logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 31 oktyabr 2017

avatar

Adnan Oktar

Quranda təbəqə ayrı-seçkiliyi yoxdur. Fəhlə, kəndli, komandir, çəkməsilən, prezident, nazir, əsgər, məmur, hamısı birlikdə namaz qılarlar. Hər kəs hər kəsin hamisidir. Hər kəs mövqeyi nə olsa da, bir-birini qorumaqla məsuldur. Heç kimin heç kimə maddi üstünlüyü yoxdur. Üstünlük təkcə təqva, yəni Allaha yaxınlıq və gözəl əxlaqladır.
A9 TV; 31 oktyabr 2017
671
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Adam olmaq deyil, müsəlman olmaq əhəmiyyətlidir. Adamlıq dini deyə yaradılan sistemin özünəməxsus çirkin qaydaları var və təməlində özünü haşa Allahdan üstün görən və Allahı unudan zehniyyət var. Bir guşəyə çəkilib aparılan gizli söhbətlər, sözdə üstün gəlmə oyunları, lovğalıq, adamlıq dininin xüsusiyyətləridir. Müsəlmanda isə həyatının hər anında təvazökarlıq, dürüstlük və səmimiyyət hakimdir. Sitatlar
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın. Sitatlar
Allah Quranda münafiqlərdən yüzlərlə ayə ilə bəhs edir. Münafiqliyi gündəmdə saxlamaq, Quranın hökmüdür. Quran ayələri ilə münafiqlərin rəftarlarının, sözlərinin eynilə üst-üstə düşməsi Quranın möcüzəsidir. Münafiqlik mövzusundan, ayələrdəki hadisələrin eynisi reallaşdığı üçün bəhs edirik. Quranın möcüzəsinə şahid olduğumuz üçün bəhs edirik. Sitatlar
Allah Quranda münafiqlərin alçaldılmasını bildirmişdir. Ayəyə görə münafiqlərin alçaldılması möminlərə maddi və mənəvi şəfadır. Müsəlmanlar hər münafiq hücumunda daha sağlam, daha gümrah, daha güclü olarlar. Münafiqlər isə fiziki cəhətdən də, əqli cəhətdən də, maddi cəhətdən də çökərlər. Sitatlar
Allahı heç unutmasaq, Allahı çox sevdiyimizi və yaxın dost olduğumuzu həmişə yadda saxlasaq, şirkdən şiddətlə çəkinsək, gücün sahibinin Allah olduğunu heç unutmasaq çox doğru bərəkətli yolda irəliləyərik. Allahın gücünün hər şeydən üstün və hər şeyə hakim olduğunu düşünmək əhəmiyyətlidir. Haşa müəyyən yerə qədər gücü varmış kimi düşünmək olmaz. Sitatlar
Atatürkün üstün xarakteri, tərbiyəsi, nəzakəti, ağlı, zəkası, Quran müsəlmanlığı çox gözəldir. Atatürkün dırnağı qədər olmayan, sayı da çox az olan bəzi tiplərə heç kim əhəmiyyət verməsin. Sitatlar
Axmaq münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in bir döyüşdə şəhid olacağını və müsəlmanların malını, mülkünü ələ keçirəcəklərini zənn edirdilər. Bu mənfəət ümidi ilə bütün gəncliyini İslama xidmət etdilər. Gəncliyi əllərindən getdi, həyatları bitdi, xəyalını qurduqları mal və mülkün hamısına da Peyğəmbərimiz (s.ə.v) və müsəlmanlar sahib oldu. Allah münafiqləri eşşək kimi müsəlmanlara xidmət etdirər, sonunda onların murdarlığından müsəlmanları xilas edər. Münafiqlər hər şeylərini itirdikləri üçün donuz kimi böyürərək və sürünərək yaşayar, sonunda da cəhənnəmə gedərlər. Sitatlar
Azərbaycanın müstəqillik günü mübarək olsun. Allah dövlətlərini Qiyamətə qədər daim etsin. Bacı-qardaşlarımıza həmişə xeyir və gözəllik versin. İki dövlət bir millət olaraq birləşməyimizi nəsib etsin. Allah xeyirdə, bərəkətdə, gözəllikdə, yaxşılıqda Türkiyə və Azərbaycanı ən irəli səviyyəyə aparsın. Sitatlar
Bacı-qardaşlarımız mütləq Allahı sevənlərlə birlikdə olmağa diqqət yetirsinlər. 2-3 nəfər də olsa Allahı sevənlərə üstünlük versinlər. Ətrafında belə insanlar yoxdursa Allahı sevəcək, Allahdan qorxacaq insanlar yetişdirsinlər. Birlikdə gözəl şəkildə Allahı zikr edərlər, sevgini, dostluğu yaşayarlar. Sitatlar
Baş nazirimiz çox dəyərli insandır. Sanki hz. Əli kimi, çox təvazökar, çox məzlum insandır. Üslubu çox dürüst, çox sakitdir, çox səmimi və şəndir. Heç bir dünya hərisliyi yoxdur. Xalqın arasından olan bir insan kimi çox səmimidir. Eynilə Tayyib hocamız da çox gözəl əxlaqlı, çox təvazökar insandır. Tayyib hocamızın üslubunda prezident olduqdan sonra da heç bir dəyişiklik olmadı, rəftarı heç dəyişmədi. Əvvəllər necə idisə, indi də eyni məzlumluqda, eyni təvazökarlıqda, eyni səmimilikdədir. Babaların, nənələrin əllərini öpüb alnına qoyur, xalqımızla diz çöküb yerdə yemək yeyir. Tayyib hocamın vətənə, millətə, davaya zərər ehtimalı olduğu zaman Allah üçün kin bəsləməsi də çox təbii haqqıdır. Sitatlar
Bir çox mövzunu səhv bilirlər. Allah qövmü bütövlüklə lənətləməz. Bir uşaq dünyaya gəlsə musəvidir deyə lənətli olduğunu iddia etsən Qurana tabe olmazsan. Ateist ana atanın övladı da günahsız hökmündədir. Uşaq günahsızdır. Allah Quranda dinsiz, imansız, zalım musəviləri, zalım müşrikləri, zalım münafiqləri lənətləyir. Allahın müşrikləri lənətləndiyindən heç bəhs etmirlər. Allah Quranın bir çox ayəsində iman gətirən musəvilərdən bəhs edir. Kitab əhlinin hamısı eyni deyildir deyir. Qövmü bütövlüklə lənətli elan etmək İslama uyğun deyil. Bu, bütpərəst dövrdən gələn batil inancdır. Həqiqi müsəlman zalım ilə məzlumu ayırd edər, məzlumu qoruyar. Sitatlar
Dəstəmaz, namaz Qurana görə asandır. Namaz və dəstəmazı çətinləşdirmək şeytanın insanları namazdan uzaqlaşdırmaq üçün oyunudur. Hər məzhəb özünə görə namaza sünnələr, fərzlər əlavə edər. Biri digərini qəbul etmir. Haram və halal məsələsində belə bir-birilərinə zidd olurlar. İslamın haramları, halalları təkcə Quranla müəyyən olubdur. Namaz qılmağın, dəstəmaz almağın hər məzhəbə görə fərqli olması deyə bir şey olmaz. Qurana görə namaz, dəstəmaz dəqiqdir və asandır. Sitatlar
Ənənəçi sistemin izah etdiyi şəkildə dəstəmaz almaq və namaz qılmaq demək olar ki, qeyri-mümkündür. Qurana görə isə həm asan, həm də zövqlüdür. Sitatlar
Hədiyyə insanların qəlbini fərəhləndirən gözəllikdir. Xüsusilə qadınlar hədiyyəni çox xoşlayarlar. Mütləq maddi dəyərinin olmasına ehtiyac yoxdur. Hədiyyə, o insanın gözəl əxlaqını və səxavətini göstərdiyi üçün gözəl sevgiyə səbəb olar. Sitatlar
İbadət Allaha olan sevgimizi özümüzün görməsi, özümüzü sevməyimiz və vicdanən hüzurlu olmağımız üçün mövcuddur. Namaz qılmayan insan Allaha sevgisini tam olaraq göstərə bilmədiyi üçün həmişə vicdani narahatlıq içində yaşayar. Namaz qıldığı zaman isə duyduğu hüzurun səbəbi, Allaha olan sevgisini yaşaması və bu sevgiyə vicdanının şahid olmasıdır. Sitatlar
Masonluq fikir klubudur. Hər cür fikirdən danışıldığı azad mühitdir. Masonluqda nəzakət əsasdır. Masonlar nəzakətli, keyfiyyətli, yüksək keyfiyyətli insandırlar. Biz onlara Qurandan, darvinizmin əsassızlığından bəhs etdiyimiz zaman, bizə böyük hörmət və nəzakətlə qulaq asırlar. Buraya dəvət olunmuş qonaq olaraq gələn mason dostlarımız namaz qılırlar. Belə nəzakətli insanlara İslamdan bilavasitə bəhs edilə bilməsi, onların da söylənənlərə qulaq asması gözəl imkandır. Sitatlar
Münafiq ayə ilə danışar, lakin İslamdan, Qurandan və müsəlmanlardan nifrət edər. Lakin insanlar arasında etibar qazana bilmək üçün dindar kimi görünməyə çalışar. Təklikdə olduğu zaman dəstəmaz almaz, namaz qılmaz. Sitatlar
Müsəlmanların arasında zənginlik, məqam, mövqe meyar deyil. Mənim dostlarım səmimi imanla hərəkət edən insanlardır. Çox az yuxu yataraq bütün maddi imkanlarımızla canımızı ortaya qoyaraq Allah yolunda səy göstəririk. Biz bunun təqdirini insanlardan gözləmirik, lakin diqqətlə baxan insan bizim birliyimizin gecə-gündüz səyini görər. Bir qəpik pul almadan, hər dəqiqə Allahın dinini yaymaq üçün səy göstərir, eyni zamanda da küfr əhlinin və münafiqlərin hücumları ilə mübarizə aparırıq. Bütün maneə olma cəhdlərinə baxmayaraq, şövqlə İslamdan bəhs etməyə davam edirik. Sitatlar
Şirk insanı dəli edər, həm mənəvi, həm də maddi cəhətdən çökdürər. Bir saniyə belə olsa şirkə düşməmək lazımdır. İnsanların psixoloji tarazlığının pozulmasının səbəbi şirk və romantizmdir. Şirkə heç vaxt düşməmək insana xoşbəxtlik gətirər. Sitatlar
Dərviş əxlaqlı insan olmaq gözəldir. Eqoist olmamaq üçün mütləq maddi imkan lazım deyil. Maddi imkanı məhdud da olsa insan fədakar olar. Dünyadan imtina edən insan olunduğu zaman eqoistlik sıfır olar. Sitatlar
Atatürkdən sonra hörmətli Ərdoğandan başqa lider yoxdur. Həqiqətən bu belədir. Öyünmür də, həqiqətən təvazökar, məzlumdur. Amma həqiqətən texniki olaraq da araşdırdığımızda, ağıllıdır, səmimi araşdırdığımızda respublika tarixində ondan üstün baş nazir yoxdur. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur