logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 28 yanvar 2016

avatar

Adnan Oktar

Kürd qardaşlarımız nurdur, aslandır onlar. Kürd olduğu üçün onlara çirkin söz söyləyən, irqindən ötrü onları alçaldan kimsə, dünyanın ən şərəfsiz, ən şəxsiyyətsiz insanıdır. Dövlətimiz kürd qardaşlarımıza böyük diqqətlə sahib çıxsın.
A9 TV; 28 yanvar 2016
1552
avatar

Adnan Oktar

Münafiq pislik etmək üçün, bəhanə axtaracağına görə, onunla çox məharətlə və ağıllı danışmaq lazımdır. Yəni bəhanə tapa bilməyəcəyi, əxlaqsızlıq və hücum etməyə fürsət verməyəcək tərzdə danışmaq lazımdır.
A9 TV; 27 yanvar 2016
avatar

Adnan Oktar

Məsələn, münafiqə yemək gətirərsən, öz əleyhinə nəsə tapar. Bir hədiyyə alarsan, əleyhinə bir şey tapar. Bir sual verərsən onu da əleyhinə düşünər. Tənqid edərsən əleyhinə düşünər. Ağlına gələn hər şeyi əleyhinə düşünər. Bundan ötrü də, bu dəfə pislik edər. Münafiqin həyasızlığı və əxlaqsızlığı buradan qaynaqlanar.
A9 TV; 27 yanvar 2016
avatar

Adnan Oktar

İslama xidmət, Allaha və Kitaba xidmət münafiqin ən əzab çəkdiyi məsələdir. Çünki Allahdan nifrət etdiyi üçün, haşa Allaha xidmət etmək istəməz. Peyğəmbər (s.ə.v)-dən nifrət etdiyi üçün, dinə xidmət etmək istəməz. Müsəlmanlardan nifrət etdiyi üçün, müsəlmanlara kömək etmək istəməz.
A9 TV; 27 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq axşama qədər boş işlərlə məşğul olar. Ətrafı seyr edər, televizora baxar, küçəyə baxar. Vaxtın keçməsini gözləyər. Çünki İslama xidmət etməyi saflıq hesab edər. Allaha qarşı qəzəbli olduğu üçün, haşa İslama xidmət etmək münafiqin heç xoşuna gəlməz.
A9 TV; 27 yanvar 2016
avatar

Adnan Oktar

Münafiqin günü həmişə boş işlərlə keçər. Bu münafiqi tanımaqda bir üsuldur. Məsələn, saçına necə forma verməlidir? Hansı paltarı geyməlidir? Axşama qədər bunlarla məşğul olar. Münafiqi, din və iman maraqlandırmaz. Sıxıntıdan bezər. Bu münafiqin ən sıxıldığı mövzudur.
A9 TV; 27 yanvar 2016
avatar

Adnan Oktar

Münafiqlər çox bilikli olarlar. Lakin münafiq, Quranla maraqlanmaz. Münafiqi sıxar, Qurandan və İslamdan utanar. Lakin, məsəl üçün, ziyalı ateist müəllifin kitablarını oxumağı çox əhəmiyyətli və cəlbedici hesab edər.
A9 TV; 27 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq həmişə gəzmək dalınca qaçar. Oturub Quran oxumaq, İslamı təbliğ etmək, çətinlik çəkmək istəməz. Bu şüur altında çox güclü bir duyğudur; İslamdan başqa hər cür kitabı oxumaq istəyər. Münafiq ümumi biliyə çox əhəmiyyət verər. Məsələn, Afrikada qottentotlar nə edər? Əlaqəsiz şeylərdir. İslamı və Quranı prioritet qəbul etməz. İman həqiqətlərini prioritet qəbul etməz, boş şeyləri prioritet qəbul edər. Çünki bununla ədabazlıq və göstəriş edəcək.
A9 TV; 27 yanvar 2016
avatar

Adnan Oktar

Münafiqi müsəlmanların arasında ikən uzaqlaşdırmağa çalışmaq, koma vəziyyətindəki bir insanı öldürməyə bənzəyir. Koma vəziyyətindəki insandan heç vaxt ümid kəsilməz. Ölümə tərk etmək olmaz. Komadan çıxana qədər gözləmək lazımdır. Lakin bəzən heç komadan çıxmır, komada ikən ölür. Münafiq də belədir.
A9 TV; 27 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq müsəlmanlardan ayrılıb küfr əhlinin yanına getmək üçün, həmişə mövzu axtarar, fürsət axtarar. Fürsət verilməməlidir. Lakin həqiqətən münafiqdirsə onsuz da bu xüsusiyyəti özünü büruzə verər. Sən nə etsən də, özünü büruzə verər. Sən səbir etməyib, birbaşa göndərməyə çalışsan bu günah olar. Bu cür olmaz. Səbir etməlisən, çünki bəlkə şəfa tapa bilirlər. Münafiq müalicə edilməlidir.
A9 TV; 27 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq, müsəlmanlarla küfrün mübarizəsini arenada izlər kimi seyr edir. Kimin kimdən daha üstün olduğuna baxar, əgər küfr əhlinin üstün mövqedə olduğunu görsə, müsəlmanlara heyrətamiz dərəcədə bağlanmış kimi göründüyü halda, birdən özünü küfr əhlinin arasına atar. Münafiq çox alçaqdır. Bir anda onların adamı olar.
A9 TV; 26 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq küfr əhlinə kömək etməkdə və dəstəkləməkdə çox məharətlidir. Münafiqlərlə əlaqədar ayələrdə münafiqlərin küfr əhlinə heyrətamiz dərəcədə məlumat çatdırdıqları və dəstək olduqları, lakin onlarda zəiflik gördükləri vaxt da, onlardan dərhal qaçdıqları bildirilir.
A9 TV; 26 yanvar 2016
avatar

Adnan Oktar

Mehdiyyət sevgi üzərində qurulub. Mehdiyyət həmişə sevgini, mərhəməti, dostluğu və qardaşlığı istəyər. Münafiq sistemi və dəccaliyyət sistemi isə tam əksidir.
A9 TV; 26 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq özünə ədalətsizlik edildiyindən əmindir, ona görə də, möminlərə qarşı çox kinlidir. Küfr əhlinin də çox ədalətli olduğunu düşünər və onları tərifləyər.
A9 TV; 26 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq, müsəlmanlara sataşmaq üçün, mütləq bir mövzu tapar, həmişə coşar. Razı olduğu və Allaha həmd olsun dediyi vəziyyət heç olmaz. Həmişə müsəlmanlardan şikayət edəcəyi cəhət tapar.
A9 TV; 26 yanvar 2016
avatar

Adnan Oktar

Mehdiyyət anti-münafiq hərəkatdır. Münafiqliyin ziddi olan hərəkatdır.
A9 TV; 26 yanvar 2016
avatar

Adnan Oktar

Münafiqin nəzərə çarpan əxlaqsızlığı; küfr əhlinə nökər kimi xidmət edər, onlar üçün maksimum dərəcədə enerji ilə hər cür fədakarlığı edər; möminə də, əziyyət olması üçün, əlindən gəldiyi qədər hər cür işini gördürmək istəyər.
A9 TV; 26 yanvar 2016
avatar

Adnan Oktar

PYD, PKK-nın ad dəyişdirmiş formasıdır. Stalinist, kommunist, Türkiyənin parçalanmasını istəyən, alçaq, namərd təşkilatdır, birbaşa Öcalana və Kandilə bağlıdır.
A9 TV; 26 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq ilk fürsətdə köhnə inancına, köhnə həyatına geri qayıtmaq istəyər, ağlı həmişə küfr əhlinin yanında olar. O düşüncə beynindən heç çıxmaz. Müsəlman olduqdan sonra, məsələn, əvvəlki hiyləgərliyi, əvvəlki əxlaqsızlığı, əvvəlki macərapərəstliyi, əvvəlki şərəfsizliyi, əvvəlki namussuzluğu nədirsə ona qayıtmaq istəyər. O küfr həyatını unuda bilmir, dönüb dolanıb yenə eyni nöqtəyə gəlir.
A9 TV; 25 yanvar 2016
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) gecə qalxır, münafiq də dərhal ilan kimi səssizcə gəlir Peyğəmbərin yanına. Gündüz qalxır, gündüz yanına gəlir. Heç boş buraxmır. "Çox sevirəm, çox hörmət edirəm" deyir, halbuki məqsədi məlumat toplamaqdır.
A9 TV; 25 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq, Quran ayələrindəki xəbərdarlıqları heç vaxt özünə aid etməz, həmişə özünə hüsnü-zənn edər. Bütün səmimiyyətsizliyinə, əxlaqsızlığına baxmayaraq, axirətdə də çox yaxşı yerdə olacağı qənaətindədir. Halbuki Allah axirətdə cəhənnəmin ən aşağı təbəqəsində olduqlarını bildirir.
A9 TV; 25 yanvar 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Türkiyənin içində Kürd dövləti yaratmağa çalışsan, bu bütün İslam aləminə qarşı cinayət olar. Yəni bu, bütün Türk və İslam aləmini yox etmək layihəsinin icrası olar. O zaman buna icazə vermərik. Necə icazə vermərik? Açıq şəkildə deyirəm qiyamət qopar. Nə ABŞ qalar, nə Rusiya, nə İngiltərə, nə Fransa, nə də Çin. Heç bir yer qalmaz. Sitatlar
YPG kommunist, Stalinist, Allahsız və Kitabsız təşkilatdır. Kürd fərqlidir, kürd alicənabdır, Allahdan qorxar, Allahı sevər. Böyük əxlaqa sahib, nəcib insanlara Kürd deyilər. YPG, PKK-nın digər adıdır. Sitatlar
İndi Cizrədə nə edilməlidir? İgid xalqımız, kürd qardaşlarımız, nurlu qardaşlarımız üçün, evləri olduqca gözəlləşdirib özlərinə hədiyyə edilməlidir. Malı-mülkü yox oldusa, yerinə artığıyla mal-mülk verilməlidir. Yeməyi yoxdursa və ya misal üçün, 10 kilo düyüsü əldən çıxdısa, yerinə 100 kilo düyü alıb torbayla evinə qoyaq. Bərəkəti olar. Sitatlar
Kürd nurdur, kürd nəcibdir, kürd alicənabdır. Gücün çatırsa get ordu sıralarına qoşulmaq üçün müraciət et, PKK-lıyla vuruş. Rəzil adam, kürddən nə istəyirsən? Kürd gözəl əxlaqa sahib mükəmməl insandır. Sitatlar
Kürd igiddir. Kürd vəfalıdır. Kürd sadiqdir. Kürd nəcibdir, əsilzadədir, dəliqanlıdır. Sitatlar
Kürdlər nurdur. Kürdlərin bir çoxu Axırzaman müctəhidləri və mücəddidləridir. Kürdlər dindar, alicənab, dürüst, dəliqanlı, mərd və təmizdirlər. Bütün müsəlman xüsusiyyətlərinə sahibdirlər, belə olduqda mən onları canımdan çox sevərəm. Mən PKK-nın düşməniyəm. Kürdün dostuyam. PKK murdardır, kürd nurdur. Sitatlar
Kürd qardaşlarımız çox təmiz və möhtərəm, heysiyyətinə, şərəfinə düşkün mükəmməl əxlaqlı insanlardır. PKK əxlaqsız və murdardır. Onların qürurlarına toxunurlar. Zorla pul almaq, zorla uşağını götürmək, zorla evlərinə daxil olmaq, pəncərələrin şüşəsini qırıb, evin içinə silahla atəş açmaq. Kürd qardaşlarımıza hər yerdə sahib çıxmaq və üstünlük təmin edilməlidir. Sitatlar
Kürd qardaşlarımızın Türkiyə sərhədindən kənarda dövlət qurması bizi narahat etməz. Fəxr edərik. Yetər ki, bunu müsəlmanlara yaraşan şəkildə etsinlər. Sitatlar
Kürd əsilzadədir, nəcibdir, alicənabdır, nəzakətlidir, nurludur, dindardır, nəzakətlidir, təmizdir, mərddir, igiddir, cəsurdur. Amma PKK alçaqdır, xaindir, murdardır, hər cür iyrəncliyi edən qatil sürüsüdür. PKK ilə Kürdə fərq qoya bilməyən insan məni təəccübləndirir. Yəni onları bir-birindən ayırmalısınız. Sitatlar
PKK ilə mübarizə aparmaq müsəlmanlar üçün fərzdir. Heç kim; "mənə nə dəxli var" deyə bilməz. Allah: "Onlar haqlarına təcavüz edildikdə, birlik olub qarşı çıxanlardır" deyir. Bütün müsəlmanların PKK-ya qarşı çıxması fərzdir. Əksini etmək haram olar. PKK ilə mübarizə aparmasa harama girər. Çünki PKK müsəlman kürd qardaşlarımıza hücum edən bir dəccal hərəkatıdır. Sitatlar
Bütün bölgə xalqı PKK-ya nifrət edir. Zorakılıq tətbiq edən bir birliyə qarşı insanların hörmət göstərməsi və sevgi bəsləməsi mümkün deyil. Sitatlar
PKK-lıya kürd demək kürdlüyü təhqir etməkdir. O kürdlüyünü itirmiş, insanlıqdan və heyvanlıqdan çıxmışdır. Məxluqata çevrilmişdir. Sitatlar
TRT-yə baxıram; "Kürd üsyançılar" deyildiyini görürəm. Allahsız, kitabsız, Stalinist, kommunist PKK-lılar deyin buna. Onlar necə kürd ola bilər? Kürdlər belə bir şey edərmi? Kürdlər nurdur. Kürdlər alicənabdır. Kürdlərin adına xələl gətirirsiniz. Sitatlar
Türk-Kürd döyüşü yoxdur. PKK-lı terrorçularla əsgərin, polisin özünü müdafiə etmə mübarizəsi var. Türk-Kürd döyüşü haradadır? Kürd baş tacıdır. Biz Kürd qardaşlarımızı PKK-nın əlindən alıb qurtardıq. Sitatlar
Türkiyədə vətəndaş müharibəsi baş verməz, kürdlər, ələvilər və bütün millətimiz bir bütündür, eyni mədəniyyət və ruh içində birləşmişdir. Sitatlar
Bizdə vətəndaş müharibəsi baş verməz. Çünki biz birlik halındayıq. Kürd qardaşlarımızı biz canımız kimi sevirik. Onlar da müsəlman türk mədəniyyəti içərisində yetişmiş igiddirlər. Onlar dövlət çevrilişinə şiddətlə qarşı çıxırlar. Sitatlar
İngiltərə dərin dövləti öz aləmində hökuməti çətin vəziyyətə salmağa çalışır, kürd qardaşlarımız üzərində təzyiq yaradır. Yanlış yerə gəldilər. Kürd qardaşlarımız bizim canımızdır, İngiltərə dərin dövləti səhv yerdə və səhv oyunlar oynayır. Sitatlar
Türklər, kürdlər, ərəblər, çərkəzlər, hamısı birləşəcək, İslam Birliyi meydana gələcək. Kürd qardaşlarımız bilavasitə öz əlləriylə PKK-nı yox edəcəklər. Kürd qardaşlarımız istədikləri yerdə sərbəst yaşayacaqlar. Qırmızı kommunistlərin onları əzmələrinə icazə verməyəcəyik. Sitatlar
Kürdlər PYD-nin təzyiqindən bezdikləri və onların rəhbərliyi altında yaşamaq istəmədikləri üçün Türkiyə və Bərzani rəhbərliyinə sığınmış vəziyyətdədirlər. Sitatlar
Bərzaninin bayrağına heç kim əleyhinə olmaz. Dindar, Türkiyə ilə dost kürd bölgəsi olmasından beynəlxalq qanuna da uyğundursa qürur duyarıq. Bərzaninin və kürdlərin bayrağının dalğalanması Türkiyəni narahat etməz. Biz cinayət işləyən, xalqa təzyiq göstərən kommunist quruluşa qarşıyıq. Sitatlar
Kürd düşmənçiliyini əsla qəbul etmərik. Kürdlər bu vətənin mərd, mübarək övladlarıdır. Biz PKK-nın alçaqlığına qarşıyıq. Sitatlar
Beynəlxalq qanunlara uyğundursa, bölgə ölkələri də qəbul edirsə, Türkiyə ilə dost, dindar bir kürd dövləti qurulmasından narahat olmarıq. Bizim bölgədə istəmədiyimiz stalinist, marksist, kommunist bir PKK dövlətinin qurulmasıdır. Buna millət olaraq icazə vermərik. Sitatlar
Suriyalı kürdlər YPG/PKK-nın təzyiqindən, xainliyindən qaçıb Türkiyəyə gəldilər. Türkiyənin kürdlərə olan rəftarı qoruyucu və şəfqətlidir. Sitatlar
PYD yalnız türklərə, ərəblərə deyil, özlərini dəstəkləməyən kürdlərə də şiddətli təzyiq tətbiq edir. Sitatlar
Kürd qardaşlarımız dünyaya ləyaqəti, şərəfi, hörməti öyrədə biləcək xüsusiyyətdə olan qiymətli insanlardır. Heç vaxt oyuna düşməzlər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur