logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 6 iyun 2018

avatar

Adnan Oktar

Münafiqlər cəhənnəmin ən dibindədir. Münafiqlər o qədər alçaq və xaindir ki, Allah cəhənnəm əhlini belə münafiqlərlə axirətdə danışmasına icazə vermir. Münafiqlər cəhənnəm quyusunun ən dibində sonsuza qədər qalacaqlar.
A9 TV; 6 iyun 2018
2132
avatar

Adnan Oktar

Qadınları ət-sümük kimi görürlər. Qadın Allahın sənətidir. Qadınlar Allahın sənətinin mükəmməl təcəlli etdiyi nəcib, qiymətli, böyük nemətdir. Allahın möhtəşəm təcəllisiylə ünsiyyətdə olduğunu bilib çox dəyər vermək, çox hörmət göstərmək, onlara hər cür yaxşılığı təqdim etmək lazımdır.
A9 TV; 6 iyun 2018
avatar

Adnan Oktar

Cənnətdə dünyaya dair xoşumuza gəlməyən heç bir şeyi, heç bir anı xatırlamarıq. O hissələrdə atlamalar olar, biz atlamalar olduğunu bilmərik. Axirətdə möminlər üçün yalnız nəşə, sevinc, sevgi, xoşbəxtlik vardır.
A9 TV; 5 iyun 2018
avatar

Adnan Oktar

PKK necə ortaya çıxır, bu mövzunu nədənsə heç vaxt danışmırlar. Bir insan PKK-lı olaraq doğulmur, sonradan aldığı təhsillə ölməyə və öldürməyə qərar verir, PKK-lı olur. Buna qarşı, əks təhsil verilsə PKK deyə mövzu olmaz. Darvinist təhsilə son verilsə PKK tamamilə bitər. Çözüm, elmi yoldur.
A9 TV; 5 iyun 2018
avatar

Adnan Oktar

Allah münafiqləri tarix boyunca rəzil etmişdir. Münafiq dünyanın ən böyük alçağıdır. Peyğəmbərimizin səhabəsi olduğunu söyləyir amma küfrə və digər münafiqlərə xəbər daşıyır, xainlik edirdilər. Müsəlmanlar içərisində onların əleyhinə fəaliyyət göstərmək çox böyük əxlaqsızlıq və günahdır.
A9 TV; 5 iyun 2018
avatar

Adnan Oktar

Azadlıq, demokratiya, incəsənət, keyfiyyət ən az yemək içmək qədər insanların ehtiyacıdır. Əleyhinə olanların ən çox istifadə etdikləri vəsait bu dəyərlərin azalması olduğuna görə, daha çox azadlıq, daha çox demokratiya, daha çox incəsənət üçün ediləcək hər şey qurulan oyunları pozar. İnsanların sevincini əlindən alan mühafizəkar, katolik, qatı İslam anlayışının deyil, Quran müsəlmanlığının incəsənət, keyfiyyət, sevinc, demokratiya, azadlıq anlayışını təşviq etmək lazımdır. Bu edilsə bütün dünyanın İslamı qəbul etməsinə də Türkiyə qabaqcıl olar. Katolik, ənənəçi İslam anlayışı ilə İslam daxildən çökür, gizli-gizli ateizm, deizm inkişaf edir. Bunu dayandırmaq üçün katolik sistemin təzyiqinin qaldırılması, darvinist, materialist təhsilin dayandırılması, iman həqiqətlərinin və elmi gerçəklərin izah edilməsi, insanlara sevginin, dostluğun, sülhün təhsilinin verilməsi lazımdır.
A9 TV; 5 iyun 2018
avatar

Adnan Oktar

Allahın böyüklüyünü anladıqdan sonra şeytanın insanın üzərinə gəlmə yönlərini görüb onları tək-tək təmizləmək əhəmiyyətlidir. Müsəlman tahirdir. İnsan necə tək-tək bədənini təmizləyirsə, şeytanın hücumlarına qarşı da tək-tək mənəvi təmizlik etməlidir. Qısqanclıq, hirs, kin, nifrətdən xilas olacaqdır. Məyusluq hissi gələndə mübarizə edəcək, məğlub edəcək, çox şən olacaq, hirslənmək hissi gələndə bağışlayıcı olacaq. Qısqanclıq, nifrət, kin, hirs hamısından tək-tək xilas olacaq. Şeytanın bütün pisliklərindən xilas olmaq üçün əmək verəcək, şeytanın hər hücumunu tək-tək təmizləyəcək. Allah şeytanı xüsusi göndərir, xüsusi olaraq təmizləmək lazımdır.
A9 TV; 5 iyun 2018
avatar

Adnan Oktar

İslamiyyət sevgi, səmimiyyət və dürüstlükdür.
A9 TV; 4 iyun 2018
avatar

Adnan Oktar

Müsəlman suyun üstündə yeriyən adam kimidir. Allah ilə candan əlaqəsini kəsdiyində, o su onu həmən udar. Qəflətin içində boğulmamaq üçün Allah ilə yaxın, candan əlaqəsini heç vaxt kəsməyəcək.
A9 TV; 4 iyun 2018
avatar

Adnan Oktar

Dua çox böyük nemətdir. Amma insanların çoxu bu rahatlığı yaşamır. Başları üstündə çətinlik olduğunda, bir az kənara çəkilsə, səmimi olaraq Allaha anlatsa, Allah ona dərhal fərahlıq verər. Allahın rəhməti yaxşı insanlara həmişə yaxındır. Çox səmimi, içdən dua hər cür pisliyi aradan qaldırar.
A9 TV; 4 iyun 2018
avatar

Adnan Oktar

Xristianların, musəvilərin, buddistlərin, qarışqaların belə lideri var amma "müsəlmanların başı olmasın" deyirlər. Allah müsəlmanları mənəvi lideri ilə birlikdə yaratmışdır. "Müsəlmanlar başsız olsun, müsəlmanlar dağınıq olsun" demək Qurana uyğun deyil.
A9 TV; 3 iyun 2018
avatar

Adnan Oktar

Birlikdə qardaşca yaşamaq varkən müharibə və qarşıdurma istəmənin məntiqini anlamaq mümkün deyil. Qan tökməyi çox təbii görürlər, qardaş olmağı isə yadırğayırlar. Təbii və gözəl olan, sevgi dolu olmaqdır. Qardaş olmaqdır, dost olmaqdır.
A9 TV; 3 iyun 2018
avatar

Adnan Oktar

Müsəlmanların birləşməsinin tək çözüm olduğunu müsəlmanlar həmişə gündəmdə saxlamalıdır. Tək cümlə İslam aləminin hər yerində gündəmə gətirilsə böyük təsiri olar. Misirdən bir jurnalistə, Tunisdə bir market sahibinə, Fələstində bir şagirdə hər kəs "müsəlmanların birləşməsi tək çözümdür" deyə yazsa, dalğa-dalğa yayılar.
A9 TV; 3 iyun 2018
avatar

Adnan Oktar

Şəhidlərimizin şəhadəti mübarək olsun, Allah ailələrinə xeyirli uzun ömür nəsib etsin. Şəhidlərimizin hər biriylə qürur duyuruq.
A9 TV; 3 iyun 2018
avatar

Adnan Oktar

Allahın quluna ən böyük hədiyyəsi, ən böyük neməti sevgidir. Allah cənnəti versə amma Allah qorusun, sevgini verməsə cənnətdə heç bir şey anlamazsan.
A9 TV; 3 iyun 2018
avatar

Adnan Oktar

Hər yatdığımızda hər gün ölür, hər gün dirilirik. Bir gün də yenə yatacağıq və əslində bir yuxu olan bu həyatdan oyanacağıq. Yuxudan qalxdığımızda, yuxu ilə həyatın necə fizika qaydaları fərqli olur amma bizə qəribə gəlmirsə, axirətdə də fizika qaydalarının olmamasını çox adi qarşılayacağıq.
A9 TV; 2 iyun 2018
avatar

Adnan Oktar

Münafiq axmaqdır. Özünə axmaq təsəllilər tapmağa çalışar. Allaha, Allahın sevdiklərinə, İslama, Qurana düşmən olan münafiqlərə Allah düşməndir. Nəsillər boyu davam edəcək alçaldılma, nifrət edilmə və lənəti boyun olmuşlar. Qotur itlər belə münafiqlərin yanında dayanmaq istəməz.
A9 TV; 2 iyun 2018
avatar

Adnan Oktar

Axırzaman münafiqləri dünyanın ən alçaq münafiqləridir və onların üzərində nəsillər boyu davam edəcək lənət vardır.
A9 TV; 2 iyun 2018
avatar

Adnan Oktar

Allahı sevmək dünyadakı ən əhəmiyyətli mövzudur. Allahı, haşa, bir kənarda buraxmış kimi öz halına dalmaq insanların ən böyük səhvi və əxlaqsızlığıdır. Allah çox mərhəmətli və şəfqətlidir, insanların bu qədər anormallığına baxmayaraq bütün insanlara rəhmət edir. İnsanlar özlərinə belə vəfasızlıq, nankorluq edilsə yeri yerindən oynadarlar. Allah isə çox mərhəmətlidir.
A9 TV; 1 iyun 2018
avatar

Adnan Oktar

Münafiqin müsəlmanlara saysız faydası vardır. Münafiqlə elmi mübarizə, müsəlmanın ağlının daha kəskinləşməsinə, daha güclənməsinə səbəb olur. Münafiqdə şeytani müqavimət vardır, bu müqavimət müsəlmanlar üçün yaxşı fürsət olar. Müsəlmanların daha coşğulu, daha dinamik, daha bir-birinə bağlı, daha canlı olmalarını təmin edər.
A9 TV; 31 may 2018
avatar

Adnan Oktar

Diyarbəkirdə şəhid olan igidlərimizi təbrik edirik. Allah onlara nə gözəl mövqe nəsib etmiş, nə böyük gözəllik qazandılar. Məqamlarına qibtə edirik. Şəhadətləri mübarək olsun.
A9 TV; 31 may 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Müsəlman suyun üstündə yeriyən adam kimidir. Allah ilə candan əlaqəsini kəsdiyində, o su onu həmən udar. Qəflətin içində boğulmamaq üçün Allah ilə yaxın, candan əlaqəsini heç vaxt kəsməyəcək. Sitatlar
İnsan özünün və qarşısındakının Allahın ruhu olduğunu bilərsə və Allahın ruhunu sevdiyini bilərək sevsə, Allah böyük sevgi meydana gətirər. Amma sevdiyini bütləşdirərsə, o büt onu boğar. Sitatlar
Zalımlıq edən hər kim olarsa Allah hidayət versin, hidayət vermirsə həlak etsin. Demək olar hər yerdə ağla gələn tək çözüm qınama, müharibə və qarşıdurma olur. Zalımlar cəzalandırılsın, ədalət yerini tapsın. İsrailin də zalımları, varsa Fələstinin də zalımları haqq etdikləri hüquqi qarşılığı alsın. Amma hədəf həmişə sülh, hüzur, qardaşlıq və dostluq olsun. Əvvəlcə dostluq, qardaşlıq istəyək. O gözəl torpaqlar musəvilərin, xristianların, müsəlmanların birlikdə, dostca yaşadığı yerlər olsun. Aralarda tikanlı tellər, nəhəng divarlar olmasın. Sevinc içində halaylar çəkilsin, zeytun ağacları əkək, hər yeri bağ-bağça edək, gənclər xoşbəxt olsun. Hədəfimiz həmişə gözəllik, yaxşılıq, sülh və dostluq olsun. Sitatlar
Çətinliklərdə insanların təxmin etmədiyi çox böyük sirr vardır. Çətinliklər insanı həm fiziki, həm də ruhən gücləndirər. Nə qədər əzab çəksən, nə qədər çətinlik yaşasan o qədər qüvvətli olarsan, o qədər bərəkətlənərsən. Sitatlar
Allah Qəhrəmanmaraş şəhidlərimizin şəhadətini mübarək etsin. Allah bizlərə də o igidlərin gözəl mövqeyini nəsib etsin. Sitatlar
Allahı candan sevən və böyüklüyünü qavrayan, dünyanın ən təsirli, ən böyük gücü halına gələr. Heç kim, o insanı məğlub edə bilməz. Sitatlar
Hər an Allah ilə birlikdə hərəkət etmək lazımdır. İnsanların ən böyük bəlası Allaha güvənməkdə şübhəyə düşmələridir. İnsanların bəzisi mənfəətlərinə zidd düşəndə Allahı buraxmaq meylində olar. Əksinə bəla, dərd gələndə Allaha daha güclü sarılmaq lazımdır. Allah onsuz da o hikmətlə bəlanı verər. O zaman bütün yollar o insana açılar. Sitatlar
Allah ilə əlaqə aramsız diqqətlə davam edərsə, Allah o insanı gözəl yaşadar və xoşbəxt edər. Sitatlar
Möminin həyatı cənnətdir. Olduğu hər yer cənnətdir. Mömin həbsxanada olsa oranı da cənnətə çevirər. Sitatlar
Mömin tahirdir, təmizdir. Təmizlik cənnətə olan həsrətdən qaynaqlanar. Şüuraltımızda cənnətin təmizliyini bildiyimiz üçün həmişə o təmizliyə nail olmaq üçün səy göstəririk. Sitatlar
Sənətkara dəyər verməmək o insanın ədəbsizliyini, sevgisizliyini və zalımlığını göstərir. İncəsənət müqəddəsdir. Kiminsə sənətkar insana hörməti yoxdursa, o adam insani xüsusiyyətlərini itirmişdir. Sitatlar
Mehmetciyin hər nəfəsi savabdır. Vətənin müdafiəsində, cəbhədə, canlarını ortaya qoyurlar. O canlarımız cəbhədəki hər saniyələrində böyük savab alırlar. Çətinlik dərəcəsi, əziyyət və təhlükə savabı çox artırar. Nə xoşbəxt onlara. Sitatlar
Münafiq murdarlıq qoxusunu yaxşı alır. Peyin qurdu kimi murdarlığı dərhal anlayar. Ən murdar kim baxar, satqın, əxlaqsızlıq etməyə uyğun, aciz, kompleksli, oynaq, iradəsiz, havadan nəm alan tipləri təsbit edər, onları "gəl bizə" deyə çağırar. O murdarlıq gedəndə də möminlərdə fərahlıq olur. Hər gedən münafiq, münafiqlər üçün çox böyük bəladır. 2, 4, 8, 16 olaraq qat-qat murdarlıqları artar, murdarlıq yığıldıqca onun içində boğularlar. Sitatlar
Allahın ağlın ixtiyarını aradan qaldırmama sənəti vardır. İnsanlara desələr ki, qəssabdan bir kilo beyin alacaqsan, o beynin içində par-par parıldayan üçölçülü rəngli dünya izləyəcəksən, insanlar şok olar. Hal-hazırda hamı bunu yaşayır, lakin heç kimin ağlının ixtiyarı aradan qalxmır. İnsanlara desələr ki, mikroskopda belə görünməyən nöqtədən əlin, gözün, qulağın, boy-buxun, saçın olacaq, onda yaranan varlıq danışacaq, onu sevəcəksən bəlkə də həyat yoldaşın olacaq desələr insanların ağlı qaçar. Lakin hal-hazırda heç kim buna təəccüblənmir. Bunların hamısı Allahın ağlın ixtiyarını aradan qaldırmama sənətidir. Sitatlar
Ərəb-türk qardaşdır, ərəb-türk dostdur. Biz ərəbləri sevirik, onlar bizim canımızdır. Vaxtında İngiltərə dərin dövləti ilə kim əməkdaşlıq edibsə o əxlaqsızlıq etmişdir. Cinayətin şəxsi olma prinsipi vardır. Keçmiş nəsillərin etdiyindən bütün ərəblər məsul tutulmaz. Biz ərəblərlə hər zaman qardaş olacağıq, birlik olacağıq. Bizim üçün bütün irqlər dəyərlidir. Hökumətin ərəblərlə dostluq siyasəti doğrudur, əməkdaşlıq etməyimiz, ittifaq etməyimiz doğrudur. Ərəblərlə türklərin münasibətlərinin korlanması İngiltərə dərin dövlətinin oyunudur. Heç kim bu oyuna düşməməlidir. Sitatlar
Münafiq o axmaq ağlı ilə Peyğəmbərdən daha yaxşı düşündüyünü iddia edər. Hətta elə ruh xəstəsidir ki, özünü haşa Allahdan belə üstün görər. Allaha dinini öyrətməyə cəhd edəcək qədər ağılsızdır. Sitatlar
Qadınlar o qədər gözəl nemətdir ki, qadın gözəlliyini və qadın əndamını görmək, bu gözəlliyi alqışlamaq gözəl nemətdir. İmandan sonra ən böyük nemət qadın gözəlliyidir. Sitatlar
Qadınların üzərində o qədər güclü təzyiq vardır ki, tək çıxış yolları baxımsız olmaq, özünə diqqət yetirmədən yaşamaq olur. Baxımlı, cazibədar, özlərinə diqqət yetirdikləri zaman çox sayda insan onları günahkar kimi görür. Qadının gözəlliyini əlindən almağa qəti qərar veriblər. Qadınları əzən bu zehniyyəti elmlə, irfanla tamamilə yox edəcəyik inşaAllah. Sitatlar
Münafiq o qədər axmaqdır ki, haşa Allahı aldadacağını zənn edər. Quran ayələrindən öz pis nəfsi üçün istifadə etməyə cəhd edər. Sitatlar
Münafiq Allaha, Peyğəmbərə və İslama qarşı mənfi rəftar göstərər, lakin özünü dindar kimi göstərməyə çalışar ki, o iyrənc nəfsini qoruya bilsin. Sitatlar
Cənab Allah Axırzamanı çətinliklə dolu yaratmış ki, savabı çox olsun. Bəla, müdaxilə nə qədər çox olsa savab, vəlilik o qədər yüksələr. Cənnət o qədər genişlənər. Sitatlar
Təhqirdə mütləq məhkəməyə verib hüquqi qarşılığını vermək lazımdır ki, etdiyinin səhv olduğunu görsün. Nəzakətli danışmağın lazımlılığını daha yaxşı anlayar o zaman. Sitatlar
Hədisi  o halda qəbul edərik ki, Qurana uyğun olsun. Uyğun deyilsə qəbul etmərik. Sitatlar
Qadınları ət-sümük kimi görürlər. Qadın Allahın sənətidir. Qadınlar Allahın sənətinin mükəmməl təcəlli etdiyi nəcib, qiymətli, böyük nemətdir. Allahın möhtəşəm təcəllisiylə ünsiyyətdə olduğunu bilib çox dəyər vermək, çox hörmət göstərmək, onlara hər cür yaxşılığı təqdim etmək lazımdır. Sitatlar
Cənnətdə dünyaya dair xoşumuza gəlməyən heç bir şeyi, heç bir anı xatırlamarıq. O hissələrdə atlamalar olar, biz atlamalar olduğunu bilmərik. Axirətdə möminlər üçün yalnız nəşə, sevinc, sevgi, xoşbəxtlik vardır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur