logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 2 fevral 2015

avatar

Adnan Oktar

A9 TV; 2 fevral 2015
743
MHP
avatar

Adnan Oktar

MHP Türkiyənin fəal qüvvəsidir. Yəni millətin daim etibar edərək arxalandığı bir gəncliyi vardır, idealist bir gəncliyi var. MHP-nin hüdudları çərçivəsində idealist gəncliyin də səsi gur çıxmalıdır. Həm gəncliyin, həm də partiyanın üzvlərinin səsi gurultulu çıxsın.
A9 TV; 2 fevral 2015 v
avatar

Adnan Oktar

Əgər Cənub-Şərq bölgəsini verəcək qədər ürkəksənsə, onsuz da hər ölkə səni parçalayar. Hər kəs hücum edər. Türkiyə ürkək bir ölkə imici sərgiləsə, Cənub-Şərq bölgəsini müdafiə edə bilməyəcək bir qüvvə görünüşü göstərsə, hər ölkə hücuma keçər. Buna görə də nəyin bahasına olursa olsun PKK qüvvələrini Cənub-Şərq bölgəsindən tamamilə çıxardaq. Lazımi işlər görülsün. Şəhid veriləcəksə şəhid də verilsin. Hər nə olursa olsun, oranı PKK bəlasından qurtaraq.
A9 TV; 2 fevral 2015
avatar

Adnan Oktar

Onsuz da yaşamaq çox çətindir, həyat çox çətindir, Allah belə yaratmışdır. Bir də bununla yanaşı, gülməməlisən, küçəyə çıxmamalısan, telefonla danışmamalısan kimi hökmlər verən qatı dinçilik kimi bir qanun gətirsən cəmiyyət məhv olar, xoşbəxt insan qalmaz. Zehni də durar, beyni də durar, işləyə bilməz, heç nə edə bilməz, heç nə istehsal edə bilməz, sənət gücü də qalmaz. Yəni “ənənəvi ortodoks İslam anlayışıyla” bir yerə çıxmaq olmaz. İnsanlar məhv olar.
A9 TV; 2 fevral 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sisteminin tətbiq edilməsini Amerika dərin dövləti istəyir, Abdullah Öcalan istəyir. Prezident idarəetmə sistemi tətbiq olunduğu ölkələrə fəlakət gətirmişdir. Harada tətbiq olunmuşdursa, həmin ölkəni çökdürmüşdür, həmin ölkə mafiyanın əlinə keçmiş və ya orada çevriliş olmuşdur, uğurlu bir sistem deyil.
A9 TV; 1 fevral 2015
avatar

Adnan Oktar

A9 TV; 1 fevral 2015
avatar

Adnan Oktar

A9 TV; 1 fevral 2015
avatar

Adnan Oktar

Bədiüzzaman Türkiyədə dini, dinin həqiqətini təkmilləşdirdi, Atatürk də xurafatçılığı təmizlədi. Türkiyə bu iki dəyərli şəxs tərəfindən hal-hazırki gözəlliyə qovuşmuşdur. Birincisi Atatürk, ikincisi isə Bədiüzzamandır. Bir-birlərinə zidd kimi görünmələri leduni bir elmdir. Onu hər kəs başa düşə bilməz. Bir-birinə zidd kimi görünməsi, onun üsuludur.
A9 TV; 1 fevral 2015
avatar

Adnan Oktar

A9 TV; 31 yanvar 2015
avatar

Adnan Oktar

Əgər sənəti pis qarşılasan, musiqiyə, rəsmə, heykələ, memarlığa qiymət verməsən, sənətçini əzməyə çalışsan, rəsm olan evdən qaçmağa çalışsan, "it şeytandır, gördüyün vaxt qov" desən, onda o ölkə inkişaf etməz. Avropa ölkələrinin inkişafının səbəbi sənətə, elmə dəyər vermələridir.
A9 TV; 31 yanvar 2015
avatar

Adnan Oktar

Türkiyənin bir adamın və ya yüzlərlə adamın beyniylə idarə olunması ayrı-ayrı şeylərdir. Yüzlərlə adamla idarə olunmalıdır. Yüzlərlə adamın qabiliyyəti, bacarığı dövlətdə öz əksini tapmalıdır. Bir adamın qabiliyyəti ilə edilməyə çalışsalar bu alınmaz.
A9 TV; 31 yanvar 2015
avatar

Adnan Oktar

Demokratik ölkələr içərisində prezident idarəetmə sistemiylə idarə olunan ölkə yoxdur. Üç ölkə vardır ki, onlar da sürünürlər. Bir dənə belə parlament sistemi ilə idarə olunan avtoritar ölkə yoxdur. Avtoritar ölkələrin hamısı prezident idarəetmə sistemiylə idarə olunur.
A9 TV; 31 yanvar 2015
avatar

Adnan Oktar

A9 TV; 31 yanvar 2015
avatar

Adnan Oktar

A9 TV; 31 yanvar 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sistemi heç bir ölkədə normal seçki yoluyla, xalqın istəyi ilə tətbiq olunmağa başlamamışdır. Həmişə baş verən döyüş, çevriliş nəticəsində tətbiq olunmağa başlanmışdır. Harada bir hadisə, bir çevriliş baş versə, arxasınca prezident idarəetmə sistemi tətbiq olunmağa başlamışdır. Yəni zorla tətbiq olunmağa başlandı.
A9 TV; 31 yanvar 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sisteminin olduğu bütün ölkələr çökdü, məhv oldu. Heç birinə bərəkət, hüzur gəlmədi. Onları hər yerdə bir fəlakət bürüdü. Xüsusilə də, Asiya ölkələri həmişə mafiyaya təslim oldu. Yaxın Şərq ölkələrinin liderləri həlak oldu, dövlətləri dağıldı. Amerika iqtisadi cəhətdən çökdü. Fransa üç hissəyə bölünmək üzrədir. Hal- hazırda Amerika da bölünmək üzrədir.
A9 TV; 31 yanvar 2015
avatar

Adnan Oktar

Kosmos boşluğunda, xarici kosmosda zaman yoxdur. Zaman beyində meydana gələn bir anın digər bir anla müqayisə edilməsi nəticəsində ortaya çıxan bir qavrayış və inanc forması olub, insan beynində meydana gəlir. Zaman beynin bir məhsuludur, bir inancdır. Çöldə zamanın olduğunu zənn edir. Bir an vardır, an içində olub bitmiş hadisələr vardır. Allah belə yaratmışdır.
A9 TV; 30 yanvar 2015
avatar

Adnan Oktar

Musiqini bilavasitə yaradan Allahdır. Gələn musiqidirmi? Deyil. Səs dalğasıdır. Dalğa qulağa gəlib çatır, qulaqsa eşitmir, kardır. Dalğanı çatdırır, onu elektrik halında verir. Beyin də onu musiqi olaraq dinləyir. Ortada musiqi yoxdur, bax musiqi heç yoxdur. Çalınan yerdə musiqi yoxdur. Çöldə musiqinin olmaması çox qəribədir, çöldə yoxdur.
A9 TV; 30 yanvar 2015
avatar

Adnan Oktar

A9 TV; 30 yanvar 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sistemində ölkə prezidentin nəzarəti altından çıxır. Yəni formal olaraq bir prezident olmuş olur. Demək olar ki, hər şey yerli rəhbərliklərin əlindədir. Həmçinin bu yerli rəhbərliklər getdikcə güclənirlər, beləliklə də, dövlət xırda dövlətlərdən ibarət olur. Sonra da onlar tək-tək öz müstəqilliklərini elan edirlər. Referendum keçirirlər, müstəqilliklərini elan edirlər. Türk milləti belə bir şeylə üzləşdiyi təqdirdə ən azı 200 il özünə gələ bilməz, belə ki, bu müddətə qədər də qiyamət qopmuş olar.
A9 TV; 30 yanvar 2015
avatar

Adnan Oktar

ABŞ-ın məqsədi açıq şəkildə bəllidir. "Federasiya yaransın, ayrı-ayrı əyalətlərə ayrılın, Türkiyə parçalansın" deyir. Bu qədər. Bütün Türkiyə ərazisini ələ keçirmək istəyirlər, amma ABŞ hərbi güclə müdaxilənin çox qanlı, çox çətin olacağını bildiyi üçün belə bir hiyləgər üsul tapdı. Abdullah Öcalanı da Türkiyənin başına müsəllət etdi.
A9 TV; 30 yanvar 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
MHP Türkiyənin fəal qüvvəsidir. Yəni millətin daim etibar edərək arxalandığı bir gəncliyi   vardır, idealist bir gəncliyi var. MHP-nin hüdudları çərçivəsində idealist gəncliyin də səsi   gur çıxmalıdır. Həm gəncliyin, həm də partiyanın üzvlərinin səsi gurultulu çıxsın. Sitatlar
Milliyyətçi Hərəkət Partiyası vətən, millət, bayraq, dövlət sevgisi, millət sevgisi və   diqqətli olmaq deməkdir, qəflətə və dəlalətə qarşı ayıq-sayıq olmaq deməkdir. Vətənin,   millətin mənfəətini çox diqqətlə qorumaq deməkdir. Ciddi və ətraflı bir şəkildə   araşdırmaq deməkdir. Buna görə belə müvəffəqiyyətli bir hərəkatı məclisdən   uzaqlaşdırmaq düzgün deyil. Sitatlar
MHP-nin aktiv bir gəncliyi var. Yetişdirilmiş, siyasi və ideoloji cəhətdən təhsil almış bir   gəncliyi var. Amma Ədalət və İnkişaf Partiyasının belə bir gəncliyi yoxdur. Bunu Ədalət   və İnkişaf Partiyası da etməlidir. Milliyyətçi, vətənpərvər, vətənə, bayrağa, millətə,   dövlətə zərər verməyə çalışanlara qarşı kükrəyən bir gənclik yetişdirməlidirlər. Bu   vacibdir. Sitatlar
Rəhmətlik Başbuğun gəncliyə verdiyi ruh, fəlsəfə, dövlət kitablarında oxudulmalı olan,   dövlətin rəsmi siyasəti olmalı bir ruhdur. Gəncliyin də bu şəkildə yetişdirilməsi lazımdır.   Bunu etmirlər. Bu çox dəhşətli bir şeydir. Sitatlar
Millətçi gəncliyin yaxşı xüsusiyyəti, çox dəliqanlı, cəsur olmasıdır. Əslində bütün türk   gəncliyinin bu mənada dəliqanlı olması lazımdır. Qorxaq bir gənc ola bilməz. Vətəndən   söhbət getdikdə qız da, oğlan da dəliqanlı olmalıdır. Sitatlar
Sitatlar
MHP koalisiya üçün təkcə bir ön şərt irəli sürsün; PKK-nın darmadağın edilməsi şərtini. MHP qəhrəman olar. Belə olduqda AKP də xilas olar, MHP də xilas olar. Daxili İşlər Nazirliyini MHP-yə versinlər. Sitatlar
AKP çox müasir, qadın haqlarına hörmətlə yanaşan, başı açıq dekolte geyinən xanımları da sevən, hicablı xanımları da sevən, hamısına hörmətlə yanaşan, musiqiyə, rəsmə, əyləncəyə açıq, liberal ruhlu bir partiya görünüşündə ortaya çıxmalıdır. Olduqca liberal, olduqca azad, olduqca demokratik bir partiya. Belə ki, MHP də bu imici verməlidir, bu sadalananları tətbiq etməlidir. Buna zəmanət verildikdən sonra PKK tamamilə darmadağın edilməlidir. Sitatlar
MHP təkcə bir nazirliyi tələb etməlidir, Daxili İşlər Nazirliyini, bu qədər. Başqa heç bir ön şərti, qırmızı xətti olmasın. Tam səlahiyyətlə Daxili İşlər Nazirliyini tələb etsin. Bordo beretliləri və jandarmanı da fəaliyyətə keçirsin, qanuni yollarla dünyanı PKK-ya dar etsin. Sitatlar
Ən ağlabatan şey AKP-MHP koalisiyasının yaradılmasıdır. CHP-AKP koalisiyasından bir şey çıxmaz. Mənim qənaətimə görə həm CHP, həm də AKP zəifləyər. İkisi də kiçilərlər. Ağıllı bir şey olmaz. Sitatlar
MHP-AKP koalisiyasına Amerika dərin dövləti, İngiltərə dərin dövləti qarşı çıxar. Bütün bunları gözə alaraq bu koalisiyanı yaratmalıdırlar. Bu, ABŞ-ın “Böyük Orta Şərq” layihəsini təməlindən yox edəcək bir koalisiyadır. Sitatlar
AKP-MHP hakimiyyətə gəlsin, hökumət yaratsınlar, Daxili İşlər Nazirliyini MHP-yə versinlər. Sağlam birini də daxili işlər naziri vəzifəsinə gətirsinlər. PKK hüquqi yollarla kökündən yox edilsin. Ən mühüm məsələ budur. Sitatlar
Əgər hökumət MHP ilə koalisiya yaratmasa bu tarixi səhvi siyasət səhnəsindən tamamilə silinməklə ödəyər. Bunun üçün mütləq MHP ilə koalisiya yaratsın. Özü də güclü bir koalisiya. Sitatlar
Əgər MHP olmasaydı, Türkiyə indi kommunist idi. Dəqiq getmişdi. O aslanlar bədənlərini Səddi-Zülqərneyn kimi sipər edib vətəni, milləti qurtardılar, maşAllah. Sitatlar
MHP gəncliyi çox həyəcanlı dinamik bir gənclikdir. Gəncləri bu əvvəlki hallarına qaytaraq. Bu millətin qəlbinə işıq saçar, gözəl olar. Yəni PKK-nın azğın ruhuna, təcavüzkar ruhuna qarşı idealist gəncliyin coşğulu həyəcanı gətirilsə mükəmməl olar. Sitatlar
MHP, camaatlara, müsəlman cəmiyyətlərə, təriqətlərə daha çox sahib çıxmalıdır. Yəni millətlə daha çox bütünləşməlidir. Bunu etməməklə geridə qalır. AKP qurulduğu vaxt, sıfır idi, indi isə böyük partiya oldu. Çünki kütlə partiyası siyasətini izləyir. Təriqətlərə sahib çıxır, camaatlara sahib çıxır, sürətlə inkişaf edir. MHP eynisini etsə o da inkişaf edər. Sitatlar
Hörmətli Dövlət Bağçalı, MHP-nı çox gözəl idarə edir. Sitatlar
AKP, MHP, BBP, Səadət―bütün sağ partiyalarımızın fərqli gözəllikləri var. Hər hansı partiyanı təhqir etmək ağıllı hərəkət deyil. Bütün partiyaların yaxşı cəhətlərini bir yerə yığmaq ən məqsədəuyğun hərəkətdir. CHP də yaxşıdır, tarazlıq partiyasıdır. Sitatlar
MHP tək başına həmişə həm PKK təhlükəsinə, həm də kommunist qiyamına qarşı dəfələrlə çox gücə malikdir. Tam əmin olaraq deyirəm, MHP PKK qiyamına və kommunist qiyama gücü çatacaq mövqedədir. Hər yerdə: havada da, quruda da, dənizdə də güclüdür. Sitatlar
MHP daxili və xarici təhlükələrə qarşı böyük gücdür. CHP qatı dinçiliyə qarşı mükəmməl potensialdır. Səadət Partiyası Ortodoks rəftarı ilə çox razıdır. Həmçinin Böyük Birlik Partiyasını da bütün qəlbimlə dəstəkləyirəm. Sitatlar
MHP həmişə müstəqil bir güc kimi mövcud olmalıdır. İdealistlər, mücahidlər fərqli bir qüvvə kimi millətin zəmanətidir. Sitatlar
MHP bu vətənə çox əmək sərf etmişdir, xidməti çoxdur. Sitatlar
MHP benqal pələngi kimi nərə çəkir, maşaAllah. Sitatlar
Hər vaxt MHP-nin də, BBP-li qardaşlarımızın da, Səadət Partiyalıların da coşğulu, qüdrətli səslərinə millətin ehtiyacı var. Xarici dünyanın da bu səsi eşitməyə ehtiyacı var. Sitatlar
MHP vətəni, milləti eşqlə, dəlicəsinə sevən insanlardır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur