logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 10 mart 2018

avatar

Adnan Oktar

Tayyib hocam cumhurun başı olaraq, dövlətimizin və millətimizin dəyərlərinə sahib çıxaraq, bozqurd işarəsi etməklə çox gözəl rəftar göstərmişdir. Bozqurd simvolunu hər kəsin istifadə etməsi millətçilərə xoşbəxtlik verir. Türklük demək Türküm deyən hər kəsi öz qardaşı görməkdir. Ülkücülər laz, kürd hər kəsi qardaş olaraq sevər və kim bozqurd işarəsi edirsə bundan xoşbəxtlik duyar. Dünyanın hər hansı yerində bozqurd işarəsi edəndə buna sevgi və hörmət edilər.
A9 TV; 10 mart 2018
2108
avatar

Adnan Oktar

Allah möminlərə güc, qüvvət versin, sayılarını, imkanlarını artırsın. Allah İslam əxlaqının dünya hakimiyyətini görməyi nəsib etsin. Allah bizi Hz. Mehdi və İsa Məsihə tələbə etsin. Allah, İslam aləminin düşməni olan münafiqlərin alçaqlıqlarını tarixə keçirsin, hamısının başını dərdə salsın, dünyada da, axirətdə də, sonsuza qədər alçalmalarını bütün insanlara göstərsin.
A9 TV; 9 mart 2018
avatar

Adnan Oktar

Axirətdə müsəlmanların sorğusunda narahat olacaq heç nə olmaz. Mömin sorğusu təriflənməsi üçündür və çox qısa çəkər. Sadəcə etdiyi yaxşılıqların təsdiqi olar. Münafiq və küfrdə isə etdikləri bütün əxlaqsızlıqları tək-tək bütün detallarıyla soruşulacaq, hər detalında alçaldılacaq və sonra cəhənnəmə sürüklənəcəklər.
A9 TV; 9 mart 2018
avatar

Adnan Oktar

Allah sevgisinin dərinləşməsinin yolu, Allahın böyüklüyünü və gücünü sözlə deyil feili dəlillərlə qavrayıb beynimizin inanmasıdır. Mömin Allahın böyüklüyünü qavrayaraq Allahı həm sevər, həm güvənər, həm də bağlanar. Başqa cür təvəkkül etmək üçün çalışırlar. Allahın gücünü anladığında isə təvəkkül etməmək mövzusu olmaz. Bu əsrdə Allahın böyüklüyünü anlamaq üçün çox-çox dəlil görürük. Atomlar, molekullar, bunların detalları, hamısı üzərindəki Allahın ağlı, Allahın gücünü və böyüklüyünü anlamaq üçün çox əhəmiyyətli məlumatlardır.
A9 TV; 9 mart 2018
avatar

Adnan Oktar

Tayyib hocamın Qurana dönülməsi mövzusundakı çıxışları Qurana da, Peyğəmbərimizin sünnəsinə də uyğun. Tayyib hocam, yalnız Allahdan qorxan dürüst insan. Dedikləri haqda səmimiyyətsiz şərh yazanlar mənə gəlsinlər. Tayyib hocam harada miskin varsa Xızır kimi yetişir. İslam aləminin hər yerinə sahib çıxmaq üçün səmimiyyətlə səy göstərir. Ona söz deyənlərin isə heç bir dənə belə xidməti yoxdur.
A9 TV; 9 mart 2018
avatar

Adnan Oktar

Bir insan özünü yetərli görürsə dini anlamamışdır, həyatı anlamamışdır, daxili gözü bağlıdır.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

Qadınların qiymətini heç bilmirlər. Əllərində almaz var, o əlindəkini şüşə zənn edir. Allahın ona necə nemət verdiyindən xəbərləri belə olmur. Qadının gözü cənnət qapısı kimidir, alır insanı aparır. Amma insan qadını ət-sümük olaraq görür, sonra da alçaltmaq istəyir.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

Tayyib hocam çox mərd, dürüst dəliqanlıdır. Tam bir Quran tələbəsi maşaAllah. Millət olaraq onun yanındayıq evelAllah.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

Cənnətin ən gözəl varlıqları qadınlardır.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətlərini qəbul etsin. Dəccalın hücumları möminləri həmişə cənnətə, şəhidlər aləminə aparar. Dəccal tərəfdarları hər hücumlarında öz cəhənnəmlərini, möminlərin də cənnətini hazırlamış olurlar.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

İnsanların bir qismi “Allah böyükdür” deyərlər amma mənasını düşünməzlər. Bir işi düzəlir “Allah böyükdür” deyər amma Allahın böyüklüyü haqqında düşünməz. Məsələn insan atomun quruluşunu düşünsə Allahın böyüklüyünü anlaması üçün bir yol olar. Allahın böyüklüyünü anladıqdan sonra da, Allahı heç buraxmamaq və Allaha tam təvəkkül etmək lazımdır. Təvəkkül isə Allahın tale qanununu tam bilməkdir. Təvəkkül deyəndə yaşlı bir əmi olar başına nə gəlirsə boynu bükülmüş durar zənn edənlər olur. Belə deyil. Təvəkkül Allahın tale qanunu düşünmək və tam yaşamaqdır. Tale də, Allahın sonsuz ağılının mükəmməl təzahürüdür.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Allaha tam güvənən insanın bütün işləri mütləq lehinə nəticələnər. Hadisələr qarışıq kimi görünsə də, tərs gedir kimi görünsə də, nəticəsi mütləq onun lehinə olar.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Öz uydurduqları xurafat dinini İslam dini kimi göstərənlər insanların İslamdan uzaqlaşmasına səbəb olur. Qurana həqiqi mənada dönüş Mehdiyyət vəsiləsiylə olacaq.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Qəzəb, təvəkkül edilmədiyində insanı qüvvədən salar. Möminin şövq duyğusu güclüdür. Hz. Musa çox şövqlüydü, çox uzun yaşadı. Peyğəmbərimiz (s.ə.v) çox şövqlüydü, çox dinc və sağlam yaşadı. Qəzəbin pis təsiri, insan təvəkkül etmədiyi zaman Allahdan bəla olaraq geri qayıdar.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Allah qorxusu can yandıran qorxu deyil. Allahı incitmədən, Allahın sevgisini itirməkdən, Allahın dostluğunu itirməkdən qorxarsan. Allah səni sevdikdən sonra harada olursan ol cənnətdə kimi yaşayarsan. Allah qorxusunun tək məqsədi dərin imanı, dərin sevgini və ehtirası əldə etməkdir. Allah, Allah qorxusunu qulları narahat olsun deyə yaratmadı. Qulları aşiq xarakterini qazansınlar deyə yaratdı.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Din adamlarına düşən məsuliyyət bütün müsəlmanlara düşən məsuliyyətlə eynidir. Din adamlarının daha məlumatlı olmaları lazımdır, ancaq hər müsəlman Allahın dinini izah etməklə, hər kəs yaxşılığı izah edib, pislikdən çəkindirməklə məsuldur.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Qadınla kişinin bir-birinin imanına, müqəddəs olana, vicdanına güvənməsi lazımdır. Güvən yoxdursa o insanı təqib edərək, nə etdiyini, kimlə danışdığını izləmək olmaz. Güvən olmaması dəhşətli vəziyyətdir. Güvənmədiyin insana sevgi və hörmət hiss etmək mümkün deyil.
A9 TV; 6 mart 2018
avatar

Adnan Oktar

Həmişə Allahın lehində düşünməklə qəlblər məmnun olar. Allahı candan sevmək, Allaha candan təslim olmaq ürəyə fərahlıq verir.
A9 TV; 6 mart 2018
avatar

Adnan Oktar

Həyatın həqiqətləri, iman zəifliyinə girən insanların içinə düşdüyü aşağı qaranlıq aləmdir. İki aləm vardır. Biri möminlərin yaşadığı üst, təmiz, keyfiyyətli aləm. Bir də, həyatın həqiqətləri məntiqi aləmi. Bu, aşağı aləmdir. Bir insan həyatın həqiqətləri məntiqinə girdiyində üslubu, əli, üzü hər şeyi qaralar. Sürünmələr, davalar, anlaşılmazlıqlar o aləmə girənin ilk qarşılaşacağı hadisələrdir. O qapıdan girən sürünməyə başlayar. Münafiqlərin hamısı o qapıdan içəri girər və o qaranlıq dünyanın içində boğularlar.
A9 TV; 6 mart 2018
avatar

Adnan Oktar

Sevgi Allahdan gözlənilər, şəxsdən gözlənilməz. Qarşındakını bütləşdirib sevgini onun sənə təqdim edəcəyini zənn ətsən bəlaya düşərsən. Sevgini yaradan Allahdır. Sevdirən Allahdır.
A9 TV; 6 mart 2018
avatar

Adnan Oktar

PKK etdikləri hücumları Darvinist dinlərinin gərəyi olaraq görür. Güclü olanın zəifə qalib gələcəyinə, həyatın bir mübarizədən ibarət olduğuna, həyatın tezis və antitezisin qarşıdurması olduğuna inanırlar. Bu inancı ortadan qaldırsaq bu qarşıdurma da bitər.
A9 TV; 6 mart 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Quranda qadını döymə hökmü yoxdur. Allah həyat yoldaşları arasında anlaşılmazlıq olanda əvvəl danışın, sonra yataqlarınızı ayırın, sonra evləri ayırın, sonra hakim təyin edin razılığa çalışın, buna baxmayaraq olmursa boşanın deyir. Quranda keçən "darabə" feili qadının döyülməsinə deyil evdən ayrılmasını izah edər. Sitatlar
Kürdlər çilə əhlidir, vəfalıdır, sadiqdir, dindardır. Bir insanın kürd dostu olması o insan üçün çox böyük nemətdir. Kürd deyildiyində ağılımıza mərdlik, dürüstlük, igidlik, əsalət və gözəl əxlaq gəlir. Sitatlar
Evlilik ibadət kimidir. Iki mömin bir-birinə Allahın əxlaqını göstərəcək. Kişi qadına, qadın kişiyə sevgi, hörmət, gözəllik, hörmət göstərəcək. Amma ənənəçi sistemdə qadın kişinin köləsi kimi görülür. Niyə? Çünki kişi sənə baxır, sən də ona xidmət edəcəksən deyir. Çox böyük vicdansızlıqdır bu. Sən də nəticədə Allahın verdiyi ruzini verirsən. Ruzinin sahibi Allah. Malın mülkün sahibi Allah. Kimsə kimsədən üstün deyil. Sitatlar
Bir insanın gözünə baxanda, Allah o gözdən həmin adamın xarakterini sənə izah edər. Göz çox həyatidir. Gözəl, dərin, ağıllı baxışa sahib qadın ən böyük lüksə sahib olmuş deməkdir. Sitatlar
Hörmətli Dövlət Bahçeli çox qiymətli, ağıllı, çox yüksək dövlət tərbiyəsinə sahib mükəmməl insan. Rəhmətlik Türkeşin əxlaqını, şəxsiyyətini olduğu kimi almış. Sitatlar
İnsanların bəziləri dəccaliyyətdən bəhs etdiyimizdə üsulu ilə bir mövzu anlatdığımızı düşünürlər. Dünya metafizik yerdir. Dəccaliyyət həqiqətən dünyaya neqativ təsir edir, Mehdiyyət də həqiqətən buna qarşı elmi mübarizə edir. Sevgisizlik də dəccaliyyətin səbəb olduğu ən böyük faciələrdən biridir. İnsanların dünyada çəkdikləri ən böyük acı sevgini yaşaya bilməməkdir. Az qala heç kimsə sevməyi və sevilməyi bilmir. Az qala bütün insanlar, digər insanlardan dəhşətə gəlmiş və sevginin olmadığına inanmışlar. Elə bu faciəni aradan qaldıracaq olan Mehdiyyətdir. Sitatlar
Keyfiyyətli ölkələr yıxılmır. Qadın azadlığının olduğu ölkələr, sənət və gözəlliyin inkişaf etdiyi ölkələr yıxılmır. Harada sənət və estetika yox edildisə, qadınlar təzyiq altına alındısa, həmin ölkələr (Allah əsirgəsin) yıxılır. Tayyib hocamın mədəniyyət və incəsənətin əhəmiyyəti üzərinə etdiyi çıxış buna görə çox əhəmiyyətli və həyatidir. Sitatlar
Münafiq Allahın dininə kömək etməz, Allahın dininə kömək edənə də kömək etməz. Tam tərsinə maneə törətməyə çalışar. Allahın, buna qarşılıq verdiyi ən böyük cəzalardan biri yalnızlıqdır. Münafiqlər həmişə hirs və kin içində tək-tənha yaşayarlar. Ağızlarından yalnız murdarlıq axar, nə Darvinizmin keçərsizliyini, nə materializmin yanlışından, nə İngilis dərin dövlətindən, nə də PKK təhlükəsindən bəhs edərlər. Murdar ağızları ilə varsa yoxsa müsəlmanları hədəf alırlar. Öz ağıllarına görə müsəlmanların şövqünü qıra bilmək, əzmlərini qıra bilmək, başarısından narahat olmaq münafiq məntiqidir. Sitatlar
Münafiq müsəlmanların parçalanmasını istəyər. Məqsədi isə budur: Özü eqoistcə və alçaqca müsəlmanları tərk etdiyində, dünyada acı çəkmiş bütün müsəlmanları tərk etmiş olur. Allahı, Allahın dinini və İslamın birlikdə yaşama əmrini də tərk etmiş olur. Özünü müsəlman tanıtdığı və qüruru də çox olduğu üçün öz aləmində imicini qurtarmaq üçün müsəlmanların tamamilə parçalanmasını istəyər. Müsəlmanlar parçalandığında, o da, həmin parçalardan biri olmuş olur. Cinayət və cinayətin dəlili öz ağlına görə ortadan qalxmış olur. Buna görə münafiq səhər axşam müsəlmanlar dağılsın deyə məşğul olar. Müsəlmanlarda isə münafiqlərin bu işləri tam tərsinə təsir oyandırar, daha çox bağlanar və birləşərlər. Bu da münafiqlərə çox böyük acı verər. Müsəlman bərəkətli heybətli ağac kimi qol-budaq atıb böyüyərkən münafiqlər torpaqda içəridən çürüyər. Sitatlar
Atatürk keyfiyyətli dindardır. Atatürkə sahib çıxanların müasir, aydın, keyfiyyətli dindar olması lazımdır. Atatürkün dindarlığına, Quran müsəlmanlığına, nəzakətinə, ədəbinə, keyfiyyətinə diqqət edərək Atatürkə sahib çıxılar. Sitatlar
Atatürk ziyalı, mütərəqqi, incəsənətdən, musiqidən, heykəldən, rəsmdən anlayan, vətənini, millətini Avropa səviyyəsindən daha da yüksəyə çıxartmağa qəti qərar vermiş, mədəni, nəzakətli, bilikli, dəyərli insanların meydana gətirdiyi vətən istəmişdir. Lakin bir sıra insanlar Atatürkü heç sevə bilməyiblər. Bunlar Türkiyəni dağıtmağa çalışan əxlaqsız kəslərdir. Halbuki bizim gənclərimiz çox üstün şəkildə Atatürkçü, ziyalı və ağıllıdır. Buna görə də, Atatürkün qurduğu cümhuriyyətə heç kim pislik edə bilməz. Sitatlar
Biz PKK-nı, yəni kommunist, Stalinist quruluşu, cinayətləri və Türkiyəni parçalamağı istəyən quruluşu istəmirik, yoxsa Türkiyə ilə dost, İslama, Qurana, müqəddəs şeylərə hörmət edən kürd qardaşlarımız bizim canımızdır. Sitatlar
İnsan həmişə dəyişər, xarakteri həmişə mükəmməlləşər. Mən beləyəm dəyişmərəm demək, düzgün məntiq deyil. Ruh sahibi olan həmişə inkişaf edər və mükəmməlləşər. Sitatlar
PKK kürd canlarımıza çox böyük zülm etdi. Aydındır ki, dindar insanlar kürdlərdir. Belə dindar insanları zorla kommunist, dinsiz etməyə çalışmaq çox böyük zülmdür. Kürd canlarımızı PKK-nın zülmünə əsla tərk etməyəcəyik. Sitatlar
Ağılın, Allaha bağlanmanın, cənnətin hər şeyi, açarı səmimiyyətdir. Allah yalnız səmimi olanların xilas olacağını bildirmişdir. Səmimiyyətin özünə xas xüsusi ləzzəti vardır. Səmimiyyətdə vücud çox böyük fərahlıq duyar, danışa bilmirsə danışacaq hala gələr, gözəl cümlələr quracaq hala gələr. Hər hansı sıxılma varsa tamamilə ortadan qalxar. Sitatlar
Biz zülm istəmirik. Biz Kürd canlarımızın hörmət və dəyər görərək, dinlərinə, namuslarına xələl gəlmədən, hüzurlu yaşamalarını istəyirik. Kommunist rejim altında əzilmələrinə icazə vermərik. Kürd analarımızın, bacılarımızın kommunist, dinsiz, Allahsız rejim altında əzilmələrinə icazə vermərik. PKK sevilmədiyini və istənmədiyini artıq anlasın. Kürdləri rahat buraxsın. Kürdlər kommunist dikdə təzyiqi altında deyil, öz seçimləriylə azad olaraq necə istəyirlərsə yaşasınlar. Sitatlar
Mükəmməlliyin qapısı peşmanlıqdır. İnsan peşmanlıq duyar, özünü inkişaf etdirib düzəldər. Peşmanlıqla ağıl inkişaf edər. Dünyadakı təhsilin təməlində də peşmanlığı dadmaq vardır. Sitatlar
Bəzi insanların kürdlərə qarşı baxış bucağı çox çirkin olur. “Kürdüm” deyən insana, “əstəğfürullah, haşa” deyənlər olur. Belə nifrət dolu tiplərə kimsənin etibar etməməsi lazımdır. İrqçi, kinli düşüncə ilə baxanlar əxlaqı pozulmuş qeyri-sabit insanlardır. Türk, kürd, çərkəz, ərəb hamımız Hz. Adəmin övladlarıyıq, hər insan çox qiymətli və gözəldir. Sitatlar
Münafiqin bütün məqsədi müsəlmanlara pislik və zərər verməyə çalışmaqdır. Əsla bunda müvəffəqiyyətli ola bilməz. Ölümcül nifrət duyar amma bu nifrəti yalnız özünə zərər verər, münafiqi daxildən çürüdüb bitirər. Sitatlar
Hörmətli Devlət Bahçeli mövqe arxasınca qaçan insan deyil, ancaq onun prezident köməkçisi olmasından bu millət qürur duyar. Sitatlar
Mömin malını Allah üçün verməkdən xoşbəxtlik duyar. Münafiq isə malını dəlisov hərisliklə sahiblənər, malını verməyi bir növ itki kimi görər. Mömin malı yığıb toplamaz, həmişə paylayar. Malı paylamaq Rəhmanidir. Sitatlar
Səadət Partiyası Cumhur ittifaqına qatılmaq istəmirsə bu demokratik haqqıdır. Tənqidlərinə də hörmət etmək lazımdır. Ancaq seçicinin vicdanı qərarına güvənmək lazımdır. Seçicinin vicdanına dəyər vermir kimi görünən üslub yaxşı görünmür. Sitatlar
Səhv etmək çox yaxşı tərbiyəçidir. Mömin etdiyi səhvlərlə doğru yolda olmaqda qərarlılıq qazanar və həmişə doğrunu axtarar. Peşman olmaq kədərlənmək deyildir, əzmli olaraq doğrunu etmək və etdiyi səhvi təkrar etməkdən çəkinməkdir. Sitatlar
Mömin demək dünyanın ən üstün ağla sahib varlığı deməkdir. Müsəlman dedikdə bəzilərinin ağlına müəyyən formada bığı, saqqalı olan, “əziz qardaşım” deyə danışan, gül suyu ikram edən insan modeli gəlir. Mömin həyat dolu, keyfiyyətli, zadəgan, sadə, dərin düşünən, şən, ağıllı, sevgi dolu, mərhəmətli, çağın üstündə müasir olan insandır. Sitatlar
PKK ilə mübarizə sadəcə təhlükəsizlik tədbirləriylə olmaz. Əsas edilməsi lazım olan antidarvinist, antimaterialist elmi mübarizədir. Əlbəttə təhlükəsizlik tədbirləri görülməlidir, amma 3 min adam öldürülsə yerinə 3 min daha gəlir. Əsas zehniyyəti fikirlə öldürək, terrorun zəminini tamamilə qurudaq. Biz 10-20-30 il sonrasını düşünmək məcburiyyətindəyik. Dünyada özündənrazı hala doğru gediş var. Avropada dindarlıq zəifləyir. Bütün bunlara qarşı alacağımız ən köklü tədbir Darvinizmi elmi olaraq bitirmək olar. Ya Allah BismiAllah deyib başlamaq lazımdır. 40 alim, professor bir araya gətirilsin. Milli açıqlama edilsin. "Darvinizm elm deyil, elmi dəlillərimiz bunlardır" deyə bir-bir sıralayaq. Bütün dünyaya təsir edən böyük tərəqqi olar. Darvinist kommunist kütlələr mütləq reaksiya göstərəcəklər, bu reaksiyalara diqqət etmədən davam etmək lazımdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur