logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 3 noyabr 2017

avatar

Adnan Oktar

Ailələrin bir çoxu gəncləri ən əhəmiyyətli yaşlarında tək qoyurlar. Uşaqlar və gənclər həyatı enişli-yoxuşlu öyrənməməlidirlər. Bir o divara, bir bu divara vuraraq özlərinin öyrənmələri olmamalıdır. Xüsusi qayğı və ağıllı rəftarla onlara yardımçı olmaq lazımdır.
A9 TV; 3 noyabr 2017
843
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allaha yaxınlaşmağın yolu sonuna qədər açıqdır, lakin imanın üzərində pərdələr var. Mömin ömrü boyu o pərdələri açmağa çalışacaq. Hər pərdəni qaldırıb açanda imanı bir daha yerləşəcək, dərinləşəcək. Sitatlar
Allahı anlamaq çətin deyil. Sadəcə səmimi olmaq kifayətdir. Mömin, özünü sıxmadan, iki-üç dəlillə kafi olmağı təmin edər. İnsan Allahın yüzlərlə sənətini bir anda düşünə bilməz. Allahın sənəti düşünməklə bitirilə biləcək kimi deyil. Sırf hüceyrəni düşünməyə cəhd etsək 60-70 il ömür kifayət etməz. Tək bir mitoxondridəki ağıl dünyadakı bütün insanların ağlından daha çoxdur. Tək bir xalçanın tüklərində minlərlə qoyunun məlumatı var. Hər gün Allahı diqqətlə, səmimi ruhla izləmək lazımdır. O zaman da Allah o insana heyrətamiz dərəcədə bərəkət verər. Sitatlar
Allahın Quranda bildirdiyi himayədarlıq sistemində anası, atası, bacı-qardaşı kimi hər kəsin bir-birini qoruması fərzdir. Bu Allahın açıq hökmüdür. Sitatlar
Azərbaycanın, İranın, Rusiyanın qapılarını açaq, blok dostluq paktı yaradaq. İngiltərə dərin dövlətinin iddiası; "İnsanlar bir-birini sevməz, həmişə müharibə istəyərlər, onları hissə-hissə bir-birindən ayırmaq lazımdır". Biz sevgi və dostluqla birləşərək, qardaşcasına gözəllik içində yaşayaraq bu oyunu tamamilə pozaq. Sitatlar
Bar mühiti estetik olaraq gözəl mühitdir. Evlərdə dekorasiya olaraq da gözəldir, Kasablanka kimi filmlərdəki mühit də gözəldir. Alkoqol, narkotik maddələr və s. olmayan bir mühit olduğu zaman heç bir problem yoxdur. Bara gələn sağlamlıq qazanıb getməlidir, lakin hamısından əvvəl bu məkanlarda qadınlara sevgi və hörmətin ən yüksək səviyyədə olması lazımdır. Yüzlərlə içki növü ola bilər, bol zülallı üzüm suyu, portağal suyu, ananas suyu, ağla, xəyala gəlməyəcək hər meyvənin suyu ola bilər, içlərinə süd qarışdırıla bilər. Zülalı və mineralı yüksəldilmiş içkilər ola bilər. Çox gözəl asan hazırlanan yeməklər ola bilər. Musiqi sisteminin də mükəmməl olması təmin edildikdən sonra, barlarda gənclər çox gözəl əylənib xoşbəxt olarlar. Sitatlar
Bədiüzzaman Quranın zireh kimi ecazı özünü qoruyacaq deyir. Quranı və Quran müsəlmanlığını bir tərəfdən Quran anlaşılmazdır deyənlər, digər tərəfdən isə Quran kafidir deyənlərlə mühasirəyə almağa çalışıblar. Lakin Allahın icazəsi ilə bu mühasirəni elmlə, irfanla aradan qaldırırıq. Sitatlar
Bəndə mütləq doğru diaqnoz qoyar, ədalətin yaxşısını bilər deyə bir şey yoxdur. Ədaləti ən yaxşı bilən Allahdır. Allah bir məsələdə hökm verdiyi zaman onu qəbul etmək qulluğun ən mühüm xüsusiyyətidir. Sitatlar
Bir fəlsəfəsi, idealı olmayan, yeganə məqsədi Ərdoğan əleyhinə çıxmaq olan bir hərəkat zəif və boş struktur olar. Belə hərəkata millət dəstək olmaz. Millət Tayyib hocamın səmimiyyətini görür, öz övladı kimi bağrına basır. Dünyaya baxış prizmanız necədir, idealınız nədir, millətə təqdim etdiyiniz nədir, dediyimiz zaman təkcə; "Tayyib Ərdoğan getsin" deyirlər. Heç bir məqsədi olmayan hərəkatı millət heç vaxt sahiblənməz. Tayyib hocam 2019-cu ildə də, 2023-cü ildə də, sonra da bu millətin başında olacaq, Allahın icazəsi ilə. Sitatlar
Bir hədisi qiymətləndirərkən, Quranın və hədislərin hamısına baxarıq. Ağaclar, daşlar arxasına gizlənən musəviləri göstərəcək, o musəvilər də öldürüləcək deyə bir hədis Qurana da, Peyğəmbərimiz (s.ə.v)-in gözəl üstün əxlaqına da uyğun deyil. Daş, qaya söylədi deyə, insan öldürmək bütpərəst inancdır. İslamda belə inanc yoxdur. Qurana baxdığımız zaman kilsələrin, sinaqoqların qorunmasının lazım olduğunu, Kitab əhli ilə ən gözəl sözlə danışmağın, onlara şəfqət və mərhəmətlə yanaşmağın lazım olduğunu görürük. Sitatlar
Bir hədisin doğru olub-olmadığını anlamağın iki üsulu var. Birincisi Qurana baxarıq və söylənilən hədis Qurana uyğundursa o hədis keçərlidir. İkincisi bir hadisəyə dair xəbər verilən hədislərdir. Məsələn, Axırzamana dair verilən xəbərlər eynilə reallaşırsa, o zaman o hədis doğru xəbərdir. Səhih olmaqdan da kənar qətiyyət qazanmışdır. Sitatlar
Bir-iki nəfərin kasıblara yardım etməsi həll yolu olmaz. Allahın Quranda bildirdiyi himayədarlıq sisteminin tam yaşanması lazımdır. Himayədarlıq sistemində hər insan, hər kəsdən öz doğma bacı-qardaşı, anası, atası kimi məsuldur. İstanbuldakı bir şəxs Vandakı bir şəxsdən öz ailəsi kimi məsuldur. O zaman nə kasıblıq, nə də yoxsulluq qalar. Sitatlar
Bütün münafiqlər çirkin, xoşagəlməz, əxlaqsızdır, hamısı gizlin fırıldaqçı olduğu üçün bir-birilərinin üzünə baxmaqdan əzab çəkərlər. Birlikdə çəkdikləri əzab çox böyükdür. Qartlaşmış, yaşlı, qoxumuş, cəsədə dönmüş münafiqlər birlikdə olduqları zaman o murdar qoxunu, o qoxumuşluğun iyrəncliyini təsvir etmək qeyri-mümkündür. Sitatlar
Dünyadakı əsas elmi mübarizə mehdiyyət və dəccaliyyət arasındadır. Təkcə bir dəccaliyyət var, o da İngiltərə dərin dövlətidir. Diqqəti bu hədəfdən yayındırmamaq əhəmiyyətlidir. Sitatlar
Müsəlman əlindəki hər şeyi paylamaqla məsuldur. Mal, paylamaqla bərəkətlənər. Məsələn, bir insanın 20 otaqlı evi vardırsa, o evdə tək yaşaması vicdanlı olmaz. İnsan bir otaqda yaşayır, bir boşqab yemək yeyir. Möminləri o evin 19 otağında gözəlliklə qonaq qəbul edərsən. İslam əxlaqı bu cür Quranda bildirildiyi kimi yaşansa aclıq, yoxsulluq, kasıblıq, ədalətsizlik qalmaz. Sitatlar
Peşman olmaqla mükəmməlliklər yaranar. Heykəl düzəltmək kimidir. Daş parçasını peşmançılıqla vurub qopardarsan, bir daha qopardarsan. Peşmançılıqları vəsilə edərək daşın altındakı o gözəlliyi üzə çıxardarsan. Müsəlman üçün hər peşmançılıq xeyirdir. Sitatlar
Həyatın həqiqətləri, iman zəifliyinə girən insanların içinə düşdüyü aşağı qaranlıq aləmdir. İki aləm vardır. Biri möminlərin yaşadığı üst, təmiz, keyfiyyətli aləm. Bir də, həyatın həqiqətləri məntiqi aləmi. Bu, aşağı aləmdir. Bir insan həyatın həqiqətləri məntiqinə girdiyində üslubu, əli, üzü hər şeyi qaralar. Sürünmələr, davalar, anlaşılmazlıqlar o aləmə girənin ilk qarşılaşacağı hadisələrdir. O qapıdan girən sürünməyə başlayar. Münafiqlərin hamısı o qapıdan içəri girər və o qaranlıq dünyanın içində boğularlar. Sitatlar
Xalq, əsgər və sənətçilərin iç-içə olması gözəllikdir. Əsgərin sevinməsi, sənətçilərlə birlikdə vaxt keçirməsi sevindirici haldır. Yersiz tənqidlərə ehtiyac yoxdur, bu tənqidlər xalqımızı da narahat edir. Tayyib hocamın sənətçiləri Hataya aparmasını, sənətçilərimizin əsgərlərimizlə birlikdə əylənməsində heç bir səhv yoxdur. Sənətçilərin ordumuza dəstək olması, ordu millət əl-ələdir mesajı verilməsi çox gözəl hərəkətdir. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar
5 duyğunun ruhdakı şərhinə maddə deyirik. Hər şey metafizikdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur