logo HARUN YƏHYA

Adnan Oktar A9TV; 25 Oktyabr 2012

avatar

Adnan Oktar

Müsəlmanların mütləq lideri olmalıdır. Amma mehriban, şad, səmimi, sadəlövh, məzlum insan, dünya sevgisi olmayan insan olmalıdır, inşaAllah. O da təkcə hz. Mehdi (ə.s)-dır.
A9TV; 25 Oktyabr 2012
1083
avatar

Adnan Oktar

Sevgi qısqanılmaz. Sevdiyin birinə kimsə zərər verəcəksə, onu qorumağa çalışarsan. Bu qısqanılar və yaxud sevdiyinə qıymasan onu qısqanarsan, inşaAllah. Əks halda sevgini qısqanmaq dəlilikdir.
A9TV; 25 Oktyabr 2012
avatar

Adnan Oktar

Sevdiyimiz heç bir heyvan, heç bir canlı öldükdən sonra yoxa çıxmaz, cənnətdə çağırsaq, dərhal yanımıza gələcəklər, inşaAllah.
A9TV; 25 Oktyabr 2012
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) axır zamanda yağışların çoxalacağını xəbər vermişdir.
A9TV; 25 Oktyabr 2012
avatar

Adnan Oktar

Müsəlman dünyanı istəsə, Allah ona dünyanı və axirəti verər. Amma kafir dünyanı istəsə, o təkcə dünyanı alar.
A9TV; 23 Oktyabr 2012
avatar

Adnan Oktar

Səmimi, saleh cinlər vardır. Mehdi (ə.s), Allahın icazəsi ilə, belə cinlərə sahib olacaq. Onlara istədiyi işləri etdirəcək, inşaAllah.
A9TV; 23 Oktyabr 2012
avatar

Adnan Oktar

Allah İslamda şəfqətin, gözəlliyin,əxlaqın necə olmasına diqqət çəkir. Hz. İbrahim (ə.s)-ın atasının dinsiz, ateist olmasına baxmayaraq hz.İbrahim (ə.s) ona "Atacan" deyə xitab edir. Çox şəfqət və hörmətlə davranır, nəzakətində qüsura yol vermir. Deməli, biz də kommunist, ateist, darvinist olsun kim olursa olsun, onlara təbliğ edərkən şəfqət, mərhəmət və ədalətlə yanaşmalıyıq.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

“Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki, sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.” (Məryəm surəsi, 31) Ayəyə görə xristianlar namazlarını qılıb, zəkatlarını versələr, peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini qəbul etsələr müsəlmandırlar. İsa Məsih namazını qılıb zəkatını da verirdi.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

Cənabı Allah buyurur ki, mələklər və Məsih Allaha qulluq etməkdən çəkinməzlər, ibadət edərlər. Məsul olduqları üçün Məsih və mələklər ibadət edir. Çünki ölməyiblər. Öldükdən sonra ibadət dayanır. İsa Məsih (ə.s) ölmədiyi üçün ibadəti də dayanmayıb.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

İndi insanların ən çəkindikləri, narahat olduqları şey ilk təəssürat, çox tez qərar vermələridir. Bir şeyin batini tərəfini, həqiqətini, əsasını bilmədən insanları ittiham edirlər. Bu, axır zamanın ən pis xüsusiyyətlərindən biridir.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

Müsəlman ən çətin anlarında belə kədərlənməməli, qorxmamalı, ruhdan düşməməli və mövcud şəraitdən lazımi şəkildə istifadə etməlidir. Haqq üçün müsəlman hər cür imkandan istifadə etməlidir.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

Müşriklər, yerdə qalmışlar, hörmətsizlər, əxlaqsızlar həm Mehdi (ə.s)-a, həm İsa Məsih (ə.s)-a kin bəsləyəcəklər. Anlamadıqlarına, qavraya bilmədiklərinə, dəccal gözü ilə baxdıqlarına görə nifrətlə yanaşacaqlar.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

İraq, Misir, İordaniya İslam Birliyini qəbul edəcək vəziyyətdədir. Livan, İran, Azərbaycan, Pakistan da qəbul etdikdən sonra məsələ həll olar. Bu dövlətlərin hamısı qəbul edər. Sərhədləri açaq, İslam Birliyi artıq yaranar. Bu qədər.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

Kommunist rəhbərlik istəmirik. Biz Türkiyədən bir qarış da olsun torpaq vermərik. Biz Koreyada belə kommunizmə icazə vermədik, əsgər göndərdik. Koreya üçün mübarizə apardıq. PKK əbəs yerə çalışmasın, Türkiyədə əsla qəbul etmərik.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

BDP olduqlarına görə onları təcrid etmək əvəzinə qazanmaq üçün aparılan siyasət daha doğru olar. Bunun da ən asan yolu onlara İslam Birliyini sevdirmək, İslam Birliyinin qurtuluş yolu olduğunu bildirməkdir.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

Sürünmək, səfil kimi yaşamaq, səliqəsiz geyinmək, özünə baxımlı olmamaq, pəjmürdə evlərdə yaşamaq, murdar yeməklər yemək, solğun rəngli geyimlər geyinmək, musiqiyə qulaq asmamaq, texnologiyanın imkanlarından istifadə etməmək, elmə qarşı gəlmək, sənətə qarşı gəlmək, sənətə mane olmağa çalışmaq, demokratiyanı dayandırmağa cəhd etmək, azadlığı aradan qaldırmaq din deyildir. Bunlar şeytani hərəkətlərdir.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

"ə ona hər şeydə bir yol (səbəb) verdik." (Kəhf Surəsi, 84) Allah güc verdim demir, səbəb verdim deyir. Çünki hər şeyin səbəbi vardır. Bütün güc Allaha aiddir. Allah kiminsə gücü var deyə də buyurmur. "Hər birinə səbəb yaratdım", "Mən yaradıram" deyir.
A9 TV; 20 Oktyabr 2012
avatar

Adnan Oktar

Hal-hazırda PKK Yəcuc və Məcucdur. Faşizm, kommünist tərkibli hərəkatdır. Onsuz da hər bir kommunist hərəkatda faşist ruhu vardır. Hər faşist hərəkatın içərisində də kommunist ruh vardır. Qurandakı ifadəyə diqqət yetirsəz , Yəcuc və Məcuc bir-birinə çox bənzəyirlər, əkiz qardaş kimidirlər.
A9 TV; 20 Oktyabr 2012
avatar

Adnan Oktar

Qəddarlıq və zalımlıq tərəflərinə görə Hitler, Mussolini kimi faşistlər Məcuc, kommunistlər də Yəcucdur.
A9 TV; 20 Oktyabr 2012
avatar

Adnan Oktar

Mehdiyyətin çox vacib istiqaməti də onu əhatə edən məlumatdır. Xurafatçılarda isə boşboğazlıq çox olar. Çox asan mövzunu qarışıq ifadələrlə, ədəbi izahlarla çətinləşdirərlər .
A9 TV; 20 Oktyabr 2012
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) gözəlliyi, sülhü, qardaşlığı, səmimiyyəti əsas sayacaq, şiddəti deyil.
A9 TV; 20 Oktyabr 2012
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Şeytan müsəlmanlara hücum edərkən ilk öncə unutqanlıq, yorğunluq, diqqət dağınıqlığı verər. Xüsusilə möminlərin liderlərini hədəfə alar. İnsan və cin şeytanları Allah imtahan olaraq peyğəmbərlərə müsəllət edər, inşaAllah. Sitatlar
Mehdiyyətin çox vacib istiqaməti də onu əhatə edən məlumatdır. Xurafatçılarda isə boşboğazlıq çox olar. Çox asan mövzunu qarışıq ifadələrlə, ədəbi izahlarla çətinləşdirərlər . Sitatlar
Kommunizmə qarşı təkcə fikri, elmi mübarizə ilə nəticə əldə etmək olar. Kommunizm dünya tarixinin ən böyük fəlsəfi, dəccal hərəkatıdır. Elmlə, mədəniyyətlə və fəlsəfə ilə məğlub etmək olar. Sitatlar
İnsan Qurana əməl etməsə ifrata varar. Cənabı Allah bildirir ki, onlara itaət etməyin. Anan, atan, baban da olsa itaət etməyin. Sitatlar
Kəhf surəsi əvvəldən axıra qədər Mehdiyyəti bildirir. 110 ayənin hər biri Mehdiyyətin hekayəsi ilə bağlıdır. Yusuf surəsində də Mehdiyyətin hekayəsi üstüörtülü şəkildə bildirilir. Hz. Süleyman (ə.s) bölümündə  də izah olunur. Zülqərneyn (ə.s) haqqında olan bölümdə də Mehdiyyət çox ətraflı izah olunur. Sitatlar
İnsan Allahın təcəllisi olaraq sevilər. Allahı nə qədər çox seviriksə, onunla əlaqədar olaraq da təcəllisini sevərik. Sitatlar
Müsəlmanın ağlı, imanı da çox güclü olar, iradəsi də polad kimi olar. MaşaAllah. Sitatlar
Amerikadakı kimi federal sistem olsa onda Türkiyə məhv olar, Allah qorusun. Mütləq unitar quruluş qorunmalıdır. Bölünməyə qarşı tədbir görülməlidir. Sitatlar
Ət və sümükdən nəsə olmaz. İnsan imanla iffətli, ağılla da gözəl olar. İmanı varsa, onun əzəməti və nuru da vardır. Sevgi imanla, ağılla olar. Sitatlar
Müsəlman Quranı əsas tutur. Xurafat isə Qurana zidd, sevgisiz sistemin adıdır. Sitatlar
Təhsillə insan dəccal da, öyrədilərsə övliya da ola bilər. Yəni təhsillə şeytanlaşa da bilər, mələk səviyyəsinə qalxa da bilər. Təhsil çox əhəmiyyətlidir. Sitatlar
Dünyada ateistlərlə müsəlmanların bir mübarizəsi vardır, amma bu, qan tökərək, müsəlmanları şəhid edərək deyil, elmi şəkildə olmalıdır . Sitatlar
Hz. Mehdi (ə.s) dövründə dünya tarixində görülməyən ictimai ədalət olacaq. İlk dəfə olaraq mal bütün dünyada bölünəcək, dünyada bir nəfər də olsun kasıb qalmayacaq. Bu, ilk dəfə olacaq. Sitatlar
Dünyada sevgi çox azdır. Sevgi ilə yaxınlaşmaq lazımdır. Qətiyyətlə sevginin üstündə durmaq lazımdır. Sitatlar
Bir qadının özünə baxması üçün ağıl lazımdır, zövqlü, bədii ruhlu olmalıdır. Çünki bədən xam materialdır. Ağıllı insan onu yaxşı işləsə heyrətamiz olar. Qadın də əgər ağıllıdırsa, özünü  sevgi ilə, elmlə, ağılla, mədəniyyətlə, ədəblə təmin edər, dərin Allah sevgisi ilə, Allah qorxusu ilə gözəlləşdirər və bədənini də belə düşünərək mükəmməl edər. Sitatlar
Kəpənəklər özləri bəzəklidir, maşaAllah . Məsələn, böcəklər, arılar par-par parıldayırlar. Palçığın içinə də girsə, toz-toprağın içində də olsa yenə də tərtəmiz, parıltılı olarlar. Üstlərində heç toz da olmaz, amma insan elə deyil. Yəni insan çox diqqətli, özünəbaxımlı olmaqla, ağılla gözəl olar. Sitatlar
Tarixdə ilk dəfə olaraq peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi 300 əlamət birlikdə həyata keçdi. Amma hz. Mehdi (ə.s)-ı rədd etmək üçün peyğəmbərimiz (s.ə.v)-in bu möcüzələri gizlədilir. Sitatlar
Uşaq, uşaqdır deyə ağlı yerində deyil rəftarını hiss edir, o çox yanlışdır. Əksinə ağlı yerində olduğunu, məqbul bir insan olduğunu hətta müşavirə ediləcək, danışılacaq bir insan olduğunu göstərmək lazımdır. Sitatlar
Hz. Mehdi (ə.s)-a əsas dəlil nədir? Bu şəxsin İslamın dünyaya hakim olmasına vəsilə olmasıdır. Bir insan buna vəsilə oldusa hz. Mehdi (ə.s) odur. Bir insan dünyanı dinsiz etdisə, vəsilə oldusa dəccal da odur. Sitatlar
İnsan öləndə, bu görünüş alatoran gəlir. Dəqiq, əmindir. Səmimi olaraq yuxu olduğuna inanar. Keyfiyyətli bir yuxu kimi. O, oyandığında əsl həyat olaraq onu görər. Sitatlar
Hədisin səhih olub olmadığını anlamaq üçün Qurana uyğun olub-olmadığına baxmaq lazımdır. Peyğəmbərimiz (s.ə.v)-in əxlaqına, mərhəmətinə, incəliyinə, nəzakətinə, paklığına, ruh dərinliyinə, o coşğun eşqinə uyğundur yoxsa yox. Uyğun gəlmirsə, doğru deyildir. Sitatlar
Hz. Musa (ə.s), Firona təbliğə gedərkən ilk olaraq yaradılışdan bəhs etmişdir. Sitatlar
Xristianların Məhəmmədi qəbul etməsi asandır. Öz Peyğəmbərini bu qədər sevənin, Peyğəmbərimiz (s.ə.v)-i  sevməməsi, hz. İbrahim (ə.s)-ı sevənin, Hz. İbrahim (s.ə.v)-in coşğuyla sevdiyi bir peyğəmbəri sevməməsi mümkün deyil. Sitatlar
Keyfiyyətə o qədər əhəmiyyət verilmir. Cəmiyyətin, millətimizin buna ehtiyacı var. Keyfiyyət yüksəldilməlidir. Keyfiyyəti diqqət mərkəzində saxlamaq lazımdır. Keyfiyyətli insan, qida, paltar, ev, küçələr, sözlər, əyləncə, tətil və s. Sitatlar
Allah müsəlmanları şərəfləndirərək, sevinc içində sorğulayacaqdır, inşaAllah. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur