logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 1 iyun 2017

avatar

Adnan Oktar

Oruc tutarkən aclıqdan, susuzluqdan bəhs etmək ibadətin ruhuna yaraşmaz. Müsəlmanın alicənablığına belə üslub yaraşmaz.
A9 TV; 1 iyun 2017
2500
avatar

Adnan Oktar

Bizim izahatlarımızdan və ortaya qoyduğumuz dəqiq dəlillərdən sonra ziyalılarımızın çox böyük əksəriyyəti İngiltərə Dərin Dövlətini anladı.
A9 TV; 1 iyun 2017
avatar

Adnan Oktar

Allah zər aləmində bütün insanları bütün bədən üzvləri ilə birlikdə yaratmış, bütün insanlardan əhd almışdır. Bu, Quranda təkamül olmadığının dəlilidir. Quranda təkamüllə yaradılış olduğunu iddia edənlər, zər aləminin yaradılışını açıqlaya bilməzlər. Zər aləmi də, dünya da təkamüllə yaradılmadı.
A9 TV; 1 iyun 2017
avatar

Adnan Oktar

Şəhidlərimizi Allah nuru ilə bürüsün. Onları yüksək mərtəbələrindən dolayı təbrik edir, sevgi ilə anır, təqdir edir və alqışlayırıq. Allah da təqdir, təbrik etsin. Allah Quranda şəhidlərin sevinc içində olduqlarını bildirmişdir. Möminlər üçün şəhidlik seviniləcək mübarək məqamdır. (Ali İmran surəsi, 169-170-171: Allah yolunda öldürülənləri əsla “ölülər” hesab etməyin. Xeyr, onlar öz Rəbbi dərgahında diridirlər, onlara ruzi verilir. Allahın Öz lütfündən onlara bəxş etdikləri ilə sevinc içindədirlər. Onlara, arxalarınca gəlib hələ çatmayanlara müjdələməyi istəyirlər ki, onlar üçün heç bir qorxu yoxdur, kədərlənməyəcəklər də! Onlar, Allahdan neməti, lütfü (bolluğu) və həqiqətən Allahın möminlərin savabını puç etməyəcəyini müjdələyirlər.)
A9 TV; 1 iyun 2017
avatar

Adnan Oktar

İslamı ən yaxşı Qurandan öyrənərik. Lakin Qurana mütləq səmimi, dürüst yaxınlaşmaq lazımdır.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

İnsanların bir-birinə salam verməməsi, göz-gözə belə gəlmək istəməməsi, sevgisizliyin gətirdiyi bəlalardır. Sevgini, salamı yaymaq lazımdır.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

Geniş və rahat düşünmək gözəl olandır. Doğru olana doğru demək lazımdır. Qatı, ön mühakiməli olmamaq lazımdır.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

Quranın heç bir məlumatı səhv çıxmayıb. Ədəbi cəhətdən bənzəri yoxdur. Elmi cəhətdən də 1400 il əvvəl bilinməyən məlumatlar verilmişdir.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

“Müsəlman yeməz, içməz, yerdə oturar, keyfiyyət nədir bilməz” deyə bilirlər. Buna görə də, müsəlmanların ehtişamının görülməsi bu yanlış imici yox etmək üçün tələb olunur. “Müsəlman keyfiyyətli məkanda ola bilməz, keyfiyyətli avtomobil idarə edə bilməz, keyfiyyətli evdə otura bilməz, keyfiyyətli geyinə bilməz” imicini biz yerlə-yeksan etdik. Gözəl olan hər şey təkcə küfrün əlində olmalıdır, deyənlərin bütün təbliğatının keçərsiz olduğunu həyatımızla göstərdik.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

Oruc tutmaq insana təvazökarlıq gətirər, oruc tutan insan şəfqətə və sevgiyə daha açıq olar.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

Müsbət və mənfi utancaqlıq vardır. Müsbət utancaqlıqda pis şeydən xəcalət çəkilər. Mənfi utancaqlıq isə insanın sevgisini ifadə etməsinə əngəldir. İnsanın sevdiyini uca səslə söyləyə bilməməsi qürurdan irəli gələr. “Sevirsənmi?” deyə soruşduqda “səncə?” deyə cavab verilməz, “sevirəm” deyilər.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

Allah hər şeyi bir məqsədlə, bir tale ilə yaratmışdır. İnsanın mövcudluq məqsədi də qul olmasıdır.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

Allaha inandığını söyləyib dinə inanmadığını söyləyənlər haşa Allahın insanlardan xəbərsiz olduğunu söyləmiş olurlar. Yaxud stəkanın, eynəyin, yastığın mövcudluq məqsədi var, lakin insanın mövcudluğunun heç bir məqsədi yoxdur demiş olurlar. Hər ikisi də çox məntiqsizdir.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

Quran çox açıq və dəqiqdir. Quranı oxuyan hər insan açıq və dəqiq ayələri anlayar. Eyhamla, xurafatla Qurandan hökm çıxardanlara etibar etməsinlər.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

Mehdiyyət dövründəyik, Allahın Hadi isminin gəncləri əhatə etdiyi açıqca görünür.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

Mövcud olan bir şey əsla yox olmaz. Səs də, təsvir də Allah dərgahında sonsuza qədər qalar.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

Hər yuxu bir növ ölümdür. İnsan hər yuxuda ölər və hər səhər dirilər. Ölümdən oyanma da kəskin dirilişdir.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

Putin zəkalı və dəliqanlı insandır. Hər insan kimi onun da səhvləri ola bilər, lakin dünyaya baxdığımız zaman səmimi olduğunu görürük.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

Qadınların dəyərinin yaxşı bilinməməsi dəccaliyyətin təlqinləri ilə olur. Cənnətin də, dünyanın da ən böyük neməti qadınlardır.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) ümmi idi, hz. İbrahim də məktəb bitirmədi. Lakin hamısı arif idi, heyrətamiz keyfiyyətli idi. Allaha səmimi olaraq yaxın olan çox keyfiyyətli olar.
A9 TV; 30 may 2017
avatar

Adnan Oktar

Allah bütün qonşu ölkələrə olduğu kimi, Gürcüstana da bərəkət, bolluq və hüzur versin. İnşaAllah bütün qonşularımızla viza tətbiqi ləğv olunacaq.
A9 TV; 30 may 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allahı çox sevən, Allahın yaratdığı bəndələrə şəfqətlə yaxınlaşar, Quranın ruhunu yaxşı anlayar. Mömin oruc tutmayana qarışmaması lazım olduğunu bilər. Sitatlar
Oruc tutmaq insana təvazökarlıq gətirər, oruc tutan insan şəfqətə və sevgiyə daha açıq olar. Sitatlar
Bəziləri çox lovğa, özü sanki cənnət əhliymiş də insanları xilas edirmiş kimi bir üslub işlədir. Dini səmimi izah etmirlər. İnsanların iman həqiqətlərinə, Quran möcüzələrinə ehtiyacları var, bunları izah etmirlər, hər gün su kimi müsəlman qanı axır, heç üzərində dayanmırlar. Darvinizm insanları dinsizliyə sürükləyir, tək kəlimə cavab vermirlər. Sitatlar
Uşaqların ən çox ehtiyac duyduğu şey sevgi və şəfqətdir. Dərin şəfqət olsa uşaq hər mövzunu çox asan öyrənər, əks halda isə çox sıxılar. Uşaqların ruhlarındakı azadlığı tamamilə açmaq və sevgini onlara bulaq kimi təqdim etmək lazımdır. O zaman çox gözəl təhsil olar. Sitatlar
Türkiyədə xalq ziyalı dindardır. Qadına hörmət, oruc tutana da, tutmayana da hörmət vacibdir. Sitatlar
Qətərin vətəndaşlarını embarqo tətbiq edən ölkələrə qarşı sərt üslub işlətməmək, gözəl sözlə xəbərdar etmək məsələsindəki xatırlatması gözəl olub. Sitatlar
Uşaqlara bir mövzunu hörmət edərək, dəyər verərək izah etmək lazımdır. Uşaqdır bu, deyərək hörmət göstərməyən üslub işlətmək doğru olmaz. Sitatlar
Hörmətli Kılıcdaroğlunun demokratiyanı, ədaləti müdafiə edən, öz qənaətinə görə zərər çəkmiş gördüyü şəxsləri müdafiə edən üslubu normaldır. Sağlam müxalifət budur. Güclü müxalifət olması demokratiyanın sağlam olduğunu göstərər. Müxalifətdən narahat olmamaq lazımdır. Sitatlar
Türkiyədəki imkanları qiymətləndirərkən ölümdən qaçmış məzlum Suriyalılara edilən köməyi gündəmə gətirmək vicdanlı üslub olmaz. Suriyalılara edilən köməyi vicdan sahibi bütün insanların sevinc vəsiləsi olaraq görməsi lazımdır. Əks halda mərhəmət duyğusuna yaraşmaz. Sitatlar
Şişirdilmiş makiyaj deyə bir şey yoxdur, yaraşan makiyaj vardır. Qadınlar necə bəyənib sevirlərsə o cür makiyaj etsinlər. Heç kim qarışmasın. Sitatlar
Ərəb Dövlətləri Liqasının asta, monoton, soyuq üslubu çox yanlışdır. Həll edilməsi lazım olan təcili məsələlər olduğu zaman asta davranmaq çox çirkindir. Sitatlar
Möminin üslubu, hər zaman sabit, tutarlı, ağıllı, bağışlayıcı olar. Qurandan kənar üslubu olmaz. Sitatlar
Suriyalı canlarımıza qarşı şəfqətsiz üslub işlədənlər çox böyük vicdansızlıq edirlər. Onlara qarşı mərhəmətsizlik zülm olar. Sitatlar
Dəccaliyyət dünyaya hakim olduğu üçün sevgisizlik və nifrət üslubu çox yerdə yayılıb. Mehdiyyət bu sevgisizliyi aradan qaldıracaq. Sitatlar
Qadınlara qarşı uca səslə, özünü onlardan üstün görən üslub işlətmək heç kimə yaraşmaz. Müsəlman təvazökar olar. Sitatlar
Siyasətçilərin bir-birilərini tənqid edərkən konkret şəkildə sübutu olmayan məsələləri gündəmə gətirməmələri, sakit üslubu seçmələri doğru olar. Sitatlar
Suriyalı qardaşlarımıza qarşı qəzəbli üslub düzgün olmaz. "Suriyalılar ölkələrinə qayıtsın, döyüşsün" deyənlər nə dediklərindən xəbərsizdirlər, o məzlumları fəlakətin içinə atmaqdan bəhs edirlər. Sitatlar
Hər şeyin təkcə funksional olduğu həyat var. İncəsənət, estetika, keyfiyyəti bir kənara qoydular. O zaman həyatda gözəllik, zövq, xoşbəxtlik qalmır. Bu mehdiyyət dövründə dəyişəcək. Hər şey incəsənət ilə, keyfiyyətli, cəlbedici olacaq. Sitatlar
İstədiyin şey olmadığı zaman insanın dünyanı dəyərləndirməsindəki sadə məntiqin o qədər doğru olmadığını görərik. Dərhal bir şey olmasını istəyirsən, yox hökmən təqdir edilmiş vaxtı gözləməlisən. Sitatlar
Mehdi və İsa Məsihin vəfatından sonra dünyada pozulma çox şiddətli olacaq. İncəsənət, gözəllik, texnologiya, hər şey geriləyəcək. O dövrdə təkcə vəhşilik, təcavüzkarlıq, anarxiya, qəsbkarlıq, əxlaqsızlıq hakimiyyəti olacaq. Sitatlar
Münafiq müsəlmanların arasına göndərilən nadir varlıqdır. Şeytanın insan formasına düşərək müsəlmanlar arasına göndərilməsi xüsusi haldır. Bunu gördüyümüz zaman Qurandakı münafiq ayələrinin tətbiqi olunması ibadətinin vaxtı gəlmiş olar. Münafiqlərlə elmi mübarizə namaz, oruc kimi bütün müsəlmanlara fərzdir. Sitatlar
Yaxşılığı və xeyiri təşviq etmək əhəmiyyətlidir. Edilən xeyirli işləri gizlətmək lazımdır deyə düşünmək doğru olmaz. Məscid tikir bunu göstərir, insanlara da nümunə olmasını məqsəd qoyur. Namaz qılır, insanları təşviq etmək üçün bunu paylaşar. Amma kasıb insana kömək edərkən o insanın qürurunu qıracaq heç bir şey edilməz, o gözəllik səssizcə edilər. Maşından yardım atmaq və s. çox ayıb və çirkindir. Sitatlar
Qurana uyğun olan hədis etibarlıdır. Qurana uyğun olmayan etibarlı deyil. Hədisləri tamamilə rədd etmək ağla və məntiqə də ziddir, Peyğəmbərimiz heç danışmadı, heç bir şey söyləmədi mənasını verər. Ölçü, hədisin Qurana uyğun olub-olmadığıdır. Axırzaman hədislərinin doğruluğunu isə reallaşmasıyla anlayarıq. Hədisdə verilən məlumat olduğu kimi reallaşarsa, o hədis doğrudur və haqdır. Sitatlar
Dünyada o mənada bir şey yoxdur. Cənnət gözəldir. Bura, xüsusilə, cənnət-cəhənnəm arası yaradılmışdır. Sitatlar
Bizim izahatlarımızdan və ortaya qoyduğumuz dəqiq dəlillərdən sonra ziyalılarımızın çox böyük əksəriyyəti İngiltərə Dərin Dövlətini anladı. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur