logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 15 may 2015

avatar

Adnan Oktar

Müşriklərin Mehdidən xoşu gəlməz, İsa Məsihin enişindən xoşu gəlməz, İslam Birliyindən xoşu gəlməz. Bir şəkildə sözü əyər-bükər bunu ifadə edər. Allah ayədə: “Belə ki, müşriklərin xoşuna gəlməsə də, Onu (haqq din olan İslamı) bütün dinlərdən üstün edəcəkdir” deyir. Çünki müşriklər qəti şəkildə İslam Birliyinə, Mehdiyə, İsa Məsihin enişinə qarşı çıxırlar.
A9 TV; 15 may 2015
782
avatar

Adnan Oktar

Müşriklər Allahın hökmünü, Quranı qeyri-kafi görərlər. Öz aləmlərində Allaha əxlaq öyrədir, Allaha din öyrədirlər, haşa. Buna görə də, İslam dininə ya əlavələr, ya da çıxarışlar edirlər.
A9 TV; 15 may 2015
avatar

Adnan Oktar

Müşrik nə deməkdir? Müşrik; Quranı qeyri-kafi görən, Allahın hökmünü qeyri-kafi görən və haşa Allaha din öyrətməyə çalışan kimsə deməkdir. Allahın dininə Onun adından istifadə edərək əlavələr edən kimsədir.
A9 TV; 15 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər, həyatı cəhənnəmə çevirən, İslamı cəhənnəm kimi göstərən hərəkətin, ən təqvalı hərəkət olduğuna inanırlar. Məsələn, namazı qıla bilməyəcək hala gətirərsə, onun təqvalı bir hərəkət olduğuna inanırlar. Dəstəmazı alına bilməyəcək hala gətirərsə, bunun da təqvalı bir hərəkət olduğunu düşünürlər. Halbuki, Allah Quranda dəstəmazın tərifini bir sətirlə vermişdir.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Quranda şiəlik vardır? Quranda sünnilik vardır? Haradan çıxarırsınız? Quranda Vəhhabilik vardır? Bir Quran, bir İslam dini var. Hamımızın adı da müsəlmandır.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər müsəlmanları bir-birinə də qırdırırlar. O bunu öldürür, bu onu öldürür. Fəxr edir sonrada. “Allaha çox şükür, bu gün iki yüz şiəni öldürdük” deyir. Digərləri də; “Allaha çox şükür biz bu gün üç yüz sünnini öldürdük. Havadan bombaladıq” deyir. Qatı dinçi İslam anlayışı özü ilə məhz bu fəlakəti gətirdi.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

İslam dinini bütün dünyada, haşa, bəla kimi göstərən, cəhənnəm həyatı kimi göstərən qatı dinçilər ortaya çıxdı və müsəlmanları məhv etdilər. Əfqanistanda müsəlmanları boğdurdular, İraqda, Suriyada, Liviyada boğdurdular. Dünyanın hər yerində əzdirdilər.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər başlarını, daim Peyğəmbərimiz (s.ə.v)-in evlilik həyatı, qadınlara olan sevgisiylə məşğul etmişdirlər. Həm bu mövzuyla əlaqəli ayələri heç söyləmək istəməz, həm də bu barədə danışmaq belə istəməzlər. Gizlətmək istəyirlər. Məsələn, cənnətdə xanımlar olduğunu da söyləmək istəmirlər.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Quranda tələb olunan şeylər çox azdır. Namaz çox qısa şəkildə izah olunmuşdur, oruc qısa şəkildə izah olunmuşdur, zəkat qısa şəkildə izah olunmuşdur. Mərhəmətli olun, şəfqətli olun, yalan danışmayın, dürüst olun. Yaxşı niyyətli olun, bir-birinizi sevin. Allahı çox sevin. Bir-birinizə kömək edin, mal-dövlət yığma hərisliyiniz olmasın; mal-dövlət Allahındır. Çox qısadır. Bunlardan başqa həmişə kafirlərin törətdikləri pis əməllər, küfr əhlinin, azğınların, dəlalət əhlinin ədəbsizlikləri və bunlara verilən cavablar vardır.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Allah böyüklüyünün dilə gətirilməsindən məmnun olur. Allahın ona ehtiyacı yoxdur, amma Allah sevilməsini istəyər.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

İnsan: “Mənim malımdır, mənim mülkümdür” deyir. Sənin malın, mülkün yoxdur, hamısı Allahındır. Sən Allahın mülkünü qorumağa gəlmisən.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Diqqətsizlik qəribə şəkildə geniş yayılmış bir bəladır. Buna görə də, Allah diqqətli olmağı fərz buyurmuşdur. Allah: “Diqqətli olun” deyir, diqqətli olmağı əmr edir.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

İnsan Peyğəmbər (s.ə.v)-ə qarşı ədəbsizlik edir, Allah bəlasını verir. Dinlə mübarizə aparır, Allah bəlasını verir. İslamla mübarizə aparır, Allah bəlasını verir. Mücahid, Allaha xidmət edən bir insanla mübarizə aparmağa çalışır, Allah bəlasını verir. Baxsanız, araşdırsanız görərsiniz. Gördüyünüz kimi, hansı övliya, hansı Allah yolunda mübarizə aparan biriylə mübarizə edən biri olmuşdusa, Allah onun bəlasını vermişdir.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

İran, Türkiyənin tezliklə dost olmalı ölkədir. Nə gözəl ki, müsəlmandırlar, nə gözəl ki, təqvalıdırlar. Nə gözəl ki, hərbi qüvvələri regionun ən güclü ordularından biridir. Nə gözəl ki, güclü dövlət quruluşu var.
A9 TV; 12 may 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sistemi demək; Türkiyənin öz əliylə özünü bölməsi deməkdir. Allah qorusun.
A9 TV; 12 may 2015
avatar

Adnan Oktar

Firavan yaşadıqlarında Allaha qarşı böyük qrup halında, demək olar ki, dünya səviyyəsində birləşib üsyan qaldırırlar. Aclıq dərdi çəkdiklərində isə Allaha inanılmaz şəkildə dua edib yalvarırlar. Belə aclıq dərdi çəkmək nəyə lazımdır? Belə eləmə, ağıllı ol, Allaha tövbə et. Allaha həmd et. “Ey Rəbbim, Sən böyüksən” de, “Səni çox sevirəm” de, sənə bol-bol nemət versin. Niyə başına bəla axtarırsan? Niyə azğınlaşıb qudurursan? Niyə özünü alçaldırsan?
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

Amerika Allahı çox zikr edirdi, baxın, çox varlı idi. Allahı az zikr etdikləri vaxt sürünməyə başladılar. Rusiya Allahı az zikr edirdi, sürünürdü. Allahı bir qədər çox zikr etməyə başladılar, Allah da bir qədər rahatlıq verdi.
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

Allah dünyanı süründürür, bütün dünya sürünür. Bu xüsusi olaraq yaradılır. Bəlkə də, dünyanın kasıb olması üçün heç bir səbəb yoxdur. Torpaq sahəsi olduqca genişdir. Hər cür əkin işi aparılacaq kimidir. Texnologiya, hər şey var. Allah, heyrət oyandıracaq şəkildə iqtisadi böhran və aclıq meydana gətirir. Heç bir səbəb olmadan. Möcüzə olaraq meydana gətirir. Çünki Allahı unudurlar. Allahı zikr etsələr olduqca böyük zənginlik hakim olar.
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

Sevgini Allaha yönəltməlisən. Sevgini birbaşa uşağa yönəldir. "Ey Rəbbim necə də gözəl yaratmısan" demir. "Necə də gözəl təcəlli edirsən" demir. Belə olduqda da, Allah bəla verir. Min cür əzab verir. Allah, ya onun uşağını əlindən alır, ya özünə bir xəstəlik verir, ya qəlbinə bir sıxıntı verir, ya da bütün bərəkətini qaçırır. "Ey Rəbbim Sənə həmd olsun" de, "necə də gözəl yaratdın" de. "Sənin təcəllindir" de.
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

Allah dərindən sevilmək istəyir. Allah Özünə dərindən diqqət yetirilməsini istəyir. Məsələn; "Mənə həmd edin, şükür edin, bol-bol təqdis edin" deyir. Allahın məqsədi, Özü ilə həmişə əlaqə saxlanılmasını təmin etməkdir. Allah sevilməyi sevir. Amma həddindən artıq sevilməyi sevir və bu Allahın haqqıdır. Çünki O hər şeyin, bütün gözəlliklərin sahibidir.
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

İnsan Allahı sevmədikdən sonra cənnətdə olsa nə fərqi var, olmasa nə fərqi var. Mömin Allahı sevdiyi üçün cənnətdən zövq alır.
A9 TV; 10 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İslam, Peyğəmbərimiz (s.ə.v)-in dövründə hakim olmadı, onun övladının, onun   sərkərdəsinin vəsiləsiylə hakim olacaq. Mehdi (ə.s) vəsiləsiylə hakim olacaq. Qələbə   kimindir? Allahındır. Kimi vəsilə edir? Peyğəmbərinin övladını. Peyğəmbərin nəvəsinin   qazanacağı qələbə, Peyğəmbər (s.ə.v) üçün şərəf olar. Sitatlar
Müşriklər Allahın hökmünü, Quranı qeyri-kafi görərlər. Öz aləmlərində Allaha əxlaq   öyrədir, Allaha din öyrədirlər, haşa. Buna görə də, İslam dininə ya əlavələr, ya da   çıxarışlar edirlər. Sitatlar
Müşrik nə deməkdir? Müşrik; Quranı qeyri-kafi görən, Allahın hökmünü qeyri-kafi görən   və haşa Allaha din öyrətməyə çalışan kimsə deməkdir. Allahın dininə Onun adından   istifadə edərək əlavələr edən kimsədir. Sitatlar
Ələvilərdə və şiələrdə çox güclü Mehdi sevgisi vardır. Dəlicəsinə bir sevgidir. Sünnilərdə   yersiz bir sükunət hakimdir, bu yaxşı bir şey deyil. Bunu düzəltməlidirlər. Sitatlar
Hz. Mehdi (ə.s) olduğu dünyada qiyamət qopmur. Amma insanların xəbəri yoxdur.   Dünyadakı bütün xurafatçılar ona düşməndir. Onun sayəsində hələdə yaşadıqlarından   xəbərləri yoxdur. Onun sayəsində qiyamətin qopmadığından xəbərləri yoxdur. Küfr əhli,   azğınlar, dəlalət əhli, hamısı, onun sayəsində yeyib içdiklərindən xəbərləri yoxdur. Sitatlar
Mehdi (ə.s) zühur etdikdə faiz artıq yox olacaq, çünki faiz almaq haramdır. Heç bir İslam   ölkəsi faiz alınmasını dayandıra bilmir, amma Mehdi (ə.s) gələndə faiz alınması   dayanar. Çünki Mehdi (ə.s) Qurandan güzəştə getməz. Quranda nə buyurmuşdusa onu   edər. Sitatlar
Mehdi (ə.s)-ın dini asanlaşdırması demək; Quranda olmayan haramları aradan   qaldırması deməkdir. Məsələn, musiqi haramdırmı? Deyil. Quranda belə bir ayə yoxdur.   Musiqinin haram olduğunu iddia edənlərə musiqinin halal olduğunu söyləyəcək. Sitatlar
Gələcək olan Mehdi (ə.s), İslamı yenidən dirçəldərkən asanlaşdırmaqla dirçəldəcəkdir.  Dini asanlaşdıracaq, xurafatçıların vurduğu zəncirləri insanların üzərindən açacaqdır. Sitatlar
Allah İslam barəsində nə deyir? "Hz. İbrahimin dini kimi asandır". "Allah sizin üçün   çətinlik diləməz, asanlıq diləyər" deyir. Mehdi (ə.s) asanlaşdıracaqdır. Necə   asanlaşdıracaq? Görünməmiş şəkildə asanlaşdıracaq. Din asanlaşacaq, zəncirlər   açılacaq. Çox asan bir din meydana çıxacaq. Bu din hansı dindir? Qurandakı din. Sitatlar
İnsanlar bütün mehdilərə müqavimət göstərəcəklər. Bu, onun mehdi olduğunun   əlamətidir. Əgər asanlıqla irəliləyəcək olsa, belə ki, Peyğəmbərimiz (s.ə.v); "40 il   mübarizə aparacaq" deyir, onda niyə 40 il mübarizə aparsın? 40 gün belə davam   etməz, dərhal nəticə alar. Amma belə olmur. Sitatlar
Müşriklər təhqir edə bilər, pis sözdə deyə bilər, hücum edə bilər. Allah: "Onlara fikir   vermə" deyir. Niyə fikir vermə deyir? Çünki onlara o gücü verən Allahdır. İstəsə müşrik   olmazdı. Onların danışdıqları şeyləri də yaradan Allahdır. İstəsə hamısının ağzını   bağlayar, heç danışa bilməzlər. Bunun üçün Allah müsəlmanlardan, çox soyuqqanlı ruh   halına sahib olmalarını istəyir. Sitatlar
Hz. Mehdi (ə.s) müstəqil güc sahibi deyil. Güc tamamilə Allaha məxsusdur. Hz. İsa   Məsih (ə.s) müstəqil güc sahibi deyil, güc tamamilə Allaha məxsusdur. İnsanlar bəzi   hallarda, məhz belə şirk düşüncəsinə sahib olurlar, hz. Mehdi (ə.s)-ın müstəqil güc   sahib olduğunu zənn edirlər. Halbuki ilk nəfəsi, son nəfəsi, hamısı bəllidir. Sitatlar
Mehdi (ə.s)-a tabe olacaqlar, İsa Məsihə tabe olacaqlar. Dünya başsız olduqda divanə   olar. Başa düşülməyəcək bir tərəfi yoxdur. Sitatlar
Mehdiyyət dövründə həddindən artıq saxta mehdilər və saxta İsalar ortaya çıxacaq.   Saxta mehdilərin ən əhəmiyyətli əlaməti, açıq-aydın şəkildə mehdi olduqlarını müdafiə   etmələridir. Sitatlar
Hz. İsa (ə.s) çox yaraşıqlı, avropalılara bənzər bir dəliqanlı kimi ortaya çıxacaq. Gözəl,   düzgün, ağıllı, keçmişini xatırlamayan bir dəliqanlı olaraq. Təxmin edildiyi kimi, çox   təəccüb yaradan təsiri olmaz. Çünki şübhə yaradan vəziyyətdə olacaq, qəti qənaət   gətirə bilməzlər. Özü də; "Mən mütləq İsayam" deyil, "bənzəyirəm" deyəcək, "ola   bilərəm" deyəcək. Sitatlar
Allah hər yerimizi nurla əhatə etsin. Bizi nurlandırsın. Hidayət versin. Ağlımızı açsın. Şeytanın şərindən qorusun. Pislərdən qorusun. Qəlbimizə əmin-amanlıq duyğusu versin. Bizi zənginləşdirsin. Gücləndirsin. İslamı hakim etsin. Mehdi (ə.s)-ı göstərsin. Mehdisini zahir etsin. Bizi Mehdi (ə.s)-ın, İsa Məsih (ə.s)-ın tələbəsi etsin. Sitatlar
Sevgi müsəlmanların qəlbinə yaxşı şəkildə nəqş edilməlidir. Kainatın qanunu, kainatın   meydana gəlmə məqsədi sevgidir. İmam Mehdi və İsa Məsih sevgini hamıya izah   edəcək. Sitatlar
İmam Mehdi (ə.s), İsa Məsihə də şərait yaradan adamdır. İsa Məsih qonaq olaraq gəlir,   elə də aktiv vəzifəsi olmaz. Dünyanın xarici siyasətinə təsir göstərər, məsələn, Putin   kimi, İngiltərə Kralı Çarlz kimi şəxslərə təsir göstərər, tələbələriylə. Amma çox ciddi təsiri   olmaz. Çünki İsa Məsih özünü bəlli edə bilməz. Amma Mehdi (ə.s) belə deyildir. Sitatlar
Ayasofyada ilk namazı qıldıracaq kimsə Mehdi (ə.s)-dır. Kiminlə birlikdə qıldıracaq? Hz.  İsa (ə.s) ilə birlikdə. İstanbul İsa (ə.s)-ın gələcəyi yerlərdən biridir. Qüds-ü Şərif iki,   Məkkə-i Mükərrəmə üç. Sitatlar
İslamı müşrik, bütpərəst bir sistemə çevirdikləri üçün, Allah da yola gətirmək, islah etmək üçün bəla, fəlakət, aclıq, müharibələr, terror yaratmaq üsullarından istifadə edir. Allah imtina etsinlər deyə inanılmaz dəhşət meydana gətirir. O zaman daha çox bütünə sarılır. “Qurtuluş bütə sarılmaqdadır” deyir. Bütünə sarıldığın üçün bu hala düşürsən. Sitatlar
Müşrik bəzən özünü yaxşılıq edəcək kimi göstərər, amma namərddir. Müşrikin göstərdiyi üzünə inanmamalısan. Sənin yanında göstərdiyi yaxşı rəftar, yaxud danışıqlar, çıxışlar etibarlı deyil. Onun hiyləgər və gizli manyak dünyası əsasdır. Quran buna diqqət çəkir. Sitatlar
Ağlamaq müşriklərin ümumi xüsusiyyətidir. Özlərini ağlayan, zırıldayan belə həssas, mərhəmətli, kədərlənən insanlar kimi göstərirlər və beləliklə, yolları da açılar. Halbuki insan Allah qorxusundan, Allah sevgisindən ötrü ağlayar; amma bunlar müşrik ruhuyla, göstəriş üçün, oyun və taktikaları üçün ağlayarlar. Sitatlar
Müstəqil sevgi olmaz. "Məni kifayət qədər sevmir" deyir. Əvvəla sevgini Allah yaradar. Sən müşrik sevgisi istəyirsən. Büt sevgisi istəyirsən. Sən bir insanı bütləşdirsən, onsuz da müşrik olarsan. Allah bəla verər, qəlbin sıxılar. Allah qəlbindən sevgini alar. Nə sevər, nə də sevilərsən. Sevgini bilavasitə Allahdan gözləmək lazımdır. Sitatlar
Yəhudilər ayrıdır, Yəhud qövmü vardır. Tövratda da keçər onlar; “Yəhudlar”. Yəhudilərdən fərqli qövmdür. Müşrik qövmdür və onların bir hissəsi keçmişdə mömin yəhudilərə baş bəlası olmuşdur. Sitatlar
Qatı dinçilər, həyatı cəhənnəmə çevirən, İslamı cəhənnəm kimi göstərən hərəkətin, ən  təqvalı hərəkət olduğuna inanırlar. Məsələn, namazı qıla bilməyəcək hala gətirərsə,   onun təqvalı bir hərəkət olduğuna inanırlar. Dəstəmazı alına bilməyəcək hala gətirərsə,   bunun da təqvalı bir hərəkət olduğunu düşünürlər. Halbuki, Allah Quranda dəstəmazın   tərifini bir sətirlə vermişdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur