logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 3 aprel 2018

avatar

Adnan Oktar

Münafiq özünün alçaq məxluq olduğundan çaqqal kimi əmindir. Öz aləmində müsəlman təqlidi etməyə çalışır amma bəzən dinsizliyini açıqca göstərir. Nadir rast gəlinəcək tərzdə arsızlığa sahib olduğu üçün roldan rola girər.
A9 TV; 3 aprel 2018
2413
avatar

Adnan Oktar

Samiri, Hz. Musa və möminlərə xəyanət etdikdən sonra səhrada tək baş��na sürünərək yaşadı. Tək başına çöldə sürünərkən də "azadam mən" deyə axmaq kimi sürünməyi azadlıq sanırdı. Münafiq bu cür axmaq və ağılsızdır. Qorxunc dərəcədə qanmaz və səfehdir, amma özünü azad zənn edər.
A9 TV; 3 aprel 2018
avatar

Adnan Oktar

Allahın böyüklüyünü anlayan insan üçün ümidsizlik mövzusu olmaz. Allahın gücünü və böyüklüyünü anlayan insan mütləq axırda müvəffəqiyyətli olacaqdır.
A9 TV; 3 aprel 2018
avatar

Adnan Oktar

İran, Türkiyə və Rusiya ittifaqı çox əhəmiyyətlidir. Bu ittifaqa Səudiyyə Ərəbistanını da daxil edək inşaAllah. İranın daha da müasirləşməsini təmin edək. Yaxın Şərqdə sülh və hüzur hakim olsun.
A9 TV; 3 aprel 2018
avatar

Adnan Oktar

Şəhid olan kənd qoruyucularımızın şəhadətləri mübarək olsun. Allah ailələrinə səbri-cəmil nəsib etsin. Çox gözəl, çox nurlu, çox şərəfli mövqe nəsib etmiş Allah onlara. Nə xoşbəxt şəhid oldular, nə xoşbəxt cənnət əhli oldular.
A9 TV; 3 aprel 2018
avatar

Adnan Oktar

Hər kəsin şən, bir-birinə salam verdiyi, bir-birinə iltifat etdiyi, qadınların çox azad olduğu və hörmət gördüyü cəmiyyət olması gözəldir. İnsanları sevmək, onlarla yoldaş və dost olmaq dünyanın ən gözəl nemətidir. Amma insanlar ən zövqlü şeyləri tərk etmişlər; dost olmağı, vəfanı, sevməyi tərk etmək çox pis vəziyyətdir.
A9 TV; 2 aprel 2018
avatar

Adnan Oktar

İsa Məsih kimi tərtəmiz insanı dəccal komitəsinə şikayət edib onu əzdirmək istəmək çox böyük əxlaqsızlıqdır. Münafiqlər belə əxlaqsız və xaraktersizdir. Tək məqsədləri və işləri müsəlmanların dağılması üçün çalışmaqdır.
A9 TV; 2 aprel 2018
avatar

Adnan Oktar

Allah Özünə güvənənə kömək edər. Özünə tam güvənənlərə isə tam fərqli həyat yaşadar. Allaha tam güvənmək çox vacibdir. Hər sevən, sevdiyinin özünə güvənməsini istəyər. Güvənmirsə sevgi olmaz. Allah da qulunun Özünə tam güvənməsini istəyər. İnsan mənfəətlərinə zidd olmadığı zaman Allaha güvənirsə orada sevgi qalmamış deməkdir, Allah qorusun.
A9 TV; 2 aprel 2018
avatar

Adnan Oktar

Xalq, əsgər və sənətçilərin iç-içə olması gözəllikdir. Əsgərin sevinməsi, sənətçilərlə birlikdə vaxt keçirməsi sevindirici haldır. Yersiz tənqidlərə ehtiyac yoxdur, bu tənqidlər xalqımızı da narahat edir. Tayyib hocamın sənətçiləri Hataya aparmasını, sənətçilərimizin əsgərlərimizlə birlikdə əylənməsində heç bir səhv yoxdur. Sənətçilərin ordumuza dəstək olması, ordu millət əl-ələdir mesajı verilməsi çox gözəl hərəkətdir.
A9 TV; 2 aprel 2018
avatar

Adnan Oktar

Sənətçilərimizin əsgərlərimizə verdiyi dəstək çox gözəl olmuş. Millət olaraq Prezidentimizin ətrafında bağlanmağın dəlili olan hər şey İngilis dərin dövlətinə elmi yumruq olur inşaAllah.
A9 TV; 2 aprel 2018
avatar

Adnan Oktar

Dürüstlük sevginin köməkçisidir. Ən yüksək sevgi hədəf edildiyində həyat çox gözəl olar.
A9 TV; 1 aprel 2018
avatar

Adnan Oktar

Şükür etmək həmin anda fərahlıq verir. Şükür edən insanın işləri həmişə rast gələr. Şükrün bərəkətini həyatında yavaş-yavaş həmişə hiss edər.
A9 TV; 1 aprel 2018
avatar

Adnan Oktar

Ruhun yaşı yoxdur. Bədəndə zaman içində dəyişikliklər olması ruhun yaşlanmasına səbəb olmaz. Bədəndəki dəyişmə isə insanın Allaha yaxınlaşması üçün vəsilədir.
A9 TV; 1 aprel 2018
avatar

Adnan Oktar

Dində məcburiyyət yoxdur ayəsinin hökmünə görə, bir insanın niyə dini yaşamadığına qarışamazsın. Heç kimi zorla düz yola gətirə bilməzsən. Doğrunu səhvi izah edərsən amma təzyiq edə bilməzsən.
A9 TV; 1 aprel 2018
avatar

Adnan Oktar

Süni insanların əqli tarazlığı yerində olmur. Belə insanların problemləri ümumiyyətlə yalnız bu olmur. Ani olaraq aqressivləşər, yalan söyləyər, əsəbi gərginlik keçirə bilirlər. Ona görə belə insanlardan uzaq dayanmaq faydalı olar.
A9 TV; 1 aprel 2018
avatar

Adnan Oktar

Gözəl söz ürəyə fərahlıq verər. Müsəlman əşyanın, sözünün, insanın, mənzərənin ən gözəli ilə yaşamaq istəyər. Sözün gözəl olanı insanın ağılını açar. Pis söz isə ürəyi sıxar, insanı boğar.
A9 TV; 1 aprel 2018
avatar

Adnan Oktar

Münafiq çox murdar ruha sahib olduğunu bildiyi üçün sürətlə çökər. Üzü asfalt bərkidən maşını keçmiş kimidir. Münafiqlər bir-birlərinin də əxlaqsız olduğunu bilir və bu əxlaqsızlıq bünövrələrinin qaldıra bilməyəcəyi xüsusiyyətdə olduğu üçün ömürləri həmişə qısa olur. Münafiqlərin çökmə sürəti möminlərdən ən az 20 il daha irəlidir. Çürümə və pozulma münafiqlərdə çox şiddətlidir. Münafiqlərdə əqli pozğunluq da çox şiddətlidir.
A9 TV; 1 aprel 2018
avatar

Adnan Oktar

Allahın ixtisaslı münafiqləri yaratması müsəlmanlar üçün nemətdir. Bu qədər xaraktersiz, bu qədər şəxsiyyətsiz, körpü altı çaqqalı xarakteri daşıyan cəmiyyət mikrobu kimi məxluqların müsəlmanlarla məşğul olması müsəlmanlar üçün şərəfdir. Qatil, oğruda belə utanma hissi olur. Bu körpü altı çaqqallarında utanma heç yoxdur. Bu da müsəlmanlara çox böyük bərəkət gətirər. Münafiq, müsəlmanın müəllif gücünü artırar. Zəif olanı gücləndirər, güclü olanı daha da sağlamlaşdırar. Münafiqin kanalizasiya təmizləyən maşın vəzifəsi görməsi də müsəlmanlar üçün böyük asanlıqdır. Harada murdar, xaraktersiz, bürüşmüş münafiq varsa öz murdar yuvalarına toplar götürərlər. Beləcə müsəlmanların tahir olmasına vəsilə olurlar.
A9 TV; 1 aprel 2018
avatar

Adnan Oktar

Heyvanlar, Allahın neməti olaraq, insan ruhuna sevgi cəhətdən çox şiddətli təsir edəcək şəkildə yaradılır. Mömin iradə göstərməsinə ehtiyac qalmadan heyvan gördüyündə çox sevər. Mömin pişiyə, itə, ördəyə, sərçəyə, dovşana heç cür doya bilməz.
A9 TV; 31 mart 2018
avatar

Adnan Oktar

Möminə imtahanın gərəyi olaraq hər zaman çətinlik və əziyyət isabət edər. Bu əziyyətlərin hamısı möminin məqamını yüksəltmək üçündür.
A9 TV; 31 mart 2018
avatar

Adnan Oktar

Allah heç bir zaman yalnız olmadı. Həmişə sevdi, həmişə sevildi. Sonsuz əvvəldən bəri sevdi, sonsuz sonrada da sevildi. Amma mömin Allahın göstərdiyi taleyini, öyrətdiyi qədərini bilir. Kainatın məqsədi sonsuz sevgidir və sevgi yalnız möminlərə məxsus nemətdir.
A9 TV; 31 mart 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Samiri, Hz. Musa və möminlərə xəyanət etdikdən sonra səhrada tək baş��na sürünərək yaşadı. Tək başına çöldə sürünərkən də "azadam mən" deyə axmaq kimi sürünməyi azadlıq sanırdı. Münafiq bu cür axmaq və ağılsızdır. Qorxunc dərəcədə qanmaz və səfehdir, amma özünü azad zənn edər. Sitatlar
İsa Məsih kimi tərtəmiz insanı dəccal komitəsinə şikayət edib onu əzdirmək istəmək çox böyük əxlaqsızlıqdır. Münafiqlər belə əxlaqsız və xaraktersizdir. Tək məqsədləri və işləri müsəlmanların dağılması üçün çalışmaqdır. Sitatlar
Müsəlmanların münafiqlərlə elmi mübarizəsi çox əhəmiyyətlidir. Müsəlmanın Quranda bildirilən cəsarəti, qətiyyəti, səbri yaşaması üçün münafiqlərin varlığı əsas şərtdir. Alçaq, xaraktersiz, şərəfsiz münafiqlərlə elmi mübarizə müsəlmanın sevincini, gücünü, şövqünü artıran həyati mövzudur. Sitatlar
İstanbulun həqiqi mənada gözəlliyinin ortaya çıxması üçün çirkin arxitekturanın dəyişməsi lazım. Binaların 70-80%-i çox çirkindir. Bu çirkinliyin tamamilə ortadan qaldırılması lazımdır. İstanbulun gözəlliyi o zaman ortaya çıxar. Sitatlar
Bir çox yerdə səmimi dindarlıq hakim olmadığı üçün insanların sevinc yaşayacaqları mühit da olmur. İnsanların bədbəxtliyinin səbəbi də, imanın sevincinin bilinməməyidir. Arada parazitlər olduğu üçün yaranan mühit gəncləri çox narahat edir. Heç bir yerdə sevgi olmamasına alışmış olurlar. Qorxunc həyatı əvvəldən qəbul edirlər. Ya da süni sevgiyə, faydaya söykənən sistemə razı olurlar. Həqiqi sevgini deyil, sevginin ədəbiyyatını bilirlər. Sitatlar
Mehdiyyət təvazökarlıqdır. Allah Mehdiyyəti təvazökar sahibi olduğu üçün müvəffəqiyyətli edir. Sitatlar
Xərcləmə zəngini olmaq əhəmiyyətlidir. Zənginliyi ümumiyyətlə yığma zəngini olaraq bilirlər. Malı mülkü yığmaq lazımdır düşünürlər. Belə deyil. Pul gələn kimi xərclənməlidir ki, bərəkət olsun. Sitatlar
Dəccaliyyət insanların hamısına birdən hücum edərək və hücumun əhatəsini getdikcə artıraraq insanları Allaha yönəlməyə məcbur edər. Ledün yönü ilə Dəccaliyyət də Allaha xidmət edir. Amma biz Haqq tərəfdarı olaraq, Mehdiyyət qabaqcılı olaraq ledün yönünə görə deyil, zahiri istiqamətinə görə hərəkət etməklə və Dəccaliyyətlə var gücümüzlə elmi olaraq mübarizə aparmaqla məsuluq. Sitatlar
Hörümçək toru, Allahın varlığının açıq dəlilidir. Yüz insan bir araya gəlsə o toru hazırlaya bilməz, amma hörümçək doğulduğu andan etibarən mükəmməl mühəndisliklə tor hazırlamağı bilir. Sitatlar
Səmimiyyət Allahın böyüklüyünü anlamaqda zəmin hazırlayar. Allahın böyüklüyünü anlayan insan devrilməz güc halına gələr. Amma bu mövzuda diqqəti həmişə mühafizə etməsi, heç açığa yer verməməsi lazımdır. Sitatlar
Kölgə Allahın sənətidir. Allah "əvvəl kölgəni yaratdım, sonra işığı yaratdım" deyir. Bu, çox böyük möcüzədir. Kölgə şüurlu varlıqdır. Bütün kainatda həmişə hərəkət halındadır. Çöldə Günəş var deyirik amma çöldəki Günəş qapqara qaranlıqdır. İşıq beynimizdə şərh olaraq meydana gəlir. O zaman kölgə işıqdan ayrı olaraq xüsusi yaradılır. Sitatlar
Şükür etmək həmin anda fərahlıq verir. Şükür edən insanın işləri həmişə rast gələr. Şükrün bərəkətini həyatında yavaş-yavaş həmişə hiss edər. Sitatlar
Türkiyənin Rusiya ilə dostluğu və əməkdaşlığı çox əhəmiyyətlidir. Türkiyə və İran, Rusiyaya tam mənasıyla sahib çıxarsa İngilis dərin dövlətinin bütün oyunları boşa çıxarılmış olar. Sitatlar
Tayyib hocamın Quranın yetərliliyi mövzusunda etdiyi şərhə bütün qadınların sahib çıxması vacibdir. Qadınlar əleyhindəki xurafatları tamamilə ortadan qaldıran rəftar göstərdi Tayyib hocam. Bütün qadın sənətçilərin, siyasətçilərin, alimlərin, yazıçıların və digərlərinin Tayyib hocama dəstək vermələri çox gözəl olar. Sitatlar
Tayyib hocam cumhurun başı olaraq, dövlətimizin və millətimizin dəyərlərinə sahib çıxaraq, bozqurd işarəsi etməklə çox gözəl rəftar göstərmişdir. Bozqurd simvolunu hər kəsin istifadə etməsi millətçilərə xoşbəxtlik verir. Türklük demək Türküm deyən hər kəsi öz qardaşı görməkdir. Ülkücülər laz, kürd hər kəsi qardaş olaraq sevər və kim bozqurd işarəsi edirsə bundan xoşbəxtlik duyar. Dünyanın hər hansı yerində bozqurd işarəsi edəndə buna sevgi və hörmət edilər. Sitatlar
Əsrlər əvvəlin ənənəçi modelinə gedilir təəssüratı vermək yerinə müasir, aydın, sevinc dolu anlayışı önə çıxarmaq daha yaxşı olar. Keçmişin dəyərlərini qorumaq, ənənələrə sahib çıxmaq gözəldir. Ancaq keçmişə sahib çıxmaqla birlikdə həmişə daha müasir, daha Avropalı, daha aydın, sənəti keyfiyyəti əhəmiyyətli görən, qadınlara azadlıq tanıyan, gənclərin istədikləri kimi yaşadıqları, sevinc və həyat dolu Türkiyə olması çox əhəmiyyətlidir. Sitatlar
Əhəmiyyətli olan insanın çox məlumat sahibi olması deyil, sevgini bilən olmasıdır. Sevgini bilən cahil olmaz. Mütləq Allah onu öyrədər. Sitatlar
Ən gözəl bərəkət imandır, Allahı səmimi-qəlbdən sevməkdir. Allahı həqiqi sevmə formasını dünyada çox az insan bilər. İnsanların çoxu Rəbbimiz deyər, ağlayar, səcdəyə qapanar, uca səslə dua edər, lakin Allahın yaxınlığını və hər şeyin sahibi olduğunu anlaya bilməz. Bir də ağıllı, ağlabatan, hər sözü, hər hadisəni yaradanın Allah olduğunu bilən müsəlmanlar var. Məhz belə müsəlmanlar ayrı aləmdədir. Onların hər işi rast gedər, hər istədikləri olar. Hər işlərində xeyir vardır. Sitatlar
Təvəkkül edən müsəlmanın ağlı yerində olar, işləri həmişə rast gedər. Gələcək qorxusu isə insanı psixoloji cəhətdən çox sarsıdar. Sitatlar
Qadınların hər mövzuda azad olması lazımdır. Qadın özünə nəyin yaraşacağını, nəyin yaxşı olduğunu bilir. Qadına "belə geyin, bu qədər makiyaj et, bu qədər etmə" demək hörmətə uyğun deyil. Sitatlar
Allah Nurdur. Səmimi insanlarda da ağıl, fərahlıq, bərəkət, yaxşılıq şəklində bu nur təcəlli edər. Sitatlar
Allahın böyüklüyünü anlayan insan üçün ümidsizlik mövzusu olmaz. Allahın gücünü və böyüklüyünü anlayan insan mütləq axırda müvəffəqiyyətli olacaqdır. Sitatlar
Heyvanlara şiddət tətbiq edənlərin məhkəməsi xalqa açıq olsun. Özünü müdafiə edə bilməyən, danışa bilməyən canlıya niyə zülm etdiyini hər kəsin gözü qarşısında izah etsin. Və bu kəslər mütləq ibrət olaraq Ağır Cinayətlər Məhkəməsində mühakimə edilsinlər. Sitatlar
Şiə, sünni hamısı nur kimi müsəlman. Bir-birinə düşmənçilik edəcək, bir-birini öldürəcək qədər nifrət həddinə gəlməsi çox böyük anormallıqdır. Sitatlar
İran, Türkiyə və Rusiya ittifaqı çox əhəmiyyətlidir. Bu ittifaqa Səudiyyə Ərəbistanını da daxil edək inşaAllah. İranın daha da müasirləşməsini təmin edək. Yaxın Şərqdə sülh və hüzur hakim olsun. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur