logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 29 noyabr 2015

avatar

Adnan Oktar

O uşağın dənizdə sahilə vurması səbəbi, müsəlmanların başçı seçməmələridir, birləşmə qərarı almamalarıdır. Birləşmə qərarındakı ən mühüm şey başçının seçilməsidir. Hər kəs, başçı seçmədən "birləşək" deyir, bütün dövlət başçıları filan. Sən başçını seç, ondan sonra bax gör birləşirlər ya yox? "Başçımız budur" desən, onsuz da birləşmə olur.
A9 TV; 29 noyabr 2015
2508
avatar

Adnan Oktar

Bölgə, Türk İslam Birliyi düşüncəsini qəbul edər. Lakin Amerikanın bu hegemon məntiqini qəbul etməzlər. Bir də Osmanlı deyə heç nə olmaz. Səlcuqlular deyə heç nə olmaz. Bir daha Oğuz xanın dövrünə qayıdılmaq olmaz. Bir daha Sultan Alp Arslanın dövrünə qayıdılmaq olmaz. Nəyə qayıtmaq olar? Gələcəyə qayıtmaq olar. Gələcək nədir? Mehdiyyətdir.
A9 TV; 27 noyabr 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sisteminin tətbiq olunduğu ölkələr onsuz da nizamsız vəziyyətdə idilər, prezident idarəetmə sistemi ilə onları birləşdirdilər. Lakin dünyada unitar bir dövlətin prezident idarəetmə sisteminə keçib bölünməsinə aid nümunə yoxdur.
A9 TV; 23 noyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) yetmiş pərdəyə bürünmüşdür, görə bilənlərə eşq olsun. Bu elə bürünmədir ki, hz. Mehdi (ə.s) belə özünü görə bilmir. Allah bu dərəcədə bürümüşdür. Tövrat təfsirçisi hahamlar: "Anası, atası, ailəsi onlar da görə bilməzlər Moşiyah Mehdini" deyirlər. Bu qədər pərdələnmişdir.
A9 TV; 22 noyabr 2015
avatar

Adnan Oktar

Qadın hüquqları, azadlıq, demokratiya, musiqi, şəkil, sənət, heykəltəraşlıq, gözəl olan hər şeyə hökumət sahib çıxsın. Keyfiyyətə hökumət sahib çıxsın, estetikaya hökumət sahib çıxsın. "Bunlar türk millətinin xüsusiyyətidir" desin.
A9 TV; 21 noyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ın xüsusiyyəti ayaq basdığı hər yerdə şeytanın ayağını qırmaqdır. Faşizmin ayaq səslərini yox etməkdir. Azadlığı, sevinci, bayram əhval-ruhiyyəsini, iman sevincini bütün dünyaya daddırmaqdır. Görünməmiş ictimai ədalət yaratmaqdır.
A9 TV; 21 noyabr 2015
avatar

Adnan Oktar

Vəfa Allah üçün olar. İmansız insan üçün vəfanın bədəli ağırdır. Başını bəlaya salar. Möminə isə, bərəkət və nur gətirər, gözəllik gətirər. Görünməmiş gözəllikdir, igidlikdir. Səbrin hər dəqiqəsi, saniyəsi imansız bir insanın sümüklərini çatırdadar, ona qəribə əzab verər. Lakin iman olduqda səbir edilər. Bunun üçün insanlar Qurana borcludurlar.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Gözəl əxlaqlı olum deməklə, insan gözəl əxlaqlı ola bilməz. Allahdan qorxaraq, Allahı sevərək gözəl əxlaqlı olunar. Yoxsa səxavətli ola bilməz. Birinə mal verdikdə insanın ürəyi yanar. Bağışlamaq qəribə şəkildə qəzəbləndirər. Əgər iman yoxdursa, Allah qorxusu yoxdursa bağışlamaq, çox əsəbiləşdirici haldır.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

İnsanların topluluq halında xoşbəxt yaşamaları üçün lazım olan ən ağıllı və ən mükəmməl tənzimləmə yolu Quranda mövcuddur.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Quran diqqətlə araşdırıldıqda dünyada cənnət kimi yaşanması üçün, lazım olan bütün mükəmməl qanunların çox yaxşı qeyd olunduğunu görərik. Yəni Quran tam tətbiq olunduqda insanlar çox mükəmməl yaşayarlar. Nə etdiklərini çox yaxşı bilərlər. Cəmiyyət də çox mükəmməl yaşayar.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

İman zəifliyi olsa, əxlaq zəifliyi də olar. Çünki insan gözəl əxlaqı Qurandan öyrənir. İslam olmasa səbirli olmağa yaxın durmaz; "niyə səbirli olum?" deyər. "Niyə bağışlayım?" deyər. "Niyə əliaçıq olum?" deyər. "Niyə haqqımdan imtina edim?" deyər. Hər cəhətdən çökər insan.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Müsəlmanlar üçün ən mühüm şey imanın güclü olmasıdır. İman zəifliyi insanları pərişan edir. Dünyadakı ən böyük problem iman zəifliyidir. Quranın ən azı 70%-də insanların iman zəifliyindən bəhs edilir, iman həqiqətlərinin əhəmiyyətindən bəhs edilir.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Bəzi insanlara diqqət yetirin, özünə tək bir söz belə dedirtməz. Hamısına tək-tək izah gətirər. Həqiqətən tənqid olunacaq şeyi qəbul etməz. Bu böyük ziyan verər və insanda çox ciddi psixoloji problem meydana gələr. Yaxşı baxın, görərsiniz. Lakin özlərini tənqid edənlər çox həlim olurlar. Nə etdiyini çox yaxşı bilən, eləcə də, sözü və əməli bir-birini tutan insan olurlar. Bunu da görə bilərsiniz. Bu Quranın bir möcüzəsidir.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Ağılla hərəkət edən və nə etdiyini bilən insan olmaq üçün, mütləq nəfsi tənqid etmək lazımdır. Hərdənbir olsa da, mütləq tənqid etmək lazımdır. İnsanların içində də tənqid etmək lazımdır. Bu zaman insan ağılla hərəkət edən və nə etdiyini bilən biri olar. Bu Quran möcüzəsidir. Gözlə görünən möcüzədir.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

İnsan özünü tənqid etməsə, mükəmməl hesab etsə dəli kimi olar. Müsəlman mütləq özünü tənqid etməli və etdirməlidir. Əqli sağlamlığı baxımından bu lazımdır. Yoxsa əqli pozğunluq yaranar. Mühakimə qabiliyyəti yox olar. Bəsirəti, fərasəti bağlanar. Baxın ətrafınıza, görərsiniz. Qeyri-stabillik yaradar. İnsan ağılla hərəkət edən biri olmaz.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Sevgi böyük gücdür; çünki Allah sevgini insanın fitrətində yaratmışdır. Şeytan da insanın fitrətindən çıxartmağa çalışır. Şeytan bacara bilməyəcəyi bir işə girişdi. Şeytanı ayaqlarımızın altında əzəcəyik və sevgi dünyaya hakim olacaq.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Qadınlar, çiçək kimi varlıqlardır. Onlara bu qədər iztirab, əzab verməyin nə mənası var? Buxarın dünyada gözəl yaşasınlar. O zaman Avropa da, Amerika da qapılarını Türkiyənin üzünə sonunadək açar. Bu PKK-lı alçaqları da onlar dəstəkləməzlər.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Quranda bildirilən əxlaqda mülkiyyət hərisliyi yoxdur. Hər şey hər kəsin olur. Qardaşlıq ön plana çıxır. Hər kəs malını-mülkünü qardaşıyla paylaşır. Yediyini, içdiyini, paltarını, əşyasını, hər şeyini. Bir yerdə bir şey yığıb toplamaq, hərislik etmək, belə şeylər olmaz. Sonradan uydurublar: “Qızılın qırx da bir (1/40) hissəsini verməlisən” deyə. "Belə şey yoxdur. Quran, ehtiyacdan artıq qalanı verin” deyir.
A9 TV; 18 noyabr 2015
avatar

Adnan Oktar

Zülmün həll yolu sevgidir, sülhdür, rasionallıqdır, elmdir, irfandır, mövhumatçılığa qarşı Quran həqiqətləri ilə aparılacaq mübarizədir. Hal-hazırda anlamazlıqdan gələnlər ola bilər, lakin çox yaxın vaxtda hadisələr xeyli böyüdükdə anlayacaqlar. Dediyimi bir yerə yazın, eynilə görəcəksiniz. Eynisi meydana gələcək.
A9 TV; 18 noyabr 2015
avatar

Adnan Oktar

Dünyanın hər tərəfində prezident idarəetmə sistemi ölkələri bölünməyə aparacaq tərzdədir, federasiya yaradacaq bir sistemdir. Dünyada federasiya yaratmayacaq prezident idarəetmə sistemi yoxdur.
A9 TV; 18 noyabr 2015
avatar

Adnan Oktar

YPG-yə qarşı əməliyyat aparılsın. Türkiyənin sərhədlərini tamamilə əhatə ediblər, son mərhələyə gəldilər, hər an Aralıq dənizinə çata bilərlər. Nəhəng bir zolaq meydana gətirib İslam aləmi ilə, Türk aləmi ilə əlaqəmizi kəsmək istəyirlər. Buna heç vaxt icazə verilməməlidir. Vaxt itirmədən lazımi işlər görülsün.
A9 TV; 18 noyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İslam Birliyinə qarşı müqavimət göstərmək haramdır, müsəlmanların başına lider seçməsi fərzdir. Hər gecikmə haramın qatlanaraq artmasına səbəb olur, müsəlmanlar, öldürülən hər insandan, hər məzlumdan məsul olurlar. Çünki inadla İslam Birliyini istəmirlər, inadla mehdiyyətdən uzaq dayanmağa çalışırlar. Uzaq dayanmağa çalışdıqca da, cinayətlər, ölümlər qatbaqat artır. Sitatlar
Müsəlman müsəlmanı öldürür. Müsəlmanların başında bir lider olsa, məsələ həll olacaq. İslam Birliyi olsa, bütün müsəlmanlar xilas olacaq. Həmin gün, həmin saat xilas olarlar. Bir mənəvi lider, sevgi bağıyla lider, bütün terror və anarxiya qruplarının fəaliyyətini dayandıracaq. Sevgini, qardaşlığı əsas götürən bir ruhu bütün İslam aləminə yayacaq, hər kəsə bir-birinin dostu olduğunu göstərəcək. Sitatlar
Müsəlmanlar birləşəcək və başına bir lider gələcək, biz buna hər cür adı verə bilərik. Müsəlmanların xəlifəsi də deyə bilərik, başçı da deyə bilərik, xəlifeyi-ruyi-zəmin (yer üzünün xəlifəsi) də deyə bilərik, hər şey deyə bilərik. Ad üzərində ixtilafa düşməyə ehtiyac yoxdur. Sitatlar
Nur surəsinin 55-ci ayəsində və digər ayələrdə də açıqca bildirilib, İslam aləmi birləşəcək. Müsəlmanlar Quranda: "Ey Rəbb bizi təqva sahiblərinin öndəri et" deyirlər. Deməli, İslam aləminin bir öndəri, bir lideri olur. Quranda lidersiz heç bir cəmiyyətdən bəhs edilmir, hər cəmiyyətin lideri var. İslam aləminin də bir lideri olacaq. İnkar edəcəkləri vəziyyət yoxdur. Sitatlar
İslam aləminin birləşməsinə mehdiyyət deyilir. Mehdiyyət İslam aləminin birləşməsinə bərabərdir. Başındakı liderə də biz, hz. Mehdi (ə.s) deyirik. Sitatlar
Homoseksuallığın zarafatı olmaz. Belə çirkin bir hərəkətin, belə qorxunc bir hərəkətin zarafatı olmaz. Bu dəhşətli bir şeydir. Televiziya proqramları və başqa yerlərdə var gücümüzlə bu üsluba qarşı çıxmalıyıq. Sitatlar
Quran İslam Birliyini istəyir. Quran bir imam təyin edilməsini; müsəlmanların başına bir   lider təyin edilməsini istəyir, bu şəkildə mehdiyyətə işarə edir. Sitatlar
Prezident idarəetmə sistemini xalqın çoxu bilmir. Xalqın məzmununu bilmədiyi bir şeyi qəbul edəcəyini söyləmək, xalqa qarşı hörmətə uyğun deyil. Sitatlar
Xilaskar gözləmək, Allahdan bir xilaskar istəmək Allahın Quranda bildirdiyi bir hökmdür. Allah Nisa surəsinin 75-ci ayəsində müsəlmanların xilaskar göndərməsi üçün Allaha dua etmələrinin lazım olduğunu bildirir. Sitatlar
Hər cəmiyyətin bir lideri və öndəri olmuşdur, axirətdə də insanlar öndərləriylə çağırılırlar. Sitatlar
Prezident idarəetmə sistemi heç bir ölkədə normal seçki yoluyla, xalqın istəyi ilə tətbiq   olunmağa başlamamışdır. Həmişə baş verən döyüş, çevriliş nəticəsində tətbiq   olunmağa başlanmışdır. Harada bir hadisə, bir çevriliş baş versə, arxasınca prezident   idarəetmə sistemi tətbiq olunmağa başlamışdır. Yəni zorla tətbiq olunmağa başlandı. Sitatlar
Suriyalıların öz vətənində qan, barıt, od var, dənizdə boğulmağı gözə alaraq evlərindən çıxan bu insanlara getsinlər demək vicdansızlıqdır. Sitatlar
Cümhuriyyət hökumətini və dövləti dağıtmağa çalışan bir sistem var; PKK-nın   xüsusiyyəti budur. Məqsədin məlumdur; dövləti dağıtmaq. Onun yerinə kommunist bir   dövlət yaratmaq. Cənub-Şərq bölgəsini parçalamaq, qalan yerləri də işğal etmək.   Abdullah Öcalanın düşüncəsi Marksist, Leninist, Stalinist bir düşüncədir. Sitatlar
Mühacir düşərgələrindəki qardaşlarımızın qış şəraitində çətinlik çəkməmələri üçün hər cür tədbiri alaq, onlara kömək edək. Sitatlar
Suriyalıların bu vətəndə hüzur, zövq içində gəzməsi bizi xoşbəxt edər. Onların xoşbəxtliyindən narahat olan üslub işlətmək çirkindir. Türkiyənin əksər əhalisi onsuz da mühacirdir. Suriyalı qonaqlarımızı vətəndaşlığa qəbul edək. Sevgisizlərin reaksiyasından heç kim çəkinməsin. Sitatlar
Məcburi köçkünlər məsələsində Trampın çox üstünə gedənlər, Obama dövründə 2 milyon məcburi köçkünün Amerikadan deportasiya edildiyindən heç bəhs etmirlər. Sitatlar
Döyüşə zəmin hazırlayan ixtilafı təşviq etmək İslama uyğun deyil. Qurana görə müsəlmanlar arasında ixtilaf deyil, qardaşlıq, birlik var. Sitatlar
Bir cəmiyyətdəki keyfiyyət qadının azadlığı ilə meydana gələr. Qadının cinayət maşını kimi görüldüyü, baxımlı olmasının qadağan edildiyi cəmiyyət mədəni deyil. Sitatlar
Bir insana etibar edə bilməyimiz üçün ağıllı qiymətləndirmə aparmaq lazımdır. Quranın meyarı insanları diaqnoz etməkdə ən mükəmməl meyardır. Quranın meyarı ilə həm özümüzü, həm də insanları yaxşı tanıyarıq. Özümüz özümüzə necə zərər vermərik, insanları necə tanıyarıq, bunu öyrənərik. Sitatlar
Mənim dostlarımın nurları bir-birinə bənzəyər. Möminlər bir ümmətdir, bir-birlərinə bənzəyərlər. Sitatlar
Canını qurtarmaq üçün Türkiyəyə sığınan insanı qorumaq fərzdir. Əks təqdirdə insan harama girər, cinayətə şərik olar, Allah əsirgəsin. Sitatlar
Hataya yüz min, iki yüz min suriyalı qardaşımız belə gələ bilər və gəlsinlər. Fikrimcə, sərhəd qapılarını açsınlar. Gəlsinlər və məskunlaşsınlar. Yəni, getməsinlər, qalsınlar, burda məskunlaşsınlar. Onlara ev, iş, imkan verək. Onlar bərəkəti ilə gəlir. İki yüz min adam gəlsin. Yəni, dövlət bunu dövlət siyasəti olaraq tətbiq etməlidir. Sitatlar
Başa öz-özünə məlumat gəlməz. Tərbiyə edilməlidir, öyrədilməlidir. Başını qoy yerə yat, bu cür olmaz, insan xüsusi olaraq məşğul olmalıdır. Düşünmək namaz kimi ibadətdir. Sitatlar
Həyatında nələr edəcəyi onsuz da taleyində məlumdur, nələr olacağı da məlumdur, lakin təşvişə qapılır. Bunu Allah ən yaxşı şəkildə etmişdir, mümkün olduqca ən mükəmməl şəkildə etmişdir. Bəs təşvişə qapılmağın nə mənası var? Heç bir ağıllı tərəfi yoxdur, məntiqi də yoxdur. Çünki məsələ onsuz da həll olmuşdur. Boşuna təşvişə qapılır. Allah hər şeyi ən gözəl şəkildə yaradır. Sitatlar
Bölgə, Türk İslam Birliyi düşüncəsini qəbul edər. Lakin Amerikanın bu hegemon məntiqini qəbul etməzlər. Bir də Osmanlı deyə heç nə olmaz. Səlcuqlular deyə heç nə olmaz. Bir daha Oğuz xanın dövrünə qayıdılmaq olmaz. Bir daha Sultan Alp Arslanın dövrünə qayıdılmaq olmaz. Nəyə qayıtmaq olar? Gələcəyə qayıtmaq olar. Gələcək nədir? Mehdiyyətdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur