logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 20 dekabr 2015

avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) insanları özünə dəvət etmədi. Qurana dəvət etdi. Heç bir peyğəmbər özünə dəvət etmədi. Həmişə Allahın Kitabına dəvət etdilər. Məsələn, hz. Musa (ə.s) Tövrata dəvət etdi. Hz. İsa (ə.s) İncilə dəvət etdi. Mehdi (ə.s) da insanları Qurana dəvət edəcək.
A9 TV; 20 dekabr 2015
1284
avatar

Adnan Oktar

Hikmət Allahın bəyəndiyi gözəllikdir. İnsanların bir hissəsi çox, lakin hikmətsiz danışar. Hikmətin çox biliklə, boşboğazlıqla əlaqəsi yoxdur. İnsan yeriyən kitabxana kimidir, lakin o dərinliyi, o hikməti görə bilmir. Məlumatın yalnız çoxbilmişlik, modabazlıq tərəfini qəbul edir. Halbuki informasiyadan hikmət üçün işlətmək lazımdır.
A9 TV; 20 dekabr 2015
avatar

Adnan Oktar

Qiyamətin və ölümün müsəlmanları narahat edəcək heç bir tərəfi yoxdur. Əgər müsəlman özünə zülm ediləcəyinə, yaxud əzab çəkəcəyinə inanırsa, bu Allahın xoşuna gəlməz. Çünki Allah: "Mənə güvən. Sən yaxşı əməl sahibisənsə, sənə zərər gəlməz" deyir. Mömin həmişə Allaha hüsnü-zənn etməlidir.
A9 TV; 20 dekabr 2015
avatar

Adnan Oktar

Bütün məsələ Allaha səmimi-qəlbdən təslim olmaqdır, Allahı sevməkdir. Bu cür olsan, yavaş-yavaş yoluna doğru irəliləyərsən. Sürətli getməyə çalışarsan, lakin Allah sənin sürətlənmənə icazə verməz. Mehdiyyət yavaş irəliləyən sistemdir. Mehdi tələbələri də yavaş təkmilləşərlər. İstədikləri qədər can atsınlar, nə edirlərsə etsinlər, Allah o müddəti tamamlayar.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

Mehdiyyətin əsası hikmət və səmimiyyətdir. Ədəbi, həyəcanlı danışıqlar insanlara mahnı və türkü kimi gələr, heç bir təsiri olmaz.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

İslamın bu cür böyük xərclər, böyük fəaliyyətlər, mütəşəkkil hərəkatlar, gizlicə nələrsə etmək kimi şeylərlə hakim olacağını zənn edirlər. Qurana baxın, İslamın hakimiyyəti həmişə metafizikdir. Bütün məsələ səmimi olmaqdır.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

Mehdiyyətə kömək göstərilər. Mehdiyyət iddiasıyla ortaya çıxılmaz. Tarixə diqqətlə baxın, hamısı məğlubiyyətlə nəticələnmişdir. Lakin mehdiyyətə kömək iddiasıyla ortaya çıxan hər kəsin, Allah yollarını açmış və hamısı bəxtiyar olmuşdur.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

Bütün süni mehdilik hərəkatları yox olar. Çünki bu, mehdiyyətlə lağ etmək deməkdir. Allah başına keçirər. Hər süni Mehdi namizədi məğlubiyyətlə nəticə qazanar.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

Əyləncə, İslam, Quran, yemək-içmək, hər şey; həyat tək halda bütövdür. İslamdan ayrı həyat yoxdur. Yəni; "bir hissəsi İslami, bir hissəsi də qeyri-islami" olmaz. Hər nəfəsində İslam var; əylənərkən, gülərkən, yatarkən, uzanarkən, qalxarkən; ağlına gələn hər yerdə İslam var. İslamın olmadığı bir yer qəflət deməkdir, pərişanlıq deməkdir.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

Biz olduqca müasir ölkə olsaq, çox ziyalı ölkə olsaq, qadın haqlarında ən qabaqcıl səviyyəyə gəlsək, elmdə, incəsənətdə, estetikada, keyfiyyətdə önə çıxanlardan biri olsaq dünyanın ən güclü ölkəsi olarıq. Lakin başqa cür olsa; Yaxın Şərq səviyyəsində qalan bir ölkə olacağıq, gələn vurar, gedən vurar, məhv olarıq Allah qorusun.
A9 TV; 18 dekabr 2015
avatar

Adnan Oktar

İman zəifliyi olduqda insan duyğusuz olar. İslamı yaymaq həyəcanı olmaz. Allahdan qorxma gücü olmaz. Öz mənfəətinin, öz problemlərinin ardınca qaçar. Bu böyük fəlakətdir.
A9 TV; 18 dekabr 2015
avatar

Adnan Oktar

İnsanların imanı zəif olduqda, onları, Mərakeşdə, Tunisdə, Əlcəzairdə, Liviyada müsəlmanların öldürülməsi, əzilməsi, darvinist təhsil verilməsi maraqlandırmır. Təkcə instinktlərlə hərəkət edirlər. Harada toy var, ona baxırlar. Harada əyləncə var, harada kef çəkə bilərlər, yəni macəra ardınca qaçırlar. İman zəifliyinin ən böyük fəlakəti bu laqeydlikdir.
A9 TV; 18 dekabr 2015
avatar

Adnan Oktar

İngilislər Osmanlı imperiyasını dağıtmaq üçün, darvinizmi ortaya çıxardılar və ağlasığmaz zərbə vurdular. Bütün dünyanı fəlakətə sürüklədilər, parça-parça etdilər, məhv oldu dünya. Həm I, həm də II Dünya müharibəsi baş verdi. İki müharibənin də təməlində darvinizm var. Çünki həm marksist, həm də faşist düşüncələr darvinizm mənşəli fəlsəfələrdir.
A9 TV; 18 dekabr 2015
avatar

Adnan Oktar

PKK-nın inkişaf etmə səbəbi darvinizmdir, türk əsgərinin və türk polisinin şəhid edilməsinin ən təməlində yenə darvinizm var. Bütün xəstəliyin kökü budur.
A9 TV; 18 dekabr 2015
avatar

Adnan Oktar

Qəbir əzabı deyilən nəsə yoxdur. Öldükdə başqa bir aləmə daxil olarsan. Öldüyün anda, sənə mömin olduğun dərhal hiss etdirilər, dərhal anlayarsan. Yaşayacağın o hüzurdan, rahatlıqdan dərhal anlayarsan. Bir də Allah Öz bəndəsinə zülm etməz, belə şey yoxdur. Haşa, Allah belə ədalətsiz zülm anlayışına sahib deyil. Sonsuz ağıl və sonsuz mərhəmət sahibidir.
A9 TV; 17 dekabr 2015
avatar

Adnan Oktar

Türkiyəyə, türklərə qurulan tələ, Türkiyənin çox müasir, çox keyfiyyətli, qadın hüquqlarına əhəmiyyət verən, incəsənətə, elmə dəyər verən quruluşu ilə pozula bilər. Bunun xaricində, bu tələ mükəmməl işləyir kimi görünür; Türkiyə mövhumatçılığın qaranlığına doğru çəkilir.
A9 TV; 15 dekabr 2015
avatar

Adnan Oktar

Mövhumatçılıqda evlər keyfiyyətsiz olar, avtomobillər keyfiyyətsiz olar, küçələr keyfiyyətsiz olar. Hər yerdə ağlasığmaz geriləmə olar. Geyimin keyfiyyəti azalar, rəsm əsərlərinin keyfiyyəti azalar, yeməklərin keyfiyyəti azalar, hər şey korlanar. Mövhumatçılıq korlanmanı, keyfiyyətsizliyi müdafiə edir. Bu böyük təhlükədir. Buna qarşı çox diqqətli olmaq lazımdır.
A9 TV; 14 dekabr 2015
avatar

Adnan Oktar

Biz səmimi davranmaqla mükəlləfik. Allah səmimi olanlara cəhənnəm içində cənnət yaradar. Müsəlmanlara heç gözləmədikləri yerdən ruzi bəxş edər. Bunların hamısı gizli bir Quran möcüzəsidir. İman əhli bunu anlayar, Allahın gizli işarələrini görər, lakin qəflət əhli bunları görməz.
A9 TV; 13 dekabr 2015
avatar

Adnan Oktar

Allah Öz yolunda olanlara bərəkət verər, bolluq verər, eləcə də, gördüyünüz kimi, pis niyyətli olanlara da bəla və dərd verir. Allah xeyir yolunda olanların önünü açar. Bu bir möcüzədir. Allah Öz yolunda irəliləmək istəyənlərə yolları xeyli asanlaşdırar.
A9 TV; 13 dekabr 2015
avatar

Adnan Oktar

Quran oxunduqda insan tam olaraq ağıllı olur. Ağıl kitabıdır Quran. Beyində ağılın yaranmasına səbəb olan nurdur. Normalda beyində ağıl yaranmır. Təkcə zəka yaranır. Quranla beyin əlaqəyə keçdikdə ağıl yaranır. Ağılın bundan başqa yolla yaranması qeyri-mümkündür. Təkcə zəka artar.
A9 TV; 13 dekabr 2015
avatar

Adnan Oktar

Peyğəmbər (s.ə.v) heyrətamiz dərəcədə dürüst və alicənabdır. Bütün ömrü boyu belə olmuşdur. Bu peyğəmbərliyinin əsas dəlillərindən biridir. Hər şey ağıllı, hər şey yerindədir. İnsanın səbir edə bilməyəcəyi hadisələr qarşısında heyrətamiz dərəcədə səbir göstərir. Heyrətamiz bağışlama gücü var. Heyrətamiz nəzakət və alicənablığı var.
A9 TV; 13 dekabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Din dedikdə, ayələri əzbərləmək, Quranı su kimi əzbər bilmək, onu təcvidlə oxumağı başa düşürlər. Halbuki, Quranın hikməti və mahiyyəti əhəmiyyətlidir. Yəni oradakı mənanı həyata keçirmək vacibdir. Yoxsa onu təcvidlə oxumaq deyil. Bunu ərəblər çox yaxşı şəkildə edirlər. Lakin Quranı tətbiq etməyənlərin bir hissəsi də, yenə ərəblərin arasından çıxır. Sitatlar
Quran oxunduqda insan tam olaraq ağıllı olur. Ağıl kitabıdır Quran. Beyində ağılın yaranmasına səbəb olan nurdur. Normalda beyində ağıl yaranmır. Təkcə zəka yaranır. Quranla beyin əlaqəyə keçdikdə ağıl yaranır. Ağılın bundan başqa yolla yaranması qeyri-mümkündür. Təkcə zəka artar. Sitatlar
Xristianlıqda sevgi çox ön plandadır. Müsəlmanlar İncili oxumalıdırlar. Təhrif olunmuş hissələrini deyil, Qurana uyğun gələn hissələrini. İncil sevgidən bəhs edir. Həmçinin, Tövratda da sevgidən çox gözəl bəhs edən hissələr var. Sitatlar
Müsəlmanın Tövrat və ya İncildən tamamilə xəbərsiz olması çox qəribə olar. Allah Quranda Tövratdan və İncildən bəhs edir. Sanki bir əfsanədən bəhs edilirmiş kimi, davransan olmaz. O, mövcud olan bir Kitabdır. Təhrif olmuş hissələrinə əməl etməməlisən. Sitatlar
Yeni il bayramını sanki böyük fəlakət kimi göstərirlər. Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in doğum günü oldu, Mövlud qəndili, iftixarla qeyd etdik, qeyd edirik. Hz. İsa (ə.s)-ın doğum günündə niyə bu qədər dəhşətə düşürlər? O da İslam peyğəmbəridir. O da bizim peyğəmbərimizdir. Sitatlar
Allah möminləri diqqətlə qoruyar. Allah bəzən öz qatına da qaldırar. Məsələn, hz. İsa (ə.s)-ı öz qatına qaldırması kimi. Hz. Yəhya (ə.s)-ı, hz. Zəkəriyyə (ə.s)-ı şəhid olaraq yanına aldığı kimi, lakin hər nə olsa möminin lehinə olar. Sitatlar
Hz. Musa (ə.s)-ın ətrafındakı bir çox insanın ağlı həmişə küfr əhlində qaldı. Yəni səhraya köç etdilər, lakin oradakı həyatı qəti unuda bilmədilər. O Qədim Misir mədəniyyəti, o buzovlar, oradakı həyat, yeyib-içmə formalarına qədər hər şey onlarda heyranlıq kimi qaldı. Böyük hissəsi hz. Musa (ə.s)-ın vəfatına qədər həmişə o dəlisov ruhun içində qaldılar. Sitatlar
İnsan səmimiyyətsizdisə, müsəlmanları çirkin görməyə çalışar, küfr əhlini isə, təmiz görməyə çalışar. Hər şeyi beynində tərsinə çevirməyə başlayar. Lakin müsəlman Allahı səmimiyyətlə gördükdə (özünü sıxmasa, səmimi olsa dərhal Allahı görər, özü də tam açıq şəkildə, bütün ehtişamıyla görər) dərhal Qurandakı ağıla uyar. Sitatlar
Hz. Musa (ə.s) Firona, hz İbrahim (ə.s) isə Nəmruda təbliğ edirdi. Müsəlman ateistlə, kommunistlə, dinsizlə, bir sözlə hər kəslə danışar, görüşər və təbliğ edər. Sitatlar
Hz. Musa (ə.s) dövründəki münafiqlər izzəti və qüruru Fironun yanında axtardılar, onun mədəniyyətində axtardılar. O Misir yazıları, Misir heykəlləri onların hər biri onlar üçün bir marka idi. Evlərinin divarlarında Misir yazılarının olması, Misir paltarları geymək, Misir dilində danışmaq çox əhəmiyyət verdikləri bir şey idi. Sitatlar
İsa Məsih gizli fəaliyyət göstərəcəkdir. Hz. Mehdi (ə.s) daha açıq fəaliyyət göstərər, lakin Allah Mehdini 70 pərdə ilə gizlətdiyi üçün son ana qədər anlaya bilməzlər. Sitatlar
İsa Məsih (ə.s)-ın ən nəzərə çarpan xüsusiyyəti çox kəskin baxışlı olmasıdır. Baxışları bıçaq kimidir, çox ağıllı baxar. Boz gözlüdür, yaşıl deyil, gözləri bozdur. Göz rəngi hz. Yusif (ə.s)-dan gəlir. Sitatlar
Hz. Mehdi (ə.s) yetmiş pərdəyə bürünmüşdür, görə bilənlərə eşq olsun. Bu elə bürünmədir ki, hz. Mehdi (ə.s) belə özünü görə bilmir. Allah bu dərəcədə bürümüşdür. Tövrat təfsirçisi hahamlar: "Anası, atası, ailəsi onlar da görə bilməzlər Moşiyah Mehdini" deyirlər. Bu qədər pərdələnmişdir. Sitatlar
Hz. Mehdi (ə.s)-ın xüsusiyyəti ayaq basdığı hər yerdə şeytanın ayağını qırmaqdır. Faşizmin ayaq səslərini yox etməkdir. Azadlığı, sevinci, bayram əhval-ruhiyyəsini, iman sevincini bütün dünyaya daddırmaqdır. Görünməmiş ictimai ədalət yaratmaqdır. Sitatlar
Əziyyət Peyğəmbərimiz (s.ə.v)-i gözəlləşdirirdi. Əziyyət hz. Yusif (ə.s)-ı dünyanın ən gözəl insanına döndərdi. Həyatı həmişə əzab içində keçdi. Ağlasığmaz dərəcədə gözəl idi. Musa (ə.s) ömrü boyu əzab və əziyyət çəkdi. Əla yaraşıqlı idi, qövmün ən yaraşıqlısıydı. Sitatlar
Mehdiyyət şeytanın və onun yardımçılarının axmaq mübarizəsinə qarşı hz. Mehdi (ə.s)-ın təkbaşına aslanlar kimi onu darmadağın etdiyi bir sistemdir. Mehdi, dəccaliyyət şeytanlarıyla, münafiqləriylə zəka mübarizəsi aparacaq. Hamısı hz. Mehdi (ə.s)-ın ağlının altında əzilmiş meyvə kimi əziləcəklər. Mehdiyyət, şeytanın zəkasıyla döyüşən insan ağlının qələbəsidir. Sitatlar
Hz. Mehdi (ə.s) sevgi, mərhəmət, şəfqət, ağıl, dostluq, gözəllik, incəsənət, estetika insanıdır. Avropa onsuz da qəbul edəcək, ABŞ onsuz da qəbul edəcək, bütün dünya masonluğu sevərək qəbul edəcək, bütün tampliyerlər, Qızılgül Xaç Təşkilatı və bütün dünya dərin dövlətləri qəbul edəcək. Buna görə də, hz. Mehdi (ə.s) dünyanın imamı olur. Sitatlar
Dindar musəvilər çox gözəl insanlardır. Allahı çox sevirlər, çox gözəl əxlaqlıdırlar, dürüstdürlər, Allaha fövqəladə eşqlə bağlıdırlar. Nə gözəl, 3500 il hz. Musa (ə.s)-a sədaqət, Tövrata 3500 illik sədaqət. Sitatlar
Bir dərman fabrikində dərmanın üstünə istifadə qaydaları yazılır. Yoxsa insan o dərmanı düzgün istifadə etməyərək xəstələnər. Bizi dünyayla birlikdə yaradan Allah dünyadan necə istifadə edəcəyimizi bizə hazır məlumat halında göndərir. Məhz bu müqəddəs kitablar; Zəbur, Tövrat, İncil, Quran və daha əvvəlki səhifələrdir. Sitatlar
İncilin gözəl tərəfi, sevgidən çox bəhs edilməsidir. Məhəbbətdən, dostluqdan, əfv   etməkdən, qardaşlıqdan çox bəhs edilir. Bu cəhətinə görə çox hüzur vericidir. Çox ürək   açandır. Sitatlar
Hikmət Allahın bəyəndiyi gözəllikdir. İnsanların bir hissəsi çox, lakin hikmətsiz danışar. Hikmətin çox biliklə, boşboğazlıqla əlaqəsi yoxdur. İnsan yeriyən kitabxana kimidir, lakin o dərinliyi, o hikməti görə bilmir. Məlumatın yalnız çoxbilmişlik, modabazlıq tərəfini qəbul edir. Halbuki informasiyadan hikmət üçün işlətmək lazımdır. Sitatlar
Qiyamətin və ölümün müsəlmanları narahat edəcək heç bir tərəfi yoxdur. Əgər müsəlman özünə zülm ediləcəyinə, yaxud əzab çəkəcəyinə inanırsa, bu Allahın xoşuna gəlməz. Çünki Allah: "Mənə güvən. Sən yaxşı əməl sahibisənsə, sənə zərər gəlməz" deyir. Mömin həmişə Allaha hüsnü-zənn etməlidir. Sitatlar
Mehdiyyət iddia deyil, isbatdır. İslam dünyaya hakim olar. Bir şəxs İslam aləminin başına keçər, biz o zaman onun “Allahualəm Mehdi (ə.s)” olduğunu düşünərik, bu qədər. Qəti şəkildə iddia da etmərik. "Allahualəm, yəqin ki, elədir" deyəcəyik. Sitatlar
Bütün məsələ Allaha səmimi-qəlbdən təslim olmaqdır, Allahı sevməkdir. Bu cür olsan, yavaş-yavaş yoluna doğru irəliləyərsən. Sürətli getməyə çalışarsan, lakin Allah sənin sürətlənmənə icazə verməz. Mehdiyyət yavaş irəliləyən sistemdir. Mehdi tələbələri də yavaş təkmilləşərlər. İstədikləri qədər can atsınlar, nə edirlərsə etsinlər, Allah o müddəti tamamlayar. Sitatlar
Mehdiyyətin əsası hikmət və səmimiyyətdir. Ədəbi, həyəcanlı danışıqlar insanlara mahnı və türkü kimi gələr, heç bir təsiri olmaz. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur