logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 14 oktyabr 2017

avatar

Adnan Oktar

Qadınlar o qədər gözəl nemətdir ki, qadın gözəlliyini və qadın əndamını görmək, bu gözəlliyi alqışlamaq gözəl nemətdir. İmandan sonra ən böyük nemət qadın gözəlliyidir.
A9 TV; 14 oktyabr 2017
2453
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah atomu necə mükəmməl təfərrüatla yaradırsa, hüceyrənin içində necə möhtəşəm işləyən sistem yaradırsa, arıların pətəklərini necə mükəmməl riyazi düzgünlükdə yaradırsa, ölümdən sonra həyatı da eyni mükəmməllikdə yaradacaq. Sitatlar
Allah və Rəsulunun vəd etdiyinin reallaşdığını hamımız birlikdə görəcəyik. Mehdi həyatdadır. İsa Məsih həyatdadır. Allahın icazəsi ilə təqribən 2022-ci ildə, böyük hadisələr yaşadıqdan sonra, hər şeyin çox dəqiqləşdiyini hamımız birlikdə görəcəyik. Sitatlar
Bar mühiti estetik olaraq gözəl mühitdir. Evlərdə dekorasiya olaraq da gözəldir, Kasablanka kimi filmlərdəki mühit də gözəldir. Alkoqol, narkotik maddələr və s. olmayan bir mühit olduğu zaman heç bir problem yoxdur. Bara gələn sağlamlıq qazanıb getməlidir, lakin hamısından əvvəl bu məkanlarda qadınlara sevgi və hörmətin ən yüksək səviyyədə olması lazımdır. Yüzlərlə içki növü ola bilər, bol zülallı üzüm suyu, portağal suyu, ananas suyu, ağla, xəyala gəlməyəcək hər meyvənin suyu ola bilər, içlərinə süd qarışdırıla bilər. Zülalı və mineralı yüksəldilmiş içkilər ola bilər. Çox gözəl asan hazırlanan yeməklər ola bilər. Musiqi sisteminin də mükəmməl olması təmin edildikdən sonra, barlarda gənclər çox gözəl əylənib xoşbəxt olarlar. Sitatlar
Bir gənc qıza verilən ən dəyərli şey güvəndir. Onun şərəfinə, ləyaqətinə, iffətinə, fərəhinə, sevincinə, imanına dəstək olacağına dair zəmanət vermək əsasdır. Həqiqi sevgi, bu güvəndən sonra yaranar. Sitatlar
Bu dünya sevgi təhsili aldığımız məktəbdir. Sevgi universitetindən akademik professor olaraq məzun olacağıq, Allahın icazəsi ilə. Diplomu aldıqdan sonra qalanı asandır. Bu son dərəcə təfərrüatlı, əhatəli təsviri göstərən Uca Güc yeni təsvir göstərəcək. Pərdə açılacaq daha aydın təsvir yaşayacağıq. Sitatlar
Cəza cinayət törədildikdən sonra verilir. Əhəmiyyətli olan o cinayətin işlənməsinin başdan qarşısının alınmasıdır. Qadınlara, uşaqlara zorakılıq məsələsində cinayətin işlənməsinin qarşısını alacaq sərt tədbirlər alınmalıdır. Sitatlar
Darvinizm Qiyamətə qədər belini qaldıra bilməyəcək şəkildə dağıldı. Texniki cəhətdən dağıtdığımız üçün bir daha belini qaldıra bilməz. Dəccaliyyətin, darvinizmin ayağa qalxması bundan sonra qeyri-mümkündür, elmlə yerlə-yeksan oldu. Sitatlar
Hz. Süleymanın şeytanları necə dənizin dibindəkini gətirirdilərsə, münafiq də şeytani şövqü ilə müsəlmanlara böyük bilgi və zənginlik gətirər. Münafiq müsəlmanların yanında olarkən qazandığı ətrafı ilə öz gələcəyini zəmanət altına aldığını düşünər. Siyasi imkanlar, geniş ətraf, evlər, avtomobillər hazırlayarkən bunları özünün əldə edəcəyini zənn edər. Bütün bunları etdikdən sonra it kimi çalışdığını, lakin heç nə əldə edə bilməyəcəyini görər. Tam axmaq mövqeyinə düşər və can ağrısı ilə özünü bayıra atar. Özünü bayıra atdıqdan sonra verdiklərini geri almağa çalışar, lakin iş işdən keçmişdir. Axmaqlıq etiketi alnına Allah tərəfindən vurulmuşdur. Sitatlar
Münafiq fikrini nəyə versə müsəlmanda o yöndə inkişaf olar. Münafiqlərdə isə hər cəhətdən çökmə olar. Sitatlar
Münafiq heyrətamiz ləyaqətsiz olmasına baxmayaraq, həmişə özünü ucaltmağa çalışar. Necə cəsur, fədakar olduğunu söyləyər. Möminləri də o zəif ağlı ilə həmişə pisləyər. Bunun səbəbi, özünün ləyaqətsizliyini bilməsi və möminləri günahlandıraraq vəziyyəti yüngülləşdirməyə çalışmasıdır. Sitatlar
Münafiq o axmaq ağlı ilə Peyğəmbərdən daha yaxşı düşündüyünü iddia edər. Hətta elə ruh xəstəsidir ki, özünü haşa Allahdan belə üstün görər. Allaha dinini öyrətməyə cəhd edəcək qədər ağılsızdır. Sitatlar
Münafiq Peyğəmbərin yanından ayrılarkən haşa Peyğəmbərin fitnəsindən uzaqlaşdığını söyləyər. Peyğəmbərin yanından ayrılarkən cəhənnəmin dibinə gedir, lakin dərk etmir. (Tövbə surəsi, 49: Onların bir hissəsi: "Mənə icazə ver və məni fitnəyə salma" deyər. Xəbərin olsun, onlar fitnənin (düz) içinə düşüblər. Şübhəsiz ki, cəhənnəm, o inkar edənləri mütləq hər tərəfdən əhatə edəcək.) Sitatlar
Qadınların üzərində o qədər güclü təzyiq vardır ki, tək çıxış yolları baxımsız olmaq, özünə diqqət yetirmədən yaşamaq olur. Baxımlı, cazibədar, özlərinə diqqət yetirdikləri zaman çox sayda insan onları günahkar kimi görür. Qadının gözəlliyini əlindən almağa qəti qərar veriblər. Qadınları əzən bu zehniyyəti elmlə, irfanla tamamilə yox edəcəyik inşaAllah. Sitatlar
Münafiqlər cəhənnəmin ən dibindədir. Münafiqlər o qədər alçaq və xaindir ki, Allah cəhənnəm əhlini belə münafiqlərlə axirətdə danışmasına icazə vermir. Münafiqlər cəhənnəm quyusunun ən dibində sonsuza qədər qalacaqlar. Sitatlar
Münafiq o qədər axmaqdır ki, haşa Allahı aldadacağını zənn edər. Quran ayələrindən öz pis nəfsi üçün istifadə etməyə cəhd edər. Sitatlar
Münafiq Allaha, Peyğəmbərə və İslama qarşı mənfi rəftar göstərər, lakin özünü dindar kimi göstərməyə çalışar ki, o iyrənc nəfsini qoruya bilsin. Sitatlar
Cənab Allah Axırzamanı çətinliklə dolu yaratmış ki, savabı çox olsun. Bəla, müdaxilə nə qədər çox olsa savab, vəlilik o qədər yüksələr. Cənnət o qədər genişlənər. Sitatlar
Təhqirdə mütləq məhkəməyə verib hüquqi qarşılığını vermək lazımdır ki, etdiyinin səhv olduğunu görsün. Nəzakətli danışmağın lazımlılığını daha yaxşı anlayar o zaman. Sitatlar
Hədisi  o halda qəbul edərik ki, Qurana uyğun olsun. Uyğun deyilsə qəbul etmərik. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur