HARUN YƏHYA
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
ƏSƏRLƏR
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Rəsimlər
Audiolar
Sitatlar
Digər
KATEQORİYALAR
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
OK
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Adnan Oktar deyir ki...
Sənədli filmlər
Axırzaman və qiyamət
Təkamül nəzəriyyəsinin süqutu
İman həqiqətləri və yaradılış möcüzələri
Peyğəmbərlər tarixi
Türk-İslam Birliyi
İslam və başqa dinlər
Maddənin ardındakı sirr
Quran əxlaqı və təfəkkür
Tarix, siyasət və strategiya
Günün gözəl mövzusu
Adnan Oktarın söhbət proqramları
Adnan Oktarın söhbətlərindən seçilmiş bölmələr
Adnan Oktarın qonaqları
Xoş söhbətlər
A9 üçün nə dedilər?
Ədalətli mühakimə
Canlıların dünyası
Həqiqətə qayıdış
Harun Yəhya tərəfindən yeni izahlar
Yaratılış Müzesi
Dünya liderləri sülh, din və siyasət haqqında nə deyir?
Gözəllik dini İslam
Baxış bucağı
Serap Akıncıoğlu ilə nura yönəliş
İslamın Qışı və Gözlənilən Baharı
Bütün Dünya Türk-İslam Birliyi istəyir
Paytaxt təcrübəsi
Həyatdan portretlər
Elm yolunda
Maraqlandığınız mövzular
Sevgi Dili
Gizli təhlükə
Görünməyən dünya
Nə baş verdi?
Trayektoriya
Ya olmasaydı?
Möcüzəvi elm
Düşündürən həqiqətlər
Beynəlxalq Media
Fosil Ovçusu
Alimlər Yaradılış haqqında danışırlar
Təkamülçülərin etirafları - Video
Təkamül üçün nə dedilər?
Dünyadan əks-səda
Daxilimizdəki möcüzələr
Həqiqi Atatürkçülük
Uşaqlar üçün
Sevimli heyvanlar
Dünyada dinə qayıdış videoları
Qısa izahat filmləri
Digər söhbət proqramları
Adnan Oktar Nə Demişdi, Nə Oldu
Qısa filmlər - Mütləq baxın
Mübarək şəhər İstanbul
Ailələr hörmətli Adnan Oktar üçün nə dedilər?
Fəcr-i Sadiq, Risalə-i Nurdan hikmətlər
Bədənimizdəki ayələr
Həyata dair
Birlik zamanı
Yaradılış Sübutları
İctimai müsahibələr
Adnan Oktar nə demişdi nə oldu - Video
Sənədli filmlərdən seçilmiş bölmələr
Adnan Oktarın söhbətlərindən başlıqlar
Serap Akıncıoğlu və Gülay Pınarbaşı ilə söhbətlər
KATEQORİYA SEÇİN
İslam dini asandır. Dinin asan olduğunu Allah söyləyir. Allah bəndələri üçün çətinlik diləməz. Ənənəçi sistem dini içindən çıxılmaz, əzablarla dolu, insana əziyyət edən sistemə çevirir. Həm özləri əzab çəkir, həm də insanlara əzab çəkdirirlər.
Öz uydurduqları xurafat dinini İslam dini kimi göstərənlər insanların İslamdan uzaqlaşmasına səbəb olur. Qurana həqiqi mənada dönüş Mehdiyyət vəsiləsiylə olacaq.
Bəzi insanların şüur altında din üçün acı çəkmək lazımdır, gülməmək, əylənməmək lazımdır, yoxsa cənnətə gedə bilməzsiniz məntiqi vardır. Buna görə "din qarmaqarışıq şəkildə çətin olmalı ki, dində yaxşı yol gedə bilsin" məntiqi hakimdir. Bu minlərlə illik köhnəlmiş düşüncədir. Halbuki İslam dinləri həmişə cənnət azadlığını gətirər. Hz. İbrahimin gətirdiyi din də, Hz. Süleymanın gətirdiyi din də, Peyğəmbərimiz (s.ə.v)-in gətirdiyi din də, həmişə cənnət ruhu, cənnət azadlığı, cənnət gözəlliyi, cənnət keyfiyyəti, cənnət sevinci gətirər. Münafiq sistemlər də cəhənnəm dilemması, cəhənnəm nemətsizliyi, cəhənnəm əzabı gətirər. Peyğəmbərimiz (s.ə.v) Quran ilə birlikdə mümkün qədər azadlığı tanıdı və insanlara izah etdi. Allah, insanların ürəyində istədikləri azadlığı Quran ilə halal etdi. İnsanların üzərindəki təzyiqləri qaldırdı. Quran ilə birlikdə arxa arxaya azadlıq əmrləri gəlir. Allah insanların üzərindəki ağır zəncirləri qaldırır. Azadlıq artdıqca münafiqlər həm bu azadlığa çox həsəd aparırlar, həm də xalqa qarşı özlərinin üstünlük əldə etdiklərini düşünürlər. "Biz daha mühafizəkarıq, onlar (Peyğəmbər və səhabə) isə dini daha asan yaşayır, dinimizi dəyişdirirlər" deyə insanlara təsir etməyə çalışarlar. Münafiqlərin bütün mövzuları Peyğəmbərin dini necə yaşadığına dair öz ağıllarına görə tənqidlər olur. Peyğəmbərə haşa güvənmədiklərini hər sözləriylə ifadə edirlər. Allahın Peyğəmbərə bildirdiyi hər azadlıq hökmünü şübhə ilə qarşılayırlar. Bu alçaq və xain zehniyyətdə olanlar Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra gücləndilər və Ortodoks İslam anlayışının təməlini meydana gətirdilər. Qadının alçaldılması, qadının şeytan kimi olduğu, qadının döyülməsi lazım olduğu kimi dəhşət verici izahları İslam kimi dinə əlavə etdilər. Sonra gələn müsəlmanlar da bilmədən bunları sanki Allahın hökmü imiş kimi sahibləndilər. O gündən bu vaxta qədər gələn bu səhvi Quranda izah edilən həqiqi müsəlmanlığı izah edərək düzəldəcəyik inşaAllah.
Mövhumatçılıq şeytanın oyunudur, şeytanın dinidir. İslam Quranın dinidir. İslam dini saf və tərtəmiz nur kimi dindir. Mövhumatçılıq isə süd və zəhərin qarışması kimidir. İslam dini nəzakət, sevinc, keyfiyyət, xoşbəxtlik, sevgi və hüzur dinidir.
Məqalələr
Məntiq dini, yoxsa İslam əxlaqı?
Məqalələr
İslam dini incəsənət və estetika ilə sıx bağlıdır
Digər dillər
Məqalələr
MƏNTİQ DİNİ, YOXSA İSLAM ƏXLAQI?
Şirk sistemi içində həqiqi din yox olduğu üçün, həqiqi İslam dini ortaya çıxdığı zaman insanlar bunu heyrətlə qarşılayırlar. Bütün peyğəmbərlər; "mövcud dinimizi yox etdilər" ittihamı ilə üz-üzə qalıblar. Tarixdə də Əbdülqadir Gilani, İmam Rəbbani kimi İslam dinini canlandıran bütün mübarək şəxslərə şirk bataqlığındakı insanlar hücum ediblər. Şirk sistemi içində həqiqi İslam təəccüblü görünər; lakin doğru olan, hər zaman həqiqi İslamdır. Həqiqi İslam qaranlığın içindəki ulduz kimi parlayar. Qaranlığa alışmış insan üçün də ulduz heyrət oyandırandır.
Din ən aydın, ən açıq həqiqət olduğu, həyatın ən gözəl neməti olduğu halda, onu insanlara fəlakət həyatı kimi nəql edirlər. Buna görə də, İslamın adını eşidən dəhşətə gəlir. Gənclər İslamı yaşasa, ömrünün bitəcəyini düşündüyü üçün 60-70 yaşına çatanda yaşayaram deyir. Əbəs yerə İslamı qorxunc göstərdilər. Həm darvinist, materialist sistem, həm də ənənəçi ortodoks İslam anlayışı ilə gənclər iki tərəfdən sıxışdırıldılar. Bizim Quran müsəlmanlığından bəhs etməyimiz gənclərin üzərinə Günəş kimi doğdu, maşaAllah.
Din bütündür, İslam bütündür, Quran bütündür. Quranda, hökmü ləğv edilən heç bir ayə yoxdur.
Ənənəçi ortodoks İslam sisteminin yaşanması qeyri-mümkündür. Bəhs etdikləri dini özləri də yaşamırlar. Özləri də bəhs etdikləri sistemi yaşaya bilmədiklərini bilir, özlərini günahkar kimi görüb bunun acizliyini yaşayırlar. Bizim kitablarımızda Quran müsəlmanlığından aydın dəlillərlə, mübahisəyə yer verməyəcək şəkildə, demaqoqluq və boş söz olmadan, səmimi və açıq izahatla bəhs edilir. Buna görə də, bizim kitablarımızın girdiyi yerə Allahın icazəsi ilə dəccaliyyət girə bilmir.
Qurandakı azadlıq insanların heyrət edəcəyi qədər genişdir. İslam dini ilk gəldiyi zaman insanlar bütün tabuları və lazımsız qaydaları ləğv etdiyi üçün heyrətamiz fərəhləndilər. Müşrik sistemin ənənələrinin insanları əzən yüzlərlə, minlərlə qaydasını İslam aradan qaldırdı. İslam insanlara bayram sevinci gətirər, insanların üzərindəki tonlarla yükü götürər.
Quran kafi deyildir demək, haşa Allahın ağlını və əxlaqını anlamamaqdan irəli gəlir. Haşa Allah unutdu, Allah bilmir, Peyğəmbər bilir deyirlər. Allah sonsuz mərhəmət, sonsuz şəfqətdir, sonsuz ağıldır. Peyğəmbəri də yaradan Allahdır, Peyğəmbər Allahdan müstəqil deyil. Qurana qarşı gələn bu anlayış ucbatından Allah İslam aləminə rahatlıq və bərəkət vermir. Qurana tabe olduğumuz zaman asan din yaranır, belə olmaz deyirlər. Dini asan yaradan Allahdır. Asanlıq Allahdan rəhmətdir. Allahın yaratdığı dini haşa bəyənmirlər. Din çətin olmalıdır deyirlər. Din çətin olduğu zaman; “tabe olursanmı bəs?” deyirik, “yox o çətinliyə də tabe ola bilmərəm” deyirlər. Allah bu qeyri-səmimiliyin qarşılığını mütləq verər.
Gənclərə məktəblərdə verilən din dərsi təkcə İslam tarixi, müharibələrin necə baş verdiyi kimi mövzuları əhatə etməməlidir. Hər dinin, hər məzhəbin inanclarını ümumi bilik olaraq gənclərin öyrənməsi lazımdır. Bir gəncin yaşadığı ərazidəki inancları, mədəniyyətləri bilməməsi çox böyük ümumi bilik çatışmazlığı olar.
İnsanlara dini elə göstərdilər ki; müsəlman yazıqdır, həqirdir, özünü keyləşdirmişdir, özünü aldadar, xurafatlar içində boğular, sevgi, mərhəmət, şəfqət bilməz, qadınlara hörmət göstərməz deyə düşüncələrinə hakim olmuş idi. İslam dedikdə saqqalı kəsən öldürülər, içki içən öldürülər, namaz qılmayan öldürülər, qadınlar insan sayılmaz, düşünmək yoxdur, araşdırmaq yoxdur, rəsm, musiqi, heykəl yoxdur deyə zənn edirdilər. Bunların Qurana uyğun olmadığını biz hər cəhətdən göstərdik. Qurandakı din azaddır, insanlara bunu göstərdik. İnsanlarla din arasındakı maneəni aradan qaldırdıq.
Ənənəçi İslam anlayışını müdafiə edən bacı-qardaşlarıma səmimi olaraq şəfqət duyuram. Səmimi olaraq dinin çətin olmasının lazım olduğuna inanırlar. Quranın kafi olduğunu qəbul etdikləri zaman din çox asan olacağı üçün bunun dindən qaçmaq olduğunu zənn edirlər. Dinin həqiqətən asan olduğunu qəbul edə bilmirlər.
Ayrılıqda fəlakət var, rəhmət deyil. Allah tək bir din endirmişdir. Bu din Quranda izah edilən İslam dinidir. Dörd ayrı məzhəbin dörd fərqli dini olmasının nə qədər anormal vəziyyət olduğunu görmələri lazımdır. Quran kafi deyil demələri bu deyənlər üçün çox acınacaqlı haldır. Allah Quranı hər şeyi izah edən olaraq endirmişdir. Allah hər şeyi izah etmişdir. Bilə-bilə Allahın sözünü qəbul etmirlər. Haşa Quran kafi deyil, biz tamamlayırıq deyirlər. Bu çox yanlış fikirdir.
Dinin çətin olmasının lazım olduğu müşrik inancıdır. Allah insanlardan çətinliyə düşmələrini istəmir. İslam dini asandır. Allah, İslam dini İbrahimin dini kimi asandır deyə bildirir. Allah qullarının çətinlik yaşamasını, əzab çəkməsini istəməz.
İslam dini cənnət dinidir. Allah bizim xoşbəxt, şən, gözəl yaşamağımızı istəyər. Mövhumatçı anlayış isə dini cəhənnəm dininə döndərməyə çalışır.
Ateizmin qar uçqunu kimi sürətlə yayılmasının səbəblərindən biri ənənəçi ortodoks İslam anlayışı idi. İnsanlara; “baxın bu dində rəsm yoxdur, musiqi yoxdur, elm yoxdur, heykəl yoxdur, gözəl evdə yaşamaq yoxdur, təmizlik yoxdur. Üstəlik hər nöqtəsində zorakılıq var. Saqqalını kəsəni, namaz qılmayanı, içki içəni öldürürlər. Bu dini qəbul edərsinizmi?” deyirdilər və insanlar İslamdan qaçırdılar. Biz İslamın belə olmadığını, Quran müsəlmanlığının olduqca sərbəst, keyfiyyətli və gözəl olduğunu həyatımızla ortaya qoyduq.
41
1
1
2
3
/ 3
1
1
2
3
41
/ 3
20