logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 3 noyabr 2017

avatar

Adnan Oktar

Münafiq tamamilə saxtakardır. Özünü bəyəndirmək üçün illərlə çalışar. Lakin sonunda mənfəət təmin edə bilmədiyini anladığı zaman, tükü yolunmuş qaz kimi meydanda gəzməyə başladıqda axmaqlığını göstərər. 30 il ərzində Peyğəmbərin yanında çalışıb 31-ci il "mən yanlış anlamışam" deyən axmaqlığa sahib olan münafiq heyrətamiz ağılsızdır. Allah İslam üçün cinləri və şeytanları da xidmət etdirər, münafiqləri də.
A9 TV; 3 noyabr 2017
2486
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Afrin şəhidimizin şəhadəti mübarək olsun. Allah onu və ailəsini nə gözəl şərəflə şərəfləndirib. Nə xoşbəxt ona, nə xoşbəxt ailəsinə. Şəhadəti mübarək olsun. Bu böyük zəfərlərin ilk şəhididir. Allah digər aslanlarımızı qorusun, ordumuzu müzəffər etsin. Biz hər ölkənin ərazi bütövlüyünə hörmət göstəririk. Terror təşkilatı olan PKK ilə mübarizə var. Tayyib hocamın qətiyyətini və əzmini təqdir edirik. Qəlbi çox rahat olsun, millət olaraq onun yanındayıq. Sitatlar
Ağıl, ehtiras və dərinlik kimdədirsə qadın ona yönələr. Eşqin sonsuz dərinliyinə özünü çəkə bilən kişi üçün qadın dəli-divanə olar. Sitatlar
Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir. Sitatlar
Ağıllı, dürüst, vicdanlı yaşadıqsa öldüyümüz zaman bizi həyəcanla gözləyən izdihamla qarşılaşacağıq. O andan etibarən hər mərhələsi mömin üçün cənnətdir. Möminin ölümlə birlikdə keçdiyi hər mərhələ cənnətdir. Möminin narahat olduğu, qorxduğu, narahatçılıq yaşayacağı heç nə olmaz. Mömin ölüm anında heyrətamiz, çox güclü əmin-amanlıq duyğusu hiss edər. Bu, Allahın möminlərə nemət olaraq verdiyi sakitlikdir. Mömində ölümlə birlikdə çox kəskin və aydın fikir aydınlığı və hüzur yaranar. Mömin üçün axirətə keçdiyi andan etibarən hər dəqiqə cənnətdir. Möminin sorğusu da ucalığını, yaxşılığını, gözəlliyini ona vurğulamaq üçündür, mömini ən kiçik şəkildə belə narahat edən his olmaz. Sitatlar
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın. Sitatlar
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı olan qadın mütləq gözəl və cazibədardır. Ağıllı olub da gözəl olmayan qadın yoxdur. Sitatlar
Ağıllı olan, səmimi olan hər qadın gözəldir. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Ağlın məhək daşı Qurandır. Bir məsələ Qurana baxılaraq anlaşılar. Məsələn, hansı baxışın gözəl olduğunu anlamaq istəyirsən, Qurana baxarsan. Allah ruhdakı xainliyin baxışdan bilindiyini söyləyir. Beləliklə, biz gözəl baxışın nə olduğunu Qurandan anlamış olarıq. Sitatlar
Allah 300 münafiqi Peyğəmbərimiz (s.ə.v)-in əmrinə vermişdi. Gecə-gündüz növbə tutdular, bir boşqab xörəklə qapıda xidmət etdilər, döyüşlərdə iştirak etdilər. Rəsulullah (s.ə.v) və müsəlmanların heyrətamiz zəngin olmasına səbəb oldular. Peyğəmbərimiz (s.ə.v)-in şöhrətini hər yerə yaydılar. 20 il ərzində hz. Süleymanın şeytanları kimi Peyğəmbərimiz (s.ə.v)-ə xidmət etdilər. 20 il sonra mənfəətləri kəsiləndə, bir anda; "bağışlayın, səhv etmişik" dedilər. 20 il ərzində səhv etdiyini anlamayan çox axmaqdırlar. Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər də, Axırzaman münafiqləri də axmaqlıqlarına doymasınlar. Sitatlar
Allah atomda cazibə yaradır. Kainatda cazibə var. Bütün səma cisimləri bir-birini cəzb edər. Allah insanda da cazibə yaradır, bu çox əhəmiyyətli möcüzədir. Sitatlar
Allah bütün İslam aləminin başına bəla olan, münafiqlərin ciyərlərinə od salsın, beyinlərin məhv etsin, heç vaxt sağalmayan xəstəliklərlə pərişan etsin, möminləri də qalib etsin, müzəffər etsin. Sitatlar
Allah gözəl günləri yaxınlaşdırsın, dünyaya sülh hakim olsun. Allah sevgisindən hər yerdə bəhs edilsin. Allah bizi o mübarək günlərə qovuşdursun. Sitatlar
İslam Birliyi sevgi ilə yaradılacaq. Birlik olub sizi əzib keçərik məntiqi ilə İslam Birliyi olmaz. Bir olacağıq, sevgini yaşayacağıq məntiqi ilə olar. 3-5-7 il ərzində Allahın icazəsi ilə bu birliyi görəcəyik. Sitatlar
Məsələləri çıxılmaz vəziyyətə salacaq sərt və mübahisə üslublardan qaçmaq lazımdır. Sülh, sevgi və gözəllik yaranması üçün İslam Birliyi əsas şərtdir. Hal-hazırda dünyanın hər yerində münaqişə, dava, qan var. 3-5-7 il ərzində İslam Birliyi ilə bu fəlakəti aradan qaldıracağıq inşaAllah. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) çox gözəl ağılla münafiqləri İslam üçün istifadə etmişdir. O dövrdə münafiqlər 15-20 il müsəlmanlara xidmət etdi, döyüşlərdə iştirak etdilər, böyük qənimət qazanılmasına vəsilə oldular. Bütün gənclikləri bitdikdən sonra biz gedirik dedikləri zaman Peyğəmbərimiz (s.ə.v) gedin dedi. Həm müsəlmanlar murdarlıqdan xilas oldu, həm də arxalarında böyük zənginlik qoydular. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) dövründə 300 münafiq var idi. Peyğəmbərimiz (s.ə.v) çox ağıllı davranıb bunları illərlə idarə etdi. İllərlə Peyğəmbərimiz (s.ə.v)-ə, müsəlmanlara və İslama xidmət etdilər. Binalar inşa etdilər, müharibələrdə iştirak etdilər, mallarını infaq etdilər. Sonra 30 il keçdikdən, bütün gəncliklərini həsr edib 30 il xidmət etdikdən sonra Peyğəmbərin peyğəmbərliyindən şübhə etdiklərini iddia edib müsəlmanlardan ayrıldılar. Bu ayrılıqlarının da müsəlmanlara zərər verəcəklərini zənn etdilər. Münafiqlər müsəlmanlara ən kiçik zərər verə bilməzlər. 30 il ərzində Peyğəmbəri anlamamaq ən böyük axmaqlıqdır. Münafiq saxtakarlığı, axmaqlığı tərif edilə biləcək kimi deyil. Mələklər və cənnət əhli münafiqlərin axmaqlığına gülərlər. Sitatlar
Arxeoloji tapıntılar 12 min il əvvəl mason məbədi olduğunu göstərir. Bu da təkamülçülərin tarixin təkamülü iddiasını tamamilə çürüdür. Sitatlar
Çətinlik və mübarizə dövrlərində qazanılan savab ilə İslam əxlaqının hakim olduğu dövrdə qazanılan savab eyni deyil. İnsanların çoxu rahatlığın daha yaxşı olduğunu zənn edər, lakin çətinliklər, əziyyətlər azaldığı üçün qazanılan savab azalmışdır. Buna görə də, İslam hakimiyyəti 7 və ya 9 il davam edəcək, qısa olacaq. Sitatlar
Terror, təkcə əsgərlə, polislə həll edilə bilməz. Onların bir fəlsəfəsi var, bu fəlsəfəni məğlub etmədən terrorun silinməsi qeyri-mümkündür. Onlar işçilərini sən təsadüf məhsulusan, qarşındakı da təsadüf məhsuludur, öldürərək, vuruşaraq inkişaf edəcəksən deyə yetişdirir. Bu fikri yox etmədikcə, fikri olaraq əsassızlığını elmi dəlillərlə ortaya qoymadıqca onlar zorakılıqdan əl çəkməyəcəklər. Sitatlar
Dünyanın hər yerində bir çox insanın təbliğ edə bilmədiyi mühitdə İslamı izah edirik. Darvinist fəlsəfənin dünyanı boğmasına mane oluruq. Anti-darvinist elmi fəaliyyətimiz imanlı nəsil yetişməsinə səbəb olur. Bəzi mövhumatçı kütlələr onları necə bir bəladan qoruduğumuzu anlamır. Sitatlar
Hökumətimiz 10-20 il sonranı düşünüb darvinizmlə elmi mübarizəni təcili məsələ kimi ələ almalıdır. Sitatlar
On il ərzində Türkiyə bölgədəki ən böyük dövlət olacaq. İslam Birliyi yaranacaq. Türk-İslam Birliyi meydana gələcək. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur