logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 sentyabr 2015

avatar

Adnan Oktar

Kürd nurdur, kürd nəcibdir, kürd alicənabdır. Gücün çatırsa get ordu sıralarına qoşulmaq üçün müraciət et, PKK-lıyla vuruş. Rəzil adam, kürddən nə istəyirsən? Kürd gözəl əxlaqa sahib mükəmməl insandır.
A9 TV; 7 sentyabr 2015
1339
avatar

Adnan Oktar

İslam hakim olduqdan sonra bir milyon savab alan insan bir savab ala bilər. Daha əvvəl bir işindən, bir fəaliyyətindən bir milyon savab alan biri, İslam hakim olduqdan sonra beş savab alar. Ondan sonra dünyanın mənası qalmadığı üçün, yəni imtahan bitdiyi üçün belə olar, artıq sürətlə Qiyamət gəlir. Hz. Mehdi (ə.s)-ın vəfatı, hz. İsa Məsih (ə.s)-ın vəfatı və sonra da sürətlə Qiyamət olacaq, inşaAllah.
A9 TV; 7 sentyabr 2015
avatar

Adnan Oktar

Böyük olan, uca olan Allahdır, insan böyük olmaz. İnsan aciz bir varlıqdır, zavallıdır. Müvəqqəti, görüntü olan varlığın nəyə gücü çatar?
A9 TV; 7 sentyabr 2015
avatar

Adnan Oktar

Allahın hər hansı aciz bir qulusan. Niyə qürurlanırsan? Getdiyin məkan səni şərəfləndirməz. Getdiyin məkanda nə var? Beton var, dəmir var, daş var, kərpic var, taxta var, asfalt var, bir də ağaclar var. Bundan ötrü sən niyə şərəf qazanasan?
A9 TV; 7 sentyabr 2015
avatar

Adnan Oktar

İnsanın eqoistlik edəcək halı yoxdur, sən qandan, ətdən, sümükdən, sinir hüceyrələrindən meydana gəlmiş bir varlıqsan, əlbəttə ki, ehtiyacların var, niyə lovğalanırsan? Ölüb gedəcəksən, kimə acıq verirsən? Eləcə də, çox qısa müddətdə bitir həyat. Bütün meyitlər məzarın içində açıq-aydın şəkildə şişib partlayır. İnsanın lovğalanacaq halı yoxdur, aciz bir varlıqdır.
A9 TV; 7 sentyabr 2015
avatar

Adnan Oktar

PKK-nın oyununu pozaq, yəni şəhidlə güc qazanma oyununu ləğv edək. Məsələn, şəhidi yola salarkən onu şəhər içərisində saatlarla gəzdirsən, təkbirlərlə, salavatlarla yeri-göyü inildətsən, bu PKK-nın heç işinə gəlməz. Çünki bu böyük mənəvi gərginlik yaradar, hamı şəhidlərin tərəfində durar.
A9 TV; 7 sentyabr 2015
avatar

Adnan Oktar

PKK-nın əsil istədiyi şey, xüsusilə şəhidlərimiz yola salınarkən ailələrinin ağlaması, tabutu qucaqlamaları, fəryad etmələri və özlərindən getmələridir. Yoxsa şəhidlərimizin cənazəsi təşriki təkbirlərlə qaldırılsa, bu PKK-nın işinə gəlməz və onu çox narahat edər.
A9 TV; 7 sentyabr 2015
avatar

Adnan Oktar

Belə bir dövrdə heç kəs bir-biriylə mübarizə aparmasın. Hər kəs bir-birinə sevgiylə yaxınlaşsın. Milli birlik çox əhəmiyyətlidir. Qoruyub himayə etmək əvəzinə bir-biriylə mübarizə aparmaq çox anormal bir hərəkət olar, haram olar.
A9 TV; 6 sentyabr 2015
avatar

Adnan Oktar

Allah şəhid ailələrinə, təvəkküllü, gözəl davranan, igid əsgər ailəsi görünüşü verməyi nəsib etsin. Qətiyyən kədər, ağlama, təəssüf ifadəsi olmasın. PKK bunların mətbuatda yayımlanmasını istəyir. Onsuz da o məqsədlə bu partlayışlar törədilir. Yoxsa sən 15 nəfərin şəhid düşməsiylə 80 milyonu yox edə bilməzsən. Amma təşkilat təbliğatı baxımından çox əhəmiyyətli görürlər. O ailələrin qışqırmaları, özlərindən getmələri, tabutu qucaqlamaları PKK-nın ən əhəmiyyətli hesab etdiyi təbliğatıdır.
A9 TV; 6 sentyabr 2015
avatar

Adnan Oktar

PKK-lı olmaq qanunla cinayət olsun. Yəni PKK-nın lehinə hər hansı bir şüarla çıxış etmək və PKK-nın çınqılını daşımaq cinayət olsun. Geniş miqyaslı həbs etmə əməliyyatları aparılsın. Bu, PKK-ya endiriləcək böyük zərbə olar, bütün üzvlərini itirmiş olar. Bir anda ortalıq sakitləşər. 60-70 min nəfər həbs edilə bilər. Doldur həbsxanaya, sakitləşərlər.
A9 TV; 6 sentyabr 2015
avatar

Adnan Oktar

Quranın hansı yerində musiqinin haram olduğuna dair ayə var? Şəkilin haram olduğuna dair harada ayə var? Bunu haradan çıxarırsan? Belə bir şey yoxdur. Buna görə, sən özünə bir cəhənnəm meydana gətirmisən. Halalı haram etmisən və axirətdə də gözəl qarşılıq alacağına ümid edirsən. Allah səni cəhənnəmdən qorusun. Allah adından hökm vermək şirkdir.
A9 TV; 5 sentyabr 2015
avatar

Adnan Oktar

Musiqi halaldır, şəkil halaldır, əyləncə halaldır, heykəl halaldır. Yəni halalların həddi-hüdudu yoxdur. Haramlar Quranda müxtəsər, qısa şəkildə ifadə edilmişdir. Haramlar çox azdır. Allah: "Bunlardan savayı yerdə qalanları sizə halal etdim'' deyir. Sən haradan öz-özünə haramlar çıxarırsan?
A9 TV; 5 sentyabr 2015
avatar

Adnan Oktar

Dünyanın heç bir yerində insanlara, gənclərə, uşaqlara fosil (daşlaşmış qalıntı) göstərilmir. Bu həm qəribə, həm də ibrətamizdir. Niyə təkidlə göstərilmir? Çünki baxdıqları vaxt, təkamülün olmadığını anlayırlar. Belə ki, dünyada ən çox olan fosildir.
A9 TV; 5 sentyabr 2015
avatar

Adnan Oktar

Vicdan çətindir, lakin meyvəsi gözəldir. Məntiq asandır, lakin meyvəsi çox acıdır.
A9 TV; 5 sentyabr 2015
avatar

Adnan Oktar

Vicdanın səsinə qulaq asılmadıqda başa gələn ilk bəla, ağıla zərər gəlməsidir. İnsanın ağlına zərər gəlir. Görə bilərmi? Görə bilməz. Çünki zəkası hakim rol oynadığı üçün, görə bilməyəcək. Ağlı örtülər, zəkası açıq qalar. Ümumiyyətlə, Allah zəkanı örtməz. Çox nadir hadisələr istisna olmaqla örtməz. Ağlını örtər. Ağlını örtdüyünə görə, zəkası heç bir işinə yaramır. Bundan sonra zəkası başına bəla açar. Zəkası onu süründürər.
A9 TV; 5 sentyabr 2015
avatar

Adnan Oktar

Hər murdar hərəkət insanın öz əleyhinə dönər. İşlətdiyi hər taktika, qurduğu hər oyun, etdiyi hər əxlaqsızlıq, danışdığı hər yalan əleyhinə dönər. Əvvəlcə üzünün nuru yox olar, ağlı yox olar.
A9 TV; 5 sentyabr 2015
avatar

Adnan Oktar

Dünyanı diqqətlə seyr edin, dünyanın 99%-i daim məntiqlə hərəkət edir və hamısı sürünür. Mənə məntiqiylə hərəkət etdiyi halda, sürünməyən bir insan göstərsinlər. Hamısı sürünür. Ağlasığmaz əzablar içində yaşayırlar. Səmimi insanlar, vicdanıyla hərəkət edənlər xeyli gözəl yaşayırlar. Xeyr, əziyyət çəkər, çətinlik çəkər, lakin sonunda Allah ona rahatlıq verər.
A9 TV; 5 sentyabr 2015
avatar

Adnan Oktar

Həzrəti Yusif (ə.s) daim dürüst olmuşdur. Məntiqiylə hərəkət etmirdi, vicdanıyla hərəkət edirdi. Vicdanı onu hara apardı? Həbsxanaya apardı. Allaha təvəkkül etdi. Sonunda nə oldu? Ən sonunda Allah onu Misirə sultan etdi. Ən gözəl yeməkləri yedi. Ən gözəl paltarları geydi. Cənnətdə ən gözəl məqamlara nail oldu.
A9 TV; 5 sentyabr 2015
avatar

Adnan Oktar

İnsan vicdanına tabe olduğu vaxt, çox şey itirəcəkmiş kimi görünür, halbuki ən məqsədəuyğun hərəkəti edir. Məsələn, peyğəmbərlər vicdanlarına uydular, döyüşlərə qoşuldular, əziyyət çəkdilər, əzablar çəkdilər. Lakin sonunda dünyanın ən yaxşı insanları onlar oldular.
A9 TV; 5 sentyabr 2015
avatar

Adnan Oktar

Heç kəs Allahın dərgahında modabazlıq, lovğalıq edə bilməz. Çoxbilmişcəsinə cavab verə bilməz. Allah onsuz da: "Axirətdə onları danışdırmayacağam'' deyir. Allah: "Susun, danışmayın, oraya alışın deyəcəyəm'' deyir. Allah, “susun” dedikdən sonra, artıq bir daha danışa bilmir. Yəni dili tutulur. Allah artıq dilini iflic edir.
A9 TV; 5 sentyabr 2015
avatar

Adnan Oktar

PKK-ya zorla xeyli gənc alınır. Bunlar zərər çəkmiş insanlardır. Dövlət bu gənclərə “zərər çəkmiş” statusu versin, onları xilas etsin.
A9 TV; 5 sentyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
PKK-nın oyununu pozaq, yəni şəhidlə güc qazanma oyununu ləğv edək. Məsələn, şəhidi yola salarkən onu şəhər içərisində saatlarla gəzdirsən, təkbirlərlə, salavatlarla yeri-göyü inildətsən, bu PKK-nın heç işinə gəlməz. Çünki bu böyük mənəvi gərginlik yaradar, hamı şəhidlərin tərəfində durar. Sitatlar
PKK-nın əsil istədiyi şey, xüsusilə şəhidlərimiz yola salınarkən ailələrinin ağlaması, tabutu qucaqlamaları, fəryad etmələri və özlərindən getmələridir. Yoxsa şəhidlərimizin cənazəsi təşriki təkbirlərlə qaldırılsa, bu PKK-nın işinə gəlməz və onu çox narahat edər. Sitatlar
Allah şəhid ailələrinə, təvəkküllü, gözəl davranan, igid əsgər ailəsi görünüşü verməyi nəsib etsin. Qətiyyən kədər, ağlama, təəssüf ifadəsi olmasın. PKK bunların mətbuatda yayımlanmasını istəyir. Onsuz da o məqsədlə bu partlayışlar törədilir. Yoxsa sən 15 nəfərin şəhid düşməsiylə 80 milyonu yox edə bilməzsən. Amma təşkilat təbliğatı baxımından çox əhəmiyyətli görürlər. O ailələrin qışqırmaları, özlərindən getmələri, tabutu qucaqlamaları PKK-nın ən əhəmiyyətli hesab etdiyi təbliğatıdır. Sitatlar
PKK-lı olmaq qanunla cinayət olsun. Yəni PKK-nın lehinə hər hansı bir şüarla çıxış etmək və PKK-nın çınqılını daşımaq cinayət olsun. Geniş miqyaslı həbs etmə əməliyyatları aparılsın. Bu, PKK-ya endiriləcək böyük zərbə olar, bütün üzvlərini itirmiş olar. Bir anda ortalıq sakitləşər. 60-70 min nəfər həbs edilə bilər. Doldur həbsxanaya, sakitləşərlər. Sitatlar
Darvinizmi yox etsən, PKK da yox olar. Sən ibtidai məktəblərdə, orta məktəblərdə, liseylərdə gecə-gündüz darvinizmdən danışsan, məhz insanların da bir hissəsi bu cür marksist, leninist olar. Sitatlar
Cənub-Şərqi Anadolu regionunda bir çox ailə kasıbdır, evlərində Quran yoxdur, Quran payla. Darvinizmin əsassızlığından bəhs edən kitablar dərc etdir, payla. Kitablarımın müəlliflik hüququnu verirəm, onları istədiyiniz kimi dərc etdirib paylayın. PKK-nın inkişaf etmə səbəbi darvinizmdir. Məktəblərdə tək tərəfli darvinist təhsilə son verilməsi üçün nazirliyə bildiriş yazın, ərizə verin. Səsiniz çıxmır. Cənub-Şərqi Anadoludakı məzlum qardaşlarımızın mindiyi avtobusa hücum etmək əvəzinə PKK-nın zehniyyətinə qarşı elmi mübarizə aparın. Sitatlar
Televiziya kanalları şəhid xəbərlərini ağladacaq, ah-nalə salacaq şəkildə yayımlasalar bu PKK-nın işinə yarayar. Amma sinəsi dimdik ata-analar olsa, oğullarıyla fəxr edən şəhid anaları, ataları olsa bu PKK-nı çökdürər. Sitatlar
Əsgərin, polisin silah keyfiyyəti artırılsın və səfərbərlik elan edilsin. Belə edilsə, PKK-nın əhval-ruhiyyəsi tamamilə qaçar. 4 milyon əsgər edəcək. 72 saatda toplaya bilərik, 72 saatda. Baxın, 4 milyon əsgər. Bu titrədər. Yəni bu Çin ordusunda yoxdur, yeri-göyü lərzəyə gətirərlər. İşimiz bitsin, əsgərləri geri çağıraq, sonra da onları tərxis edək. Amma bunu edək. Sitatlar
Darvinizm və materializm elmi dəlillərlə yox edilsə, PKK-nın əsas həyat damarı kəsilər. Yoxsa PKK-nı bəsləyən sistem ayaqda qaldığı müddətcə, istədiyin qədər danış. Bu əsnada yenə qan su yerinə axar. Sitatlar
PKK-nın müzakirələr aparılmasını istəməkdə məqsədi nədir? Sevr müqaviləsi kimi. Sevr müqaviləsində nə dedilər? "Gəlin masa arxasında əyləşin" dedilər, Türkiyəni parça-parça etdilər. Bu da həmin şeydir. Bu masa Sevr müqaviləsi masasıdır. Ondan daha betər bir masadır. Sitatlar
İndi Cizrədə nə edilməlidir? İgid xalqımız, kürd qardaşlarımız, nurlu qardaşlarımız üçün, evləri olduqca gözəlləşdirib özlərinə hədiyyə edilməlidir. Malı-mülkü yox oldusa, yerinə artığıyla mal-mülk verilməlidir. Yeməyi yoxdursa və ya misal üçün, 10 kilo düyüsü əldən çıxdısa, yerinə 100 kilo düyü alıb torbayla evinə qoyaq. Bərəkəti olar. Sitatlar
PKK-lılar həbs olunmalıdır. PKK, Türkiyəni tamamilə yox etməyi qarşısına məqsəd qoyan bir sistemdir. İlk mərhələdə deyil, bir neçə mərhələdə yox etməyi qarşısına məqsəd qoyan bir sistemdir. Siyasətlə qaynayıb qarışmış bir dəstədir. Həm silahlı, həm də silahsız PKK-lılar həbs olunmalıdır. Geniş miqyaslı həbs etmə əməliyyatı aparılsın, 30 min, 40 min, 50 min insan da həbs oluna bilər. Yetər ki, həbs olunsunlar, ortalıq sakitləşər. Sitatlar
“Terrorla mübarizə” haqqında qanuna dəyişikliklər edilməlidir. Məsələn, PKK-lılara kömək edənə ən azı 10 il həbs cəzası verilsin. Eləcə də, PKK-nı tərifləyən, Abdullah Öcalanın lehinə şüarlarla çıxış edən, təşkilatla əlaqəsi olduğu açıq şəkildə bilinən hər kəsə bu cəza tətbiq edilsin. Bunu uzatmağa ehtiyac yoxdur. Başqa cür dayanmaz. Həbs etmək, ortalığı sakitləşdirər. PKK-nın bütün fəaliyyətlərini dayandırmış, qolunu-qanadını qırmış olarsan. Lazım gəlsə 10 min, 20 min, 30 min, 40 min, 50 min, 100 min insanı həbs edərsən. Doldur həbsxanaya, bitdi. Xüsusilə də, dəstə başçıları həbs olunsa məsələ bitər. Sitatlar
Kürd igiddir. Kürd vəfalıdır. Kürd sadiqdir. Kürd nəcibdir, əsilzadədir, dəliqanlıdır. Sitatlar
Kürdlər nurdur. Kürdlərin bir çoxu Axırzaman müctəhidləri və mücəddidləridir. Kürdlər dindar, alicənab, dürüst, dəliqanlı, mərd və təmizdirlər. Bütün müsəlman xüsusiyyətlərinə sahibdirlər, belə olduqda mən onları canımdan çox sevərəm. Mən PKK-nın düşməniyəm. Kürdün dostuyam. PKK murdardır, kürd nurdur. Sitatlar
Kürd qardaşlarımız çox təmiz və möhtərəm, heysiyyətinə, şərəfinə düşkün mükəmməl əxlaqlı insanlardır. PKK əxlaqsız və murdardır. Onların qürurlarına toxunurlar. Zorla pul almaq, zorla uşağını götürmək, zorla evlərinə daxil olmaq, pəncərələrin şüşəsini qırıb, evin içinə silahla atəş açmaq. Kürd qardaşlarımıza hər yerdə sahib çıxmaq və üstünlük təmin edilməlidir. Sitatlar
Kürd qardaşlarımızın Türkiyə sərhədindən kənarda dövlət qurması bizi narahat etməz. Fəxr edərik. Yetər ki, bunu müsəlmanlara yaraşan şəkildə etsinlər. Sitatlar
Kürd əsilzadədir, nəcibdir, alicənabdır, nəzakətlidir, nurludur, dindardır, nəzakətlidir, təmizdir, mərddir, igiddir, cəsurdur. Amma PKK alçaqdır, xaindir, murdardır, hər cür iyrəncliyi edən qatil sürüsüdür. PKK ilə Kürdə fərq qoya bilməyən insan məni təəccübləndirir. Yəni onları bir-birindən ayırmalısınız. Sitatlar
PKK ilə mübarizə aparmaq müsəlmanlar üçün fərzdir. Heç kim; "mənə nə dəxli var" deyə bilməz. Allah: "Onlar haqlarına təcavüz edildikdə, birlik olub qarşı çıxanlardır" deyir. Bütün müsəlmanların PKK-ya qarşı çıxması fərzdir. Əksini etmək haram olar. PKK ilə mübarizə aparmasa harama girər. Çünki PKK müsəlman kürd qardaşlarımıza hücum edən bir dəccal hərəkatıdır. Sitatlar
Bütün bölgə xalqı PKK-ya nifrət edir. Zorakılıq tətbiq edən bir birliyə qarşı insanların hörmət göstərməsi və sevgi bəsləməsi mümkün deyil. Sitatlar
PKK-lıya kürd demək kürdlüyü təhqir etməkdir. O kürdlüyünü itirmiş, insanlıqdan və heyvanlıqdan çıxmışdır. Məxluqata çevrilmişdir. Sitatlar
TRT-yə baxıram; "Kürd üsyançılar" deyildiyini görürəm. Allahsız, kitabsız, Stalinist, kommunist PKK-lılar deyin buna. Onlar necə kürd ola bilər? Kürdlər belə bir şey edərmi? Kürdlər nurdur. Kürdlər alicənabdır. Kürdlərin adına xələl gətirirsiniz. Sitatlar
Kürd qardaşlarımız nurdur, aslandır onlar. Kürd olduğu üçün onlara çirkin söz söyləyən, irqindən ötrü onları alçaldan kimsə, dünyanın ən şərəfsiz, ən şəxsiyyətsiz insanıdır. Dövlətimiz kürd qardaşlarımıza böyük diqqətlə sahib çıxsın. Sitatlar
Türkiyənin içində Kürd dövləti yaratmağa çalışsan, bu bütün İslam aləminə qarşı cinayət olar. Yəni bu, bütün Türk və İslam aləmini yox etmək layihəsinin icrası olar. O zaman buna icazə vermərik. Necə icazə vermərik? Açıq şəkildə deyirəm qiyamət qopar. Nə ABŞ qalar, nə Rusiya, nə İngiltərə, nə Fransa, nə də Çin. Heç bir yer qalmaz. Sitatlar
İslam hakim olduqdan sonra bir milyon savab alan insan bir savab ala bilər. Daha əvvəl bir işindən, bir fəaliyyətindən bir milyon savab alan biri, İslam hakim olduqdan sonra beş savab alar. Ondan sonra dünyanın mənası qalmadığı üçün, yəni imtahan bitdiyi üçün belə olar, artıq sürətlə Qiyamət gəlir. Hz. Mehdi (ə.s)-ın vəfatı, hz. İsa Məsih (ə.s)-ın vəfatı və sonra da sürətlə Qiyamət olacaq, inşaAllah. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur