logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 22 fevral 2018

avatar

Adnan Oktar

Münafiqlər, möminlərin azadlığına qarşı olduqlarını və azadlığı məhdudlaşdıracağını iddia edərək hücum edirlər. "Biz mütəəsib və daha təqvalıyıq" deyə ortaya çıxarlar amma əslində çox əxlaqsızdırlar. Fitnə çıxara bilmək, özlərini dindar, dürüst, təqvalı göstərmələri üçün inadla azadlıq əleyhinə olduqlarını vurğulayırlar.
A9 TV; 22 fevral 2018
1227
avatar

Adnan Oktar

Hörmətli Dövlət Bahçeli çox qiymətli, ağıllı, çox yüksək dövlət tərbiyəsinə sahib mükəmməl insan. Rəhmətlik Türkeşin əxlaqını, şəxsiyyətini olduğu kimi almış.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Ərbakan hocamızı rəhmət, sevgi və hörmətlə xatırlayırıq. Çox qiymətli dava adamı, çox səmimi mömin idi. Ərbakan hocamız sanki bir mürşid kimi bir-birindən dəyərli insanlar yetişdirdi. Dindarlara, məzlumlara həmişə sahib çıxdı. Həmişə çox vicdanlı, əzmli və qərarlı idi. Müsəlmanların qüruru oldu. Allah qəni-qəni rəhmət etsin, cənnət əhli etsin, bizləri cənnət qardaşı etsin.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Münafiq yaşlı hinduşka kimidir, həmişə xəstəhaldır. Mömin isə həmişə dinc və sağlamdır. Münafiq çox narahat yaşayar. Münafiqin varlığı müsəlmanı dincləşdirər və əyləndirər.
A9 TV; 1 mart 2018
avatar

Adnan Oktar

Mehdi sözü möminlərin qəlbində fərahlıq yaradar. Küfr və münafiqlər isə Mehdi sözünün duyulmasından da, Mehdiyyətin izah edilməsindən də xoşlanmazlar.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Bütün dünya üçün ən böyük fəlakət sevgisizlik olur. Bütün insanların Allahdan sevgini istəməsi və dünyada sevginin dirildilməsi lazımdır. Kin, nifrət və hirsin yayılmasına icazə verməyək.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Səmimi danışıq hər insana nəsib olan şey deyil. Səmimi danışan insana çətin rast gəlinər. Səmimi söhbət qarşıdakı insanda çox gözəl təsir edir. Səmimi səs tonunun təsir gücü möhtəşəmdir. İnsanların çoxu utandığı üçün ya da qarşısındakına tam etibar etmədiyi üçün candan danışmaq yerinə səmimi olmayan səslə səmimi olmayan söhbət edər. Bir insan səmimi isə danışığı ilə, səs tonuyla və baxışlarıyla sevdiyini alıb tam fərqli aləmə apara bilər.
A9 TV; 25 fevral 2018
avatar

Adnan Oktar

Keyfiyyətli və estetik olmayan bir şeyə imkan verməyən sistem yaradılmalıdır. Keyfiyyət, İncəsənət və Estetika Nazirliyi mümkün qədər tez qurularsa çox faydalı olardı. Keyfiyyətsiz, sənət dəyəri olmayan, tarixi izləri pozan heç bir şeyə icazə verilməməsi lazımdır. Belə bir nəzarət etmə olarsa keyfiyyətsizliyə maneə törədilməsi baxımından çox yaxşı olar.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Səmimiyyətsizlik dəhşətlidir, çünki səmimiyyətsiz insanın Allah ilə bağı qopar. İnsan Allah ilə əlaqəsini qopardığında eqoistləşməyə və vəhşiləşməyə başlayar. Allah ilə bağı qopan tarazlığını itirər, qəribə məxluqa çevrilər. Kişi olsun qadın olsun mütləq səmimiyyət əsas şərtdir.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Ağılın mənşəyi, hər cür çətinliyə qarşı sevgidən yana olmaqdır. Ən kiçik mənfəətinə zidd olduqda vəhşiləşən insan, sevgini davam etdirə bilməz. Sevgi az insana verilən, əmək tələb edən nemətdir.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Allah qorxusu, Allahın sevgisini itirmək narahatlığıdır. Bu, sevginin və ağılın təməli olan qorxudur. Allah qorxusuyla sevgi çoxalır. Mömin Allahdan gələn hər şeyə həmişə razıdır və zövqlə qarşılayar. Möminin duyduğu qorxu əzab qorxusu deyil, bu qədər çox sevən və nemət verən Allahın sevgisini itirmə ehtimalıdır.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Tayyib hocam aslan kimi maşaAllah, əsl Anadolu dəliqanlısı. Allah uzun və xeyirli ömür nəsib etsin ona. 2019, 2029, 2039-da da Tayyib hocam həmişə ölkənin başında olacaq evelAllah. Gözəl əxlaqı, dürüstlüyü və səmimiyyəti ilə millətimizin gözlərinin qarşısında olan insan. Tayyib hocam, Ərbakan hocamızın yanında yetişdi. Onun kimi imanlı və vicdanlı dava adamıdır. Tayyib hocam qışqır-bağırdan təsirə düşməz, yalnız vicdanını dinləyər.
A9 TV; 26 fevral 2018
avatar

Adnan Oktar

Mömin vicdanı ilə yaşayar. Vicdanıyla yaşamayan insan cəsəddir. O insanın baxışlarında məna meydana gəlməsi qeyri-mümkündür. İnsanı ən çox narahat edən, insanları bir-birindən soyudan nankorluqdur. Mömin həmişə vicdanlı davranıb nankorluqdan və eqoizmdən var gücü ilə uzaqlaşar.
A9 TV; 26 fevral 2018
avatar

Adnan Oktar

Münafiqlərdən yalnız insi şeytanlar təsirə düşər. Onlar münafiqlərlə yoldaş olar. Münafiqlər dindar kimi, dürüst insan kimi görünməyə çalışırlar. Onların maskası vardır. Şeytan müsəlman maskası taxaraq gəlir. Qurandan bəhs edərlər, Allahı xatırlayar, müsəlman kimi danışarlar. Özləri kimi olan insi şeytanlar da onlara aldanır və yanlarına gedər.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Afrin hərəkatı haqqında çıxarılan yalan xəbərlərə kimsə etibar etməsin. Türkiyə mülki şəxslərin qorunması mövzusunda çox həssas olduğu üçün son dərəcə diqqətli və təmkinli irəliləyir. Türk Ordusu mərhəmətli və vicdanlıdır. Əsgər şəhid sayını çox göstərmək istəyənlər də bəzi provokatorlar olur. Bu dövrdə ediləcək ən doğru şey milli liderin ətrafında birləşməkdir. Millət olaraq Tayyib hocamın və Ordumuzun yanındayıq evelAllah. Vətən torpağını dəccala təslim etmərik. İngilis dərin dövləti və yanındakılar bunu yaxşıca anlasınlar.
A9 TV; 25 fevral 2018
avatar

Adnan Oktar

"Tamam Allah var, mən də burada öz işimi edirəm" olmaz. Hər şeyi Allah ilə birlikdə edəcəksən. Əks halda boğularsan. Özünə zəhərli ləyən hazırlamış onun içində yuyunmağa çalışırsan kimi olarsan. "Allah ilə əlaqədəyəm amma öz gücümə güvənirəm, mənim ağlım var" demək olmaz. Özünün bir şey edəcəyinə inanmaq şirkdir. "Bir Allah var, bir də mənim ağlım var" demək olmaz. İnsan yaxşıca diqqətini açacaq, bir dəfə yığcam dəqiq qərar verəcək, hər şeyi Allah ilə həll edəcək. Allah buraxılmaz, Allahdan şübhə edilməz, Allah unudulmaz. Allahı unutmaqdan və Allaha güvənməməkdən qurtulmazsan əgər faciənin içinə düşərsən.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Qazilərimizin hər yerdə bağıra basılması əhəmiyyətlidir. Onlar mübarək insanlar, böyük insanlar. Mağazaya girib bir şey alanda, "qazim bərəkətinlə gəldin, pul nədir" deyiləcək. Restorana gedəndə, hər kəs hörmət edəcək. Qazilərimizin də, şəhid ailələrimizin də medalları olsun, biz onları görən kimi tanıyaq və coşğuyla hörmətimizi göstərək.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Məktəblərin uşaqlar üçün cənnət bağçası kimi olması lazım. Uşaqların məktəbə getdiyi üçün deyil, gedə bilmədiyi üçün ağlayacağı mühit olmalıdır. Çox gözəl və rahat oturacaqlar, ev kimi mühit, mərhəmətli müəllimlər, mərhəmətli təmizlik işçiləri, hər yer çiçək kimi olmalı.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Qurana görə səbir etmək istiqrardır. Gözəl əxlaqda istiqrarlı olmaqdır səbir. Yaxşı niyyətli olmaq, dürüst danışmaq, səmimi olmaq mövzusunda enişli-yoxuşlu olmamaq, əlavə etmək amma azaltmamaqdır.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Heyvanlar həmişə dürüstdür. Həmişə yaxşı niyyətli, həmişə günahsız. Heyvanlar dürüst yoldaşdır. Onların şirinlilikləri xüsusi olaraq yaradılmışdır. Sevmək üçün mükəmməl varlıqlardır. İnsanların çoxu heyvanların gözəlliyini fərq edə bilmir, bu çox dəhşətli vəziyyətdir.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Allahın böyüklüyünü xatırlamaq, insan ruhunda böyük müsbət təsir edər. Təvəkkül bunun üzərinə inşa olur. Otağındaki tək bir əşyadaki atomları düşün, milyonlarla atomun nə zaman haradan keçəcəyi, hansı orbitdə gedəcəyini bilən Allah var. Bütün atomlardakı nizamı var edən və bilən Ağla güvənməmək çox böyük vicdansızlıq və ağılsızlıq olar.
A9 TV; 25 fevral 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıl olmadan sırf ağıllı olmaq faciəyə səbəb olar. Münafiqlər çox zəkalı amma çox axmaqdırlar. Şeytani zəkaları vardır, ancaq ultra axmaqdırlar. Sitatlar
Ağlı yalnız səmimiyyət inkişaf etdirər. Şeytan çox bilgilidir amma ağılsızdır. Ağıl, Allaha bağlıdır. Səmimi olanda ağıl həmişə mükəmməl olar. Ağıl, Allahdan davamlı axan sistemdir. Səmimi olanda bu axış heç vaxt kəsilməz. Sitatlar
Allah, siz yaxşı olsanız pislər sizə zərər verə bilməz deyə bildirir. Biz Allaha xidmət edib qərarlı olaraq Allahı sevəcəyik və Allaha təslim olacağıq. Allahın bizdən istədiyi bu. Sitatlar
Bütün dünya üçün ən böyük fəlakət sevgisizlik olur. Bütün insanların Allahdan sevgini istəməsi və dünyada sevginin dirildilməsi lazımdır. Kin, nifrət və hirsin yayılmasına icazə verməyək. Sitatlar
Dünyada ən asan olan şey səmimi olmaqdır. Amma insanların çox böyük hissəsi tərsini seçirlər. İnadla səmimiyyətsiz davranırlar. Nə danışıqları, nə baxışları, nə də hərəkətləri səmimi deyil. Halbuki səmimiyyətsizlik müsəlmanı çox narahat edir. Sitatlar
Düşüncə tənbəli olan insan ağıllı ola bilməz, dərin düşünə bilməz, belə olduqda da nəşəsi, sevinci gedər, mühakimə qabiliyyəti pozular. Allah ilə həmişə kəskin yaxınlıq və sevgi bağını mühafizə etmək və Allaha həmişə güvənmək, ağılda istiqaməti tam doğru tutdurmağa imkan verir. İnsan o zaman düz, sağlam yolda gedər. Amma bu yolda gedərkən təbii ki, imtahan olacaq. İnsanlar Allahı sevəndə və güvənəndə heç bir çətinliklə qarşılaşmayacaqlarını düşünürlər. Bu doğru olmaz. Allahı sevmək demək çətinliyin aradan qalxması demək deyil. Ən çətin mühitlərdə Peyğəmbərlər olur. Məsələn, Hz. Həmzəni Allah çox sevir amma şəhid olaraq alır, Hz. Əlini də Allah çox sevir amma onu da şəhid olaraq alır. Möminin qarşısına mütləq çətinliklər çıxacaq, imtahanın şərti budur. Sitatlar
Ələvi demək Allahı sevən, Hz. Əliyə aşiq olan deməkdir. Heyvanlara, bitkilərə, insanlara, hər şeyə ürəyində eşq duyan, mövhumatçılıqdan xoşlanmayan, Quran müsəlmanlığını sevən insanlar deməkdir. Ələvilərin varlığı Türkiyə üçün böyük nemətdir. Allah onları cənnətdə də, dünyada da əziz etsin. Ələvi qardaşlarımızı çox sevirik. Sitatlar
Fincanın, stəkanın, qələmin, burnun, gözün, kompüterin məqsədi var amma kainatın, insanların heç bir məqsədi yoxdur deyirsən. Sıfır ağıla sahib varlıq belə bu cür məntiqsiz şey söyləməz. Bu, Allaha çox ağır böhtandır. Hər şeyin məqsədi olduğu kimi insanın da varlığının məqsədi vardır. Məqsəd olduğuna görə din vardır və doğrudur. Bəzi insanlar Allahın (haşa) məhdud gücü olduğunu sanırlar. Kürsüsündə oturub və insanlarla maraqlanır zənn edirlər amma sonsuz güc bir iltifat deyil, Allahın ağlının və gücünün sonu yoxdur. Sitatlar
Haqq dinlər azadlıq gətirər, münafiqlər dinin gətirdiyi azadlığı qısqanar və bu azadlığı tənqid edərlər. Dinə qarşı olanlarla münafiqlər birləşərək dinin azadlığının yaşanmasını qarşısını almaq üçün məşğul olarlar. Peyğəmbərlərin gətirdiyi dini haşa bəyənməz. Mühafizəkar kimi ortaya çıxıb özlərini peyğəmbərlərdən üstün görürlər. Hətta özlərinin haşa Allahdan daha əxlaqlı olduğunu iddia edirlər. Peyğəmbərlərin azad olmasını, gözəlliyi sevməsini, zənginlik və bolluq içində yaşamasını, həyat dolu olmasını çox qısqanarlar. Qısqanclıqlarını ört-basdır etmək üçün də özlərinin daha mühafizəkar olduqlarını Peyğəmbərlərin isə dindən uzaqlaşdığını iddia edərlər. Halbuki münafiqlər super əxlaqsızdırlar. Kinli, keyfiyyətsiz, təcavüzkar ruhludurlar. Hər dövrün münafiqləri bu ortaq xarakterə malikdir. Sitatlar
Heyvanlar həmişə dürüstdür. Həmişə yaxşı niyyətli, həmişə günahsız. Heyvanlar dürüst yoldaşdır. Onların şirinlilikləri xüsusi olaraq yaradılmışdır. Sevmək üçün mükəmməl varlıqlardır. İnsanların çoxu heyvanların gözəlliyini fərq edə bilmir, bu çox dəhşətli vəziyyətdir. Sitatlar
İgidlərimizin şəhadəti millətimiz üçün qürur vəsiləsidir. Nə gözəl onlar cənnətə qovuşmuş, Peyğəmbərimiz (s.ə.v)-ə və şəhidlərə qovuşmuşlar. Biz hələ burada gözləyirik, bizi də çağırsınlar gələk inşaAllah. Allah ailələrinə səbri-cəmil nəsib etsin, xeyirlə və gözəlliklə əhatə etsin. Sitatlar
Münafiqlərdən yalnız insi şeytanlar təsirə düşər. Onlar münafiqlərlə yoldaş olar. Münafiqlər dindar kimi, dürüst insan kimi görünməyə çalışırlar. Onların maskası vardır. Şeytan müsəlman maskası taxaraq gəlir. Qurandan bəhs edərlər, Allahı xatırlayar, müsəlman kimi danışarlar. Özləri kimi olan insi şeytanlar da onlara aldanır və yanlarına gedər. Sitatlar
Qazilərimizin hər yerdə bağıra basılması əhəmiyyətlidir. Onlar mübarək insanlar, böyük insanlar. Mağazaya girib bir şey alanda, "qazim bərəkətinlə gəldin, pul nədir" deyiləcək. Restorana gedəndə, hər kəs hörmət edəcək. Qazilərimizin də, şəhid ailələrimizin də medalları olsun, biz onları görən kimi tanıyaq və coşğuyla hörmətimizi göstərək. Sitatlar
Qurana görə səbir etmək istiqrardır. Gözəl əxlaqda istiqrarlı olmaqdır səbir. Yaxşı niyyətli olmaq, dürüst danışmaq, səmimi olmaq mövzusunda enişli-yoxuşlu olmamaq, əlavə etmək amma azaltmamaqdır. Sitatlar
Şəhid dəfnlərində hüznlü musiqi istəmirik. Biz millət olaraq şəhidlərimizlə qürur duyuruq, şəhidlərimizin ləyaqətlə, sevinclə yola salırıq. "Qəlbimizdən vurulduq", "evlərə atəş düşdü" kimi üslubları müsəlman millətimizə yaraşmaz. Millətimizin inancına tərs olan bu üslubun bütün mətbuatdan və bütün yazılardan silinməsini istəyirik. İgidlərimiz "biz toya gedirik" deyirlər. Onların bu igidliyinə qarşılıq, şəhid olduqlarında hüznlü musiqiləri çalmaq, hüznlü danışmaq şəhidlərimizi incidər. Sitatlar
Bəzilərinin narahatlığı əslində dekolte deyil. Əsas narahatlıqları İngiltərə dərin dövlətini ifşa etməyimizdir. Darvinizmin əsassızlığından bəhs edirik narahat olurlar. Biz darvinist, materialist ideologiyalara qarşı olduğumuz müddətcə, PKK-ya qarşı olduğumuz müddətcə, homoseksuallığa qarşı olduğumuz müddətcə, İngiltərə dərin dövlətinə qarşı olduğumuz müddətcə, AKP-ni müdafiə etməyə davam etdiyimiz müddətcə, MHP-yə dəstək olmağa davam etdiyimiz müddətcə mütləq bizdən narahat olacaqlar. Biz bu düzgün rəftarımızdan imtina etmərik. İngiltərə dərin dövlətinin oyunlarını hər dəfə qanunla, hüquqla, elmlə, irfanla pozarıq. Sitatlar
Bir mövzuda hökm verərkən ədalətli olmaq üçün heç kimin təsiri altında qalmamaq lazımdır. Ədalət ağıl işidir. Ən ağıllı, ən səmimi, ən doğru nədirsə ədalət onu tapar. Türkiyədə 28 fevral düşüncəsində olan bəzi kəslər ədaləti öz kin və qəzəblərini göstərmək üçün silah kimi istifadə etmək istəyirlər. Ədalət belə çirkin yollara girməz, ədalət dürüst və ağıllıdır, İslam nuruyla nurlanmışdır. Sitatlar
Münafiqlər özlərini İslamın tərəfdarı kimi göstərməyə çalışdıqları üçün həmişə and içərək danışarlar. Münafiq özünün dürüst olduğu təəssüratını verməyə çalışar. Ağlı zəif olanlar bəzən buna aldana bilərlər. Halbuki münafiqlərin başı bomboşdur. Allah onları boş kötüyə bənzətmişdir. Sitatlar
2023-ci ildə Allahın izni ilə, Türkiyə və İslam aləmi çox aydınlıq dövrə girmiş olacaq. Sitatlar
Afrin hərəkatı haqqında çıxarılan yalan xəbərlərə kimsə etibar etməsin. Türkiyə mülki şəxslərin qorunması mövzusunda çox həssas olduğu üçün son dərəcə diqqətli və təmkinli irəliləyir. Türk Ordusu mərhəmətli və vicdanlıdır. Əsgər şəhid sayını çox göstərmək istəyənlər də bəzi provokatorlar olur. Bu dövrdə ediləcək ən doğru şey milli liderin ətrafında birləşməkdir. Millət olaraq Tayyib hocamın və Ordumuzun yanındayıq evelAllah. Vətən torpağını dəccala təslim etmərik. İngilis dərin dövləti və yanındakılar bunu yaxşıca anlasınlar. Sitatlar
Afrində gecəli gündüzlü dinamikdən antikommunist təbliğatlar aparılsın. Küçə-küçə kommunizmin keçərsizliyi, necə təzyiq və qorxu rejimi olduğu anladılsın. Dinə, ailəyə, əxlaqa qarşı quruluş olduğu anladılsın. Türkiyənin hədəfinin yalnız kommunist PKK olduğunu, o vətənin orada yaşayan xalqa aid olduğunu, lakin kommunist işğal istəmədiyimizi, vətənlərində xoşbəxt və dinc yaşamalarını istədiyimizi, Türkiyənin demokratik ölkə olduğunu dinamikdən həmişə bütün küçələrdə izah edək. Vətəndaş xalqın bölgədən çıxa bilməsi üçün humanitar dəhlizlər da meydana gətirək. Türkiyənin oraya daxil olma məqsədi PKK-nın təslim olmasıdır. Silahlarını buraxıb təslim olsalar gəlib Türk dövlətinə təslim olsunlar. Amma əlində silah olana vətəndaş rəftarı edilməsi mümkün olmaz. Hal-hazırda PKK ilə mübarizə boyunca vətəndaş xalq bölgədən çıxsın, PKK təmizləndikdən sonra xalq yenidən evlərinə qayıdar. Biz sərhəddə terrorçuları istəmirik. PKK, YPG, İŞİD, Əl-Qaidə, heç bir terror təşkilatını istəmirik. Biz Kürdləri canımız kimi sevirik, birlikdə çox gözəl hüzur, sevinc, sevgi içində yaşayacağıq. Lakin kommunist ideologiyasını, kommunist terrorizmini istəmirik. Afrində kürdlərin, ərəblərin və türklərin öz torpaqlarında sülh içində yaşamalarını istəyirik. Sitatlar
Afrində şəhid olan 8 igidimizin şəhadətləri mübarək olsun. Allah ailələrinə xeyirli, uzun ömür nəsib etsin. Nə xoşbəxt onlara. Allah ən gözəl məqamı qədərlərində təqdir etmiş. Qazilərimizə tez şəfalar arzu edirik. Sitatlar
Ağılın mənşəyi, hər cür çətinliyə qarşı sevgidən yana olmaqdır. Ən kiçik mənfəətinə zidd olduqda vəhşiləşən insan, sevgini davam etdirə bilməz. Sevgi az insana verilən, əmək tələb edən nemətdir. Sitatlar
Ağıllı qadın təbii olaraq çəkicidir. Ağıllı qadının baxışları da, səsi də çox təsir edicidir. Qurduğu hər cümlə o qadına cazibə qazandırar. Ağıl, qadını çox böyük gücə çevirər. Amma qadınların çoxu duyğusallıq, qorxu, narahatçılıq, lazımsız vəsvəsələrlə ağıllarını təzyiq altına alırlar. Bu da fitrətlərinin gözəlliyini lazımi kimi yaşamalarına mane olur. Sitatlar
Ağlı, sevgini, nəzakəti, gözəlliyi, keyfiyyəti ön plana alan həqiqi Quran müsəlmanlığını, ən çox əleyhinə olan insanlar belə şüur altında qəbul etmiş vəziyyətdədirlər. Bizim bəhs etdiyimiz həqiqi İslam xaricində yaşana bilər başqa model olmadığını bütün insanlar dərk edir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur