Adnan Oktar A9 TV; 21 mart 2015
Adnan Oktar
Millətçi gəncliyin yaxşı xüsusiyyəti, çox dəliqanlı, cəsur olmasıdır. Əslində bütün türk gəncliyinin bu mənada dəliqanlı olması lazımdır. Qorxaq bir gənc ola bilməz. Vətəndən söhbət getdikdə qız da, oğlan da dəliqanlı olmalıdır.A9 TV; 21 mart 2015
1614
Adnan Oktar
Rəhmətlik Başbuğun gəncliyə verdiyi ruh, fəlsəfə, dövlət kitablarında oxudulmalı olan, dövlətin rəsmi siyasəti olmalı bir ruhdur. Gəncliyin də bu şəkildə yetişdirilməsi lazımdır. Bunu etmirlər. Bu çox dəhşətli bir şeydir.A9 TV; 21 mart 2015
Adnan Oktar
PKK-nın silahı yerə qoyması texniki cəhətdən mümkün deyil. Bu vicdansızcasına yayındırmadır, çox ayıb, çox çirkin, çox nalayiqdir. Adamlar silahı yerə qoyduğu an, heç kim Öcalanla əlaqədə olmaz. Heç kim vecinə almaz. Bir qayda olaraq məhkum mövqeyinə gələr. Gördüyü hörmətin səbəbi PKK-nın silahıdır.A9 TV; 21 mart 2015
Adnan Oktar
Dövlətimiz keşikçilərimizə sahib çıxsın. Keşikçilərin sayı iki mislinə qaldırılsın. Onlara, ürkütmək baxımından avtomat silah, daha təkmilləşmiş, uzun mənzilli silahlar verilsin. PKK-nın üzərinə bu aslanlar göndərilsin, qaplan kimi.A9 TV; 20 mart 2015
Adnan Oktar
Peyğəmbər özündən Qurandan kənar halallar, haramlar çıxara bilməz. Bu mövzuda açıq Quran ayələri vardır.A9 TV; 18 mart 2015
Adnan Oktar
Din, dünyanın bütün gözəlliklərini özündə toplayan bir sistemdir. Dində sevinc var, nəşə var, əyləncə var, musiqi var. Xanımlar rahatlıqla gəzər, istəsə dekolte geyinər, istəsə başını örtər, heç kim heç kimə qarışmaz. İstəyən qəhqəhə çəkib gülər, istəyən döymə elətdirər, istəyən də parik taxar. Din belə şeylərə qarışmaz. Din bizim vicdanlı, dürüst, ağıllı, halala, harama diqqət yetirən kimsələr olmağımızı istəyir. Din sevincin, nəşənin digər adıdır.A9 TV; 18 mart 2015
Adnan Oktar
Heç bir silaha ehtiyac yoxdur. Mehdi (ə.s) dövründə silahların hamısı ortadan qalxacaq. Silah və insan öldürmək üçün hazırlanan hər cür vəsait. İnsan sevilər, insan öldürülməz. İnsan öldürmək üçün bir vasitə hazırlamaq çox qorxunc bir şeydir. Hamısı ortadan qalxacaq, inşaAllah.A9 TV; 17 mart 2015
Adnan Oktar
“Insansız uçuş aparatı”, yəni şüursuz varlıqlardır. Aşağıda qadın var, uşaq var, kim varsa, hamısını öldürür. Türkiyə belə bir dəhşətə, belə qorxunc bir cinayətə əsla vasitəçi ola bilməz. Biz bu vətəni belə pis işlərə vasitə etmərik.A9 TV; 15 mart 2015
Adnan Oktar
PKK-lılara göstərilən hörmətin səbəbi silahdır onsuz da. Hal-hazırda bir çox insanın göstərdiyi hörmətin, nəzakətli üslubun tək səbəbi silahdır. Silah aradan qalxdıqda çox alçaldarlar, heç bir şəkildə adam yerinə qoymazlar PKK-lıları.A9 TV; 15 mart 2015
Adnan Oktar
PKK-lılar kommunist, marksist, leninist, stalinist olaraq təlim almış adamlardır. Silahı niyə yerə qoysunlar ki? Əsla qoymazlar. "Silahı yerə qoyacaqlar" deyərək xalqın mübarizə əzmini yox etmək doğru olmaz.A9 TV; 15 mart 2015
Adnan Oktar
Əlbəttə ki, prezident idarəetmə sistemi hakim olduqda Türkiyə bölünər. Tədbir alsa da bölünər. Bir çox fəlakət baş verər. Bəla hər yeri bürüyər. Bölünmənin qarşısını almağımız üçün, çox güclü qətiyyət göstərməyimiz, bir çox tədbir görməyimiz lazımdır. Çünki ciddi bir təhlükə var.A9 TV; 15 mart 2015
Adnan Oktar
Ruhunda pis nifrəti saxlayan bir insan daim bəla dənizi içərisində üzər. Nifrətdən qaçmaq lazımdır. Qəlbə yalnız sevgini qoymaq lazımdır. Qəlb eyni anda pis və təmiz olmağa dözə bilməz. Qəlbə yalnız təmizliyi yerləşdirmək lazımdır. Qəlb pislikdən təngə gələr.A9 TV; 14 mart 2015
Adnan Oktar
Kinli olmaq çox pis bir şeydir. Hər şeyə xeyir, sevgi gözüylə baxmaq lazımdır. Nifrət bəsləmək çox böyük bir əxlaqsızlıqdır. Hər kəsə sevgiylə yaxınlaşmaq lazımdır.A9 TV; 14 mart 2015
Adnan Oktar
Bəzi qəlblər xain olur, bəzi qəlblər mübarək olur. Bəzi qəlblər yaramazdır, bəzi qəlblər mübarəkdir. Mübarək qəlbli xanımlar yəni səidələr, onların ürəkləri çox gözəl olur, sevgi dolu olurlar. Xəyanət edən daim sürünür, boş yerə sürünür.A9 TV; 14 mart 2015
Adnan Oktar
Xalq prezident idarəetmə sistemini istəmir, təhlükəlidir. Əsgər buna görə şəhid oldu, polis buna görə şəhid oldu; Türkiyə parçalanmasın deyə. Amerika Birləşmiş Ştatları, adından göründüyü kimi "Birləşmiş ştatlar". ABŞ modeli prezident idarəetmə sistemi olduqda, Türkiyə ayrı-ayrı dövlətlərdən ibarət olacaq. Məhv olduğumuzun şəklidir. Bunun bizə nə faydası olacaq? Parça-parça olarıq, Allah qorusun.A9 TV; 14 mart 2015
Adnan Oktar
Sevgi müsəlmanların qəlbinə yaxşı şəkildə nəqş edilməlidir. Kainatın qanunu, kainatın meydana gəlmə məqsədi sevgidir. İmam Mehdi və İsa Məsih sevgini hamıya izah edəcək.A9 TV; 14 mart 2015
Adnan Oktar
İmam Mehdi (ə.s), İsa Məsihə də şərait yaradan adamdır. İsa Məsih qonaq olaraq gəlir, elə də aktiv vəzifəsi olmaz. Dünyanın xarici siyasətinə təsir göstərər, məsələn, Putin kimi, İngiltərə Kralı Çarlz kimi şəxslərə təsir göstərər, tələbələriylə. Amma çox ciddi təsiri olmaz. Çünki İsa Məsih özünü bəlli edə bilməz. Amma Mehdi (ə.s) belə deyildir.A9 TV; 14 mart 2015
Adnan Oktar
Bu vətəndə bölünməyə icazə vermərik. Əgər belə bir şeyə icazə versəm, Allah da həyatı mənə haram etsin. Heç vaxt icazə vermərik, heç birimiz.A9 TV; 13 mart 2015
Adnan Oktar
Kürdlər baş tacıdır. Kürd mənim canımdır, mən kürd üçün canımı verərəm. Amma PKK alçaqlarına qanunla, hüquqla dünyanı dar edəcəyik. Bunu bilməlisiniz.A9 TV; 13 mart 2015
Adnan Oktar
Allah: "İnsan zalım və cahildir" deyir. Allah, nankor olduğunu söyləyir. Nankor olmaqdan Allaha sığınmaq lazımdır. Zalım və cahil olmaqdan Allaha sığınmaq lazımdır.A9 TV; 13 mart 2015
Adnan Oktar
Allahı haqqıyla sevmək çox əhəmiyyətlidir, ən böyük mövzu budur. Allaha yaxşı diqqət vermək, ucalığını yaxşı qavramaq, böyüklüyünü yaxşı qavramaq və çox sevmək. Allah ayədə: "Allahı lazımınca qiymətləndirmədilər" deyir. Məhz bu Allahın xoşlamadığı şeydir. "Bu qədər nemət verirəm, bu qədər gözəllik verirəm, məni qiymətləndirməlisiniz". İnsanlar bunu edə bilmir.A9 TV; 13 mart 2015

_08.jpg)
_05.jpg)
_02.jpg)















_15.jpg)
_12.jpg)
_11.jpg)