logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 18 iyul 2015

avatar

Adnan Oktar

Musiqi də olmalıdır, əylənməlisən də, gülməlisən də. Əks təqdirdə fitrətin pozular, tarazlığın pozular. Allah qorusun xəstə olarsan, fitrətini pozma. Şən ol, sevincli ol, əylən, gül, oyna. Allah səni elə yaratmışdır. İçinə qapanırsan, xəstə olarsan, sağlığın gedər, düşünmə gücün itər. İslamı da yaşaya bilməzsən.
A9 TV; 18 iyul 2015
1034
avatar

Adnan Oktar

Mehdiyyəti dayandırmaq, İslam Birliyini dayandırmaq üçün bütün hocaları ayağa qaldırdılar. Hamısı xorla; "Mehdi (ə.s) gəlməyəcək, İsa (ə.s) gəlməyəcək, İslam Birliyi olmayacaq" deməklə eyni şeyi söyləyirlər. Guya müsəlmanların şövqlərini yox edəcəklər. Sizin "gəlməyəcək" deməyiniz, onsuz da Mehdi (ə.s)-ın çıxış əlamətidir.
A9 TV; 18 iyul 2015
avatar

Adnan Oktar

Mömin Allahın sözünə güvənər. Allah; "Mən sözümdən dönmərəm. Əgər siz səmimi olsanız, mömin olsanız sizi cənnətimə qoyacağam" deyir. Mömin "Bəlkə də" deyə bilməz.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

Cənnət tərtəmizdir. Cənnətdə rəsm var, cənnətdə musiqi var, gözəllik var. Qadınlar çox baxımlıdır. Bu dünyanı da cənnətə çevir, niyə cəhənnəmə çevirməlisən ki? Allah imanla, ağılla, səylə bu dünyanı da cənnətə çevirməyimizi istəyir.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

Təmizlən. Mömin tahirdir. Tahir nə deməkdir? Təmizlənmiş deməkdir. Allah bu acizliyi verəcək, sən də bundan xilas olub cənnət gözəlliyinə qovuşacaqsan. Mömin nur kimidir, tərtəmizdir.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

İslamiyyəti qorxunc bir şey kimi göstərdilər, dəhşət sistemi kimi göstərdilər, cəhənnəm kimi göstərdilər. Müsəlmanları da qətliam maşını kimi göstərdilər. İnsanları müsəlmanlıqdan fövqəladə dərəcədə soyutdular. Halbuki müsəlmanlıq gözəllik, estetika, incəsənət, ağıl, fikir, elm, irfan, xeyirxahlıq və səmimiyyətdir.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

Firon xarakterli insanlar müsəlmanların müvəffəqiyyətini qəbul edə bilməz. Müsəlman demək, dünyanın ən keyfiyyətli, ən ağıllı, ən yaxşı insanı deməkdir. Müsəlmanlıq elə qoxumuş, çürümüş insan mənasında deyil.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

Qatı dinçilərin darvinizmi (bu dünyanın gəlib-keçmiş ən böyük dəccal hərəkatıdır) məğlub etmə qabiliyyətləri sıfırdır. Bizdən başqa dəccaliyyəti elmlə, irfanla tapdalayan güc yoxdur. Dünya səviyyəsində belə təbliğ edən yoxdur. Var, amma bizim yanımızda zəif qalar.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

Kürd qardaşlarımızın Türkiyə sərhədindən kənarda dövlət qurması bizi narahat etməz. Fəxr edərik. Yetər ki, bunu müsəlmanlara yaraşan şəkildə etsinlər.
A9 TV; 11 iyul 2015
avatar

Adnan Oktar

Amerika dərin dövləti PKK alçaqlarını qorumaqdan imtina etsin. Əxlaqsızlara, murdar insanlara sahib çıxır. Bu çox çirkin hərəkətdir. Belə gedərsə Amerika bütün dünyadakı etimadını itirər.
A9 TV; 11 iyul 2015
avatar

Adnan Oktar

Dövlət, keşikçiləri polislərin arasına alsın. Saylarını da iki dəfə artıraq. Onlar Cənub-Şərqi Anadolunun bəzəyidir. Canlarını Allah, millət, vətən üçün ortaya qoyurlar. Dövlət bu gözəl insanlara var gücü ilə, ciddi şəkildə sahib çıxmalıdır.
A9 TV; 11 iyul 2015
avatar

Adnan Oktar

Türk İslam Birliyinin, İslam Birliyinin qapısını bağlamaq məqsədi daşıyan hərəkat aparılsa dəliyə dönərik. Yəni qiyamət qopar, bütün dünyada qiyamət qopar. Bu bizim normal haqqımızdır; öz ölkəmizdə müstəqil, rahat yaşamaq istəyirik.
A9 TV; 11 iyul 2015
avatar

Adnan Oktar

İsraillilər gözəl insanlardır. Hahamlar çox nəzakətli, sevgi dolu insanlardır. Lazımsız təbliğatla qəzəb meydana gətirilir. Nur kimi insanlardır. Heyrətamiz dərəcədə dindardırlar, Allahdan heyrət doğuran dərəcədə qorxurlar, Allahı çox sevirlər. Süni nifrət hakimdir. Cinayət işləyən ayrı, ona nə deyirsən de, amma məzlumundan nə istəyirsən?
A9 TV; 10 iyul 2015
avatar

Adnan Oktar

İslam pul qarşılığında təbliğ edilməz, haramdır. Bu müsəlman üçün çirkin və xoşagəlməz davranışdır. Allah ayədə, “sizdən mükafat istəməyənlərə tabe olun” deyir. Ayənin hökmü çox aydındır, bu mövzuda onlarla ayə var. İslamı təbliğ etdikdə mükafat istənilməz.
A9 TV; 10 iyul 2015
avatar

Adnan Oktar

Bölünmə riskinin nə olduğunu bilirsən? İnsanların tək-tək ölməsi deməkdir, ailələrin yox olması deməkdir, İslamın yox olması deməkdir, İslam Birliyinin mümkün olmayan hala gəlməsi deməkdir. Buna heç vaxt icazə vermərik.
A9 TV; 10 iyul 2015
avatar

Adnan Oktar

Darvinizm nə deyir bilirsən? Tövrat, İncil, Quran haqq kitablar deyil, Quran doğru söyləmir deyir. Peyğəmbərlər yoxdur deyir. Axirət, cənnət, cəhənnəm və mələklər yoxdur deyir. Darvinizmin anlatmaq istədiyi budur. Sən bu inkar fəlsəfəsini məktəblərdə dərs kimi öyrətsən, cavabını verməsən hər cür fəlakətə qapı açılar.
A9 TV; 9 iyul 2015
avatar

Adnan Oktar

Osmanlı imperiyasının süqut etməsinin əsil səbəbi darvinizmdir. Əbdülhəmidin dövründə bütün məktəblərdə darvinizm öyrədilirdi.
A9 TV; 9 iyul 2015
avatar

Adnan Oktar

Çin, hansı amerikalıya uyğur türklərinə davrandığı kimi davrana bilər? Bunu qətiyyən edə bilməzlər. Bu ədəbsizlikdən, vicdansızlıqdan əl çəksinlər. Uyğur türklərinə, ingilislərə, amerikalılara, hollandlara necə davranırlarsa, eynilə o cür davranmalıdırlar. Ölçü budur.
A9 TV; 9 iyul 2015
avatar

Adnan Oktar

Çinin uyğur türklərinə bu qədər hiddətlənməsinə ehtiyac yoxdur. Onları bu qədər hiddətlənməsi insanlarda dəhşətə və təşvişə səbəb olur. Yaxalarından əl çəkin, normal yaşasınlar. Amerikalılara, fransızlara necə hörmət edirsinizsə, uyğurlara da o cür hörmət edin.
A9 TV; 9 iyul 2015
avatar

Adnan Oktar

Yəhudilər ayrıdır, Yəhud qövmü vardır. Tövratda da keçər onlar; “Yəhudlar”. Yəhudilərdən fərqli qövmdür. Müşrik qövmdür və onların bir hissəsi keçmişdə mömin yəhudilərə baş bəlası olmuşdur.
A9 TV; 8 iyul 2015
avatar

Adnan Oktar

Cinayət törədənləri sərbəst buraxmaq olmaz. PKK-lılar; əsgərləri, polisləri vuracaq, şəhid edəcək; sonra isə onları sərbəst burax deyəcəksən. O zaman cinayət törətmək sərbəst olmuş olar. Belə şey olmaz.
A9 TV; 8 iyul 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah Quranda kədərlənməyi qadağan etmişdir. Mömin imanı sayəsində kədərlənməməlidir. Heç bir faydası yoxdur, sadəcə insanın əhval-ruhiyyəsini korlayır. Kədər, insanın ömrünü bitirən bir zəhərdir, xəstələnmə səbəbidir. Sevinc isə, bədən üçün qidadır. Sitatlar
Nə səbir edir, nə də əziyyətə razı olur, birbaşa nemət istəyir. Olmaz belə bir şey. Belə olsa nə cənnətə, nə də Allahın rizasına qovuşa bilərsən. Bura imtahan yeridir, əyləncə yeri deyildir ki. Allah; "əgər Biz əyləncə etmək istəsəydik əlasını edərdik" deyir. "Şənimizə layiq olanı edərik" deyir. Əyləncə yeri cənnətdir. Burada belə bir şey yoxdur. Sitatlar
Musiqi halaldır, şəkil halaldır, əyləncə halaldır, heykəl halaldır. Yəni halalların həddi-hüdudu yoxdur. Haramlar Quranda müxtəsər, qısa şəkildə ifadə edilmişdir. Haramlar çox azdır. Allah: "Bunlardan savayı yerdə qalanları sizə halal etdim'' deyir. Sən haradan öz-özünə haramlar çıxarırsan? Sitatlar
Quranın hansı yerində musiqinin haram olduğuna dair ayə var? Şəkilin haram olduğuna dair harada ayə var? Bunu haradan çıxarırsan? Belə bir şey yoxdur. Buna görə, sən özünə bir cəhənnəm meydana gətirmisən. Halalı haram etmisən və axirətdə də gözəl qarşılıq alacağına ümid edirsən. Allah səni cəhənnəmdən qorusun. Allah adından hökm vermək şirkdir. Sitatlar
Zorla niyə çətinlik istəyirsən? İslamda musiqi var, şəkil də var. Əylənərsən, gülərsən, oynayarsan, namazını da qılarsan, gəzərsən, üzərsən. Həyatı öldürərək müsəlmanlıq olarmı? Bütün halalları haram edirsən. Allah sənə onları nemət kimi vermişdir, sən Allahın o nemətlərini yox edərək, Allahın dininə qarşı mübarizə aparmış olursan. Sitatlar
Allah "Dünya oyun və əyləncə yeri deyildir" deyir. "Oyun və əyləncə yeri cənnətdir.   Dünya imtahan yeridir" deyir. Bunun üçün Allah: “Başınızı dünya həyatı ilə məşğul   etsəniz, burada ilişib qalarsınız” deyir. Amma axirəti, Mənim rizamı qazanmağı   qarşınıza məqsəd qoysanız, sizi əbədiyyən xoşbəxt edərəm, əylənərsiniz, gülərsiniz   deyir. Bunu deyim ki, başını dünya həyatıyla məşğul edən kimsə, ancaq sürünər. Ancaq   çırpınar. Başqa bir şey olmaz. Sitatlar
Dünyanın zövq alınacaq bir tərəfi yoxdur. Çünki zövq alınacaq yer cənnətdir. Niyə insan   burada yarımçıq əylənsin? Belində bir ton odun ola-ola; "gəlin əylənək" deyir. Həmin bu   bir ton odun Cənnətdə belindən enəcək. Ondan sonra əylənirsən. Burada əziyyət baş   alıb gedir. Sitatlar
Sən Qurana tabe olursansa, musiqiyə haram deyə bilməzsən, şəklə, heykələ, gülməyə,   əylənməyə haram deyə bilməzsən, amma qatı dinçi ənənəvi sistem içindəsənsə musiqi   haramdır, şəkil haramdır, heykəl haramdır. Sitatlar
Qadın hüquqları, azadlıq, demokratiya, musiqi, şəkil, sənət, heykəltəraşlıq, gözəl olan hər şeyə hökumət sahib çıxsın. Keyfiyyətə hökumət sahib çıxsın, estetikaya hökumət sahib çıxsın. "Bunlar türk millətinin xüsusiyyətidir" desin. Sitatlar
İnsanlar qəlbdə, ruhda dindar olacaqlarını gördülər. Musiqi dinləyə biləcəklərini, qadınlar   başı açıq gəzə biləcəklərini, eyni zamanda dindar olub namazlarını da qıla biləcəklərini   gördülər. Onun üçün din, Türkiyədə gizli şəkildə mükəmməl yayıldı. Özünə hər yerdə   fövqəladə bir zəmin tapdı. Sitatlar
Yarış, Peyğəmbərimiz (s.ə.v)-in məqbul gördüyü, dinin də məqbul gördüyü bir şeydir. Cənnətdə də var; möminlər yarışla əylənirlər. Əylənmək üçün avtomobil yarışı keçirir, qayıq yarışı keçirir, yaxud qaçır, atla yarış keçirir. Sitatlar
Din, dünyanın bütün gözəlliklərini özündə toplayan bir sistemdir. Dində sevinc var, nəşə   var, əyləncə var, musiqi var. Xanımlar rahatlıqla gəzər, istəsə dekolte geyinər, istəsə   başını örtər, heç kim heç kimə qarışmaz. İstəyən qəhqəhə çəkib gülər, istəyən döymə   elətdirər, istəyən də parik taxar. Din belə şeylərə qarışmaz. Din bizim vicdanlı, dürüst,   ağıllı, halala, harama diqqət yetirən kimsələr olmağımızı istəyir. Din sevincin, nəşənin   digər adıdır. Sitatlar
Mömin şən olmalıdır, şövqlü olmalıdır. Bir şeyə görə kədərlənirsə, sıxılırsa, beyninə salırsa, artıq bədən özünü qorumaq, ondan xilas olmaq üçün özünü uyutmaq istəyər. Lakin mömin şən olarsa vücudu uyumaq istəməz, həyatı yaşamaq istəyər. Sitatlar
Sitatlar
Mömin ağılla hərəkət edər. Kədərlənməsi gözlənilən bir hadisədə təvəkkül edər, Allaha güvənər, sevinc içində olar. Onsuz da təvəkkül, bu cür hadisələr qarşısında yanlış reaksiya göstərilməməsinə deyilir. Sitatlar
Bir gənc qız dərin imanı, sevgisi və nuraniliyi ilə yaşamış olsa, sağlamlıq, səhhət,   ağıllı bir yetişdirilmə tərziylə yetişdirilmiş olsa bənövşələr kimi çox canlı və çox gözəl   olar. Amma bunu etmirlər. "İmansız olsam nə olar?" deyir. Mənəvi cəhətdən ölür.   Mənəvi cəhətdən öldükdə fiziki olaraq da ölür. Sitatlar
Mömin şən olmalıdır, sevincli olmalıdır. İnsan zəif yaradılmışdır, ayə var. Sən zəif bir varlığı gecə-gündüz kədərləndirsən, qorxutsan, narahat etsən, ümidsizliyə salsan, şövqünü yox etsən, həyəcanını yox etsən, əqli sağlamlığını korlasan, bədən tarazlığını da pozarsan. Sitatlar
Bədən imanı tanıyır. Bədən və hüceyrələr imanı sevir. Hüceyrələr imanla xoşbəxt olar və haqqı ilə yaşamağa başlayar, sağlam yaşayar. Yəni xəstə olmaz. Əksinə olduqda isə xəstə olar. Sitatlar
İnsanın qolu ağrıyanda narahat olur. Dərhal dərmana əl atır. Bəs niyə dua etmirsən? Dua et, dərman vəsilədir, şəfanı dərman deyil, Allah verər və dərmanı vəsilə edər. Hər bir insan dərmanı Allahın yaratdığını bilməli, dərmanı feli dua olaraq istifadə etdiyini bilməli, dua etməlidir. Sitatlar
Bədiüzzamana böhtan atıldıqca Allah ona sağlamlıq bəxş etmişdir. Bədiüzzaman həyatında bir dəfə də xəstəxanaya, həkimə getməmişdir. Çox sağlam idi. Sitatlar
Xəstəlik xüsusi yaradılar. Sağlamlıq da, xəstəlik də Allahın sənətidir. Xəstəlik qarşısında mömin təvəkküllüdür. Xəstəlik insanın təkəbbür hərisliyini, özündən razılığını və dünyaya aludə olub Allahı unutma təhlükəsini aradan qaldırar. Xəstəlik Allahın ledün sənəti içində gözəllikdir, cənnətə vəsilə olar. Sitatlar
Həqiqətən sağlam yaşamaq Qurana tabe olmaqla mümkündür. Quran şəfadır. Qurana tabe olunduğu zaman kədərlənmə, ümidsizlik tamamilə aradan qalxar, insan sağlamlıq qazanar. Sitatlar
Mehdiyyəti dayandırmaq, İslam Birliyini dayandırmaq üçün bütün hocaları ayağa qaldırdılar. Hamısı xorla; "Mehdi (ə.s) gəlməyəcək, İsa (ə.s) gəlməyəcək, İslam Birliyi olmayacaq" deməklə eyni şeyi söyləyirlər. Guya müsəlmanların şövqlərini yox edəcəklər. Sizin "gəlməyəcək" deməyiniz, onsuz da Mehdi (ə.s)-ın çıxış əlamətidir. Sitatlar
Türkiyənin bölünməsinə icazə vermək nə deməkdir? Bütün İslam aləmini yox etmək, türklük aləmini yox etmək deməkdir. Belə şey olsa, dəli olarıq, havalanarıq. Buna heç vaxt icazə vermərik. Qanun və hüquqla lazım gələni edərik. Sitatlar
"Fikrini bəyənmirəm, bombalayacağam" deyir, belə şey olmaz. Danışarsan, qəbul etmirsə etməsin. Qəbul etsə də, nə gözəl, nə xoş olar. Dində məcburiyyət yoxdur. İnsanları bombayla, silahla yola gətirmək üsulu yoxdur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur