. Sitatlar
Bütün müsəlmanların bir-birini anası, atası, bacı-qardaşı, həyat yoldaşı, uşağı kimi qoruyacağı himayədarlıq sisteminin həyata keçirilməsi lazımdır. Sevgiyə əsaslanan bu himayədarlıq sistemi olmadığı müddətcə dünya hər kəs üçün qorxunc bir yer olar. Allaha söykənən, Allaha güvənən, hər kəsin bir-birini ailəsi kimi gördüyü bir sistem tətbiq olunduğu zaman isə bütün dünya cənnət kimi olar. Sitatlar
Münafiq müsəlmanlardan mənfəət təmin edə bilməyəcəyini anladıqda ac çaqqallar kimi yeni mənfəət qapıları axtarar. Sitatlar
Münafiqlər çox eqoistdirlər, lakin ibrət olaraq Allah bunların zahiri görünüşlərini də çox iyrənc etmişdir. Normal insanda acizlik olaraq ortaya çıxa biləcək şeylər, münafiqlərdə ən iyrənc, ən murdar, ən xoşagəlməz şəkildə ortaya çıxar. İnsanlar yanlarında dayanmağa dözə bilməz. Sitatlar
Özləri aciz və yetərsiz olanların gözəlliyə qarşı heyrətamiz dərəcədə həsəd aparırlar. Belə tiplər təmizliyi, nəzakəti də bilmirlər. Nifrət və kin dolu insanların ağızlarından sanki kanalizasiya çirkabı axır. Sitatlar
Münafiq murdarlıq qoxusunu yaxşı alır. Peyin qurdu kimi murdarlığı dərhal anlayar. Ən murdar kim baxar, satqın, əxlaqsızlıq etməyə uyğun, aciz, kompleksli, oynaq, iradəsiz, havadan nəm alan tipləri təsbit edər, onları "gəl bizə" deyə çağırar. O murdarlıq gedəndə də möminlərdə fərahlıq olur. Hər gedən münafiq, münafiqlər üçün çox böyük bəladır. 2, 4, 8, 16 olaraq qat-qat murdarlıqları artar, murdarlıq yığıldıqca onun içində boğularlar. Sitatlar
Allah dünyanı xüsusi olaraq nöqsanlı yaradıb, insanlar həmişə acizlik içindədir, xəstəliklər var. Lakin Allah hamısının dərmanını da, şəfasını da yaradıb. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur