logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 24 iyun 2015

avatar

Adnan Oktar

Partiyalar altında toplanmaq haramdır. Müsəlmanları müxtəlif partiyalar altında toplamaq haramdır. Hamısını sevməlisən. Bir partiyaya səs verə bilərsən, bu ayrı məsələdir. Amma Allah partiyalar altında toplanmağı qadağan edir. Açıq hökm var. Ayədə birbaşa “partiyalar altında toplanmamaq” deyə keçir. Əlbəttə ki, bütün müsəlmanları dəstəkləməliyik.
A9 TV; 24 iyun 2015
2261
avatar

Adnan Oktar

“Böyük Orta Şərq” layihəsi mehdiyyəti yox etmə layihəsidir. Mehdiyyət nə deyir? “İslam aləmi vahid halda birləşsin” deyir. Bu layihə isə “İslam aləmi parça-parça olsun” deyir. Ən başından bəri bunların hədəfi Türkiyəni, İraqı və Suriyanı parçalamaqdır.
A9 TV; 23 iyun 2015
avatar

Adnan Oktar

AKP-MHP hakimiyyətə gəlsin, hökumət yaratsınlar, Daxili İşlər Nazirliyini MHP-yə versinlər. Sağlam birini də daxili işlər naziri vəzifəsinə gətirsinlər. PKK hüquqi yollarla kökündən yox edilsin. Ən mühüm məsələ budur.
A9 TV; 23 iyun 2015
avatar

Adnan Oktar

İsrailə getdiyimiz vaxt azğın kommunistlərlə, anarxist-stalinistlərlə qarşılaşsaq mı gözəl olar, yoxsa araqçınları, hörülmüş saçları, əllərində Tövrat ilə səhərdən axşama qədər “Allah” deyənlərləmi? Əlbəttə ki, “Allah” deyənlərlə qarşılaşmağımız gözəl olar, nə qədər böyük nemətdir və 4 min ildən bəri hz. Musa (ə.s)-a sədaqət göstərirlər.
A9 TV; 23 iyun 2015
avatar

Adnan Oktar

“Allahdan əvvəl nə vardı?” deyirlər. Əvvəli və sonranı söylədiyindən ötrü, zaman anlayışına sahib olduğun aydın olur. Allah zamandan münəzzəhdir. Belə olduqda da, necə əvvəli və sonranı soruşa bilərsən? Allah zamandan və məkandan münəzzəhdir. Zaman olmadığından ötrü; "daha əvvəl nə vardı?" deyə bilmirsən. Allah zaman olmadan mövcud idi. Biz zamandan asılı olaraq yaradıldıq.
A9 TV; 23 iyun 2015
avatar

Adnan Oktar

İnsan təkəbbürlənməyə başladıqda Allah dinə yaxınlaşmasını mane olur, ağlını əlindən alır.
A9 TV; 23 iyun 2015
avatar

Adnan Oktar

Şeytan; ləyaqətsizliyin, ədəbsizliyin, laqeydliyin, romantikliyin ən yüksək səviyyəsinə çatmış bir manyakdır. Belə manyaklara cəmiyyətdə də rast gəlinər.
A9 TV; 23 iyun 2015
avatar

Adnan Oktar

Təkəbbür hissinin heç bir məqbul tərəfi yoxdur. İnsan yatmağa məhkumdur, çox aciz varlıqdır, çətinliklər içində yaşayır və qısa müddətdə də ölür. Belə varlığın təkəbbürlü, özü də ağlasığmaz dərəcədə təkəbbürlü olması möcüzədir.
A9 TV; 23 iyun 2015
avatar

Adnan Oktar

PKK ilə mübarizə aparmaq müsəlmanlar üçün fərzdir. Heç kim; "mənə nə dəxli var" deyə bilməz. Allah: "Onlar haqlarına təcavüz edildikdə, birlik olub qarşı çıxanlardır" deyir. Bütün müsəlmanların PKK-ya qarşı çıxması fərzdir. Əksini etmək haram olar. PKK ilə mübarizə aparmasa harama girər. Çünki PKK müsəlman kürd qardaşlarımıza hücum edən bir dəccal hərəkatıdır.
A9 TV; 22 iyun 2015
avatar

Adnan Oktar

Azad bir Türkiyə istəyirik, azad Cənub-Şərqi Anadolu bölgəsi istəyirik. Cənub-Şərqi Anadolu bölgəsində istədiyimiz kimi ibadət edəcəyik. İstədiyimiz kimi Allahı zikr edəcəyik. Bütün partiyalar istədikləri kimi təbliğat çıxışları edəcək. PKK müdaxilə edəcəyi təqdirdə isə, əl-qolunu qanuni yollarla qırarıq. Bunu bilməlidirlər.
A9 TV; 22 iyun 2015
avatar

Adnan Oktar

Rəvayətlərdə bildirildiyinə görə dəccalın ömrü qırx ildir. PKK da bir dəccal hərəkatıdır, ömrü sona çatmışdır. Allah türk millətini, türk dövlətini, türk ordusunu, türk polisini vəsilə edəcək. Bu bəla qanuni yollarla köklü surətdə yox ediləcək. Vaxtı, zamanı gəlmişdir. Bunlarla mübarizə aparmaq halaldır, fərzdir. Gecikmək haram olar.
A9 TV; 22 iyun 2015
avatar

Adnan Oktar

PKK-nın kökü qanuni yollarla qurudulmalıdır. Bu fərzdir. Açıq şəkildə Quran ayələriylə bildirilmiş və isbat olunmuşdur; küfr əhli qətiyyən qalib gəlmir. Haqq həmişə qalib gəlir.
A9 TV; 22 iyun 2015
avatar

Adnan Oktar

Ağlamaq müşriklərin ümumi xüsusiyyətidir. Özlərini ağlayan, zırıldayan belə həssas, mərhəmətli, kədərlənən insanlar kimi göstərirlər və beləliklə, yolları da açılar. Halbuki insan Allah qorxusundan, Allah sevgisindən ötrü ağlayar; amma bunlar müşrik ruhuyla, göstəriş üçün, oyun və taktikaları üçün ağlayarlar.
A9 TV; 21 iyun 2015
avatar

Adnan Oktar

Müşrik bəzən özünü yaxşılıq edəcək kimi göstərər, amma namərddir. Müşrikin göstərdiyi üzünə inanmamalısan. Sənin yanında göstərdiyi yaxşı rəftar, yaxud danışıqlar, çıxışlar etibarlı deyil. Onun hiyləgər və gizli manyak dünyası əsasdır. Quran buna diqqət çəkir.
A9 TV; 21 iyun 2015
avatar

Adnan Oktar

Allah küfr əhlinə müəyyən müddət möhlət verir, sonra da devirir, batil olduğu üçün. Küfr əhlinin ömrü 40 ildir. PKK da 40 illik ömrünü tamamlamaq üzrədir.
A9 TV; 21 iyun 2015
avatar

Adnan Oktar

PKK-lılar arasındakı həmrəylik müsəlmanlar arasında yoxdur. Onun 10-da 1-i belə yoxdur. Məsələn, 3 min metr hündürlükdəki dağda, qayanın, mağaranın içində yaşayır. “Get mağarada yaşa” desən, bunu çox az müsəlman qəbul edər. “Həyatını fəda et” desən, mənim övladlarım var, arvadım var, mən həyatda yüksək yerlərə gələcəyəm, övladımı evləndirəcəyəm və s. deyər. Həyatını fəda etməz. Amma baxın PKK həyatını fəda edir. Bunun üçün küfr əhli belə olsa, Allah müvəffəqiyyət verir; əzmkarlıq göstərdiyi üçün.
A9 TV; 21 iyun 2015
avatar

Adnan Oktar

Əgər biri eqoistlik nümayiş etdirsə, insanlar ona çox vəhşi davranar. Bunun üçün təvazökarlıq qoruyucu bir zirehdir. Eqoistlik də təcavüzkarlığı artıran, bəlanı cəzb edən bir xəstəlikdir.
A9 TV; 21 iyun 2015
avatar

Adnan Oktar

Hər şeyi bilən, hər cür hökmü meydana gətirən Allahdır və Allah hikmət sahibidir, bir şey etdiyində onun bir hikməti olar. İnsan; "çox böyük tərslik oldu" deyir. Xeyr, hikmətlə olur. Sən bunu qavraya bilmirsən. Sən bunu ya dünyada, ya da axirətdə öyrənərsən; amma hikmətlə yaradılır.
A9 TV; 21 iyun 2015
avatar

Adnan Oktar

Hekayəni niyə danışarlar? Hekayədən nəticə çıxarılması üçün danışılar. Nağıl olsun deyə danışılmaz. Baş verəcək bir hadisəni işıqlandırar. Quran hekayələrində baş verəcək hadisələrdən işarələrlə bəhs olunar. Məsələn, Yusif surəsi işarələrlə mehdiyyətdən bəhs edir.
A9 TV; 21 iyun 2015
avatar

Adnan Oktar

Hz. Süleyman (ə.s), Mehdi (ə.s)-ın cəddidir. Mehdi (ə.s) hz. Süleyman (ə.s)-a bənzəyir. Mehdi (ə.s) da sənəti çox sevəcək, gözəlliyi çox sevəcək, əzəməti çox sevəcək. Dünyanı bəzəyəcək. Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) barədə; "bütün dünyanı rifah halına gətirər" deyir.
A9 TV; 21 iyun 2015
avatar

Adnan Oktar

Cənnətə yaxşı hazırlaşmaq lazımdır, onu yaxşı qavramaq lazımdır. İmanı yaxşı gücləndirmək lazımdır. Müsəlman bu məlumatı beyninə tam həkk etməlidir. Anlaşılmaz məlumat kimi qalmamalıdır. Müsəlman Quranda cənnətlə əlaqədar bütün deyilənləri, ayələrin hamısını bilməlidir.
A9 TV; 21 iyun 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bölünmə riskinin nə olduğunu bilirsən? İnsanların tək-tək ölməsi deməkdir, ailələrin yox olması deməkdir, İslamın yox olması deməkdir, İslam Birliyinin mümkün olmayan hala gəlməsi deməkdir. Buna heç vaxt icazə vermərik. Sitatlar
Türkiyənin bölünməsinə icazə vermək nə deməkdir? Bütün İslam aləmini yox etmək, türklük aləmini yox etmək deməkdir. Belə şey olsa, dəli olarıq, havalanarıq. Buna heç vaxt icazə vermərik. Qanun və hüquqla lazım gələni edərik. Sitatlar
Vətənin bölünməsi taledə yoxdur. Amma ümməti oyandırmaq üçün Dəccala ehtiyac var. Dəccal xoruz kimi banlayar, insanları oyandırar. Yoxsa insanlar yatar. Dəccal olmadan hərəkətə keçməzlər. Vəzifəsini tamamladıqdan sonra hamısı yox olar. Sitatlar
Türkiyənin üzərində iki qorxunc kabus var. Birincisi, Türkiyənin bölünmə təhlükəsi və bölünmə təhlükəsinə açıq şəkildə icazə verəcək prezident idarəetmə sistemidir. Çünki bu özü ilə federasiya gətirəcək, böyük təhlükədir. İkincisi isə, PKK terrorudur. Bu iki təhlükə tezliklə aradan qaldırılmalıdır. Sitatlar
Taledə Türkiyənin bölünməsi yoxdur. Bunu deyim ki, əgər pərgar Türkiyənin üstündə fırlanmış olsaydı Türkiyə parçalanardı, heç kim də bunun qarşısını ala bilməzdi, Allahın icazəsi ilə. Amma belə şey yoxdur. Buna görə, PKK boşuna tərs-düz salto edir, havalarda uçur. Onsuzda taledə onların həlak olacağı yazılmışdır. Həlak olacaqlar, PKK həlak olacaq. Sitatlar
Mövcud olub-olmamaq mübarizəsi var. Ya Türkiyə tamamilə yox olacaq, ya da ali olub, bütün İslam və türklük aləminə hakim olub, gözəl bir yerdə, özünə o müqəddəs liderliyi Allahın bəxş etməsini gözləyəcək. Sitatlar
Türkiyə İslam Birliyinin qalası olduğu üçün, Türkiyənin bölünməsinə icazə verəcək hər şeyə çox kəskin reaksiya verilməlidir. Millətin bütövlüyünü təmin etmək çox əhəmiyyətlidir. Sitatlar
Üçüncü körpü, dördüncü körpü; problem bunlar deyil. Sən körpü inşa edərsən, düşmənsə gəlib bütün körpülərini ələ keçirər. Hamısını sənin əlindən alar. Sən 40 il çalışarsan, o 40 gündə bütün malına-mülkünə əl qoyar. Əsl böyük təhlükə, parçalanmaqdır. Sitatlar
Türkiyənin bölünməsi demək, qiyamətin qopması deməkdir. Günəş, Ay, Dünya hamısı birləşər, hər yer dümdüz olar. Bunu unutsunlar, belə şey olmaz. Sitatlar
Prezident idarəetmə sisteminin tətbiq olunduğu ölkələr onsuz da nizamsız vəziyyətdə idilər, prezident idarəetmə sistemi ilə onları birləşdirdilər. Lakin dünyada unitar bir dövlətin prezident idarəetmə sisteminə keçib bölünməsinə aid nümunə yoxdur. Sitatlar
Türkiyəni bölməyə cəhd edərlərsə qiyamət qopar. Ağıllarını başlarına yığsınlar. Heç kim   Türkiyəni asan əldə olunan görməsin. Alçaqlıq etmələrinə izin vermərik. Türkiyənin   bölünməsinə izin vermərik. Türkiyəni bölünməyə aparan şeylərə də izin vermərik.   Məsələn, federasiya; rəsmi surətdə bölmək deməkdir. Buna da izin vermərik. Prezident   idarəetmə sistemi və federasiya bir biriylə yaxın şeylər isə, onu da qəbul etmərik. Sitatlar
Qərbli böyük güclərin hədəfi, Türkiyənin federativ ərazilərə ayrılması, Cənub-Şərq   bölgəsinin ayrılması, kommunist dövlətin yaranması, Antalya, İzmir və İstanbulun   ayrılmasıdır, Allah qorusun. Bu oyunların sıxlaşdığı dövrdə; möhkəm şəkildə bir-birimizə   birləşməli, heç vaxt güzəştə getməməli, birlik və bərabərliyimizi qorumalıyıq. Sitatlar
Sən bu ölkəni bölərək millətin şərəfini, namusunu ayaqlar altına alacaq, sonra da rahat oturub yaşayacaqsan eləmi? Elə bir şey olmaz. Sitatlar
Türkiyəni böləcəklərini, rahat oturub yaşayacaqlarını zənn edirlər. Elə bir şey olmaz. Qiyamət qopar. Qiyamətdə böcək belə canlı qalmaz. Ay ilə Dünya birləşər. Dağlar qum kimi əriyər. Heç bir canlı qalmaz. Bildiyim bir şey var ki, deyirəm. Sitatlar
Əgər Türkiyənin bölünməsinə izin versəm, həyat mənə haram olsun. Bölünməsinə əsla izin vermərik. Heç vaxt da prezident idarəetmə sistemi tətbiq olunmayacaq. "Türkiyə Birləşmiş Ştatları" deyilməsinə izin vermərik. Bunu unutmalıdırlar, bu qeyri-mümkündür. Sitatlar
Nə Türkiyənin bölünməsinə izin verərik, nə də Abdullah Öcalan hörmət qazana bilər.   Televiziyalarda boşuna çalışırlar. Biz burada olduğumuz müddətcə izin vermərik.   Millətimiz də izin verməz, mən də vermərəm. Sitatlar
Əlbəttə ki, prezident idarəetmə sistemi hakim olduqda Türkiyə bölünər. Tədbir alsa da   bölünər. Bir çox fəlakət baş verər. Bəla hər yeri bürüyər. Bölünmənin qarşısını   almağımız üçün, çox güclü qətiyyət göstərməyimiz, bir çox tədbir görməyimiz lazımdır.   Çünki ciddi bir təhlükə var. Sitatlar
Bu vətəndə bölünməyə icazə vermərik. Əgər belə bir şeyə icazə versəm, Allah da   həyatı mənə haram etsin. Heç vaxt icazə vermərik, heç birimiz. Sitatlar
Türkiyəni bölünməsinə icazə vermərik. Amerikan modeli bir federasiyanı heç vaxt qəbul   etmərik. O Türkiyəni parça-parça edər. Qatilləri də sərbəst buraxmarıq. Həbsdə   qalacaqlar. Bu qədər. Sitatlar
Milliyyətçi gənclər, Alperenlər, əgər alınarsa Səadət partiyasının gəncləri də bir araya   gəlsinlər. Qərarlı duruş sərgilənən bir platforma meydana gətirsinlər qanuna, hüquqa   uyğun şəkildə. Ədalət və İnkişaf Partiyası, CHP partiyasının gəncləri də buna qoşulsun.   Bölünməyə qarşı fövqəladə bir dayanıqlılıq və müqavimət göstərən bir açıqlama verilsin. Sitatlar
Bunu dərk etməlisən ki, biz Türkiyənin bölünməsinə izin vermərik. Nə federasiya, nə o,   nə bu ad altında bölünməsinə izin vermərik. Əsgərimizin, polisimizin qatillərini də heç   vaxt buraxmarıq. Heç vaxt izin vermərik, canımız bahasına da olsa izin vermərik. Şəhid   olarıq, amma bu vətəni bu namərdlərə, PKK-ya təslim etmərik. Bunu unutmalıdırlar. Sitatlar
Federasiya, yerli rəhbərlik, birləşmiş dövlətlər, bunların hamısı Türkiyəni bölmə məqsədi   daşıyan fəaliyyətlərdir. Sitatlar
Əsgərin gözü çox qaradır. O Allah, Kitab, vətən, bayraq, millət, dövlət üçün yaşayır.   Əsgərin həyatda başqa bir məqsədi yoxdur. Əgər əsgər vətənin bölünəcəyini anlasa,   onu heç kim tutub saxlaya bilməz. Jandarmanı da heç kim tutub saxlaya bilməz, polisi   də heç kim tutub saxlaya bilməz. Kim alçaqlıq, xainlik edibsə qanunla və hüquqla onu   sürükləyib meydana çıxarar. Sitatlar
Heç kim Türkiyənin bölünməsinə izin verməz. Abdullah Öcalanı da heç kim azadlığa   çıxarmaz. Buna heç bir türk polisi izin verməz. Bizim bütün polislərimiz millətçidir. Vətən,   millət, bayraq deyilən kimi, hamısının gözü dönər. Hamısı Allah üçün, vətən üçün,   bayraq üçün ölümü gözə alar. Sitatlar
Türkiyənin bölünməsi, bütün İslam aləminin məhv olması deməkdir. Fövqəladə bir ölkədir, bölünə bilməz. Türkiyə Türk aləminin beynidir. Türkiyə ölsə, Türk aləmi də ölər. İslam aləminin də beynidir. Türkiyə ölsə, İslam aləmi məhv olar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur