logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 2 dekabr 2014

avatar

Adnan Oktar

Müsəlmanların birləşməsi üçün Mehdi (ə.s) lazımdır. Heç kim sünni bir alimin ətrafında birləşməz. Heç kim şiə və ya vəhhabi bir alimin ətrafında birləşməz; amma İmam Mehdi (ə.s) ətrafında birləşər. Birləşə bilsəydilər yüz ildən bəri birləşərdilər.
A9 TV; 2 dekabr 2014
671
avatar

Adnan Oktar

Əgər sevgi olmasa, Allah qorxusu olmasa, mərhəmət olmasa, onda 2015-ci ilin dəhşətlərin, ağrıların yaşanacağı bir il olacağı məlum olur. Allah mehdiyyətə tam mənası ilə diqqət çəkincəyə qədər bu hadisələr baş verməyə davam edəcək. İnsanların mehdiyyəti bir qurtuluş olaraq görəcəyi günə qədər bu davam edəcəkdir.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

PKK-nın dininə yönəlmək lazımdır. Bunların dini nədir? Darvinizmdir. Onda biz də bunların dininə yönələk. Darvinizmin etibarsızlığının gənclərə izah edilməsi lazımdır. Bu ən əhəmiyyətli mövzudur.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

Öz aləmlərində kürd qardaşlarımızın əleyhində, onları təhqir etmək məqsədiylə yazdıqları hər şey qayıdıb özlərinə gələr. Qızıla heç bir şey təsir etməz. Kürd qardaşlarımız qızıldır. Murdar adamların əleyhlərində danışmaları kürd qardaşlarımıza zərrə qədər belə təsir etməz. Onların igidliyi və üstünlüyü hər kəs tərəfindən qəbul edilmişdir.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

Vətəndaş Cənub-Şərq bölgəsində zibildən iyrəndiyi kimi PKK-dan da iyrənir. Kürd qardaşlarımız çox şərəflidir, çox qürurludur, heysiyyətlərinə çox önəm verirlər. Bir adam onu təhdid etdikdə bu ona çox ağır gələr. Dövlət mənim qürurlu, başıuca, cavan, qoçu qardaşlarıma bu əziyyəti verməsin.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

Dövlətin televiziya kanalları vardır, lazım olsa qəzet də çıxardar, amma “TRT Avaz”ı da, “TRT Şeş”i də istifadə edə bilər. Dövlət PKK-ya qarşı böyük bir anti-kommunist təbliğat apara bilər.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

Cənub-Şərq bölgəsində PKK-lıları demokratiya naminə, azadlıq naminə özbaşına buraxmaq torpaq itkisinə səbəb olar və bölgədə vətəndaşın əzilməsinə gətirib çıxarar. Vətəndaş kommunist olmadığı halda "kommunistəm" deyir. PKK tərəfdarı olmadığı halda "PKK"lıyam deyir, bu çox böyük bir əziyyətdir.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

PKK-lılar Cənub-Şərq bölgəsində heyrətamiz bir sahə tədqiqatı aparmışlar. Bir mafiya hakimiyyəti var, dövlət vətəndaşını mafiya hakimiyyətinə qarşı qorumaqla məsuldur.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

CHP çox mütərəqqi, çox çevik olmalıdır və çox yaradıcı bir ruha sahib olmalıdır. Xüsusilə də, Atatürkün dindarlıq anlayışını yaxşı şəkildə mənimsəyib, partiyaya hakim etməlidir.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Qatı dinçi ayrıdır, müsəlman ayrıdır. Şirk qoşan ayrıdır, şirk qoşmayan müsəlman ayrıdır. Mən şirk qoşanı tənqid edirəm. Özü də bilmədən müşrik olanı tənqid edirəm. Qatı dinçi olanı tənqid edirəm. Müsəlman Qurana tabe olana deyilir.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

İslam dini vəhşilik dini kimi göstərilir. Ona görə bu antipatiya meydana gəlir. Deyirlər ki, "İslamofobiya"dır. Dəhşətə fobiya vardır, vəhşilikdən qorxur insanlar. Bir vəhşilik sistemindən bəhs edirsən, İslam deyə tanıdırsan. Vəhşiliyin adını İslam qoymusan. İslam dinində şəfqət, mərhəmət, sevgi, sənət, estetika, elm, gözəllik hər şey vardır.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Müsəlmanlar sənətə, musiqiyə, qadınların dekolte geyinməsinə qarşı çıxdıqlarına görə, avropalılar da artıq bunlardan bezir. Heykələ, portretə, musiqiyə, əyləncəyə, qadınların gülməsinə, küçəyə çıxmasına, dekolte geyinməsinə, kişinin saqqalını kəsməsinə qarşı çıxırlar və verdikləri cəzalar da həmişə ölümdür.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Türkiyə müasir bir ölkə olduğunu yaxşı şəkildə vurğulamalıdır. Qadın hüquqlarını olduqca yaxşı şəkildə qoruyan, sənəti, gözəlliyi, estetikanı, elmi müdafiə edən demokratik bir ölkə olduğumuzun yaxşı şəkildə vurğulanması lazımdır. Qatı dinçiliyə meyilli bir ölkə şəkli meydana gəldi. Bunu tamamilə aradan qaldırmalıyıq.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Dövlət Şeş TV-ni nağara-zurna havasının yayımlandığı bir kanala yox, kommunizmin, darvinizmin etibarsızlığını, Stalinizmin vəhşiliyini izah edəcəyimiz televiziya proqramlarının yayımlandığı bir kanala çevirsin. Bu çox vacibdir.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Bizim Cənub-Şərq bölgəsində evbəev, küçəbəküçə gəzib anti-kommunist, anti materialist təbliğat aparmağımız mümkün deyil, amma Şeş TV vasitəsilə bu çox asanlıqla edilə bilər.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Hal-hazırda PKK bir sahə tədqiqatı aparır. Çünki bunların izahat verməsi, təbliğat aparması üçün sakit bir mühitə ehtiyac vardır. Polis, jandarma müdaxilə etməməlidir. Adamlar çayxanalarda, küçələrdə, dağlarda, daşlarda siyasi təbliğat, kommunizm təbliğatı aparırlar.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Təkcə PKK var, tək bir rəhbərlik var; Abdullah Öcalanın rəhbərliyi var, bu qədər. "Silahı yerə qoyacaqlar", "dağdan enəcəklər", bunlar xalqı səhv məlumatlandırıb vaxt qazanmaq üçün deyilən sözlərdir. Həmin müddətdə PKK inkişaf edir. Məsələn, vilayətdə hakimiyyəti ələ keçirir, məhkəmələr yaradır, vəzifələrə icra hakimi təyin edir.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Həbsxanada on minlərlə əsgərimizi, polisimizi şəhid edən qatillər vardır, bunların sərbəst buraxılmasından söhbət gedə bilməz. Onda cinayət törətməyin sərbəst olması başa düşülər. Onda Türkiyə darmadağın olar, Allah qorusun.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Dövlət bizə TRT 6 və ŞEŞ TV kanallarını açmalıdır. Biz konfrans keçirməklə nəhəng Cənub-Şərq bölgəsini, Anadolunu xəbərdar edə bilmərik. Dövlətin professorları, dosentləri var. Biz məlumatı verək, onlar da çıxıb izah etsinlər. Bunun başqa yolu yoxdur.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Yaxın Şərqlini Yaxın Şərqlinin əliylə məhv edib İslamı, müsəlmanları öz yerlərində yox etmək istəyirlər. PKK da namərd, alçaq, murdar bir təşkilat olduğu üçün ən uyğun olaraq bunları gördülər.
A9 TV; 30 noyabr 2014
avatar

Adnan Oktar

A9 TV; 30 noyabr 2014
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah Moşiyahın zühur etməsini istəyir. Mehdi (ə.s)-ın zühur etməsini istəyir. Bu   Tövratda çox əhəmiyyətli bir məqam olaraq qeyd olunur. Hədislərdə çox əhəmiyyətli   bir məqam olaraq qeyd olunur. Allah dünyanı hal-hazırda Moşiyah-Mehdi (ə.s)-a   görə dizayn edir. Sitatlar
Əgər din əhəmiyyətli görünməzsə, Moşiyah əhəmiyyətli görünməzsə, Allah da nə   demək istədiyini insanlara zorakılıq göstərərək başa salar. Amma insanlar Allahın   dediyini səmimi surətdə başa düşərlərsə, Allaha etibar edərlərsə, Moşiyahına, yəni   Mehdisinə etibar edərlərsə xoşbəxtlik və dinclik hakim olar. Sitatlar
Moşiyahın, Mehdi (ə.s)-ın zühurunu bütün İslam aləmi, bütün yəhudilər qəbul   edəcəklər. Xristianlar da qəbul edəcək və fövqəladə sülh və qardaşlıq mühiti hakim   olacaq. Amma Allahla olan əlaqə çox əhəmiyyətlidir. İnsanlar Allahla olan əlaqələrini   kəsdikdə, dünya yaşanmalı yer olmaz. Sitatlar
Mehdi (ə.s)-a üç dəfə beyət ediləcək. Birincisi İstanbulda, ikincisi Məkkədə,   üçüncüsü Qüdsi Şərifdə ediləcək. Qüdsdəki beyətdə Mehdi (ə.s) İsa Məsihi   çağıracaq. "Can təhlükəsizliyin təmin ediləcək. Çıx ortaya" deyəcək. Ondan sonra   İsa Məsih (ə.s) öz tələbələrindən ibarət bir heyətlə təbəssüm edərək gələcək. Sitatlar
Tayyib hocam Mehdi (ə.s)-a zəmin hazırlayan bir insandır. Mənim qənaətimə görə,   mehdiyyət dövründə də prezident vəzifəsində qalmağa davam edəcək. Çünki ideal   bir idarəçi, ideal bir insandır. Buradan, baş nazirin də mehdiyyət dövründə baş   nazirlik vəzifəsində qalmağa davam edəcəyi aydın olur. Yəni mən belə hiss edirəm.   Çünki çox qabiliyyətli, çox alicənab, etibarlı bir insandır. Sitatlar
Sitatlar
Biz Mehdi (ə.s)-ı niyə sevirik? Allah üçün sevirik. Allahın təcəllisi olaraq sevirik. İsa Məsihi niyə sevirik? Allahın təcəllisi olaraq sevirik. Əlbəttə ki, ət-sümük olaraq sevmirik. Sitatlar
Allah dəhşət mühiti, qan, hadisələr meydana gətirir, mehdiyyəti qəbul etdirir. Çünki,   insanlar bir şeyi könüllü surətdə qəbul etmədikdə, Allah da “Cabbar”, “Qəhhar” adıyla   zorla qəbul etdirər. Zorakılıq və dəhşət mehdiyyətin zühur əlamətidir. Mehdi (ə.s) bu   dəhşəti, qanı dayandıracaq şəxsdir. Sitatlar
Yəcuc və Məcuc Axırzamanda dünyanı bir-birinə qatacaq. Mehdi (ə.s) hz. Zülqərneyn   kimi bir sədd çəkib, firavanlıq, əmin-amanlıq və dincliyin hakim olduğu bir mühit   yaradacaq. Sitatlar
Sitatlar
Hal-hazırda dünya mehdiyyət üçün dizayn edilir, iqtisadiyyatlar çökdürülür, Allah tez-tez   döyüşlər meydana gətirir, hər yeri bir-birinə qatır. Lakin, Allah Mikayıla əmr verdiyi üçün   Türkiyəni qoruyur. Allah: "Orada Mehdi (ə.s) vardır", "oraya toxunma" deyir. Sitatlar
Həqiqi Mehdi (ə.s) zəif bir gücə sahibdir. Yəni kiçik bir camaatı, kiçik bir birliyi vardır.   Allah kiçikdən böyüyü hazırlamağı, böyük şeyləri yaratmağı çox sevir. Məsələn, Allah   15-20 il müddətində kiçik bir toxumdan, balaca bir əncir çəyirdəyindən 25-30 metr   hündürlüyündə bir ağac meydana gətirir və ondan da yüz minlərlə meyvə verir. Sitatlar
Kim Mehdi (ə.s)-ı sevirsə Allah onu güc verir. İran Mehdi (ə.s)-ı sevdiyi üçün Allah PKK   bəlasını da üstündən götürür, güc-qüvvət verir, cəsarət verir. Mehdi (ə.s)-dan uzaq olan   isə məğlub olur, əzilir, məhv olur. Məsələn, İraq mehdiyyətə qarşı çıxdı, məhv oldu.   Suriya və Misir mehdiyyətə qarşı çıxdı, məhv oldular. Sitatlar
Sitatlar
Allahın bir məqsədi var; dünya boşuna yaradılmamışdır. İslamı dünyaya hakim etmək,   Mehdisini çıxarmaq, İsa Məsihi yer üzünə endirib insanlara göstərmək, bir müddət sonra   da qiyaməti qoparıb dünyanın sonunu gətirmək və axirəti insanlara göstərmək. Sitatlar
Allah 2015-ci ildə təzyiqi bir qədər də artıracaq. "Nə edək?" deyə qışqırmağa   başlayacaqlar. Sonra mehdiyyət mövzusu gündəmə gələcək. "Müsəlman aləminin bir   liderinin olması lazım deyil?" deyəcəklər. "Lazımdır" deyəcəklər. "Görəsən nə edək?"   deməyə başlayacaqlar. Sonra “Mehdi” adını zikr etməyə başlayacaqlar. Sonra da Mehdi   (ə.s)-ı axtarmağa başlayacaqlar. Bu da formal xarakterli bir axtarışdır. Yəni Allah onları   ən çox qaçdıqları mövzuya daha çox məcbur edəcək. Sitatlar
Hal-hazırda Allahın yaşatdığı dəhşətin tək səbəbi; Mehdi (ə.s)-ı qəbul etməməyinizdir.   Bunu qəbul etmədiyiniz müddətcə dəhşətin, zorakılığın həddi daha da artacaq.   Məcburən, Allahın “Cabbar və Qəhhar” adlarının təcəlli etməsiylə Mehdi (ə.s)-ı qəbul   edəcəksiniz. Sitatlar
Sitatlar
Sitatlar
Fitnə bütün Fransanı, Avropanı, hər yeri bürüyəcək. 2015-ci il çox qanlıdır, çox böyük   hadisələr yaşanacaq. 2016-cı il də elədir, 2017-ci il də həmçinin. 2019-cu ildə bir   rahatlıq başlayar. Allaha sarılmadıqca Allah insanlara rahatlıq verməz. Bu da Mehdi   (ə.s) ilə mümkündür. Sitatlar
100 il sonra var gücüylə bəla çıxmağa başladı. Əvvəlcə darvinizmin ucbatından I Dünya   və II Dünya müharibələri yaranmağa başladı. İndi də bütün dünyada bir qətliam və   intihar qasırğası başladı. Mehdi (ə.s)-ın zühuru ilə bu bəla dayanacaqdır, inşaAllah. Sitatlar
Çox böyük hadisələr də yaşanacaq. Mehdi (ə.s)-ın, Moşiyahın zühurundan başqa   dünyanın bir qurtuluş yolu yoxdur. Heyrətə gələcəksiniz, təəccüblənəksiniz; amma   həqiqət budur. Allah bunu dünya üçün planlamışdır, dünya üçün yaratmışdır, tale   belədir. Bundan başqa yol yoxdur. Sitatlar
Hal-hazırda Mehdi (ə.s)-ın zühuruna ümid etmirlər, amma heyrət ediləcək şəkildə   hadisələrin oraya doğru getdiyini görəcəklər. Özləri istəməsə də ayaqları oraya doğru   gedəcək. Özləri istəməsə də dilləri o istiqamətdə danışacaq. Elə düşünməyə də məcbur   qalacaqlar. Sitatlar
Sitatlar
Sitatlar

Alıntı Görseli Oluştur

Kontur