logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 11 oktyabr 2015

avatar

Adnan Oktar

Qadın əleyhinə olmaq çox çirkindir, bunu unutmalısan. Onlar dünyaya rəng qatan ən gözəl varlıqlardır. Qadınlar olmasaydı, dünya qəribə şəkildə qaralardı, qapqara olardı. Onlar dünyanın günəşi, işığıdırlar.
A9 TV; 11 oktyabr 2015
1356
avatar

Adnan Oktar

Bu PKK-nın klassik metodudur; öz tərəfdarlarını bombalayar və hiddət oyandırar, beləliklə də, insanları öz tərəfinə çəkməyə çalışar. Dəhşət mühiti, zorakılıq mühiti nümayiş etdirər və belə deyərlər; "Budur gördüyünüz kimi, faşistlər sizi bombalayır, əzib keçirlər. O zaman tək çıxış yolu müharibədir. Siz də dağa çıxın, silahlanın". PKK bu imici verməyə çalışır.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Möminin əhval-ruhiyyəsi həmişə yüksək olar. Kədərlənmək nə deməkdir? Bu haşa, "Allahın etdiyini bəyənmirəm" deməkdir. Allah bir şey yaradanda biz onu xeyir kimi görərik. Şəhid verdikdə bunda xeyir görərik, kədərlənmərik, yas tutmarıq. Yas tutmaq bütpərəst adətidir.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Həyat möminlər üçün gözəldir, küfr əhli üçünsə, sıxıntılı, çətin dolanışıqlı və iztirablıdır. Mömin şükür edər, quru çörək də olsa Allaha şükür edər.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Allah mələkləri yaradır, lakin onlar sevməyə məcburdurlar. Allah insana: "Məni görməməyinizə baxmayaraq sevməlisiniz. Kafirlər olacaq, münafiqlər olacaq, dinsizlər olacaq. Əzab çəkəcək, əziyyət çəkəcəksiniz, Məni eşqlə sevməlisiniz" deyir. Allah: "O zaman Mən sizi daha çox sevərəm" deyir. Allah mələkləri sevir, lakin bunu insana olan sevgisiylə müqayisə etmək qeyri-mümkündür.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Allah: "Mənə olan eşqinizi görmək istəyirəm" deyir. Allah yalnız olmaq istəmir. Sevdikləri olsun istəyir, Onu sevənlər olsun istəyir. Allahın hər şeyi var. Gücü var, imkanı var, Özünü sevənlərin də olmasını istəyir.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Allah sənə üçölçülü görünüş verəcək, bunu beyninin içində seyr edəcəksən, bütün gözəl qoxuları qəbul etmək imkanı verəcək qoxulayacaqsan, dad almaq imkanı verəcək ləzzət alacaqsan, toxunma hissi verəcək toxunacaqsan, dənizdə üzəcəksən, qayıqda gəzəcəksən, dünyadan zövq alacaqsan, Yaradandan söz düşdükdə isə: "Mən bu barədə danışmaq istəmirəm" deyəcəksən. O zaman Allah bəlanı verir. Bura əyləncə yeri deyil.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Bura imtahan dünyasıdır. Mühüm məsələ İslamın dünyaya hakim olmasıdır. Qalan məsələlər əhəmiyyətli deyil. İslam dünyaya hakim olsa, hər kəs rahatlıq tapar, hər şey zəmanət altında olar. Hakim olmadıqda isə, dünya cəhənnəm olar.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Üçüncü körpü, dördüncü körpü; problem bunlar deyil. Sən körpü inşa edərsən, düşmənsə gəlib bütün körpülərini ələ keçirər. Hamısını sənin əlindən alar. Sən 40 il çalışarsan, o 40 gündə bütün malına-mülkünə əl qoyar. Əsl böyük təhlükə, parçalanmaqdır.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Türkiyə İslam Birliyinin qalası olduğu üçün, Türkiyənin bölünməsinə icazə verəcək hər şeyə çox kəskin reaksiya verilməlidir. Millətin bütövlüyünü təmin etmək çox əhəmiyyətlidir.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Quranla ziddiyyət təşkil etməyən hər hədis məqbuldur. Quranı təsdiq edən hər hədis keçərlidir. Məsələn, Peyğəmbər (s.ə.v) Axırzamanda baş verəcək bir hadisəni xəbər verdikdə və bu da reallaşdıqda, bunu bildirən hədis səhih və məqbuldur.
A9 TV; 3 oktyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) gəldi. Hz İsa Məsih (ə.s) da gəldi, zahir olmurlar. Onların çıxış vaxtını, zahir olma vaxtını, Allah hazırlayır. Hadisələr, ağlasığmaz ölçülərə çatacaq. Biz hələ bir mərhələsindəyik. Yəni Suriyada, İraqda, bölgədə baş verən hadisələr ağlasığmaz dərəcədə kəskinləşəcək. Bunlardan qat-qat böyük hadisələr baş verəcək, daha böyük hadisələr yaşanacaq. Bundan sonra Allah Mehdisini zahir edəcək.
A9 TV; 3 oktyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) sevgi, mərhəmət, şəfqət, ağıl, dostluq, gözəllik, incəsənət, estetika insanıdır. Avropa onsuz da qəbul edəcək, ABŞ onsuz da qəbul edəcək, bütün dünya masonluğu sevərək qəbul edəcək, bütün tampliyerlər, Qızılgül Xaç Təşkilatı və bütün dünya dərin dövlətləri qəbul edəcək. Buna görə də, hz. Mehdi (ə.s) dünyanın imamı olur.
A9 TV; 3 oktyabr 2015
avatar

Adnan Oktar

PKK ilə mübarizə aparılması fərz-i ayndır. Küfr əhlinin yer üzündən tamamilə silinməsi möminlər üçün fərzdir. Dəccalla mübarizə aparılması fərz-i ayndır. Heç kəs: "Mənə dəxli yoxdur" deyə bilməz. Bu ayrı-ayrılıqda hamı üçün fərzdir. Əlbəttə ki, bizim yolumuz, elm və irfan yoludur.
A9 TV; 3 oktyabr 2015
avatar

Adnan Oktar

Osmanlı imperiyasında darvinist materialist təhsil verilirdi. Darvinist təhsil nədir? Allahı inkar edirsən; "Allah yaratmadı, təsadüfən yarandın" deyirsən. Bu Osmanlı imperiyasında geniş və əhatəli şəkildə edilən böyük haram, böyük fəsad və fitnə idi. Eləcə də, Osmanlı imperiyasının dağılma səbəbi də bu idi.
A9 TV; 2 oktyabr 2015
avatar

Adnan Oktar

Şəhid ailələri, ən şərəfli insanlardır; Allahın nemətə qərq etdiyi o mübarək övladlarıyla qürur duya bilərlər. Çünki Allah onları birbaşa cənnətinə almışdır. Cənnət əhli olublar və cənnət quzusudurlar. Cənnət quzusunun anası olur, cənnət quzusunun atası olur. Bu nə qədər böyük gözəllik, nə qədər şərəfli analıq və atalıqdır. Allahın, həmin ana-ataya səbirlərindən ötrü verdiyi savabsa olduqca çoxdur.
A9 TV; 2 oktyabr 2015
avatar

Adnan Oktar

Bunu deyim ki, qadınlara azadlıq verilmədiyi müddətcə hər ölkə həlak olar. Bu mövzuda alınmış bir qərar var, bu Allah Qatındakı hökmüdür. Dünya baxımından da, bunun hökmü budur. Qadın əleyhdarı, qadına təzyiq və zülm göstərən hər sistem, hər hökumət, hər dövlət süqut edər, bunu bilməlidirlər.
A9 TV; 2 oktyabr 2015
avatar

Adnan Oktar

PKK-nın Türkiyədəki məqsədinin nə olduğu, nə üçün yaradıldığı tam bilinmir. Halbuki, Armageddonda, yəni böyük müsəlman qətliamında, Avropa öz qatillərindən istifadə etmək istəmir, ABŞ da öz qatillərindən istifadə etmək istəmir. PKK-lı qatillərdən istifadə etmək istəyirlər, professional qatillərdən.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

Mükəmməl sevgi üçün, mükəmməl əxlaq lazımdır. Mükəmməl əxlaq üçün, mükəmməl Allah qorxusu lazımdır. Hamısı sevgi ilə əlaqəlidir və məqsədi sevgidir.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

Quranla iç-içə yaşamaq üçün, O hər yerdə olmalıdır. Yanında olmalıdır, masanın üstündə olmalıdır, başının üstündə olmalıdır. Qurana çörək kimi, su kimi sarılmalısan.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

PKK necə ideoloji təhsil verirsə, türk əsgərinə, türk polisinə, türk gəncliyinə də ideoloji təhsil verilməlidir. "Milli birlik və həmrəylik necə olar? PKK təhlükəsi nədir? Kommunist təşkilatların xüsusiyyəti nədir? Kommunizm elmi cəhətdən özünə necə zəmin tapar? Fəlsəfəsi niyə səhv və yanlışdır? Darvinizm niyə əsassızdır?" Məktəblərdə bunlardan danışılmalıdır. Allah qorusun, əgər tərsi olsa Türkiyə adlı heç nə qalmaz.
A9 TV; 1 oktyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Hansı ölkədəki ki, Qadına təzyiq, zülm varsa həmin ölkə süqut edər. Allah bunu xoşlamaz, Allah qullarına zülm edilən yeri yox edər. Sitatlar
Qadınlar dünyanın ən gözəl bəzəyidir, onlardan üstün bəzək yoxdur və onlardan üstün nemət də yoxdur. Allah onları olduqca gözəl, zərif, gözəl xasiyyətli və nemət olaraq yaratmışdır. Sitatlar
Qadınlara əxlaq öyrətməyi buraxsınlar. Kişiləri öyrətsinlər. Qadınlar nə edəcəklərini bilirlər. Belə geyinməlisən, belə gülməlisən, belə oturmalısan, belə baxmalısan deyirlər, bunlara son qoyulmalıdır. Sitatlar
Bunu deyim ki, qadınlara azadlıq verilmədiyi müddətcə hər ölkə həlak olar. Bu mövzuda alınmış bir qərar var, bu Allah Qatındakı hökmüdür. Dünya baxımından da, bunun hökmü budur. Qadın əleyhdarı, qadına təzyiq və zülm göstərən hər sistem, hər hökumət, hər dövlət süqut edər, bunu bilməlidirlər. Sitatlar
Qadın dediyin çiçək kimidir. Yeriyən çiçəklərdir qadınlar, gözəl qoxulu çiçəklər. Çiçəyə necə hörmət göstərirsənsə, necə qoruyursansa, qadınları da o cür qorumalısan. Allah Quranda hz. Məryəmi "gözəl bir bitki kimi" yetişdirdiyini söyləyir. Sitatlar
Qadınlar, çiçək kimi varlıqlardır. Onlara bu qədər iztirab, əzab verməyin nə mənası var? Buxarın dünyada gözəl yaşasınlar. O zaman Avropa da, Amerika da qapılarını Türkiyənin üzünə sonunadək açar. Bu PKK-lı alçaqları da onlar dəstəkləməzlər. Sitatlar
Əvvəla əxlaq xüsusiyyəti olaraq, qız uşaqlarına hər yerdə sahib çıxılmalıdır, hər yerdə insanlar onları sevməlidir. Qəribə bir vəhşilik yaşanmağa davam edir. Onların xoşbəxt olması, dünyanın xoşbəxt olması deməkdir. Onların sevilməsi, dünyanın sevilməsi deməkdir. Onlar xoşbəxt olmadıqca, dünya da xoşbəxt olmur. Sitatlar
Qadını keyfiyyətli olmayan bir ölkə, qətiyyən keyfiyyətli və müvəffəqiyyətli ola bilməz. Qətiyyən keyfiyyət əldə edə bilməz. Qətiyyən müasir ola bilməz, Avropalaşmış ola bilməz. Qadını ziyalı, azad, şən və baxımlı deyilsə, sevinmək, gülmək, idman etmək, yemək və içmək məsələlərində azad deyilsə, həmin ölkə heç vaxt aydınlıq ölkə deyil. Çox qararmışdır və hər qaralan ölkə mütləq dağılar, Allah qorusun. Sitatlar
Qadınlara təzyiq göstərən bir zehniyyət əsla abad olmaz. Qadınları azad olan ölkə inkişaf edər, Allah onun yolunu açar. Qadına təzyiq varsa ora məhv olar. Sitatlar
Qadınlar xoşbəxt olarsa, cəmiyyət də xoşbəxt olar. Qadınların xoşbəxt olması üçün də, sərbəst olmalı və qorunmalıdırlar. Həm dövlət, həm də xalq qorumalıdır, hər kəs qadınları qorumalıdır, onlar hər yerdə üstün tutulmalıdırlar ki, şən olsunlar. Sitatlar
Hər keyfiyyətsiz dövlət dağılar. Qadını təzyiq altında olan hər dövlət məhv olar. Çünki insanların yarısı qadındır. Qadına zülm varsa orada rahatlıq olmaz. Allah intiqam alar. Sitatlar
Qadınlar rahat geyinməli, rahat yaşamalı və bütün dünyada sərbəst olmalıdırlar. Bunu etməyən hər ölkə həlak oldu. Qadınların azad olduğu hər ölkə, ən müasir, ən firavan, ən dinc ölkədir. Əksi olmaz. Çarşablı da istədiyi kimi geyinsin, üzünə rübənd salan da rübənd salsın, sərbəst olmalıdır, qadınlara təzyiq olmamalıdır. Sitatlar
Biz Avropalı, ziyalı, sevgi dolu olsaq, qadınlara dəyər versək, onların azad olduğu açıqca görülsə, incəsənətə, elmə, estetikaya çox əhəmiyyət versək, dünyanın ən keyfiyyətli ölkəsi olarıq. Hər kəs bizə heyran qalar. Bu olmasa qovrulub yox olarıq. Sitatlar
Qadını müasir olmayan ölkə heç vaxt müasir olmaz. Qadını rahat olmayan, qadını azad olmayan bir ölkə heç vaxt azad olmaz. Qadınların gülmədiyi bir ölkədə heç kəs gülə bilməz. Qadınlar xoşbəxt deyildirsə, heç kəs xoşbəxt olmaz. Sitatlar
İslamda çətinlik yoxdur. Allah asanlıq olmasını istəyir, ayədə dəfələrlə vurğulayır, "hz. İbrahim (ə.s)-ın dini kimi asandır" deyir. Başqa bir ayədə isə: "Allah sizin üçün çətinlik istəməz, asanlıq istəyər" deyir. İslam bayram kimidir, sevinc dinidir. Asıb-kəsmək, döymək, söymək və qadınlara həyatı zəhər etmək; bunlar yoxdur. İslamda qadınlar çiçək kimidir. Sitatlar
Qadın üstün varlıqdır, gözəl varlıqdır. Allah qadın və kişini bərabər yaratmışdır, amma   qadın mötəbər varlıqdır. Sitatlar
Ənənəvi ortodoks İslam, qadını yarım insan hesab edir. Halbuki qadın və kişi   bərabərdir. Allah bu həqiqəti bir çox ayədə bildirir. Sitatlar
Qadın Quranda əziz tutulmuşdur. Qadın ayələrdə təriflənilir, ucaldılır və qorunur. "Qadın   yarımçıq varlıqdır" deyənlər, tam fərqli bir düşüncəyə sahibdirlər, bu mövzuda Qurana   tabe olmurlar. Sitatlar
Qadının olduğu yerlərdə savaşmaq olmaz, gərginlik olmaz, nəzakət olar. Qadınların olmadığı yerdə kobudluq olar ümumiyyətlə. Bir qadın belə olsa hər kəs nəzakətlə davranar. Qadın hər yerə nəciblik, nəzakət gətirər. Sitatlar
Yaxşı niyyətli, təmiz qəlbli bir qadın çox gözəl olur. İçi şeytanlıqla dolu olduqda, üzü çox çirkin olur, ağlı da itir. Mənfur olurlar. Sitatlar
Qadınların siyasətə girə bilməməsinin səbəbi, çox mərhəmətsiz bir sistem olmasıdır.   Həm dedi-qodu sistemi, həm də fitnə sistemidir. Ağlasığmaz bir çarx işləyir. Hara   gedirsən get az və ya çox olur. Əlbəttə ki, mehdilik dövründə belə bir şey olmayacaq.   Belə mərhəmətsiz quruluş olmaz. İnsanlar əbəs yerə özlərinə əzab çəkdirirlər. Sitatlar
Çiçəyi, ananı, pişiyi, qadını Allahın təcəllisi olaraq sevərsən. Gözəl qoxunu, atları hər şeyi, bütün heyvanları Allahın təcəllisi olaraq sevərsən. Əgər cisim olaraq sevsən, ət sevgisinə çevrilər, ətin də seviləcək yönü olmaz. Allah bunun tədbirini alaraq yaratmışdır. Sitatlar
Sitatlar
Zəka qadına çox yaraşır. Yəni gözündəki o ağıllı ifadə. Məsələn, mənasız, quş kimi   baxan bir qadının, təəssüf ki, bütün ehtişamı, bütün heybəti getmiş olur. Əgər həqiqətən   bir problemi yoxdursa, özünü bu hala gətirməsi çox böyük bir ağılsızlıq olar. Sitatlar
Ümumiyyətlə, tarix boyu dünyanı qadınlar üçün cəhənnəm mühitinə çevirmişdilər.   Qadın olaraq dünyaya gəldiyi təqdirdə əylənmə, istədiyi kimi geyinmə, bəzənmə imkanı   yoxdur, sevib-sevilmə hüququ yoxdur, sevinməsi qadağandır, hər şey qadağandır.   Buraxın əylənsinlər, şən olsunlar, istədikləri kimi geyinsinlər. Artıq yaxalarından əl çəkin,   imkan verin hüzurlu yaşasınlar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur