logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 1 fevral 2018

avatar

Adnan Oktar

Mövhumatçılıq şeytanın oyunudur, şeytanın dinidir. İslam Quranın dinidir. İslam dini saf və tərtəmiz nur kimi dindir. Mövhumatçılıq isə süd və zəhərin qarışması kimidir. İslam dini nəzakət, sevinc, keyfiyyət, xoşbəxtlik, sevgi və hüzur dinidir.
A9 TV; 1 fevral 2018
1210
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək etsin, şəhadətlərini təbrik edirik. Allah ordumuzu havada, quruda, dənizdə həmişə müzəffər etsin.
A9 TV; 11 fevral 2018
avatar

Adnan Oktar

Hər insanın seyr etdiyi təsvirə hakim olan Sonsuz Güc haqlı olaraq Özü ilə həmişə əlaqədə olunmasını istəyər. İnsan Allahla əlaqədədirsə hər şey çox gözəl olar. İnsan Allah ilə əlaqəsini kəssə həyatının hər anında sıxıntı olar.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Allah ordumuza güc, qüvvət versin, xeyirlə, bərəkətlə, gözəlliklə, qələbə qazanmalarını nəsib etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək və məqbul etsin. Dəliqanlılarımız bütün şəhidlərə salamımızı aparsınlar. Allah ailələrinə gözəl səbir, hüzur, bərəkət nəsib etsin. Millət olaraq Malazgirddən indiyədək şəhidlər verərək bu günə gəldik. Şəhid vermək millətimiz üçün şərəfdir. Allah şanlı ordumuzun qəzasını mübarək etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Səmimi olan insan dünyanın ən keyfiyyətli insanıdır. Səmimi insanın Allah ilə səmimi əlaqəsi vardır. Allaha tam təslim olmuşdur. Hər hərəkəti, hər sözü, hər rəftarı çox keyfiyyətlidir. Bəziləri keyfiyyətli olduğunu iddia edir, millətə yuxarıdan-aşağı baxır. Elə keyfiyyət olmaz. Keyfiyyət, ruhdaki sevgi anlayışının ən yüksək halıdır.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İman zəifliyi insanlarda böyük sıxılmaya səbəb olur. Ən kiçik hadisədə dözümsüzlük göstərib bir-birilərinə qəzəblənmələrinin əsasında da bu sıxılma var. Bu güclü sıxılma ilə tez partlamaq və tezliklə gərginliyi üzərindən atmaq istəyirlər. İman zəifliyi olmadığı zaman belə problemlər olmaz.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Hz. İsanın imanı çox güclüdür. İnsanlara nümunə olacaq imanı vardır. Danışıqlarından, halından imanının dərinliyi anlaşılar. Üzü çox təmizdir. Heybətindən peyğəmbərliyi dərhal görünər. Baxışları, üzü peyğəmbər dərinliyinə malikdir. Zəkası çox güclüdür. İsa Məsih həm Tövrat, həm İncil, həm də Quran hafizidir. Ultramüasir dəliqanlı olacaqdır. Təvazökar və məzlum insandır. Normal insanlardan çox üstün ağlı və dərinliyi var. Mehdiyə vəzir olaraq dünyaya gələcəkdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Həqiqətən Allahdan qorxan, Allahın böyüklüyünü, ucalığını tam dərk edən insanın Quranı əksik yaşaması qeyri-mümkündür.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Dünya miqyasında bir-birini qoruyan və qəbilə kimi hərəkət edən homoseksual qruplaşma var. Kommunistlə mühafizəkar, homoseksuallıqda ittifaq edə bilir. Mühafizəkar üçün haşa dindən üstün olur homoseksual olmaq. Kommunist üçün ideologiyasından daha yüksək olur homoseksuallıq. Buna görə də, çox rahat anlaşıb ittifaq edə bilirlər. Birləşib dindar, səmimi, həqiqi möminlərə qarşı mütəşəkkil hərəkət edirlər. Bu təhlükəyə qarşı dövlətimizin bütün qurumlarının ayıq-sayıq olması əhəmiyyətlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Hər fikrə, hər düşüncəyə hörmət göstərmək lazımdır. Xristiana, musəviyə, ələviyə, sünniyə, ateistə, əylənən, gülənə, gülməyənə, qadınlara, hər kəsə hörmət göstərmək lazımdır. İnsanlara müdaxilə etmək çox lazımsızdır, istəyən istədiyi kimi yaşaya bilməlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Münafiqlərin dünyada dostları yoxdur, axirətdə də sonsuza qədər tək-tənha olacaqlar.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Gözəl əxlaq insanlara xoşbəxtlik verən sistemdir. Bir mühitdə tək bir insan təkəbbürlü olsa insanlar narahat olurlar. Gözəl əxlaqlı insan isə hər yerdə xoşbəxtlik vəsiləsidir. Cənnəti də gözəl edən gözəl əxlaqdır. İnsanların gözəl davranması, bir-birini incitməməsi, qəzəbləndirməməsi, hər kəsin sabit olması, nalayiq danışan heç kəsin olmaması, iki üzlü birinin olmaması, hər kəsin coşğulu sevgini yaşaması cənnəti gözəl edir. Cənnətin çayı, daşı, torpağı deyil. Allah Özü gözəl əxlaqlıdır. Müsəlman Allahın əxlaqına sahib olmaq istəyər, Allah hər halda insanları bağışlayar, insan bəzən bağışlaya bilmir. Allah hər bəndəsini xilas etmək istəyir, insanlar bəzi insanlara yaxın ola bilir. Allah insanlara sui-zənnlə baxılmasını istəməz, həmişə hüsnü-zənnlə dəyərləndirər. İnsanlarda isə hüsnü-zənn əksikdir. Müsəlman Allahın əxlaqına qibtə edər. Müsəlman da Allah kimi gözəl əxlaqlı olduğu zaman həm özü rahatlıq tapır, həm də ətrafındakı insanlar rahatlıq tapır. Bu əxlaq cənnətin əsas xüsusiyyətidir. Həmçinin bütün bu gözəl əxlaqın əsas məqsədi sevgidir. Allahı sevmək və Allahın yaratdıqlarını sevmək üçündür.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsan həssas varlıqdır. Sevgiyə görə yaradılmışdır. Evində, ailəsində, küçədə, məktəbdə, əyləncədə sevgini tapa bilmədikdə, insanlar böyük stressə düşür. 3-5 il sonra, əsrlərdir insanlardan getmiş olan sevgi geri qayıdacaq. Bunu hamımız birlikdə görəcəyik inşaAllah.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Allahı əsas götürən insanın hər danışığı faydalı və xeyirlidir. Boş danışmaqdan qaçar. Müsəlman Allahın zamanı necə keçirdiyini soruşacağını bildiyi üçün zamanı ən yaxşı şəkildə dəyərləndirər. Zamanı israf etməz.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsanların çoxu bir-birinə güvənə bilmədikləri üçün bir-birilərini heç vaxt səmimi sevə bilmirlər. Sadəcə küsməyi bacarırlar. Ağıllı insanı axtarmaq lazımdır. Ağıllı, Allahdan qorxan, eqoist olmayan insanı tapıb onunla dost olmaq əhəmiyyətlidir. Həqiqətən sevməyi bacaran insan azdır, o insanı tapanda buraxılmaz.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

Dərviş əxlaqlı insan olmaq gözəldir. Eqoist olmamaq üçün mütləq maddi imkan lazım deyil. Maddi imkanı məhdud da olsa insan fədakar olar. Dünyadan imtina edən insan olunduğu zaman eqoistlik sıfır olar.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

İnsan keyfiyyətində azalma olmasını mühüm məsələ kimi görmək lazımdır. Daha nifrət dolu, daha bəsit, daha eqoist və dardüşüncəli adi insanların sayının artması cəmiyyət üçün mühüm təhlükədir. Bu insanlar müasirlik adı altında Allahın haram etdiyi homoseksuallığın müdafiə edilməsindən narahat olmurlar. Homoseksuallıq müdafiəçiləri sanki qəbilə kimi bir-birini müdafiə edir və dəstəkləyirlər. Görünüşdə mühafizəkar olurlar, lakin həmişə homoseksuallarla iç-içə olur, onları müdafiə edir, qanuniləşdirməyə çalışırlar. Homoseksuallıq Allahın haram buyurduğu böyük günahdır və bütün gənclərimizi bu fəlakətdən qorumaq milli məsələdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah; “yer üzündə fitnə qalmayana və dinin hamısı Allahın olanadək elmi yolla mübarizə aparın” deyə bildirir (Ənfal surəsi, 39). Homoseksuallıq, darvinizm, materializm, kommunizm, PKK və digər terror təşkilatları, hər cür azğınlıın hamısı fitnədir. Əgər bu fitnələrlə elmlə, irfanla var gücümüzlə mübarizə aparsaq, Allah onun bərəkətini gətirər, İslamı hakim edər.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Vicdansız insan qəlb qırmaqdan narahat olmaz. Tam əksinə sadistcə xoşbəxt belə ola bilər. İnsanları narahat etmək bəzilərinə qələbə kimi gələr. Yüksək əxlaqlı insan üçün belə şey vicdanən çox sıxıntı vericidir. Lakin münafiqlər kimi alçaq xarakterli, əxlaqsız insanlar üçün pislik normal haldır. Həyasız və arsız olduqları üçün pis olmaqdan narahat olmazlar.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Quranda rəsm çəkmənin haram olduğuna dair ayə yoxdur. Rəsm çəkmənin haram olduğu, sadəcə xurafatdır. Rəsm nemətdir, gözəllikdir.
A9 TV; 29 yanvar 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Din həyatı öldürməz. Din həyata sevinc verir. İnsan dindar olduğunda canlı, nəşəli, həyat dolu xarakterə sahib olar. Ənənəçi İslam bunun əksini izah etdiyi üçün insanlar dindar olmağı içə bağlanmaq və həyatı öldürmək olaraq görürlər. Belə olduqda da ibadətlərini etmək üçün yaşlanmağı gözləyirlər. “Yaşlananda onsuz da həyata qarşı zövqüm qalmayacaq, o zaman ibadət etməklə heç nə itirmərəm” deyə düşünürlər. İbadət gənc ikən də, yaşlı ikən də hər yaşda edilər. Dini yaşlandığı dövrə təxirə salmaq ənənəçi İslam anlayışının səbəb olduğu yanılmadır. Sitatlar
Bəzi insanların şüur altında din üçün acı çəkmək lazımdır, gülməmək, əylənməmək lazımdır, yoxsa cənnətə gedə bilməzsiniz məntiqi vardır. Buna görə "din qarmaqarışıq şəkildə çətin olmalı ki, dində yaxşı yol gedə bilsin" məntiqi hakimdir. Bu minlərlə illik köhnəlmiş düşüncədir. Halbuki İslam dinləri həmişə cənnət azadlığını gətirər. Hz. İbrahimin gətirdiyi din də, Hz. Süleymanın gətirdiyi din də, Peyğəmbərimiz (s.ə.v)-in gətirdiyi din də, həmişə cənnət ruhu, cənnət azadlığı, cənnət gözəlliyi, cənnət keyfiyyəti, cənnət sevinci gətirər. Münafiq sistemlər də cəhənnəm dilemması, cəhənnəm nemətsizliyi, cəhənnəm əzabı gətirər. Peyğəmbərimiz (s.ə.v) Quran ilə birlikdə mümkün qədər azadlığı tanıdı və insanlara izah etdi. Allah, insanların ürəyində istədikləri azadlığı Quran ilə halal etdi. İnsanların üzərindəki təzyiqləri qaldırdı. Quran ilə birlikdə arxa arxaya azadlıq əmrləri gəlir. Allah insanların üzərindəki ağır zəncirləri qaldırır. Azadlıq artdıqca münafiqlər həm bu azadlığa çox həsəd aparırlar, həm də xalqa qarşı özlərinin üstünlük əldə etdiklərini düşünürlər. "Biz daha mühafizəkarıq, onlar (Peyğəmbər və səhabə) isə dini daha asan yaşayır, dinimizi dəyişdirirlər" deyə insanlara təsir etməyə çalışarlar. Münafiqlərin bütün mövzuları Peyğəmbərin dini necə yaşadığına dair öz ağıllarına görə tənqidlər olur. Peyğəmbərə haşa güvənmədiklərini hər sözləriylə ifadə edirlər. Allahın Peyğəmbərə bildirdiyi hər azadlıq hökmünü şübhə ilə qarşılayırlar. Bu alçaq və xain zehniyyətdə olanlar Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra gücləndilər və Ortodoks İslam anlayışının təməlini meydana gətirdilər. Qadının alçaldılması, qadının şeytan kimi olduğu, qadının döyülməsi lazım olduğu kimi dəhşət verici izahları İslam kimi dinə əlavə etdilər. Sonra gələn müsəlmanlar da bilmədən bunları sanki Allahın hökmü imiş kimi sahibləndilər. O gündən bu vaxta qədər gələn bu səhvi Quranda izah edilən həqiqi müsəlmanlığı izah edərək düzəldəcəyik inşaAllah. Sitatlar
İslam ölkələrində ən böyük təhlükələrdən biri münafiqlərdir. Münafiq özünü namuslu, ağlı başında, İslamı yaşayan biri kimi göstərir. Amma əməl etdiyi İslam deyil öz başına görə yaratdığı şəriətdir. Münafiqin dinində Quranın 99%-i yoxdur. Sitatlar
Öz uydurduqları xurafat dinini İslam dini kimi göstərənlər insanların İslamdan uzaqlaşmasına səbəb olur. Qurana həqiqi mənada dönüş Mehdiyyət vəsiləsiylə olacaq. Sitatlar
Tayyib hocam millətin lideri, cumhurun başı olaraq çox vicdanlı, ağıllı və dürüst hərəkət edir. Bəzilərinin yersiz narahatlıqları çox gərəksiz. Tayyib hocam mərddir, cavandır, İslam Birliyinə aşiqdir. Sitatlar
Ateizmin qar uçqunu kimi sürətlə yayılmasının səbəblərindən biri ənənəçi ortodoks İslam anlayışı idi. İnsanlara; “baxın bu dində rəsm yoxdur, musiqi yoxdur, elm yoxdur, heykəl yoxdur, gözəl evdə yaşamaq yoxdur, təmizlik yoxdur. Üstəlik hər nöqtəsində zorakılıq var. Saqqalını kəsəni, namaz qılmayanı, içki içəni öldürürlər. Bu dini qəbul edərsinizmi?” deyirdilər və insanlar İslamdan qaçırdılar. Biz İslamın belə olmadığını, Quran müsəlmanlığının olduqca sərbəst, keyfiyyətli və gözəl olduğunu həyatımızla ortaya qoyduq. Sitatlar
Ayrılıqda fəlakət var, rəhmət deyil. Allah tək bir din endirmişdir. Bu din Quranda izah edilən İslam dinidir. Dörd ayrı məzhəbin dörd fərqli dini olmasının nə qədər anormal vəziyyət olduğunu görmələri lazımdır. Quran kafi deyil demələri bu deyənlər üçün çox acınacaqlı haldır. Allah Quranı hər şeyi izah edən olaraq endirmişdir. Allah hər şeyi izah etmişdir. Bilə-bilə Allahın sözünü qəbul etmirlər. Haşa Quran kafi deyil, biz tamamlayırıq deyirlər. Bu çox yanlış fikirdir. Sitatlar
Din bütündür, İslam bütündür, Quran bütündür. Quranda, hökmü ləğv edilən heç bir ayə yoxdur. Sitatlar
Dünya iki günlükdür, lakin İslam əxlaqı yaşanmadığı zaman dəhşət yaşanır. Dünyanın xilas olması İslam Birliyinin yaranmasındadır. Mehdi olmadan isə İslam Birliyi olmaz. Allahın göstərdiyi yeganə çözüm mehdiyyətdir. Sitatlar
Dünyanın 5-dən böyük olması üçün mütləq İslam Birliyinin olması əsas şərtdir. Buna görə də, Tayyib hocamın israrla İslam Birliyi çağırışı etməsi doğru və gözəldir. Sitatlar
Ənənəçi ortodoks İslam anlayışı elmi, incəsənəti, estetikanı, qadın gözəlliyini qəbul etmədiyi üçün İslam ölkələri geri qalırlar. Quran əxlaqına görə İslam yaşanmış olsa böyük inkişaf və irəliləyiş olar. Sitatlar
Ənənəçi ortodoks İslam anlayışı dəhşət verici həyat təqdim edər. Buradakı bəlanı görən Qurana daha güclü, daha möhkəm sarılar. Sitatlar
Evlərin pəncərələri üçün dəmir barmaqlıq düzəldilməsi normal qəbul edilir, lakin çox anormal haldır. Evlər arasında divarlar, dəmir barmaqlıqlar, qat-qat qıfıllar, sanki hər kəs həbsxana içində yaşayırmış kimi olur. İslam əxlaqı tam yaşansa, İslam Birliyi yaranmış olsa, bu cür narahat, gərgin mühit heç vaxt olmaz. Oğurluq heç vaxt olmaz. Sitatlar
Ağıl Quranla birlikdə inkişaf edər. Ağıllı bildiyimiz insan belə Quranı unutduğu zaman yolundan azar, ağıllı ola bilməz. Ağlın yaranması üçün Qurana tam tabe olmaq əsas şərtdir. Sitatlar
Allah axirətdə heç bir bəhanəni qəbul etməyəcək. Lakin Allah orada cəhənnəm əhlini sorğu-sual edəcək və danışdıracaq. Bunun səbəbi cəhənnəm əhlinin nə qədər alçaq və namərd olduqlarını və cəhənnəmə niyə layiq olduqlarını göstərmək və möminlərin qəlblərinə fərəhlik və hüzur olmasıdır. Sitatlar
Allah cəhənnəm əhlini ibrət olsun deyə dünyaya göndərir. Onların da mövcudluğu mühümdür, çünki onları görən möminlər imanlarının dəyərini anlayır, Allaha olan yaxınlıqları artır. Cəhənnəm əhlinin ruhu yoxdur, ölüdürlər. Allah onları insanlara göstərsə insanlar qorxudan küçəyə çıxa bilməzlər, lakin Allah onları bəlli etmir. Sitatlar
Allah, dini son dərəcə azad və rahat yaradır. Amma mövhumatçılar din belə olmaz, qadağalar və çətinliklər olmalı, buna görə biz bir az əlavə edək deyirlər. Bu şeytanın oyunudur. Şeytan yəni dəccaliyyət, dini kilidləmək, içindən çıxılmayacaq hala gətirmək, mürəkkəbləşdirmək, beləliklə kimsənin yaşayamayacağı hala gətirmək istəyər. Dəccaliyyət, səmimi olaraq həqiqi dini yaşamaq və izah etmək istəyənləri də dayandırmağa çalışır. Amma dəccal tərəfdarları hər nə edirsə etsin, boş yerə çırpınmış olur, xeyir və haqq hər zaman qalib gələcəkdir. Sitatlar
Allah əsgərimizə güc, qüvvət, sağlamlıq versin. Onlar dünyanın ən mərhəmətli, ən nəcib ordusunun igidləridir. Allah ordumuzu müzəffər etsin. Sitatlar
Allah Hakkaridə şəhid olan igidimizin şəhadətini mübarək etsin. Nə xoşbəxt ona. Onlar bizim quzumuzdur, igidimizdir, aslanımızdır. Axşam yeməyində Rəsulullah (s.ə.v) ilə birlikdədirlər nə gözəl. Allah bizə də şəhadət nəsib etsin. Sitatlar
Allah igidlərimizin şəhadətini qəbul etsin. Ailələrinə gözəl səbir nəsib etsin. Nə gözəl məqamları var, Allah bizə də o gözəl məqamı versin. Sitatlar
Allah münafiqləri alçaqlıq, əxlaqsızlıq, ləyaqətsizlik, namərdlik, xainlik etmək vəzifəsi ilə yaradır. Bunu şeytanın təlqini ilə edirlər. Bunun nəticəsində möminlərə bərəkət gəlir, məqamları yüksəlir, cənnətləri genişlənir, münafiqlərə də həlak və pərişanlıq gəlir. Sitatlar
Allah ordumuza güc, qüvvət versin, xeyirlə, bərəkətlə, gözəlliklə, qələbə qazanmalarını nəsib etsin. Sitatlar
Allah qullarından səmimi olmalarını istəyir. Ən mühüm şey səmimiyyətdir. Sitatlar
Allah şəhidlərimizin şəhadətini mübarək etsin, şəhadətlərini təbrik edirik. Allah ordumuzu havada, quruda, dənizdə həmişə müzəffər etsin. Sitatlar
Allah şəhidlərimizin şəhadətini mübarək və məqbul etsin. Dəliqanlılarımız bütün şəhidlərə salamımızı aparsınlar. Allah ailələrinə gözəl səbir, hüzur, bərəkət nəsib etsin. Millət olaraq Malazgirddən indiyədək şəhidlər verərək bu günə gəldik. Şəhid vermək millətimiz üçün şərəfdir. Allah şanlı ordumuzun qəzasını mübarək etsin. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur