logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 28 oktyabr 2017

avatar

Adnan Oktar

Mehdiyyət dövründə himayədarlıq sistemi olacaq. Hər kəs hər kəsin qohumu olmuş olacaq. Küçədəki bir uşaq hər kəsin uşağı, küçədəki yaşlı biri hər kəsin atası olmuş olacaq. Himayədarlıq sistemində bu insanların hamısına sahib çıxmaq fərzdir.
A9 TV; 28 oktyabr 2017
1843
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
Açıq şüurla, ağıllı insanın Allahı inkar etməsi qeyri-mümkündür. Sitatlar
Ağıl, Allahdan qorxan insanın Qurana görə özünə və ətrafına faydalı olmasını təmin edən həyat formasıdır. Sitatlar
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı insan özünə və ətrafına zərər verməz, hüzurludur. İnsan yanında sıxılmaz. Mövcudluğu təsiredicidir, göz həmişə onu axtarar. Ağıllı baxış çox mənalı və gözəl olar. Ağıllı insan sakitləşdiricidir, qəlbə fərəhlik verər. Ağıllı insan gəldiyi zaman insanlar təbii olaraq onun həmişə Allah ilə birlikdə olduğunu hiss edərlər. Ağıl Allahdan gələn nurdur. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Ağlını dondurmuş insanın üzündə sevgi ifadəsi yaranmaz. Sevgini axmaqlıq kimi görər. Kinliliyi, nifrəti, qeyri-səmimiliyi ayıq-sayıqlıq zənn edər. Bataqlığın içində ömrünü çırpınaraq keçirdiyini də anlaya bilməz. Sevgini axmaqlıq kimi görmək çox böyük ağılsızlıqdır. Sitatlar
Allah atomda heyrətamiz sənət yaradır. 15 milyard ildir ki, atom heç bir qida almadan heyrətamiz enerji ilə fırlanır, orbitindən heç vaxt çıxmır, atomlar bir-biri ilə toqquşmurlar. İnsan tək bir maya zülalını araşdırsa, içində tam fərqli nəhəng aləm olduğunu görər. Məhz Allah bu sənəti düşünüb-düşünmədiyimizə baxır. İnsan çörək arası dönər yeyir və heç nə düşünmür. Allahın bu böyük sənətinə baxmayaraq, heç nə düşünmədən yaşayan insan, əslində hər cür bəlaya layiq olmuş olur. Sitatlar
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir. Sitatlar
Allah çoxlu pərdə arxasında gizlənib. İnsanların bir hissəsi bu pərdələrə, bir hissəsi də insanların əksəriyyətinə fikir verib qəflətə qapılır. Allahı 70 min pərdə də olsa hamısından görmək möminin xüsusiyyətidir. 700 min pərdə də olsa mömin Allahı görər və çox sevər. Heç nə möminə Allahı unutdura bilməz. Allah əbədiyyən insanı yaşadacağı üçün bu dünyada alacağı tərbiyə çox-çox əhəmiyyətlidir. Sitatlar
Allah ilə səmimi əlaqə vardırsa, imanın ləzzəti və axirətin sevinci ilə insan xoşbəxt olar. Bundan savayı gəmi ilə gəzmək, avtomobillə gəzmək, kotlet yeməklə insan xoşbəxt olmaz. İstədiyi qədər özünü zorlasın, heç yerdə heç bir şəkildə əylənə bilməz. Haradan gəldiyini bilməyən, hara gedəcəyini düşünməyən insanın əylənməyə çalışması nəticə verməz. Belə insan əylənə bilməz, sadəcə əylənirmiş təqlidi edər. Sitatlar
Allah qorusun Suriyalı bacı-qardaşlarımızı Türkiyəyə almasaydıq, onları ölümə tərk etmiş olacaqdıq. Bir insanı ölümə tərk etmə ehtimalı olduğu zaman əlimizdən nə gəlsə edib onu xilas etmək vicdani məsuliyyətdir. Əgər belə vəziyyətdə biri, "buraxın ölsünlər" deyirsə bu vicdansızlığı necə qazanmış olduğunu sosioloji olaraq araşdırmaq lazımdır. Bizim millətimiz heç vaxt belə vicdansızlığı qəbul etməz. Sitatlar
Allah sevgini sevər. Allahın bəla, dərd verməsinin hikmətlərindən biri də qulun Özünə yaxınlaşmasını təmin etməkdir. Müsəlman bəlanı gözləmədən Allaha yaxın olmalıdır. Hər şeyimizi Allaha borcluyuq, hər şeyimizi verən Allahdır. Allahdan uzaq olmaq çox böyük əxlaqsızlıq və nankorluq olar. Sitatlar
Anadolu mövləviliyi dindar, 5 vaxt namazını qılan, təvazökarlığa və sevgiyə əsaslanan anlayışdır. Bizim tənqidimiz ingilis mövləviliyinə istiqamətlidir. İngilis mövləviliyi küfrü qanuniləşdirən, haram olan şərabı halal göstərən, homoseksuallığı müdafiə edən anlayışdır. Anadolu mövləviliyini qəbul edən biri, ingilis mövləviliyini heç vaxt qəbul etməz, heç bir müsəlman bunların heç birini müdafiə edə bilməz, müdafiə edərsə küfrə düşmüş olar. İngilis mövləviliyi İslamı aradan qaldırmaq üçün ortaya çıxarılmış fəlsəfədir. Sitatlar
Bölgəni parçalamaq planının həqiqi qurucusu İngiltərə dərin dövlətidir. Parça-parça olmuş Yaxın Şərqi asanlıqla udacaqlarını düşünürlər. Sitatlar
Dövrümüzdəki münafiqlərin namərdlikləri, alçaqlıqları, əxlaqsızlıqları Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlərin alçaq xarakteri ilə eynidir. Bütün münafiqlər oğrudur, soyğunçudur, qəsbkardır, insan bıçaqlayan həbsdə olmuş cəmiyyət mikroblarıdır. Münafiqlərin hamısı tanınmış azğın münafiqlər olaraq tarixə düşürlər. Sitatlar
İslam aləminin əsas prioriteti İslam Birliyini təmin etmək olmalıdır. O zaman bütün xalqlar xilas olmuş olar. Sitatlar
Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin. Sitatlar
Nəzarətsiz heç nə olmaz. Hər şey taledə yaşanıb bitmişdir. Küfr əhli və münafiqlər məğlub olmuş, müsəlmanlar qələbə qazanmışdır. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur