logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 25 may 2017

avatar

Adnan Oktar

Musiqi ilə dini uyğunlaşdıra bilməmək çox yanlışdır. Musiqi olsa din olmaz deyə bir şey yoxdur. Din həyatın hər anında var.
A9 TV; 25 may 2017
1954
avatar

Adnan Oktar

Tövrat və İncilin təhrif olunmamış istiqamətlərini Qurana baxaraq anlayarıq. Qurana uyğun hissələri doğru və qəbuldur.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

Müsəlmanın ən xoşbəxt olduğu an diqqətinin Allaha yönəldiyi anlardır. Allah sevgisindən kənar daha yüksək zövq yoxdur.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

Şeytan imtahanın mühüm ünsürüdür. Şeytan olmadıqda imtahan aradan qalxar. Ölümə qədər şeytanın təlqini vardır.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

Allahın bizdən istədiyi Öz rizasının ən çoxunu bütün gücümüzlə istəmək və səmimi olmağımızdır. Bu vəziyyətdə Allah mükəmməl yolda irəlilədər. Müsəlman tam səmimi olmalıdır, bu zaman dümdüz yolda irəliləyər. Əks halda ora-bura sovrular.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

Dünyanın sakitləşməsi, hüzur tapması və gözəlləşməsi hz. Mehdinin zahir olması ilə reallaşacaq. Dünya bu zaman sevgini qəbul edəcək.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

Allaha təvəkkül edən və səmimi olan insan təkbaşına da olsa həmişə müvəffəqiyyətli olar. Rəsulullah (s.ə.v) yetim idi, sultanlar sultanı oldu. Allahı səmimi sevən insanı Allah tək qoymaz, sevəcəyi insanları da yanına gətirər.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

İslamın gözəl cəhətlərindən biri insanın şəxsiyyətini dəyişdirməsidir. Xəsis olan comərd, qorxaq olan cəsur, qəzəbli olan təmkinli olar.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

Əsəbiləşmək insanı hörmətdən salan, görünüşü gülünc vəziyyətdir. İnsanın özünə qəzəbi heç yaraşdırmaması lazımdır. Mömin qəzəblənəcəyi vəziyyətlə qarşılaşar, lakin Allaha sığınıb bu duyğunu məğlub edər. Allahın göstərdiyi təsvirə qəzəblə deyil, xeyir gözü ilə baxar.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

İqtisadiyyatın kilidlənməsinin və kasıblığın əsas səbəbi mal-dövləti toplama ehtirasıdır. Allah sevgisi və qorxusu ilə birlikdə toplama ehtirası aradan qalxdıqda zənginlik meydana gələr.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

İqtisadiyyatın kilidlənməsinin və kasıblığın əsas səbəbi mal-dövləti toplama ehtirasıdır. Allah sevgisi və qorxusu ilə birlikdə toplama ehtirası aradan qalxdıqda zənginlik meydana gələr.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

Qısqanmaq qadını uca bilmək, ona hər cür gözəlliyi təqdim etmək, pislikdən qorumaq, şərəfinə, iffətinə diqqət göstərmək mənasında olar. Qadına etimad etməyib potensial günahkar görüb, hər an bir cinayət işləyəcəyindən şübhələnib təqib edirsənsə bu o qadına təhqir olar.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

Həyatı dolu-dolu yaşamaq Allahın rizasının ən çoxunu axtararaq mümkün olar. Dünyanın haqqı ən gözəl belə verilər.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

Eqoistlik insana əzab verər, insanı kirlədər, çökdürər və insanı mənəvi cəhətdən xəstə edər.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

Mehdiyyət dövrünə qədər həqiqi bolluq meydana gəlməyəcək, iqtisadi böhranlar davam edəcək. Hz. Mehdi dövründə isə görünməmiş zənginlik olacaq.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

Mətbuatda dərc olunan sevgisizliyi təlqin edən xəbərlərə heç kim etibar etməsin. İran təmiz müsəlman ölkəsidir, Türkiyənin dostudur.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

İstanbul çox mübarək şəhərdir. Hz. Musa ilə Xızırın görüşü İstanbulda baş tutmuşdur, bir çox səhabə məzarı İstanbuldadır.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

Kim məzlumu qorusa o ona bərəkət gətirər. Məzlumu qoruyanı Allah qoruyar.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

İbadətxanalardakı danışıqların çox batıq səslə, pıçıltı ilə olması lazımdır. Dua edən, ibadət edən insanların diqqətini yayındırmamaq əhəmiyyətlidir.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

Dostlarımın çoxunun 30 illik sədaqəti var. Hamısı imanın nuru ilə çox gözəl və çox gümrahdırlar.
A9 TV; 25 may 2017
avatar

Adnan Oktar

Qadınlar Peyğəmbərimiz (s.ə.v) və səhabə dövründə azad idi. Hz. Mehdi dövründə yenə azadlığa qovuşacaq, istədikləri kimi azad yaşayacaqlar.
A9 TV; 25 may 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Musiqi dinləyən, rəqs edən cəhənnəmə gedər anlayışı Quranda yoxdur. Bu anlayış dünyanı cəhənnəmə döndərir. Allahın halal etdiyi haram edilməz. Sitatlar
Ənənəçi ortodoks qardaşlarımız süni qanunlarla sanki özlərini öldürmüş vəziyyətdədirlər. Dinsizliyin özlərini əzmələrini asanlaşdırıblar. İncəsənət, elm, keyfiyyət olmadıqda başdan məğlub vəziyyətə düşürlər və əzilmələri çox asanlaşır. Qadının azad olmayacağına musiqi, incəsənət, heykəltəraşlıq olmamasının lazım olduğuna o qədər özlərini inandırıblar ki, gözəllik gördükdə əks rəftar göstərirlər. Ənənəçi sistem özlərinin də tabe olmadığı minlərlə qanun qoymuşdur və Allahın cənnət gözəlliyi olaraq təriflədiyi bütün gözəlliklərə qarşı çıxar. Sitatlar
Avropanı əsil narahat edən keyfiyyətsizlikdir. Heykələ, rəsmə, musiqiyə düşmən insanları öz həyatlarının içində görmək istəmirlər. Bəzi həqiqətləri anlamazlıqdan gəlmək vaxt itkisinə səbəb olur. Türkiyədə təcili surətdə Keyfiyyət Nazirliyi yaradılmalıdır. Dövlət keyfiyyəti təşviq etməlidir. Sitatlar
Musiqi və incəsənət sevgi ilə edildikdə çox gözəl olur. Rəsmi, soyuq, çox ciddi rəftar olduqda ruhda təsir yaratmır. Sitatlar
Dünyadakı ən gözəl bəstə cənnətdə heç hökmündədir. Sitatlar
Cənnətdə musiqinin ən yüksək forması, ən möhtəşəm halı var. Cənnət musiqisini dünyada dinləmə imkanı olsa heç kim dünyadakı musiqini dinləmək istəməz. Sitatlar
Cənnətdə qədəhlər, ən gözəl süfrələr, ən gözəl musiqi, ən nəfis incəsənət var. Bu gözəlliklərin hamısı dünyada da müsəlmanlar üçün nemətdir. Rəsm əsərini, heykəli, musiqini, elmi, zənginliyi, ehtişamı, sevinci müsəlmanlar sahiblənməlidir. Bu nemətləri tərk etmələrinə dini cəhətdən heç bir ehtiyac yoxdur. Sitatlar
İncəsənətin ən gözəlini Türkiyə əldə etməlidir. Rəsm əsərlərində, heykəltəraşlıqda, musiqişünaslıqda dünyada qabaqcıl olaq. Yaradıcılıq gecələri keçirilsin, operalar olsun. Sitatlar
Musiqinin, rəqsin, gözəlliyin müsəlmanların əlində olması bəzilərini çox qəzəbləndirir. Müsəlman deyildikdə baxımsız olması lazımdır deyə inanıblar. İncəsənət, gözəllik keyfiyyət, cazibədarlıq müsəlmanların əlində olduğu zaman İslamın çox rahat dünyaya hakim olacağını bildiklərindən əngəlləməyə çalışırlar. Sitatlar
Hökuməti incəsənətə, musiqiyə, rəqsə, insanların sevincinə qarışırmış kimi göstərməyə çalışanlar boşuna çalışırlar. Sitatlar
Musiqiyə, heykələ, rəsmə, dekolteyə, gözəlliyə qarşı o qədər qarşıdırlar ki, heç cür nemətləri qəbul edə bilmirlər. Məkkəli müşriklər də belə idi. Əyləncəni, baxımlı olmağı, azadlığı özləri üçün haqq hesab edir, lakin qadınların da haqqı olduğunu heç cür qəbul edə bilmirdilər. Sitatlar
Avropanın İslam əleyhdarlığının təməlində mövhumatçılığın sevgisiz, incəsənətsiz, dözümsüz, nəzakəti zəif zehniyyəti var. Əlbəttə ki, Avropanın irqçi və müsəlmanlar əleyhinə olan münasibəti çox yanlışdır. Lakin mövhumatçıların da musiqidən, heykəldən, incəsənətdən nifrət edən münasibəti Avropadakı bu məntiqin zəmin qazanmasını təmin edir. Qadının döyülməsini söyləyən, anasının diz qapağını təhrikedici hesab edən, dekolte qadın gördükdə heyvani reaksiyalar verən zehniyyətdən Qərbin narahat olması haqsız səbəb deyil. Bu mədəniyyət pozğunluğunun düzəlməsi vacibdir. Sitatlar
Qurandan kənar din anlayışının hər cəhəti fəlakətdir; gülmək, rəqs etmək, rəsm əsəri, heykəl, musiqi, qadınların çölə çıxması, uşaqların şort geyməsi qadağandır. Saqqal kəsməyin, namaz qılmamağın cəzası ölümdür. Bunların heç biri Quranda yoxdur. Quranda olmayan din dünyanı cəhənnəmə döndərir. Sitatlar
Musiqinin haram olduğuna dair Quran ayəsi yoxdur. Mövhumatçılar eyham ilə hökm çıxarmaq istəyərlər, halbuki Quran çox açıqdır. Möhkəm ayələr aydındır. Sitatlar
Qulağa gələn atomları və elektriki beyində danışıq, musiqi, tiz və bas tənzimləməsi icra edilmiş şəkildə eşitmək heyranedici möcüzədir. Qulaqdan gələn elektrik keyfiyyətini insan təkcə uğultu şəklində qəbul edə bilər. Lakin musiqi kimi eşidir, istiqaməti bilir, əsas tiz və bas seçimi edir. Sitatlar
Bəzi müsəlmanların həm Qərbin mədəniyyətinə şiddətlə qarşı olması, həm də Qərbdə yaşamaq üçün can atması çox böyük ziddiyyətdir. Musiqiyə, incəsənətə, rəsmə, heykələ, Qərbdə olan bütün mədəniyyətə qarşı olduqlarını söyləyənlər təhsil almaları üçün övladlarını həmişə Qərbə göndərirlər. Əgər Qərbə yönəltdikləri tənqidlərində səmimi olsalar, Qərbdə yaşamaq üçün belə can atmazdılar. Bu kəslər şüur altlarında mədəniyyətin gözəlliyini bilirlər. Sitatlar
Ənənəvi İslam anlayışına görə həyat, sürünməklə sinonimdir. Gözəl olan hər şeyi haram ediblər, musiqi dinləmək, televiziyaya baxmaq haramdır. Dəccaliyyət bəzi müsəlmanları Quranda olmayan haramlar yaradaraq, oyuna saldı, biz bu oyunları puç etdik, puç etməyə də davam edəcəyik. Sitatlar
Əyləncə, musiqi, rəqs bəzilərinə görə müsəlmanlara qadağan edilməli olan nemətlər kimi göstərildi. Bütün dünya nemətləri müsəlmanlarındır. Müsəlmanlara öz aləmlərində hər şeyin pisinə layiq gördülər, yeməklərin, paltarların ən pisi müsəlmanların olsun istədilər, bu oyunu puç etdik. "Müsəlman musiqi dinləməz, rəsm çəkməz, qəzet oxumaz", "müsəlman qadınlar dekolte geyinə bilməz, gülə bilməz" dedilər, bunu da dəyişdirdik. Sitatlar
Musiqini, rəqsi, əyləncəni, sevinci, gözəlliyi yaradan Allahdır. Sitatlar
Şeytan müsəlmanların əlindən musiqini, incəsənəti, elmi, gözəlliyi almışdı. Quranda halal olan bütün bu gözəllikləri yenidən müsəlmanlara qazandırdıq. Sitatlar
Xarici aləmdə musiqi yoxdur. Hər insan musiqini beyninin içində eşidir. Xarici aləmdə təkcə səs dalğaları var, səsi musiqi kimi qəbul edən ruhdur. Ruhun musiqini eşitməsi üçün elektrikə, səs dalğasına ehtiyacı yoxdur. Səs dalğası, beyinə çatan elektrik, hamısı təkcə səbəb olaraq var. Sitatlar
Allah tək bir hüceyrədən danışan, eşidən, iyləyən, mühakimə qabiliyyəti olan, sevməyi bacaran, hiss edən bir insan meydana gətirir. Heyrətamiz möcüzədir. Çöldə səs və musiqi yoxdur, təkcə titrəyiş vardır. Təkcə insan beyni içində musiqini musiqi kimi qəbul edir. Sitatlar
Səbəblər Allahın möhtəşəm sənətidir. Musiqini beynin içində bilavasitə Allah yaradır. Lakin arada minlərlə səbəb varmış kimi görünür. Səbəb maddədən daha da mürəkkəb quruluşu olan, daha da kəskin ağıl tələb edən şeydir. Allahın səbəb sənəti möhtəşəmdir. Sitatlar
Allah sazdan zövq almağı nemət olaraq yaradıb. Sazdan səs çıxmaz, qulaq nəsə eşitməz. Titrəyişi musiqi olaraq yaradan Allahdır. Ruh Allahın sənətindən zövq alar. Ruhu maraqlandıran çöldən gələn aşağı amperlik elektrik cərəyanı deyil, Allah dərgahında yaradılandır. Sitatlar
Gözəl müsəlman modeli yaradaraq Dəccaliyyətin oyununu puç etdik. Musiqi, əyləncə, söhbət var, qadınlar azaddır və hamısı Qurana uyğundur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur