Adnan Oktar
-Münafiqin hər halı Allah tərəfindən əhatə edilmişdir. Allah münafiqə dünyada tələ qurar. Bu tələ, möminlər üçün cənnət nemətidir. Allah təkcə dənizlə, düzənliklə, gözəlliklə nemət təqdim etməz. İgidliklə də nemət təqdim edər. Münafiqə tələ qurar, bu da nemətdir. Bu tələ belədir: Allah əvvəlcə münafiqi alar möminlərin arasına gətirər, gəncliyini burada keçirtdirər. Münafiq 20 ilə 40 yaş arasını müsəlmanların arasında keçirdər. Bütün maddi və mənəvi həyatını İslam üçün keçirmiş olar. Müsəlmanlardan ayrılanda onu geri almaq istəyər, lakin geri almaq imkanı artıq yoxdur. Allah bütün gəncliklərini əllərindən almışdır. Allah bəsirətini bağlayıb 10-20 il xidmət etdirər, sonra münafiq var-dövlət və nüfuz hərisliyinə qapılar. Allah münafiqə bol miqdarda var-dövlət və məqam verər. Professorluq, tacirlik, zənginlik verər. Lakin yaşı 40-50-yə çatmışdır. Türkiyədə orta yaş 65-dir. Allah münafiqə nə qədər müddət vermiş olur, ən çox 10-15 il. Münafiq malı dəli kimi yığmışdır, o malı yeməsi üçün çox ömrə ehtiyacı vardır, lakin o ömür əlində yoxdur. Yaxtanı almışdır, mənzilləri almışdır, mallarını toplamışdır, arxada qoyulacaq kimi deyil, çox şey toplamışdır, lakin edam fərmanı da Allah tərəfindən verilmişdir. Hər dəqiqə ölümə getdiyini bilər. 15 il, 14 il, 13 il, hər keçən ilin tik-tak, tik-tak deyə səsləri qulağına gəldikcə münafiq dəli olar. Lakin edə biləcəyi heç nə də yoxdur. Sonunda da; "gəl biz səni alaq" deyər ölüm mələkləri və ağzını, burnunu qıraraq canını alar. Münafiqin bütün zəhməti isə burada qalar. Münafiq malını yeyə bilməz. Evləri, avtomobilləri, ləl-cəvahiratları, paltarları hər şeyi geridə qalar. Lakin ən əhəmiyyətlisi müsəlmanlara xidmət edib qoyduqları qalar. Münafiqin əlində təkcə o malı əldə etmək üçün süründüyü iyrənc həyat və sonda da əzab vardır. Müsəlmanda isə ömür uzun olar. Müsəlmanda mal yığma olmadığı üçün, həmin anda o malın haqqını verər. Mömin həris olmadığı üçün dünyanı həmişə gözəl yaşayar. Mömin təvəkküllə çox sakit, Allahın verdiyi bərəkətlə çox yaxşı yaşayar. Münafiq isə eşşək kimi hərisliklə çalışar, lakin çalışdıqca çökər, çünki o hərislik onu çökdürər. "Liviyanın dörddə biri mənimdir, Tunisin yarısı mənimdir" deyə özünü aldatmağa çalışar, lakin əlində o malı yeyəcək gənclik qalmamışdır. Gəncliyi möminlərə xidmətlə keçmişdir. Üstəlik, o malı əldə etməyə çalışarkən yaşadığı hərislik, ruh və bədən sağlamlığını da tamamilə pozar, çökdürər və çürüdər. Münafiq ömrü boyu çalışar, lakin hamısı boşa gedər. Bu, Allahın münafiqə ən böyük tələsidir. Dolayısilə münafiqlər axmaqlıqlarına doymasınlar. Sürünürlər sürünməyə davam edəcəklər, möminlər də kef içində yaşamağa davam edəcəklər.
Adnan Oktar
-Quranda rəsm çəkməyin və heykəl düzəltməyin haram olduğuna dair heç bir ayə yoxdur. Rəsm də, heykəl də halaldır.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Bu dövr müsəlmanların açıq, aşkar və qalibanə elmi mübarizə aparacağı illərdir. Hal-hazırda mehdiyyət açıq-açıq elmi mübarizə aparır. Gizlənən isə dəccaliyyətdir. Dəccaliyyət özü gizlənir möminlərin üzərinə münafiqlərini, şeytanlarını, əxlaqsız, dəyərsiz, ləyaqətsiz varlıqları salır. Lakin bunların möminlər qarşısında gücü olmaz. Çünki şeytanın gücü zəif yaradılmışdır. Dolayısilə münafiqin gücü də zəifdir.(A9 TV; 27 noyabr 2017)
Adnan Oktar
-İnsanların əksəriyyətində bu qədər acizliklərinə baxmayaraq, qürur və qalib gəlmək arzusunun olması möcüzəvi haldır. Nəcib insan tənqidə müqavimət göstərməz.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Dünyanı yaradan sonsuz ağıl atomdan kosmosa qədər hər şeyi möhtəşəm təşkil etmişdir, sən hər şeyi yaradanla əlaqəni kəssən insan axmaq olar, Allah ilə əlaqəsini kəsən insanın ağlı da, sevinci də, tarazlığı da aradan qalxar.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Gənclər Quranda ittifaq etsələr, sevgiləri qarşılıqlı olar. Eyni inanca bağlı olanların anlaşmamağı mümkün olmaz.(A9 TV; 26 noyabr 2017)
Adnan Oktar
-Dünyaya zər aləmindən gəldik. İnşaAllah gedəcəyimiz yer Cənnətdir. Gəliş məqsədimiz də sevgidir. Sevgini öyrənmək mühüm olduğu üçün dünyadakı vaxt çox əhəmiyyətlidir. Dünyada çox yaxşı sevgi təhsili almasan Cənnətin bağçalarının, gözəlliklərinin heç bir mənası olmaz. Allah sevgidə çətinlik içində olanı dəyərli etmişdir. İnsan olaraq biz də çətinlik içində olanı sevirik. Hz. Yusifin zindanda ömrünün keçməsi, Peyğəmbərimiz (s.ə.v)-ə müşriklərin verdiyi əziyyətlər, həmişə sevgimizi gücləndirir.(A9 TV; 27 noyabr 2017)
Adnan Oktar
-Ruhun bədənə ehtiyacı yoxdur. Bədən əslində ruhun məhsuludur. Ruhdan ortaya çıxan inanc, Allahın yaratdığı təsvirdir.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Mehdi bir çox çətinlik və əziyyətlə qarşılaşacaq. Əziyyətlərinin çox olması həm hədislərdə, həm də musəvi mənbələrində qeyd olunan bir bilgidir.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Sevgi ustadları, sevib-sevilməyi xoşlayanlar sevgi üçün zəhmət çəkmək, sevgidə qətiyyətli olmaq məcburiyyətindədirlər.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Zarafat həmişə şərəfli olmalıdır. İnsanları kədərləndirən bir şey zarafat olmaz.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.(A9 TV; 5 noyabr 2017)
Adnan Oktar
-Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Ülkücü gənclərin sayının artması Türkiyə baxımından mühümdür. Hakimiyyətdə hansı partiya olursa olsun, ülkücü gənclərin xidmətləri hər zaman çox dəyərli olmuşdur. Ülkücülər etibarlı insanlardır. Allah, Kitab, vətən, millət, dövlət, bayraqdan başqa məqsədləri olmaz.(A9 TV; 26 noyabr 2017)
Adnan Oktar
-Hər yerdə qadınların üzərindəki təzyiqi aradan qaldıraq. Qadın mədəniyyətin, həyatın mənbəyidir. Qadın mübarəkdir. Qadınları gənc qız olarkən evlən deyən ailəsi, evləndikdən sonra həm əri, həm də ailəsi ağlasığmaz dərəcədə əzir. Qadın boşanmaq istəsə bu dəfə dul qadın haqqında böyük ittihamlar ortaya atılır. Bu çirkinliklərin hamısını aradan qaldıraq, qadınlar çox fərəhli, hüzurlu yaşasın.(A9 TV; 26 noyabr 2017)
Adnan Oktar
-Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.(A9 TV; 5 noyabr 2017)
Adnan Oktar
-Müsəlmanların mehdiyyətə, havaya, suya ehtiyac duymaq kimi ehtiyacları var. Mehdiyyət Allahın Quranda bildirdiyi bütün dinlərdə olan əsas bir inancdır.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Yuxudan oyandığımız zaman necə rahatlayırıqsa, möminlər üçün ölüm də bu cür rahatlamaqdır. İnanmayanların ölümü isə əzabvericidir.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.(A9 TV; 5 noyabr 2017)
Adnan Oktar
-Dürüstlük insanın üzünü gözəlləşdirər.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Müasirliyi də, keyfiyyəti də, incəsənəti də, gözəlliyi də ən böyük ehtişamı ilə yaşayacağıq. İsa Məsih və Mehdi dövründə dünya cənnət kimi olacaq. Dünyanın hər tərəfində mehdiyyətdən danışılır. Allah bütün dünyanı mehdiyyətə hazırlayır. Anadoluda məscidə qədər hər yerdə mehdiyətdən danışılır.(A9 TV; 16 oktyabr 2017)