logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 yanvar 2017

avatar

Adnan Oktar

Müsəlman ağıllı və mötədil olar. Küçənin yanlış fəlsəfələrinə tabe olmaz, insanların özünün gözəl əxlaqına tabe olmasını təmin edər.
A9 TV; 23 yanvar 2017
2525
avatar

Adnan Oktar

Allah yolunda səy göstərən bütün qardaşlarımızı Allah cənnətdə ən gözəl şəkildə mükafatlandırsın inşaAllah.
A9 TV; 23 yanvar 2017
avatar

Adnan Oktar

İngiltərə dərin dövlətinin sistemli şəkildə Trampa təzyiq göstərmək istəyəcəyi görülür. Bu vəziyyətdə Trampı tək qoymamaq lazımdır. Xüsusən Amerikada yaşayan müsəlmanların İngiltərə dərin dövlətinə qarşı Trampın yanında olmaları çox gözəl olar. Açıq dəstək versinlər.
A9 TV; 22 yanvar 2017
avatar

Adnan Oktar

Bütün güc-qüvvə Allahın əlindədir. Səmimi iman gətirənlərə qarşı dəccaliyyətin heç bir təsiri yoxdur, olmayacaq.
A9 TV; 22 yanvar 2017
avatar

Adnan Oktar

İngiltərə dərin dövlətinin təzyiqinə qarşı Trampı Türkiyə və Rusiya tək qoymasın. Yaxşı dəstəklənsə Tramp cəsur və doğru hərəkət edər.
A9 TV; 22 yanvar 2017
avatar

Adnan Oktar

Rəsulullah (s.ə.v)-in xəbər verdiyi böyük əlamətlər Mehdinin olduğu zamanla eyni vaxtda reallaşacaq. Bu da Mehdinin zühurunun mühüm dəlilidir.
A9 TV; 22 yanvar 2017
avatar

Adnan Oktar

Öz aləmlərində mehdiyyəti zərərsizləşdirmək üçün istifadə etdikləri səmimiyyətsiz üsullardan biri də “hz. Mehdinin gəlişinə daha 100-200 il var” deməkdir.
A9 TV; 22 yanvar 2017
avatar

Adnan Oktar

Tənzimat fərmanı Londonda, İslahat fərmanı isə İngiltərə səfirinin iştirakı ilə hazırlandı. Məqsəd Osmanlını İngiltərənin nəzarəti altına salmaq idi.
A9 TV; 22 yanvar 2017
avatar

Adnan Oktar

Dəccaldan, İsa Məsih və Mehdinin zühurundan bəhs edilməməsi də Mehdinin çıxış əlamətlərindən biridir. Peyğəmbərimiz bunu bildirmişdir.
A9 TV; 22 yanvar 2017
avatar

Adnan Oktar

Tramp şövqlə, əzmlə Amerikaya xidmət etmək istəyir, hələ bir addım belə atmadan mane olmağa çalışmaq yaraşmaz. Fürsət vermək vacibdir.
A9 TV; 22 yanvar 2017
avatar

Adnan Oktar

Üst ağıl Rusiya ola bilər deyənlər diqqəti İngiltərə dərin dövlətindən yayındırmağa çalışırlar. Rus bürokratiyasında da bu quruluş olduqca təsirlidir. Putin də İngiltərə dərin dövlətinin tərəfdarları tərəfindən mühasirəyə alındığından xəbərdardır və bu təhdidə qarşı güclü mübarizə aparır.
A9 TV; 22 yanvar 2017
avatar

Adnan Oktar

Suriya məsələsini tezliklə həll edək, Suriyanın bütövlüyünü təmin edək. Türkiyə bölgədə İraq və İsrail ilə olan əlaqəsini çox gücləndirsin.
A9 TV; 22 yanvar 2017
avatar

Adnan Oktar

Fizika, kimya, biologiya elmdir. Lakin təkamül kainatı tamamilə təsadüflərlə izah edən qədim şumer dinidir, bütpərəst inancdır. Təkamül təhsil müəssisələrində keçmiş bütpərəst inanclardan biri olaraq tədris edilə bilər, lakin elmi cavabının da verilməsi şərti ilə. Fosilləri, zülalın quruluşunu təhsil müəssisələrində mütləq öyrətmək lazımdır. Hər şeyə təsadüf deyən, elmi əsası olmayan xurafatın elm kimi zorla qəbul etdirilməyə çalışılmasını qəbul etmərik.
A9 TV; 22 yanvar 2017
avatar

Adnan Oktar

Trampın seçilməsinə etiraz edənlər Amerika xalqının seçiminə hörmət göstərməyi öyrənəcəklər. Bizim dediyimiz olmasa küçəyə çıxmaqla olmaz. “Xalqın nə dediyi əhəmiyyətli deyil, qiymətli və əsilzadə olan insan mənəm, mənim dediyim olsun” demək demokratiyaya uyğun deyil.
A9 TV; 22 yanvar 2017
avatar

Adnan Oktar

Amerika təşkilatlarını əslində idarə edən İngiltərə dərin dövlətidir. Amerika xalqı da İngiltərə dərin dövlətinin təzyiqi altında əzilir.
A9 TV; 21 yanvar 2017
avatar

Adnan Oktar

İffət və iman bir qadını ən çox gözəlləşdirən nemətlərdir. İmanın nuru bambaşqa təsiredicidir.
A9 TV; 21 yanvar 2017
avatar

Adnan Oktar

Allah Quranda bütün insanları Qalu-Bəlada yaratdığını bildirmişdir. İbtidai dövrlərdən gələn mərhələ-mərhələ yaranmış insan yoxdur.
A9 TV; 21 yanvar 2017
avatar

Adnan Oktar

Təkamülün iddiasına görə fosillərdə milyonlarla yarımçıq canlının forması olmalı idi. 700 milyon fosilin arasında bir dənə belə bu cür fosil yoxdur.
A9 TV; 21 yanvar 2017
avatar

Adnan Oktar

Mələklər və cinlər bir anda təkamülsüz yaradılmışdır. Axirətdə yaradılış təkamülsüz olacaq. Niyə dünyada insanlar təkamüllə yaradılmış olsun? İnsanların təkamüllə yaradıldığına dair nə elmi dəlil, nə də Quran ayəsi vardır. Quranda təkamül yoxdur. Allah, insanları ən gözəl surətdə “Ol” əmri ilə yaratdığını bildirmişdir.
A9 TV; 21 yanvar 2017
avatar

Adnan Oktar

Elmlə heç bir əlaqəsi olmayan, Şumer dövründən qalmış xurafat düşüncəsi olan təkamülü Quranla uyğunlaşdırmağa çalışmaq boş məşğuliyyətdir.
A9 TV; 21 yanvar 2017
avatar

Adnan Oktar

Təkamül nəzəriyyəsi elm deyil. Təkamül qədər məntiqsiz bütpərəst düşüncəni müdafiə edənlər gələcəkdə çox utanacaqlar. Tək bir hüceyrənin içi böyük şəhərdən daha mürəkkəbdir. Belə mürəkkəb quruluşu təsadüf yaratdı, demək xəcalət vericidir.
A9 TV; 21 yanvar 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Mənfəət görmədiyi zaman müsəlmanların əleyhinə rəftar edəcək kəslərə qarşı diqqətli olmaq lazımdır. Dostluq etibarlı, alicənab insanlarla edilər. Sitatlar
Müsəlman əxlaqi cəhətdən çökmüş, nifrətə qərq olmuş, korlanmış insanları xilas etməyi hədəfləyər. Onların qurtulması üçün səy göstərmək ibadətdir. Müsəlman birinci növbədə müsəlmana deyil, İslamı heç tanımayan, şeytanın təsirinə qapılmış insanlara təbliğ edər. Bizim əsil təbliğimiz bu kütləyədir. Sitatlar
Əyləncə, musiqi, rəqs bəzilərinə görə müsəlmanlara qadağan edilməli olan nemətlər kimi göstərildi. Bütün dünya nemətləri müsəlmanlarındır. Müsəlmanlara öz aləmlərində hər şeyin pisinə layiq gördülər, yeməklərin, paltarların ən pisi müsəlmanların olsun istədilər, bu oyunu puç etdik. "Müsəlman musiqi dinləməz, rəsm çəkməz, qəzet oxumaz", "müsəlman qadınlar dekolte geyinə bilməz, gülə bilməz" dedilər, bunu da dəyişdirdik. Sitatlar
Müsəlman haram olan mövzuları gündəmə gətirər, lakin kimin necə yaşadığına qarışa bilməz. İnsanların nə zaman əylənəcəyinə, hinduşkanı nə zaman yeyəcəyinə heç kim qarışa bilməz. Qurana görə heç kimin belə haqqı yoxdur. Sitatlar
Müsəlman münafiqlərin və küfr əhlinin içərisində şəxsiyyətini, inancını, qətiyyətliliyini qoruyaraq elmi mübarizəsinə davam edər. Sitatlar
Müsəlman münafiq və küfrlə qarşılaşdığı zaman təşvişə düşməz. Sakitcə, ağılla və səbirlə onları öyrədər, elmi yolla mübarizə aparar. Sitatlar
Müsəlman xristian, musəvi, vəhhabi, şiə, buddist, hər kəsin xilas olması üçün səy göstərər. Heç kimin həlak olmasını istəməz. Bu Qurana uymaz. Sitatlar
Müsəlman, münafiq əlamətlərindən bəhs edərkən əvvəlcə öz üzərində düşünər. Münafiqə isə ayələr təsir etməz, müsəlmana təsir edər. Sitatlar
Müsəlman həmişə dəlillə danışmalıdır. Tənqidi də, izahatı da dəlillə, Quran ilə, hədislə, elmlə olmalıdır. Sitatlar
Müsəlmana edilən tənqidin Quranla olması lazımdır. Öz məntiqinə görə deyil, “Qurana görə belədir” deyərək tənqid etmək əhəmiyyətlidir. Sitatlar
Müsəlmanlar bacı/qardaşdır və bir-birinin vəlisidir. Müsəlman başqa müsəlmana qüsur axtarmaq gözü ilə baxmaz. Sitatlar
İman gətirənlərə qarşı tarix boyu həmişə təzyiq və böhtan olmuşdur. Hər dövrdə böhtanla, düşmənçiliklə, nifrətlə qarşılaşmışlar. Sitatlar
Müsəlmanın Qurandan kənar dini olmaz. Müsəlmanın öz ağlına görə meyarları olmaz, Qurana görə əxlaqı və meyarları olar. Sitatlar
Müsəlman din faşisti də deyil, irq faşisti də deyil. Bütün din mənsublarını qardaş tutmaq, bütün irqləri dost tutmaq anlayışına sahibdir. Sitatlar
Rumilik İngiltərə dərin dövləti tərəfindən dəstəklənir. “Bizim yolumuzda müsəlmanlıq yoxdur” deyən bir fəlsəfəni müsəlman mənimsəyə bilməz. Sitatlar
Müsəlman mal, mülk və ya gələcəkdə bir mövqe əldə edə bilmək üçün deyil, Allahın rizasını qazanmaq üçün yaşayar və xidmət edər. Sitatlar
Hələbdə hər kəs ac olarkən, Rohincada müsəlmanlar yandırılarkən, İraq, Suriya qan gölü vəziyyətində olarkən müsəlmanın tənbəlliyə qapılması çox çirkin olar. Sitatlar
Balaca uşaqların şəhid edildiyi, məzlumların mərhəmətsizcə tapdalandığı bir dünyada müsəlman özünü prioritetli görə bilməz. Sitatlar
“Dəccal haradadır ki? İslam Birliyi olmaz ki, mehdiyyətə nə ehtiyac vardır ki” deyənlər məzlumların çəkdiklərinə laqeyd yanaşırlar. Müsəlmanlar bir mənəvi lider ətrafında birləşmədikcə, təkcə Qurana bağlanmadıqca bu əzablar bitməyəcək. İdlibdəki hər uşaqdan, Rohincalı hər qadından, Aralıq dənizində boğulan hər məzlumdan bütün müsəlmanlar məsuldur. Sitatlar
Heç bir müsəlman; “Mən nə edə bilərəm ki?” deməməlidir. Toplu duada böyük sirlər var. Allahdan İslam aləminin birliyini istəyək. Sitatlar
Tayyib hocam; “nə şiəyəm, nə də sünni, mən müsəlmanam” deyərək Qurana görə doğru olanı edir. Tam Quran müsəlmanlığı nümunəsi göstərir. Sitatlar
Hilal ilə xaç mübarizəsi var demək düzgün deyil. Dindar İsəvilər müsəlmanların müttəfiqidir. Sitatlar
Musiqinin, rəqsin, gözəlliyin müsəlmanların əlində olması bəzilərini çox qəzəbləndirir. Müsəlman deyildikdə baxımsız olması lazımdır deyə inanıblar. İncəsənət, gözəllik keyfiyyət, cazibədarlıq müsəlmanların əlində olduğu zaman İslamın çox rahat dünyaya hakim olacağını bildiklərindən əngəlləməyə çalışırlar. Sitatlar
Müsəlmanlar peyğəmbərlərə bənzəməklə mükəlləfdir. Möminin yaşadığı hadisənin peyğəmbərlərinkinə bənzəməsi peyğəmbərlik iddiası deyil. Sitatlar
Müsəlman hər gün bir gözəllik yaranması üçün zəhmət çəkər. Hər gün dünyanın yaxşılaşması üçün səy göstərər. Tərəvəz satana gedən müsəlman; "nə gözəl, Allah növbənöv nemətlər yaradıb" desə İslama böyük xidmət etmiş olar. Yoldan bir zibil götürmək, bir insana gözəl söz söyləmək, xəstəliyi ilə maraqlanmaq müsəlmanın olduğu hər yerdə İslamın lehinə hərəkətdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur