logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 28 oktyabr 2017

avatar

Adnan Oktar

Mehdiyyət ən şəffaf, ən açıq halı ilə Quranda açıqlanmışdır. Nur surəsinin 55-ci ayəsində İslam əxlaqının dünya hakimiyyəti bildirilir. Bu hakimiyyət olduğu zaman müsəlmanların lideri Mehdi olacaq.
A9 TV; 28 oktyabr 2017
2205
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah Türkiyəni İslam aləminin lideri etsin, Türklük aləmini, İslam aləmini birləşdirsin. Allah bütün dünyaya sevgini hakim etsin. Bizə də bu nemətini göstərsin inşaAllah. Sitatlar
Ateizmin qar uçqunu kimi sürətlə yayılmasının səbəblərindən biri ənənəçi ortodoks İslam anlayışı idi. İnsanlara; “baxın bu dində rəsm yoxdur, musiqi yoxdur, elm yoxdur, heykəl yoxdur, gözəl evdə yaşamaq yoxdur, təmizlik yoxdur. Üstəlik hər nöqtəsində zorakılıq var. Saqqalını kəsəni, namaz qılmayanı, içki içəni öldürürlər. Bu dini qəbul edərsinizmi?” deyirdilər və insanlar İslamdan qaçırdılar. Biz İslamın belə olmadığını, Quran müsəlmanlığının olduqca sərbəst, keyfiyyətli və gözəl olduğunu həyatımızla ortaya qoyduq. Sitatlar
Ayrılıqda fəlakət var, rəhmət deyil. Allah tək bir din endirmişdir. Bu din Quranda izah edilən İslam dinidir. Dörd ayrı məzhəbin dörd fərqli dini olmasının nə qədər anormal vəziyyət olduğunu görmələri lazımdır. Quran kafi deyil demələri bu deyənlər üçün çox acınacaqlı haldır. Allah Quranı hər şeyi izah edən olaraq endirmişdir. Allah hər şeyi izah etmişdir. Bilə-bilə Allahın sözünü qəbul etmirlər. Haşa Quran kafi deyil, biz tamamlayırıq deyirlər. Bu çox yanlış fikirdir. Sitatlar
Bərzaninin şüurlu, idealist yetişmiş dəstəkləyən kütləsi yoxdur. Buna görə də, kiçik addımında PKK tərəfindən asanlıqla əzilə bilər. Bərzani alçalmağı deyil, böyüməyi əsas götürsün, bu da İslam aləminin birləşməsi, İslam Birliyinin yaradılması ilə olar. Parçalanmaq, asan həzm olmaq mənasını verər. Sitatlar
Bir münafiq növü də, müsəlmanları qoruyurmuş kimi görünərək müsəlmanlar əleyhinə fəaliyyət göstərənlərdir. Bu çox alçaqcasına, axmaqcasına, xaincəsinə üsuldur. İslam yolunda bircə əsəri belə olmayan bu tiplər namərdcəsinə və alçaqcasına müsəlmanlara hücum edərək, təkcə fitnə törədirlər. Peyğəmbərimiz (s.ə.v) dövründə də bəzi münafiqlər Peyğəmbərimiz (s.ə.v)-i qorumaq adı ilə müsəlmanlara hücum edirdilər. Belə tiplər xüsusilə münafiq hücumu olduğu zamanlarda ortaya çıxıb Peyğəmbərimiz (s.ə.v)-i qoruyurmuş kimi üslub işlədərək səhabələrdən öndə gedənləri hədəf alırdılar. Halbuki hədəflərinin Peyğəmbərimiz (s.ə.v) olduğu çox açıq idi. Axmaqca üsullarla müsəlmanlara zərər verəcəklərini zənn edirdilər. Belə alçaq insanların müsəlmanlar əleyhinə olan sözləri müsəlmanların həm savabını, həm də digər müsəlmanların gözündəki dəyərlərini qat-qat artırar. Sitatlar
Darvinizm "güclü olan heyvanların zəif olanları əzdiyi" yanlış dünya modeli ortaya qoydu. Ənənəçi İslam anlayışı da hər cür gözəlliyi, sevinci, incəsənəti qadağan etdi. İki tərəfdən mühasirəyə alınan insanların sevgini yaşaması mümkünsüz hala gəldi. Bu sevgisizliyi Allahın icazəsi ilə elmlə, irfanla aradan qaldırırıq. Sitatlar
Dünya iki günlükdür, lakin İslam əxlaqı yaşanmadığı zaman dəhşət yaşanır. Dünyanın xilas olması İslam Birliyinin yaranmasındadır. Mehdi olmadan isə İslam Birliyi olmaz. Allahın göstərdiyi yeganə çözüm mehdiyyətdir. Sitatlar
İngiltərə dərin dövləti həm Türkiyəni, həm də bütün türk-islam aləmini dağıdıb yox etməyə qətiyyətlidir. Türkiyədə iradəli, cəsarətli liderə ehtiyac vardı. Bu lideri Tayyib hocam olaraq Allah qarşımıza çıxartdı. Onu müvəffəqiyyətli etdi. Əlimizə keçən bu nemətə diqqət göstərməyimiz, Tayyib hocamızı hakimiyyətdə saxlamağımız mühümdür. Tayyib hocamızın şəxsini çox güclü saxlamağımız çox əhəmiyyətlidir. Milli lider çox əhəmiyyətlidir. Var gücümüzlə Tayyib hocamızı dəstəkləyəcəyik. Çox şövqlü, çox əzmkar, çox səmimi, etibarlı müsəlmandır. Allah rizası üçün respublikanın rəisi olmaq kimi çox çətin vəzifəyə talib oldu. Heç bir mənfəəti yoxdur. Millətimiz üçün Tayyib hocam çox böyük nemətdir. Millət olaraq belə etibarlı lider ətrafında toplanmağımız bizi çox güclü edər. Sitatlar
Kasıblıq, işsizlik və iqtisadi böhranlar Mehdi çıxana qədər bitməz. Kasıblıq Mehdi və İsa Məsih dövründə metafizik olaraq Allah tərəfindən xüsusi dayandırılacaq. Bundan başqa, hər dövrdə hər zaman imtahanın tələbi olaraq kasıblıq və yoxsulluq olacaq. Sitatlar
Mehdi də, İsa Məsih də həyatdadır. Mehdinin gəlməsi ayrı, zahir olması ayrıdır. Mehdi zahir olduğu zaman terror, müharibələr, münaqişələr dərhal dayanar. Mehdinin zahir olduğunu, Qüdsdə İsa Məsih və Mehdinin birlikdə namaz qıldığını görəcəyik. Azan səsləri, zəng səsləri və şofarlar yeri göyü inlədəcək. Bundan sonra dünyanın heç bir yerində müharibədən, davadan, terrordan bəhs edilməyəcək. Sitatlar
Münafiq hər kəsin öz kiçik ağlına tabe olmasını istəyər. Müsəlmanların mənəvi lideri olmasını istəməz. Sitatlar
Münafiqlər Quranı tam fərqli şəkildə öz münafiq məntiqlərinə görə şərh edərlər. Hər münafiq özü lider olmaq istəyər, Peyğəmbər (s.ə.v)-in mövcudluğu münafiqlərin heç xoşuna gəlməz. Peyğəmbər (s.ə.v)-ə həmişə həsəd apararlar. Müsəlmanların lideri olan insanın ətrafında onu sevən insanların olmasına, müsəlmanların zənginliyinə, imkanlarına, qidalarına, geyimlərinə, evlərinə, avtomobillərinə, sahib olduqları hər cür nemətə heyrətamiz həsəd apararlar. Münafiqlər müsəlmanların elçinin yanından dağılmasını istəyərlər. Allaha həmişə yalandan and içərək danışarlar. Allah Quranda münafiqlərin alçaq məxluqlar olduqlarını bildirir. Münafiqlər hər xeyrə mane olmağa çalışarlar. Müsəlmanların müvəffəqiyyətlərindən heç vaxt bəhs etməzlər. Münafiqlər İslam üçün heç vaxt şövqlü və çalışqan olmadığı halda, küfr xarakterli məsələlərdə böyük şövqlə və səylə çalışarlar. Münafiqlər təcavüzkardır, demək olar ki, hamısında öldürmə meyli vardır. Küfr əhlini dost və güclü görər və küfr əhli ilə iç-içədirlər. Sitatlar
Musəvilərin gözlədiyi Moşiyah, hədislərdə xəbər verilən Mehdidir. Mehdi həm müsəlmanların, həm xristianların, həm də musəvilərin mənəvi lideri olacaq. Mehdi gəldiyi zaman bütün insanlar sülh içində birlikdə qardaşcasına yaşayacaqlar. Sitatlar
Ortaya atılan böhtanların min misli də olsa Tayyib hocamı yenə dəstəkləyəcəyik, yenə də prezident edəcəyik. Tayyib hocamın həyatı ortadadır. Biz konkret vəziyyətə baxarıq. Dünya hərisliyi olmadığını görürük. Dünya malında gözü yoxdur. Allah üçün, İslam üçün bütün müsəlmanlara sahib çıxır. Belə gözəl əxlaqlı olan insanı İngiltərə dərin dövlətinin çaqqallarına qarşı heç vaxt tək qoymarıq. Tayyib hocam Allah, din, İslam, Kitab, vətən millət üçün bütün gəncliyini həsr etdi. Cinayət törədən vardırsa, qanunla, hüquqla üstünə gedilər. Sitatlar
Quran həyata hakim olduğu zaman, yəni mehdiyyət dövründə müəlliflik gücü heyrətamiz inkişaf edər, incəsənətdə heyranlıq oyadan irəliləyiş olar. İnsanlar şən, coşğulu yaşayar. Qardaşlıq və köməkləşmə ruhu formalaşar. Mehdi sevginin zəmanətidir, sevginin hakimidir. Mehdinin siyasi cəhəti olmayacaq. İnsanlara sevgini öyrədəcək. Sitatlar
Tayyib hocamdan İslam Birliyini gündəmdə saxlanmasını xahiş edirik. Bu duadır, Allah duaları qəbul edər. Dünya miqyasında dəccaliyyətlə qarşı-qarşıya olduğumuz üçün Türkiyə təkbaşına təsirli ola bilməz. Əvvəlcə qəbul etməsələr belə həmişə, israrla İslam Birliyini xatırlatsın. Bir müddət sonra müsəlman ölkələr də utanacaq və qəbul edəcəkdir. Sitatlar
Tayyib hocamın gözəl İslam anlayışı var. Müsəlmanların birliyini müdafiə edir. Böhtanlara, ittihamlara heç cavab belə verməsin. Gözəl yolunda davam etsin. Tayyib hocamın həyatı gözümüzün önündədir. Dünyaya dair heç bir hərisliyi olmadığını bütün millət görür. Pul toplama, dünya üçün xərcləmək kimi dərdi yoxdur. Sitatlar
Tayyib hocamın yerinə sintetik qəhrəmanlar yaratmağa çalışanlar boşuna çalışırlar. 2019-cu ildə də, 2023-cü ildə də Tayyib hocam bu millətin lideri olacaq inşaAllah. Sitatlar
Qadınlar həqiqi mənada Mehdi dövründə azad olacaqdır. (Əmirəl-möminin Əli buyurdu: Qaim Mehdi qalxdığı zaman göy yağışını yağdıracaq, yer əkinlərini cücərdəcək, insanların qəlbindən kin, həsəd, düşmənçilik çıxacaq, yırtıcı heyvanlar əhliləşəcək, HƏTTA BİR QADIN İRAQDAN ŞAMA TƏKBAŞINA SƏYAHƏT EDƏCƏK AYAĞI OTLARA, YAŞILLIQLARA DƏYƏCƏK, BAŞINDA ZİNƏTİ OLACAQ, LAKİN NƏ ZƏRƏR GÖRƏCƏK, NƏ DƏ QORXU DUYACAQ. (Kitabul Cifr, İmam Əli, səh. 475) Sitatlar
Tayyib hocam millətin lideri, cumhurun başı olaraq çox vicdanlı, ağıllı və dürüst hərəkət edir. Bəzilərinin yersiz narahatlıqları çox gərəksiz. Tayyib hocam mərddir, cavandır, İslam Birliyinə aşiqdir. Sitatlar
Hər gəncin Risale-i Nurdan ən az 3-5 səhifə oxuması lazımdır. Gənclərə çox gözəl ruh zənginliyi qatar və üfüqünü açar. Sitatlar
Xristianlar nur peyğəmbərimiz (s.ə.v)-i mütləq qəbul edib sevməlidirlər, yoxsa vicdanlar yaralanar. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) çox nurlu idi, işıq saçırdı sanki ətrafa. Mehdi (ə.s) da elədir, nurludur. Onun izah etdiyi həqiqətlər, məsələn, Darvinizmi, materializmi çökdürməsi, Quran möcüzələrini, iman həqiqətlərini izah etməsi nur saçmaqdır. Sitatlar
Sunqur Ağabəy : "Bədiüzzaman mənə “Mehdi nur tələbəsi olmayacaq, tam fərqli olacaq” dedi. Sitatlar
Nur Mehdi deyil, həqiqi Mehdi, insan Mehdi vardır. Divardan keçə bilən metafizik deyilən bir Mehdi yoxdur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur