logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 12 aprel 2016

avatar

Adnan Oktar

Musiqi həyatın çox mühüm nemətidir. Ənənəvi İslam anlayışı musiqini qadağan edir. Harada gözəl şey varsa qadağan edir. Niyə qadağan edirsən? Kimə nə zərəri var musiqinin, haradan çıxardırsan? Ayədə yoxdur, Quranda yoxdur. Niyə xurafat çıxardırsan?
A9 TV; 12 aprel 2016
1276
avatar

Adnan Oktar

İslamı yaşanmayacaq hala gətirdilər. İslamofobiyanı yaydılar. Dünyanın bir çox yerində insanlar İslamdan və müsəlmanlardan sanki nifrət edər vəziyyətə gəldilər. Bunun səbəbkarı, ənənəvi Ortodoks İslam anlayışıdır. Bunu elmlə, irfanla, Quranın həqiqətləri ilə aradan qaldıracağıq.
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

Qurandakı İslam onsuz da mötədil İslamdır. Biz Qurandakı İslamın yaşanmasını istəyirik. Qurana, nə bir şey əlavə edilsin, nə də çıxarış edilsin. Qurana tam tabe olaq deyirik.
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

“Diqqət” asanlıqla qapana bilən şeydir. Diqqət yetirsəniz Peyğəmbərimiz (s.ə.v)-in danışıqları həmişə qısadır, tutarlıdır. Qurandakı mövzular də həmişə belə qısa və tutarlıdır, həmişə hikmət var. Allah Quranda çox mühüm bir mövzunu bir cümlədə bildirir. Mömin də hikmətli, qısa, tutarlı, mənalı, ruha təsir edəcək şəkildə danışmalıdır.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

AVM-lər və xəstəxanalar üçün geniş, rahat məscid inşa edilməsini istəyirik. Xüsusilə qadınlara məxsus hissə çox rahat, çox baxımlı, çox gözəl olmalıdır.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Dəccal hüzn, əzab və iztirab gətirər. Cəmiyyətin ümidsizlik, yas içində olmasını, Allaha güvənməməsini, Allahı sevməməsini təlqin edər. "Sizi Allah yaratmadı, təsadüfən yarandınız" deyər. Biz də hər şeyi Allahın yaratdığını, nizam verdiyini, sevginin, gözəlliyin, sevincin əsas olduğunu söyləməklə mükəlləfik və edirik.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Ağlamaq nə deməkdir? "Ey Rəbbim, sənin bu etdiyini mən bəyənmədim" deyirsən. Bu günahdır, üsyandır, tüğyandır, olmaz belə şey. Bilmədən edirsə bu ayrı, lakin bilərək edirsə küfrə düşər Allah qorusun.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Nəşə, sevinc, həyəcan və gözəllik hər yeri bürüyəcək. Biz cəhənnəm pisliyi istəmirik. Cənnət gözəlliyi, cənnət sevinci istəyirik. Mömin heç bir hadisədə Allaha üsyan etməz. Hər şeydə Ondan razı olar. Hər şeydə xeyir görər, hər şeydə təvəkkül edər.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Həmişə ağlamağı, yas tutmağı təşviq edirlər. Millət olaraq çürüyərik, bu çox təhlükəlidir. Mömin ağlamamalıdır, küfr, dəccal tərəfdarları ağlasın. Mömin gülməlidir, şən olmalıdır. İmanlı millətimizi kədərlə, yasla, qorxuyla, ümidsizliklə, sıxıntıyla, əsəb pozğunluğuyla və ruhi xəstəliklərlə çürütmək istəyirlər. Buna icazə verməyək.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Mömin şən olmalıdır, sevincli olmalıdır. İnsan zəif yaradılmışdır, ayə var. Sən zəif bir varlığı gecə-gündüz kədərləndirsən, qorxutsan, narahat etsən, ümidsizliyə salsan, şövqünü yox etsən, həyəcanını yox etsən, əqli sağlamlığını korlasan, bədən tarazlığını da pozarsan.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Şəhid cənazələrində təkbirlər çox coşğulu olmalıdır. Mücahid ruhunu vurğulayan, cəhd ruhunu vurğulayan və qətiyyən hüzn hiss etdirməyən təkbirlərlə şəhidlərin ruhu yola salınmalıdır.
A9 TV; 7 aprel 2016
avatar

Adnan Oktar

Hüceyrələrin atomları tək-tək tutması, tam ehtiyacları olan nisbətdə dəmiri, sinki, kalsiumu alması başlı-başına bir iman həqiqətidir.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Millət mövhumatdan usandı. Daşlayaraq qadın öldürmələr, namaz qılmayanı kəsmələr. Qorxunc İslam anlayışına qarşı nur kimi aydın İslam anlayışını izah edirik.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Ənənəvi, qaranlıq İslam anlayışına qarşı İslamın aydın, müasir üzüyük, fəxr ediləsiyik. Müsəlmanların rahatlıqla, qəlb rahatlığı ilə nümunə göstərə biləcəkləri bir cəmiyyətik.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Qarşıdurma bölgələrində əsgərlər və polislərin keçid yollarına tez-tez məlumat verə biləcək insanlar yerləşdirilsin ki, yol üzərində ola biləcək təhlükəyə qarşı tədbir alına bilsin.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Təcavüzə məruz qalan bir qadın əsla ləkələnməz. Əsla özünü əzik, günahkar hiss etməməlidir. Bizə görə tərtəmizdir.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Darvinist təhsil olduğu müddətcə qadın cinayətləri də davam edər. Çünki darvinist fəlsəfə qadınları alçaldır. İnsanlarda Allah sevgisi buraxmır, mərhəmət buraxmır, şəfqət buraxmır. Təkcə imanlı nəsillər qadını sevməyi bacarar. Bu da mehdiyyət dövründə olacaq.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Terrorun əsasında darvinist təhsil var. Xahiş edirik hökumət bunu dayandırsın, darvinist təhsili dayandırsın. Darvinizm, Allahı inkar etmə fəlsəfəsidir. Gəncləri elmi və doğru məlumatlarla yetişdirək.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

“Canlılar təkamüllə yarandı” deyənlər, axirətdə, bir atın gözəlliyini, üzərində tək bir tükün əmələ gəlməsini belə axirətdə izah edə bilməyəcəklər.
A9 TV; 2 aprel 2016
avatar

Adnan Oktar

Masonluqda üçbucaq və "Kohen əlləri"ndən A hərfini ifadə edəcək şəkildə 4000 illik bir simvol kimi istifadə edilir.
A9 TV; 2 aprel 2016
avatar

Adnan Oktar

Mehdi dövründə hər kəs bir-birinə salam verəcək, sevgi göstərəcək, evlərin qapılarında böyük kilidlər olmayacaq, hər yer təhlükəsiz olacaq.
A9 TV; 1 aprel 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İslamı yaşanmayacaq hala gətirdilər. İslamofobiyanı yaydılar. Dünyanın bir çox yerində insanlar İslamdan və müsəlmanlardan sanki nifrət edər vəziyyətə gəldilər. Bunun səbəbkarı, ənənəvi Ortodoks İslam anlayışıdır. Bunu elmlə, irfanla, Quranın həqiqətləri ilə aradan qaldıracağıq. Sitatlar
Millət mövhumatdan usandı. Daşlayaraq qadın öldürmələr, namaz qılmayanı kəsmələr. Qorxunc İslam anlayışına qarşı nur kimi aydın İslam anlayışını izah edirik. Sitatlar
Ənənəvi, qaranlıq İslam anlayışına qarşı İslamın aydın, müasir üzüyük, fəxr ediləsiyik. Müsəlmanların rahatlıqla, qəlb rahatlığı ilə nümunə göstərə biləcəkləri bir cəmiyyətik. Sitatlar
Uydurmalar, xurafatlar terroru qidalandırar. Quran terroru aradan qaldırar, yox edər. Sitatlar
Mövhumatçılıq qaranlıq fikirdir. İnsanı boğar. İnsan özünü orada yaşamağa məcbur zənn edər. Aydınlığı gördükdə isə, gözü qamaşar, mən bu aydınlıqda yaşaya bilmərəm deyər. Bir müddət yaşayandan sonra alışar. Yavaş-yavaş gözü bu aydınlığa alışacaq. Sitatlar
İnsanlar mövhumatla yaşaya bilməzlər. Nəsilləri mövhumatçı yetişdirdilər. Müasir, gözəl yaşamaq, sevinclə yaşamaq, estetika içərisində, keyfiyyətli yaşamaq onlara çətin gəlir, qəribə gəlir, təəccüblü gəlir. Bunların öhdəsindən gəlməlidirlər. Sitatlar
İslamın üstünə çirkli bir çul örtdülər. İnsanlar bu pisliyi hazırda görürlər. İslam adından meydana gətirilən xurafatlar bütün dünyaya qan qusdurur. Bunu şeytan örtdü, biz də qaldıracağıq və həqiqi İslam ortaya çıxacaq. Həqiqi İslam bəşəriyyətə sevgi, mərhəmət təqdim edəcək. Sitatlar
Mehdiyyət sürətlə ortaya çıxacaq. Hadisələrin gedişatı bunu göstərir. Heyrətamiz yüksəliş olacağı aydın olur. Ənənəvi İslam anlayışının qorxunc üzü ortaya çıxdıqca Quranın qiyməti aydın olacaq. Hər kəs İslamın qiymətini bu zaman anlamış olacaq. Sitatlar
PKK-ya, İngiltərə dərin dövlətinə, çox cahil insanlara, mövhumatçılara baxmayaraq, mehdiyyət böyük gəmi donanması kimi irəliləməyə davam edir və heç kim də dayandıra bilmir. Sitatlar
Ənənəvi İslam anlayışında, keyfiyyətli olmağı bacara bilmədiklərindən bu keyfiyyətsizliyi müdafiə etmək üçün, bu dəfə bir tikə yemək və bir hırka fəlsəfəsini irəli sürürlər. Sitatlar
"Quranın olduğu otaqda mən uzana bilmərəm" deyir, "həyat yaşanmaz" deyir. Belə şey olarmı? Quranın yanında musiqiyə də qulaq asarsan, ayağını uzadıb yatarsan da. Yataqda uzandığın yerdə Quranı oxuyarsan, heç nə olmaz. Şortla da oxuyarsan, maykada da oxuyarsan. Şeytan insanları Qurandan uzaqlaşdırmaq üçün bir oyun oynayır. Sitatlar
Musiqi də, rəqs də olmalıdır. Əyləncə olmalıdır. Dinə süni şəkildə haramlar daxil etməyin, əlavə qadağalar çıxartmayın. Bu zaman İslam bütün dünyaya hakim olacaq. Sitatlar
Hər musiqini yaradan Allahdır. Sənətkar özü yaratdığını zənn edər, yaradan Allahdır. Musiqidən həzz almağı yaradan da Allahdır. Musiqini eşidib dəhşətə gələ bilərdik Allah qorusun, çox iztirab verə bilərdi, çox narahat edici bir səs kimi gələ bilərdi, lakin Allah xoşumuza gələcək şəkildə yaratmışdır. Sitatlar
Müsəlmanların üstün və keyfiyyətli olmasına alışacaqsınız. Bəziləri əyləncənin sırf özləri üçün olduğunu zənn edirdilər. Musiqinin özləri üçün, rəqsin özləri üçün olduğunu zənn edirdilər. Rəqs də müsəlmanlar üçündür, əyləncə də, yeməyin ən gözəli də, evin ən gözəli də, sarayın ən gözəli də müsəlmanlar üçündür. Sitatlar
Əsil sənətkar Allahdır. Hər gözəl musiqi parçasını hazırlayan Allahdır. Təqdir edilməsi lazım olan Allahdır. Sitatlar
Dəccal dindarlıq iddiası, şirk dini və xurafatlarla ortaya çıxar. Dəccalın təqdim etdiyi xurafat dini marksizm kimi, darvinizm kimi tiryək təsiri göstərər. Sitatlar
Qadın hüquqları, azadlıq, demokratiya, musiqi, şəkil, sənət, heykəltəraşlıq, gözəl olan hər şeyə hökumət sahib çıxsın. Keyfiyyətə hökumət sahib çıxsın, estetikaya hökumət sahib çıxsın. "Bunlar türk millətinin xüsusiyyətidir" desin. Sitatlar
Müsəlmanlara mənəvi cəhətdən elə təzyiq göstəriblər ki, dində olmayan qaydalarla sanki zehinlərini dondururlar. Musiqi, incəsənət, gülmək, şən olmaq, həyat dolu olmaq potensial cinayət kimi göstərildiyi və özlərini də potensial günahkar gördükləri üçün hər yerdə aciz mövqedə olurlar. Qurana tam tabe olan müsəlmanlar ziyalı, keyfiyyətli, özünə inamlı və çox ağıllıdır. Acizliyi heç bir müsəlman əsla qəbul etməməlidir. Sitatlar
Rəqs, musiqi, əyləncə, sevinc, söhbət, hamısı İslamdadır. İslamın yaşanmadığı heç bir yer olmaz. İslam həyatın hamısıdır, İslam hər yerdə yaşanar. Sitatlar
Amerika terrorla mübarizə üçün silaha xərclədiyi 5 trilyon dolları darvinizmin əsassızlığı, xurafatlara deyil, Qurana tabe olunmasının lazım olduğunu bildirən kitablara xərcləsəydi, terror çoxdan bitər, dünyada kasıb qalmazdı. Sitatlar
İmanda xurafat olmur. Olduqca ağlabatan şeylər sayəsində; elmi dəlillərlə Quran möcüzələri, iman həqiqətləri sayəsində. Ağılın qarşısındakı maneələr yox edilməlidir. Ağıllı düşünməyin yolu göstərilməlidir. Vicdanlı, səmimi düşünməyin gözəlliyi öyrədilməlidir. Onsuz da insan səmimi düşündükdə də iman sahibi olur. Sitatlar
Biz nələrin halal olduğunu Quranda axtara bilmərik. Quranda haramlar axtarılar. Çünki haramların sayı çox azdır. Bir şeyin haram olduğuna dair Qurandan hökm-dəlil gətirildiyi vaxt məsələ həll olar. Amma Quranda haram olduğuna dair bir hökm yoxdursa, uydurmalarla, xurafatlarla qadağa qoymaq olmaz. Sitatlar
İslam aləmi hal-hazırda xurafatlardan ötrü sürünür, məhv olmuş vəziyyətdədir. Qatı dinçilik özü ilə qorxaqlıq da gətirir. Bu zaman insanlar səhabələr kimi cəsur və igid olmurlar. Sitatlar
Asan olan; İbrahimin dininə tabe olduğunda; bu hənif İslam dininə, Məhəmməd (s.ə.v)-in dininə tabe olduğunda cənnətə getməyindir. Amma sənin xurafatlarla çətinləşdirdiyin, mürəkkəbləşdirdiyin dinə tabe olduqda cəhənnəmə gedirsən. Həm dünya, həm də axirət həyatın cəhənnəmə çevrilir. Mübarək niyə bəlanı axtarırsan? Sitatlar
Dünyanın harasına getsək, hər yerdə Allahın mükəmməl yaratma sənətini görürük. Axirətdə bütün bu nemətlərə, gözəlliklərə görə sorğu-sual olunacağıq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur