logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 29 oktyabr 2016

avatar

Adnan Oktar

Mahiyyətə dair məlumat Zülqərneyn və Xızırda var. Zülqərneyn ledun elminə də sahibdir.
A9 TV; 29 oktyabr 2016
1531
avatar

Adnan Oktar

Quranda mehdiyyət var. Zülqərneyn hekayəsində açıqca Mehdidən bəhs edilir, mehdiyyətə, yəni dünya hakimiyyətinə işarə var. Nur surəsinin 55-ci ayəsində açıq-aydın mehdiyyətdən bəhs edilir, dünya hakimiyyətinə işarə var. Talut-Calut hekayəsində də mehdiyyətə işarə var. O dövrdə Peyğəmbər var, lakin Talut Peyğəmbər deyildir, komandanlıq edir, yəni xilaskardır.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Bəziləri, "Osmanlı yox olmağa davam edir, bu bir prosesdir" deyirlər. Türkiyəyə müdaxilə edilməsini əsla qəbul etmərik. Cənub-Şərqi Anadolu, Qara dəniz, Aralıq dənizi, Egey, Mərmərə sıradadır" deyirlər, Türkləri də Mərkəzi Anadolu regionuna həbs etmək istəyirlər, buna icazə vermərik.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Dünyada həssas imtahan sistemi var, imtahan olmadan dünya bomboş olardı, insan əzabla, çətinliklə imtahan olunaraq yetişdirilir.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Rusiya ilə əməkdaşlıq edilməsinin lazım olduğunu və ittifaq edilib, Suriyanın bütövlüyünün qorunmasının lazım olduğunu başdan bəri söyləyirik. Hökumətin Rusiya ilə ittifaq etməsi və PYD ilə mübarizə aparılması çox gözəldir.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Türk-Rus ittifaqı olar, ancaq bu, meydan oxumaq kimi deyil; "biz sülh insanlarıyıq, əməkdaşlıq edib hər kəsi qoruyacağıq" şəklində olmalıdır. Türkiyə və Rusiya ittifaqı üçün, "İngiltərə dərin dövlətinə, terrora, anarxiyaya, zalımlara birlikdə və sevgiylə qarşı çıxacağıq" deyilməlidir.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Əbdülhəmid dövründən qalan içki və siqaret təşviqi olmasa, Atatürkə səmimi sahib çıxan insanlar olsa, Atatürk uzun illər yaşaya bilərdi.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Atatürk heyrətamiz dərəcədə zəkalı, dindar, mədəni və çox alicənab bir insan idi. Osmanlı mədəniyyətini çox gözəl yaşayırdı, tərtəmiz geyinərdi, çox yaraşıqlı idi. Atatürk çox mübarək insan idi, xəstə olarkən belə çox baxımlı və yaraşıqlı idi. Atatürkü çox tənha qoyublar.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Təmizlik çox əhəmiyyətlidir, insanın fitrətində var, müsəlman tahir olar, xanımlar və bəylərin hər zaman baxımlı olması lazımdır.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Rəsulullah (s.ə.v) hələ sağ olarkən Mehdini komandan təyin etmiş və müsəlmanları onunla müjdələmişdir.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Hər dövrdə Mehdinin, bir xilaskarın gəlməsini istəməyənlər olmuşdur, lakin Allah hər dəfə bir məlik, bir xilaskar göndərmişdir.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Mehdiyə qarşı olan bəzi kəslər öz aləmlərində bəzi İslam alimlərini də Mehdi əleyhdarı kimi göstərməyə çalışırlar, səhv edirlər.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Bədiüzzaman, Süleyman Hilmi Tunahan həmişə Mehdini gözləyiblər. Ərbakan hocamız da Mehdini gözləmiş insanlardandır. İmam Rəbbani Mehdidən "Məktubat"ında çox ətraflı dəlillərlə bəhs etmişdir.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Bədiüzzaman tələbələri tərəfindən Mehdi hesab edilmiş və dəccaliyyəti yox etmək üçün hərəkət edən, şövqlü cəmiyyət yaratmışdır.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Müsəlman Allah rizasının ən çoxunu qazanmaq üçün ailə sahibi olar, Allah yolunda çalışmaqdan qaçmaq, müsəlmanlardan uzaq qalmaq üçün deyil.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Münafiqlər eqoistdir, müsəlmanlardan nifrət edərlər, birlikdə yaşamaq istəməzlər. Müsəlman qadınları və kişiləri də yalqız etmək istəyərlər.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Hz. Nuh (ə.s) dürüst, alicənab, təmiz insan idi, lakin həyat yoldaşı azğın münafiq idi və çox əziyyət vermişdi.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

İman gətirən bir insan Allah rizası üçün evlənər, münafiq isə yox olmaq instinktini aradan qaldırmaq üçün evlənər.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Tənha qalmaq qorxusu, sonsuzluq qazanmaq arzusu ilə münafiqlər evliliyi iztiraba döndərərlər.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Ailə münafiqlər üçün sanki cəhənnəm nüvəsi kimidir, lakin yenə də ailənin özlərini qoruyacağını düşünərlər.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Münafiqlərdə daralmış eqoistlik var, əvvəlcə özünü, sonra mənfəətləri üçün zövcəsini, uşaqlarını düşünər, buna güvənərək yaşayar. Münafiqlərdə evlilik anormallıq dərəcəsindədir. Mömində ailə məscid olduğu halda, münafiqdə Dirar məscidi kimidir, fəlakətlərin mənbəyidir.
A9 TV; 29 oktyabr 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Quranda mehdiyyət var. Zülqərneyn hekayəsində açıqca Mehdidən bəhs edilir, mehdiyyətə, yəni dünya hakimiyyətinə işarə var. Nur surəsinin 55-ci ayəsində açıq-aydın mehdiyyətdən bəhs edilir, dünya hakimiyyətinə işarə var. Talut-Calut hekayəsində də mehdiyyətə işarə var. O dövrdə Peyğəmbər var, lakin Talut Peyğəmbər deyildir, komandanlıq edir, yəni xilaskardır. Sitatlar
Peyğəmbər varkən Allah Məlik göndərmişdir, insanlar bu Məliyə tabe olmuşdur. Talut və Zülqərneyn Mehdidir, yəni xilaskardır, peyğəmbər deyil. Sitatlar
Zülqərneyn də, Talut da qarşılıq istəməyən Mehdilərdir. Allah Yasin surəsi, 21-ci ayədə: "(Təbliğləri müqabilində) sizdən qarşılıq istəməyənlərə tabe olun. Həmçinin onlar, mehdilərdir (hidayətə nail olmuş və hidayətə nail edənlərdir)" deyə buyurmuşdur. Sitatlar
Zülqərneyn hekayəsində də başdan sona qədər mehdiyyət və İslam əxlaqının dünya hakimiyyətindən bəhs edilir. Sitatlar
Zülqərneyn hekayəsində keçən “möhkəm iqtidar” ifadəsi Nur surəsinin 55-ci ayəsində də keçir. Mehdiyyətin dünya hakimiyyətindən bəhs edir. Sitatlar
Allah hz. Süleymana da dünya hakimiyyəti verdi, lakin çox sevdiyi bir peyğəmbər olan Əfəndimiz (s.ə.v)-ə hakimiyyət vermədi. Zülqərneyn də peyğəmbər deyil, lakin Allah Rəsulullah (s.ə.v)-ə nəsib etmədiyi dünya hakimiyyətini ona vermişdi. Sitatlar
İslam əxlaqının hakimiyyəti də batini elmlə reallaşacaq. Quranda bir çox hekayədə batini elmə işarə var. Sitatlar
Türkiyədə yaşanan böyük hadisələrin hamısı Ledun elmi içində reallaşır, hamısı batini elmin tələbi olaraq yaşanır. Sitatlar
Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiy-il Muntazar, səh. 29) Sitatlar
Zülqərneyn hekayəsində Axırzamanı və mehdiyyəti izah edən məlumatlar var. Allah Zülqərneynə də dünya hakimiyyəti vermişdir. Sitatlar
Zülqərneyn o hekayədə izah edilən şəxsin xüsusiyyətidir, adı deyildir. Zülqərneyn iki cəhətli, iki tərəfli deməkdir. Bu hekayədə mehdiyyətdən bəhs edilir. Sitatlar
Zülqərneyn həm ikiölçülü (maddi-mənəvi) mənasını, həm də iki əsrə hökm edə bilən mənasını verər. Sitatlar
“Zü”, sahib və malik mənaları daşıyar. “Qarn” isə, əsr mənalarına da gələr. Zülqərneyn sahibüzzaman mənasına da gəlir. Sitatlar
Ledün elmi fövqəladə hadisələrə qarşı möminləri qorumanın strategiyasıdır. Mehdi də ledün elminin ustadıdır. Sitatlar
Xəstəlik xüsusi yaradılar. Sağlamlıq da, xəstəlik də Allahın sənətidir. Xəstəlik qarşısında mömin təvəkküllüdür. Xəstəlik insanın təkəbbür hərisliyini, özündən razılığını və dünyaya aludə olub Allahı unutma təhlükəsini aradan qaldırar. Xəstəlik Allahın ledün sənəti içində gözəllikdir, cənnətə vəsilə olar. Sitatlar
Dünyada reallaşan hər hadisə Allahın təqdiri ilə reallaşar. Fironu da, Nəmrudu da yaradan Allahdır. Bunda ledun elmi gizlənibdir. Sitatlar
Allah hər şeyi ledün elmi ilə, hikmətlə və xeyirlə yaradır. Əzabların, problemlərin olmasının da bir çox xeyri və hikməti var. Sitatlar
Allahın ledün elmini çox insan bilməz. Allah yaxşıları mütləq bir yerə gətirər. Möminləri mütləq hüzur və bərəkət içində yaşadar. Münafiqləri və əxlaqsızları da mütləq süründürər, alçaldar. Bunlar Allahın bilinməyən, hiss etdirmədən reallaşdırdığı qanunlarıdır. Sitatlar
Ledün elmini cahil insanlar anlaya bilməzlər. İki cür ledün elmi var, birincisi həyata keçən forması var. Məsələn, xəstəliyə düçar olar. Zahirdə sənə zərər gəlmiş kimi görünər, batində cənnətə qovuşmağın üçün nemətdir. Bu ledün elmidir. İkinci ledün elmi isə vəhyə əsaslanır. Bu təkcə Xızıra, mələklərə, peyğəmbərlərə verilən elm formasıdır. Bu insanlara verilməz. Mehdinin özünü gizlətməsi də ledün elmidir. Sitatlar
Dəccaliyyət insanların hamısına birdən hücum edərək və hücumun əhatəsini getdikcə artıraraq insanları Allaha yönəlməyə məcbur edər. Ledün yönü ilə Dəccaliyyət də Allaha xidmət edir. Amma biz Haqq tərəfdarı olaraq, Mehdiyyət qabaqcılı olaraq ledün yönünə görə deyil, zahiri istiqamətinə görə hərəkət etməklə və Dəccaliyyətlə var gücümüzlə elmi olaraq mübarizə aparmaqla məsuluq. Sitatlar
Bədiüzzaman Türkiyədə dini, dinin həqiqətini təkmilləşdirdi, Atatürk də xurafatçılığı   təmizlədi. Türkiyə bu iki dəyərli şəxs tərəfindən hal-hazırki gözəlliyə qovuşmuşdur.   Birincisi Atatürk, ikincisi isə Bədiüzzamandır. Bir-birlərinə zidd kimi görünmələri leduni   bir elmdir. Onu hər kəs başa düşə bilməz. Bir-birinə zidd kimi görünməsi, onun   üsuludur. Sitatlar
Çətinliklərin möminlər üzərindəki təsiri kafirlər üzərindəki təsirinin tam əksidir. Bu təsir   kafirləri bilavasitə çökdürdüyü halda, möminləri də bilavasitə mükəmməlləşdirər. Bu   Allahın gizli bir elmidir, Onun ledün elmidir, diqqətlə baxmayan bunu görməz. İmanın   nuruyla baxan görər. Sitatlar
Yəcuc və Məcuc Axırzamanda dünyanı bir-birinə qatacaq. Mehdi (ə.s) hz. Zülqərneyn   kimi bir sədd çəkib, firavanlıq, əmin-amanlıq və dincliyin hakim olduğu bir mühit   yaradacaq. Sitatlar
Quranın zahirindən hər kəs istifadə edir, amma ledün qismini, Hurufu Mukattanın açar sirlərini heç kim bilmir. Amma hal-hazırda dünyada bilən bir mütəxəssisi var. Sitatlar
Müsəlman elm, irfan, hidayət, gözəllik verilənlərin yoluna yönəldilmək üçün dua edər, qəzəbə uğramışların, azmışlarınkına deyil. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur