logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 16 dekabr 2017

avatar

Adnan Oktar

Münafiqlər və qəlbində xəstəlik olanlar, möminlərin dinlərindən ötrü nemət itkisinə məruz qaldıqlarını iddia edərlər. Halbuki din insana həyatın bütün xoşbəxtliklərini gətirər. Lakin münafiq axmaq beyinlə dəyərləndirdiyi üçün bunu anlamaz. Mömin ağıllı və təvəkküllüdür. Qəlbində xəstəlik olan isə təvəkkülü ağıl olaraq görməz, həyatın reallıqlarına görə hərəkət etmək istəyər. Qoxumuş, saxtakar beyni ilə hadisələri ağıllı dəyərləndirdiyini düşünər. Gələcəyi qara-qara düşünər, necə tədbir alacağam deyər, bu axmaqlığı da ağıl zənn edər. Mömin isə Allah məni bu günə qədər necə gözəl yaşatdısa, bundan sonra da çox gözəl yaşadacaq deyər, təvəkkül edər.
A9 TV; 16 dekabr 2017
2441
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Afrin şəhidimizin şəhadəti mübarək olsun. Allah onu və ailəsini nə gözəl şərəflə şərəfləndirib. Nə xoşbəxt ona, nə xoşbəxt ailəsinə. Şəhadəti mübarək olsun. Bu böyük zəfərlərin ilk şəhididir. Allah digər aslanlarımızı qorusun, ordumuzu müzəffər etsin. Biz hər ölkənin ərazi bütövlüyünə hörmət göstəririk. Terror təşkilatı olan PKK ilə mübarizə var. Tayyib hocamın qətiyyətini və əzmini təqdir edirik. Qəlbi çox rahat olsun, millət olaraq onun yanındayıq. Sitatlar
Ağıllı olan qadın mütləq gözəl və cazibədardır. Ağıllı olub da gözəl olmayan qadın yoxdur. Sitatlar
Ağıllı olan, səmimi olan hər qadın gözəldir. Sitatlar
Allah adından yalan uyduranlar, dini yaşanmayacaq hala gətirirlər, üstəlik, çoxu buna özləri də tabe olmur, tabe olanlar da əzab içində yaşayırlar. Sitatlar
Allah bütün İslam aləminin başına bəla olan, münafiqlərin ciyərlərinə od salsın, beyinlərin məhv etsin, heç vaxt sağalmayan xəstəliklərlə pərişan etsin, möminləri də qalib etsin, müzəffər etsin. Sitatlar
Allah gözəl günləri yaxınlaşdırsın, dünyaya sülh hakim olsun. Allah sevgisindən hər yerdə bəhs edilsin. Allah bizi o mübarək günlərə qovuşdursun. Sitatlar
Allah insanı acizlik içində yaratmışdır. İmtahanın tələbi olaraq həyat asanlıqla Özünə çatılacağı kimi olmaz. Necə ki, maneəli qaçış yarışında cürbəcür maneələr vardırsa, insanın Allaha çatmasında da bənzər çətinliklər var. Dünyadakı bu yarışın çətin olması şərtdir. Asan olduqda dünyada təhsil almağımıza ehtiyac yoxdur. Çətin olması üçün də zehin dağınıqlığı, bədən yorğunluğu, insanların tərs danışıqları lazımdır, küfr əhlinin, münafiqlərin hücumu lazımdır, zəif insanların ümidsiz danışıqları lazımdır. Həmçinin Allah başqa pərdələr də yaradar. Məsələn, Axırzamana xüsusi olaraq dinsiz fəlsəfə minlərlə qoldan möminə hücum edir. Cürbəcür dinsizlik və dini pozacaq dini dəyişdirmə cərəyanları var. Mömin məhz bütün bunların arasından keçərək Allaha yaxınlaşır. Sitatlar
Allah Kitab əhli ilə ən gözəl olan üslubla danışın deyir. Müsəlmanın xristianlara və musəvilərə dəvəti tək olan Allaha iman gətirməkdir. Onlara qarşı şəfqətli və anlayışlı olmaqla məsuldur. Kitab əhlindən olan qadınlarla evlənmək müsəlmana halaldır. Bu da müsəlmanlarla Kitab əhlinin yoldaş, dost ola biləcəyini göstərər. Sitatlar
Allah qorxusunun yaranması üçün insanın əvvəlcə Allahın sənətini anlaması lazımdır. Aya, ulduza, kainata, böcəklərə, çiçəklərə baxıb düşünmək lazımdır. Lakin insanların çoxu bunlarla bağlı məlumat alma imkanına sahib deyil. Buna görə də, Allahı sevənlərin bu məlumatları insanlara hazır təqdim etməsi əhəmiyyətlidir. Mən bunun üçün kitablarımda insanlara bu məlumatları çatdırıram və insanlar dəstə-dəstə Allaha üz tutur, əlhamdulillah. Sitatlar
Allah Quranda münafiqlərin müsəlmanları həmişə təqib etdiklərini bildirir. Müsəlmanları təqib edərkən həmişə dini dinlədikləri üçün əzabları daha da ağırlaşır. Münafiqin edəcəyi hər həmlə taledə bəllidir. Nə irəli, nə geri gedə bilər. Allahın təqdir etdiyi qədər fəaliyyət göstərə bilər. Onun hər fəaliyyəti onu bəlaya sürükləyən hərəkətdir. Sitatlar
Allahın hər yeri əhatə etdiyini görən insanın ruh halına təvazökarlıq deyilər. Böyük olan təkcə Allahdır. Mömin; böyüyəm, lakin özümü bir qədər daha kiçildim deyə heç vaxt düşünməz. Sitatlar
Allahın insana göstərdiyi işarələr əhəmiyyətlidir. Ağıllı möminin bu işarələri çox diqqətlə dəyərləndirməsi lazımdır. Sitatlar
Altıncı hiss vicdandır. "İçimdən bu iş doğru deyilmiş kimi gəlir" deyir, məhz o Allahın qəlbinə ilhamıdır. Bu ilhamın səsi yoxdur. Yazılı da deyil. Lakin hər insan bir şeyin pis, yoxsa yaxşı olduğunu anlayar. Sitatlar
Anlayışsızlıq və sevgisizliyi Dəccal təşviq edir. Mərhəmətsiz, sevgisiz, nifrət dolu üslub ucbatından incəsənət xadimləri, idmançılar bezir, insanların çoxu ölkə xaricinə getməyə üstünlük verir. İnsanların yaratma gücü qalmır. Sevgisizlik insanı taqətdən salar, qüvvəsini yox edər. Bütün insanlara sevgi ilə, şəfqətlə yanaşmaq lazımdır. Heç kim heç kəsə düşmən olmasın. İnsandan, partiyasına, ideyasına görə nifrət etmək müəyyən mənada ruhi xəstəlikdir. Bu nifrət çox mənasız və dəhşətlidir. Bu xəstəliyi əlbir olub aradan qaldıraq. Sitatlar
Ateizmin qar uçqunu kimi sürətlə yayılmasının səbəblərindən biri ənənəçi ortodoks İslam anlayışı idi. İnsanlara; “baxın bu dində rəsm yoxdur, musiqi yoxdur, elm yoxdur, heykəl yoxdur, gözəl evdə yaşamaq yoxdur, təmizlik yoxdur. Üstəlik hər nöqtəsində zorakılıq var. Saqqalını kəsəni, namaz qılmayanı, içki içəni öldürürlər. Bu dini qəbul edərsinizmi?” deyirdilər və insanlar İslamdan qaçırdılar. Biz İslamın belə olmadığını, Quran müsəlmanlığının olduqca sərbəst, keyfiyyətli və gözəl olduğunu həyatımızla ortaya qoyduq. Sitatlar
Ayələrdə Allah və Elçisi birlikdə keçər. Qurana görə Peyğəmbərə xəyanət, Allaha xəyanətdir. Münafiqlərin əsas dərdi Allahdır. Allaha kinlidirlər. Lakin bunu açıqca söyləyə bilməzlər. Peyğəmbər vasitəsilə Allahı tənqid edərlər. Münafiq Allaha kinli olduğu üçün Peyğəmbərə və möminlərə hücum edər, lakin bunu edərkən Allahın adından istifadə edər və Allaha olan qəzəbini gizlətməyə çalışar. Açıqca Allahı tənqid etdiyini söyləsə xalq bunların alçaq olduğunu görəcəyi üçün bu çirkin üsulu tətbiq edər. Ayələrdə bu fitnəni aradan qaldırmaq üçün "Allaha və elçisinə" deyə bildirilər və Peyğəmbərə üsyan edənin Allaha üsyan etdiyi xəbər verilər. (Nisa surəsi, 14: Kim Allaha və elçisinə üsyan etsə və onun sərhədlərini aşsa, onu da içində əbədi qalacağı oda salar. Onun üçün alçaldıcı əzab vardır.) Sitatlar
Dəccal İslamı dəhşət, vəhşət, qan dini kimi göstərmək istəyir. Bunu göstərmək üçün istifadə edəcəyi ağılsız insanlar da tapır. Dəccaliyyətin bu oyununa elmlə, irfanla imkan verməyəcəyik. İslamın ziyalılıq, gözəllik, nəşə, sevinc, keyfiyyət, incəsənət olduğunu bütün dünyaya göstərəcəyik. Sitatlar
Din, müasirliyi, keyfiyyəti aradan qaldırar, dindarlar da cahil insandırlar deyə geniş yayılan yanlış qənaət var. Ənənəçi ortodoks sistemin ortaya qoyduğu modeldən ötrü dindarlıqla keyfiyyətsizliyin iç-içə olduğu düşünülür. Çünki bu sistemin hansı yerinə baxılsa təmizlikdən, incəsənətdən, gözəllikdən uzaqlıq var. İnsanlar da buna görə İslamdan uzaq dayanırlar. Bu şeytanın çirkli oyunu, çirkli müvəffəqiyyətidir. Bu oyunu da dəccaliyyət dəstəkləyir. İngiltərə dərin dövləti ənənəçi ortodoks İslamı bütün gücü ilə qoruyur. Allahın icazəsi ilə biz bu düşüncəni yox edirik. İslam dini hər şeyin ən keyfiyyətli, ən gözəli deməkdir, hər şeyin ən gözəli birləşdikdə ona din deyilər. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur