logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 24 fevral 2017

avatar

Adnan Oktar

Mövhumatçılar eyhama əsaslanaraq İslamdan ayrı, tamam ayrı bir din yaratdılar. Müsəlmanların əlindən incəsənəti, elmi, gözəlliyi aldılar. (Ali İmran surəsi, 7: Kitabı sənə nazil edən Odur. Onda, Kitabın anası (təməli) olan bəzi ayələr möhkəmdir; digərləri isə mütəşabihdir. Qəlblərində əyrilik olanlar, fitnə törətmək və istədikləri kimi şərh etmək üçün ondakı mütəşabih ayələrə tabe olarlar. Halbuki onun şərhini təkcə Allah bilər. Elmdə qüvvətli olanlar isə: "Biz ona iman gətirdik, hamısı Rəbbimizin dərgahındandır" deyərlər. Təmiz ağıl sahiblərindən başqası öyüd alıb düşünməz.)
A9 TV; 24 fevral 2017
2311
avatar

Adnan Oktar

İşarə ilə dindən hökm çıxarılmaz. O zaman o din İslam olmaz. Allah möhkəm ayələrlə haram və halalları bildirmişdir.
A9 TV; 24 fevral 2017
avatar

Adnan Oktar

Musiqinin haram olduğuna dair Quran ayəsi yoxdur. Mövhumatçılar eyham ilə hökm çıxarmaq istəyərlər, halbuki Quran çox açıqdır. Möhkəm ayələr aydındır.
A9 TV; 24 fevral 2017
avatar

Adnan Oktar

İnsan qəzəbi gülünc hesab etməlidir. Ağılla həll ediləcək bir şeyi qəzəblə həll etmək insanı gülünc vəziyyətə salan haldır.
A9 TV; 24 fevral 2017
avatar

Adnan Oktar

İngiltərə dərin dövlətini biz ifşa etdikdən sonra bütün dünyada dərin dövlətin təsirli olduğu, xalqları əzdiyini daha yaxşı başa düşməyə başladılar.
A9 TV; 24 fevral 2017
avatar

Adnan Oktar

Üst pərdədən meydan oxuyurmuş kimi üslub işlətmək yaraşmır. Doğru olmayan bir rəftar olduqda bunun səhv olduğunu gözəl sözlə izah etmək lazımdır. Səhv görülən işləri konkret nümunələr göstərərək izah etmək lazımdır. İzah edərkən də meydan oxuyurmuş kimi bir üslub işlətmək fayda deyil, zərər verər.
A9 TV; 24 fevral 2017
avatar

Adnan Oktar

Ehtiras iman əhlinə məxsus çox gözəl duyğudur. İman gətirənlərin gözlərindən bir-birlərinə ehtiras axar.
A9 TV; 23 fevral 2017
avatar

Adnan Oktar

Həyatları boyu keyfiyyətli mühit içinə girə bilməmiş, sevgini yaşamamış bəzi insanların keyfiyyətli insanlara amansız qəzəbi və həsədi olur.
A9 TV; 23 fevral 2017
avatar

Adnan Oktar

Qadınların əzildiyi, təzyiq altına alındığı cəmiyyətə Allah bərəkət verməz. Allah zülmə razı olmaz.
A9 TV; 23 fevral 2017
avatar

Adnan Oktar

Qadın da, kişi də gözəl olsun. İnsanların baxımsız olduğu sevginin, gözəlliyin, keyfiyyətin qalmadığı ölkələrdə dəhşət və gərginlik meydana gəlir. Allah belə bədbəxtlik istəmir.
A9 TV; 23 fevral 2017
avatar

Adnan Oktar

İmam Rəbbani, hz. Mehdi vəsiləsi ilə hidayətin bütün dünyaya yayılacağını bildirmişdir: “Onun (Mehdinin) irşadının və hidayətinin nurları bütün dünyaya yayılar. Yer kürəsinin ortasından ta ərşə qədər hər kəsə rüşd (doğru yolu bilmək), hidayət, iman və mərifət Onun (Mehdi) yolu ilə gələr. Hər kəs ondan feyz (nemət) alar. Arada o olmadan, heç kim bu nemətə qovuşa bilməz. (İmam Rabbani – Məktubat, 260-cı məktub)
A9 TV; 23 fevral 2017
avatar

Adnan Oktar

İmam Rəbbani Mehdi üçün; "əsrlərdən çox uzun zaman sonra belə bir cavahirat dünyaya gələr, qaralmış aləm onun gəlməsi ilə işıqlanar" deyir.
A9 TV; 23 fevral 2017
avatar

Adnan Oktar

Ayədə həm insanların zər aləmi, dünya və axirət təbəqələrindən keçmələri, həm də mənəvi təbəqələrə işarə vardır. (İnşiqaq surəsi, 19: Siz, həqiqətən təbəqədən təbəqəyə minəcəksiniz.)
A9 TV; 23 fevral 2017
avatar

Adnan Oktar

Hz. Mehdidə bütün peyğəmbərlərin xüsusiyyətlərindən vardır. Hz. Mehdi qarşılaşdığı təzyiqlərə görə hz. Musaya, çəkdiyi əziyyətlərə görə hz. Yusifə bənzəyəcək.
A9 TV; 23 fevral 2017
avatar

Adnan Oktar

Allah səmimi sevgini və ehtirası möminlərə nəsib edir. Allah Özündən uzaq olana gözəllik, sevgi və ehtiras nəsib etməz.
A9 TV; 23 fevral 2017
avatar

Adnan Oktar

Özləri Qurandan uzaq din yaratdıqları üçün biz Qurandan bəhs etdikdə öz dinləriylə ziddiyyət təşkil etdiyini görüb heyrətə gəlirlər. Əsil din Qurandır.
A9 TV; 23 fevral 2017
avatar

Adnan Oktar

Musəvilər 3500 ildir ki, hz. Musaya, Allaha sadiq olan dindar insanlardır. Nə xoşbəxt, nə gözəl onların halına. Onlar da, biz də hz. İbrahimin övladlarıyıq.
A9 TV; 23 fevral 2017
avatar

Adnan Oktar

Darvinist düşüncəni elmi cəhətdən çökdürməyimiz solun tam mənası ilə fikri məğlubiyyətinə və sağın güclü şəkildə iqtidar olmasına vəsilə oldu.
A9 TV; 23 fevral 2017
avatar

Adnan Oktar

Selin Sayek Bökeni qorxaqcasına təhdid edənlər onun güclü qadın olduğunu nəzərə ala bilməmişlər. Qorxaqların təhdidi heç kimi qorxutmaz.
A9 TV; 23 fevral 2017
avatar

Adnan Oktar

Heç bir mason lojasına getmədən 33-cü dərəcə masonluq diplomu aldım.
A9 TV; 22 fevral 2017
avatar

Adnan Oktar

Hər kəsdən nifrət edən, Allah sevgisi və Allah qorxusu olmayan, sevgisizlik içində boğulmuş insanları səbirlə yetişdirəcəyik. Təhsil əsas şərtdir.
A9 TV; 22 fevral 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ənənəpərəst və mövhumatçı İslamın təməlində mütəşabih ayələri ağlagəlməz şəkildə şərh etmək vardır. Hökm, möhkəm ayələrdə yer alır. Sitatlar
Musiqinin haram olduğuna dair Quran ayəsi yoxdur. Mövhumatçılar eyham ilə hökm çıxarmaq istəyərlər, halbuki Quran çox açıqdır. Möhkəm ayələr aydındır. Sitatlar
Darvinizmin əsassızlığının göstərilməsi və mövhumatçı din anlayışının aradan qaldırılması dəccaliyyətin Türkiyə üzərindəki pəncəsini sındırdı. Sitatlar
Türkiyənin 99%-də müasir, ziyalı müsəlman dünyagörüşünün hakim olmasına biz vəsilə olduq. Mövhumatçı sistemin yaşanılmaz olduğunu hər kəs gördü. Sitatlar
Qadına şiddəti təşviq etmək böyük günah və şiddətli vicdansızlıqdır. Mövhumatçı sistemdə qorxunc qadın əleyhdarlığı və düşmənçiliyi hakimdir. Haşa qadınlara ağlı və dini yarımçıqdır demək, mövhumatçı sistemin ən qorxunc tərəflərindən biridir. Qadının varlığına belə dözə bilmirlər. Sitatlar
İslama ən çox Mövhumatçılıq zərər verir. Mövhumatçılar sanki İslamla mübarizəyə girişmiş vəziyyətdədirlər. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in dövrünü bəzi mövhumatçıların izahatına və ya xurafatlara görə zehinlərində canlandırırlar. Quranda izah edilən doğru olandır. Sitatlar
Qorxunc bir dünya istəyirlər. Quranın ağıllı, sevgi dolu, mərhəmətli, keyfiyyətli, ziyalı, azad dünyasından uzaq tamamilə azğın bir dünya yaradırlar. Sitatlar
Mövhumatçı zehniyyətin qadına olan baxış prizması çox azğın dünya anlayışının yaranmasına səbəb olur. Bu, insanları İslamdan uzaqlaşdırır. Mövhumatçılığın ortaya qoyduğu dəhşət dünyasından xilas olmaq üçün Quranın izah etdiyi həqiqi İslama sarılmaqdan başqa yol yoxdur. Sitatlar
İslam, sevgi, sevinc və hüzur dinidir, insan fitrətinə uyğundur. İslamı sevinci yox edən, incəsənəti öldürən məntiqə döndərənlər mövhumatçılardır. Sitatlar
Allah dəstəmazı bir ayədə izah edir və çox asandır. Mövhumatçılar isə dəstəmaz üçün 600 səhifə kitab yazırlar, üstəlik hər məzhəbə görə də fərqlidir. İnsanlar da buna baxıb mən dəstəmaz alıb namaz qıla bilmərəm deyirlər. Qurandan kənar din anlayışı insanları İslamdan soyudur. Sitatlar
Avropanın İslam əleyhdarlığının təməlində mövhumatçılığın sevgisiz, incəsənətsiz, dözümsüz, nəzakəti zəif zehniyyəti var. Əlbəttə ki, Avropanın irqçi və müsəlmanlar əleyhinə olan münasibəti çox yanlışdır. Lakin mövhumatçıların da musiqidən, heykəldən, incəsənətdən nifrət edən münasibəti Avropadakı bu məntiqin zəmin qazanmasını təmin edir. Qadının döyülməsini söyləyən, anasının diz qapağını təhrikedici hesab edən, dekolte qadın gördükdə heyvani reaksiyalar verən zehniyyətdən Qərbin narahat olması haqsız səbəb deyil. Bu mədəniyyət pozğunluğunun düzəlməsi vacibdir. Sitatlar
Mövhumatçı sistemin bəhs etdiyi dünya dəhşətvericidir, bu deyilənlərin Qurana əsaslanan İslam anlayışı ilə heç bir əlaqəsi yoxdur. Sitatlar
Əgər İslam Quranda izah edildiyi kimi yaşansa dünya cənnətə dönər. Mövhumatçıların izah etdiyi heç nə Quranda yoxdur. Mövhumatçılığın məntiqi davam etsə, Allah qorusun insanlar tamamilə İslamdan uzaqlaşar. Bu təhlükənin tək həll yolu Quran İslamıdır. Sitatlar
Mövhumatçılıq ucbatından insanlar İslamı yaşadıqda həyatın bütün sevincini və gözəlliklərini itirəcəklərini zənn edirlər. Halbuki Quran İslamı yaşandığı zaman dünyanın bütün gözəllikləri insanın həyatında olar. İnsanlar həqiqi sevinc və xoşbəxtliyi tapar. Sitatlar
Musiqiyə, heykələ, rəsmə, dekolteyə, gözəlliyə qarşı o qədər qarşıdırlar ki, heç cür nemətləri qəbul edə bilmirlər. Məkkəli müşriklər də belə idi. Əyləncəni, baxımlı olmağı, azadlığı özləri üçün haqq hesab edir, lakin qadınların da haqqı olduğunu heç cür qəbul edə bilmirdilər. Sitatlar
Ənənəvi ortodoks sistemi müdafiə edənlər izah etdikləri həyatı özləri də yaşamırlar. Yaşanması mümkün olmayan bir həyatı izah edirlər. Sitatlar
Dünyanın hər yerində bir çox insanın təbliğ edə bilmədiyi mühitdə İslamı izah edirik. Darvinist fəlsəfənin dünyanı boğmasına mane oluruq. Anti-darvinist elmi fəaliyyətimiz imanlı nəsil yetişməsinə səbəb olur. Bəzi mövhumatçı kütlələr onları necə bir bəladan qoruduğumuzu anlamır. Sitatlar
YPG Avropaya verdiyi mesajda özünü guya qadın azadlığını müdafiə edən və mövhumatçılığa qarşı olan struktur kimi tanıdır. Bu yolla Avropa və Amerikadan dəstək alırlar. Türkiyə çox müasir və azad olsa, bunların bu yalanını da ortaya çıxartmış olar. Sitatlar
Avropada dinsizlik geniş yayılıb, halbuki gənclər həqiqi İslamı bilsələr xoşlarına gələr, lakin ənənəvi İslam izahları ucbatından dindən uzaqdırlar. Sitatlar
Hz. Süleyman dövrünün mövhumatçıları hz. Süleymanın həyat yoldaşlarının gözəlliyinə, təmiz və baxımlı olmalarına ağlasığmaz dərəcədə həsəd aparırdılar. Sitatlar
Hz. Süleymanın sarayı çox ehtişamlı, həyat yoldaşları çox gözəl idi. Mövhumatçılar hz. Süleymanın gözəlliyə olan sevgisini təqdir edə bilmirlər. Sitatlar
Qərbin YPG/PKK-nı dəstəkləməsinin səbəblərindən biri də bölgədə mövhumatçılığa qarşı tarazlıq ünsürü olacaq müasir quruluş olduğunu zənn etmələridir. Türkiyə əgər çox müasir olsa, qadın hüquqlarını, incəsənəti, elmi gücləndirsə, bu iddianı irəli sürənlərin bütün fürsətləri əllərindən alınmış olar. Sitatlar
Mövhumatçıların qadınlara olan yanlış baxış aspekti ucbatından İslam aləmi məhv olur. Biz mövhumatçıların yaratdığı təxribatı aradan qaldırmağa çalışırıq. Sitatlar
Mövhumatçıların incəsənətdən, keyfiyyətdən, əyləncədən, gözəllikdən uzaq yaşamaları, fərqində olmasalar da müsəlmanların əzilməsinə səbəb olur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur