logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 17 noyabr 2017

avatar

Adnan Oktar

Münafiq təkcə müsəlmanlarla mübarizə aparar. Münafiqin vəzifəsi təkcə müsəlmanlara hücum etməkdir. Münafiq küfr əhli ilə, dinsizlərlə, dərin dövlətlə heç vaxt maraqlanmaz, təkcə yanından ayrıldığı möminlərlə mübarizə aparmağı hədəf qəbul edər. Ən çox da Peyğəmbərimiz (s.ə.v)-ə və səhabələrə diqqət yetirər. Münafiq Quran ayələrindən həmişə müsəlmanlar və Peyğəmbərimiz (s.ə.v) əleyhinə istifadə edər (haşa). Allahın münafiqlərə aid endirdiyi ayələrdən münafiqlər (haşa) Peyğəmbərimiz (s.ə.v) və səhabələrə aid imiş kimi istifadə edirdilər. Münafiq alçaq, ləyaqətsiz və xain olduğunu bilər, lakin özünü aldadaraq bunu görməzlikdən gələr. Münafiqlərə aid ayələrin də əhatə dairəsini çox yaxşı bilər, lakin sadəcə xainliyindən və alçaq xarakterindən dolayı bilərəkdən bu ayələrdən möminlərə qarşı istifadə edər. Peyğəmbərimiz (s.ə.v) dövründə yaratdıqları Dirar məscidində də münafiqlər həm əxlaqsızlıq edir, həm homoseksual cinsi əlaqəyə girir, həm də cinayət planı qururdular. Sonunda Allah hamısını cəhənnəm çuxuruna doldurdu.
A9 TV; 17 noyabr 2017
678
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah mənə 300-dən çox 65 min səhifədən ibarət külliyyat yazmağı nəsib etdi. Bu kitablar 100-dən çox ölkədə satılır. Kitablardan hazırlanan 1000 internet saytı var. Saytları hər ay 47 milyon insan ziyarət edir. Münafiqlər fitnə-fəsadla, pisliklə vaxt keçirərkən möminlər hər an xeyirli işlər görürlər. Sitatlar
Allah möcüzəvi şəkildə hal-hazırda dünyada Hadi ismi ilə təcəlli edir. Bu, mehdiyyətin reallaşmasının dəlillərindən biridir. Gənclərə baxdığımız zaman, hamısı yaxşılıq, gözəllik, sevinc, sevgi, dostluq və sülh istəyirlər. Sitatlar
Allah münafiqlərin içindəki yaşlı, nifrət dolu qadınlara xüsusi diqqət çəkər. Peyğəmbərimiz (s.ə.v) dövründə də yaşlı, yaşlılıqdan içi keçmiş bəzi qadınlar münafiqlərin arasında Peyğəmbər əleyhinə fəaliyyət göstərirdilər. Ayədə keçən; "düyünlərə üfürən qadın" ifadəsi bu yaşlı qadın münafiqlərə işarə edir. Bunlar axmaq beyinləri ilə hiss etdirmədən qaş-göz hərəkətləri edir, möminlərə lağ etdiklərini zənn edirdilər. Sitatlar
Allah Quranda münafiqlərdən yüzlərlə ayə ilə bəhs edir. Münafiqliyi gündəmdə saxlamaq, Quranın hökmüdür. Quran ayələri ilə münafiqlərin rəftarlarının, sözlərinin eynilə üst-üstə düşməsi Quranın möcüzəsidir. Münafiqlik mövzusundan, ayələrdəki hadisələrin eynisi reallaşdığı üçün bəhs edirik. Quranın möcüzəsinə şahid olduğumuz üçün bəhs edirik. Sitatlar
Amerika Türkiyəyə qarşı münasibəti ilə səhv edir. Bütün türk dövlətlərini və İslam ölkələrini qarşısına almış olar, tək qalar. Sitatlar
Cinsi əlaqəni qorxunc göstərib əxlaq pozğunluğu kimi qavrayırlar. Bir qadağa yaradıblar. Halal olan cinsi əlaqə nemətdir. Allah zinanı haram buyurmuşdur. Qadının cəlbedici olması, kişinin yaraşıqlı olması günah deyil. Bu qadağa həm ənənəçi İslam anlayışında, həm də sol ideologiyalarda var. Sevgisiz, ruhsuz, soyuq, yaşama sevincini itirmiş nəsillər yetişməsinə səbəb olurlar. Allah belə dünya istəmir. Sitatlar
Diqqəti Allahdan heç ayırmamağı möminlərin bir-birinə xatırlatması gözəl olar. Hər yerə "şirkdən Allaha sığınıram" lövhələri də qoyula bilər. Hər şeyi edən Allahdır, Allahı unudub, başqa şeylərə güc aid etmək vicdansızlıq olar. Sitatlar
İngiltərə dərin dövlətinin İslam aləmini kiçik hissələrə ayırıb müsəlmanları əzmə planı var. Ayıq-sayıq və birlik olmağımızın lazım olduğu dövrdəyik. Sitatlar
Müsəlmanın ən yüksək keyfiyyəti hədəf seçməsi fərzdir. Çünki ən yüksək keyfiyyətdə İslama ən böyük xidməti edər. Ənənəçi sistemdə yanlış qənaətkarlıq anlayışı var. Qənaətkar olmaq baxımsızlıq içində yaşamaq deyil. Hər şeyin ən gözəlini istəmək, hər şeyin ən yaxşısı üçün səy göstərmək və hamısının Allaha aid olduğunu bilərək Allah yolunda istifadə etmək həqiqi qənaətkarlıqdır. Sitatlar
Qadının gözəl olmasını, baxımlı və cazibədar olmasını günah hesab edirlər. Halal olan cinsi əlaqəni günah kimi görürlər. Halbuki zina haramdır, halal olan cinsi əlaqə nemətdir. Gözəllikdən qorxan hala gəlmək həm fitrəti pozur, həm homoseksuallığın yayılmasına səbəb olur, həm də ruhları sağlam olmur. Sitatlar
Uşaqlara ümumi biliyin əhəmiyyəti, təmizliyin əhəmiyyəti, sevgi, şəfqət, keyfiyyətli olmaq, əsas mövzu olaraq öyrədilməlidir. Tədris planı buna görə tənzimlənməlidir. Sitatlar
Mövlanaya aid olduğu iddia edilən kitablarda homoseksuallığı tərifləyən ifadələr var. Buna görə də, homoseksuallar da rumiliyə sahib çıxırlar. İngiltərə dərin dövlətinin rumiliyi israrla dəstəkləməsinin səbəbi də öz fəlsəfəsinə uyğun olması və homoseksuallığı müdafiə etməsidir. Sitatlar
Allah yolunda səmimi cəhd edildikdə Allah yolları açar. Allahın bir planı var və biz o planı nə sürətləndirə, nə də gecikdirə bilərik. Dünyanın bütün imkanları bir yerə gətirilsə Allahın istədiyindən başqa heç nə reallaşmaz. Sitatlar
Türkiyəni tənha qoymaq, Qətər ilə ərəb ölkələrinin arasını vurmaq, şəffaflaşdırma naminə müsəlmanları əzməyə cəhd etmə planı var. Buna görə də, Yaxın Şərqdəki İngiltərə dərin dövləti planının bütün cəhətlərini əhatəli şəkildə izah etmək, cəmiyyəti maarifləndirmək təcili məsələdir. Sitatlar
İnsan dürüst şəkildə səmimi olaraq hər şeyin Allaha aid olduğunu anladıqda üzərindən şirkin bütün bəlaları yox olar, bütün çətinlikləri bitər. Sitatlar
İnsan imtahanın sirrini tam bilsə zərrə qədər çətinlik çəkməz. Hər şeyin Allaha aid olduğunu çox yaxşı düşünmək lazımdır. Sitatlar
Demokratik avtonomluq mövzusunun arxasında ABŞ-lı evanjeliklərin planı yatır. Sitatlar
Qurana baxdığımızda Dəccal rejimlərinin hamısı müsəlmanlarla mübarizə edərkən əxlaqsız olaraq və namərd üsullara müraciət etdiyini, hörmətdən salmağa istiqamətli üsullar tapdığını görürük. "Cadugər, dəli, fırıldaqçı, saxtakar, cinsi mənfəətləri var" kimi hörmətdən salıcı, xalqın gözündə əhəmiyyətli olan mövzularda psixoloji döyüş üsulları istifadə edilir. Sitatlar
Cənnətdə cinsi əlaqə vardır. Həm Quran ayələri, həmdə hədislərlə sabitdir. Cinsi əlaqə qeyri-məşru olsa pisdir. Məşru olsa, cinsi əlaqə nə deməkdir? Sevginin ən yüksək, ən keyfiyyətli ifadə şəklidir. Sitatlar
Cinsi əlaqə haram olaraq yaşansa, təbii ki, fahişəlik olar, bu da əxlaqsızlıqdır. Amma məhrəm olsan sevgini ən gözəl şəkildə ifadə etmə formasıdır. Sitatlar
Gecə yarısı gizli plan qurur. Halbuki, daha doğulmadan əvvəl Allah o planı ona etdirmiş, xəbəri yoxdur. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur