HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
mülayim İslam - Adnan Oktar - Harun Yahya - Harun Yəhya
mulayim-islam | Bütün Əsərlər
İslam Birliyi sevgi ilə yaradılacaq. Birlik olub sizi əzib keçərik məntiqi ilə İslam Birliyi olmaz. Bir olacağıq, sevgini yaşayacağıq məntiqi ilə olar. 3-5-7 il ərzində Allahın icazəsi ilə bu birliyi görəcəyik.
Məsələləri çıxılmaz vəziyyətə salacaq sərt və mübahisə üslublardan qaçmaq lazımdır. Sülh, sevgi və gözəllik yaranması üçün İslam Birliyi əsas şərtdir. Hal-hazırda dünyanın hər yerində münaqişə, dava, qan var. 3-5-7 il ərzində İslam Birliyi ilə bu fəlakəti aradan qaldıracağıq inşaAllah.
Peyğəmbərimiz (s.ə.v) çox gözəl ağılla münafiqləri İslam üçün istifadə etmişdir. O dövrdə münafiqlər 15-20 il müsəlmanlara xidmət etdi, döyüşlərdə iştirak etdilər, böyük qənimət qazanılmasına vəsilə oldular. Bütün gənclikləri bitdikdən sonra biz gedirik dedikləri zaman Peyğəmbərimiz (s.ə.v) gedin dedi. Həm müsəlmanlar murdarlıqdan xilas oldu, həm də arxalarında böyük zənginlik qoydular.
Münafiq tamamilə saxtakardır. Özünü bəyəndirmək üçün illərlə çalışar. Lakin sonunda mənfəət təmin edə bilmədiyini anladığı zaman, tükü yolunmuş qaz kimi meydanda gəzməyə başladıqda axmaqlığını göstərər. 30 il ərzində Peyğəmbərin yanında çalışıb 31-ci il "mən yanlış anlamışam" deyən axmaqlığa sahib olan münafiq heyrətamiz ağılsızdır. Allah İslam üçün cinləri və şeytanları da xidmət etdirər, münafiqləri də.
Çətinlik və mübarizə dövrlərində qazanılan savab ilə İslam əxlaqının hakim olduğu dövrdə qazanılan savab eyni deyil. İnsanların çoxu rahatlığın daha yaxşı olduğunu zənn edər, lakin çətinliklər, əziyyətlər azaldığı üçün qazanılan savab azalmışdır. Buna görə də, İslam hakimiyyəti 7 və ya 9 il davam edəcək, qısa olacaq.
On il ərzində Türkiyə bölgədəki ən böyük dövlət olacaq. İslam Birliyi yaranacaq. Türk-İslam Birliyi meydana gələcək.
10 İL SONRA TÜRK-İSLAM BİRLİYİ QURULACAQ. Hər yer xoşbəxt, fərah, sevinc içində olacaq.
Digər dillər
7
1
1
/ 1
1
1
7
/ 1
20