logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 14 may 2014

avatar

Adnan Oktar

Qadınlara qarşı şəfqət ruhu qadına qarşı sevgini artırar. Bəziləri qadına yalnız cinsi mənfəət kimi baxır. O zaman nifrət ruhu ilə yaxınlaşar. Şəfqət, mərhəmət və onu qoruma ruhu sevgini çox artırar. Onsuz da Quranda həmişə şəfqətdən bəhs edilir. Yəni mərhəmətlə qarışıq sevgi, qoruyucu sevgidən bəhs edilir.
A9 TV; 14 may 2014
965
avatar

Adnan Oktar

Mömin hər yerə nurla, imanla baxdığı üçün hər yer möminə aydınlıqdır. Allah hər yeri onun üçün aydınladar, cənnətə çevirər.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

Yas hörmət mənasındadır; nəzakət göstərmək, diqqət yetirmək, maraqlanmaq. Yoxsa üz-gözünü cırmaq, ağlamaq, kədərlənmək, dərd çəkmək, dağıtmaq, iztirab çəkmək deyil. Bunlar şirk olar.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

Mədənlərdə robot texnologiyasından istifadə edilməlidir, qəti şəkildə insanlardan istifadə etmək olmaz.
A9 TV; 13 may 2014
avatar

Adnan Oktar

Allah Türkiyəni bölmək istəyənlərin bəsir��tini, fərasətini bağlasın. Onları bütün bəlalara düçar etsin. Türkiyəni böldürmərik.
A9 TV; 13 may 2014
avatar

Adnan Oktar

Kilsə də, sinaqoq da, məscid də Allahın evidir. İstəyən istədiyi yerdə ibadət edə bilər. Allah bütün dünyanı bizə məscid etdi.
A9 TV; 13 may 2014
avatar

Adnan Oktar

Qatı dinçiliklə İslamofobiyanı inkişaf etdirdilər. Xurafatçılar bunu bacarır. Mehdiyyət olmasaydı xurafatçılar İslamı yer üzündən silmişdilər. İslamın dünyada qalmasının səbəbi mehdiyyətdir. Türkiyəni bölə bilməmələrinin səbəbi də mehdiyyətdir. Yoxsa Türkiyəni də yerlə-yeksan edəcəkdilər.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Bir insan Allah Qatına, cənnətə gedən bir insan üçün özünü döyürsə, ağlayırsa, üz-gözünü cırırsa bu Allahın yaratdığını bəyənməmək, Allaha üsyan etməkdir, haşa. Amma Allaha şükür edirsə, həmd edirsə, sevinc içində Allaha qovuşmanı, Allah ilə birləşməyi, cənnətə getməyi gözəl sayırsa bu, mömin xüsusiyyətidir. Əksi müşrik xüsusiyyətidir.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Ölən insanlardan sonra yas tutmaq Məkkə müşriklərinin adəti idi. Şumerlərdən, qədim yunanlardan qalma bütpərəst adətidir.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Din olmasa həyatın bir mənası yoxdur, Allah qorusun. Mən din üçün, Allah üçün yaşayıram. Hamımız eləyik, inşaAllah.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Din Yaxın Şərqin digər adıdır. Yaxın Şərqin ruhudur. Din olmadan Yaxın Şərq olmaz. Din olmadan həyat olmaz.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Birlik mehdiyyət ruhu ilə çox qəti olaraq əldə edilər. Hər kəs "birlik olaq" deyir. Kimsə əhəmiyyət vermir. İrqçilik, məzhəbçilik, bölgəçilik, hətta məhəlləçilik də yayılmışdır. Ona görə Peyğəmbərimiz (s.ə.v) bu bəlanı bildiyi üçün Mehdisini xüsusi olaraq vəzifələndirir.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Üç-beş il sonra Türkiyə də, dünya da tamam fərqli olacaq. Mehdiyyət sağlam və güclü quruluşu ilə addım-addım irəliləyir, əlhəmdülillah.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Allah gözəl əxlaqda xüsusi bir nur endirər. Əks halda Firon və yaxud Nəmrud kimi bir üz yaranar. Özünü Allaha təslim et, nur kimi ol.
A9 TV; 8 may 2014
avatar

Adnan Oktar

Risalə-i Nura insanın bir yolla qovuşması onun dünyasını çox açar. Onun üçün hər kəsdə, qardaş-bacılarımızın evlərində kiçik də olsa bir Risalə-i Nur risaləsi olmasında fayda vardır. Çünki orada səmimi bir dil, müsəlman dili vardır.
A9 TV; 8 may 2014
avatar

Adnan Oktar

Axırzamanda tank, top, İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi) heç biri qalmayacaq. Hamısı sənayedə istifadə ediləcəkdir. Mehdi (ə.s) dövründə silah yoxdur.
A9 TV; 2 may 2014
avatar

Adnan Oktar

Mehdi (ə.s) dövründə kimsə digərini linç etməz. Gözəllik sadəcə sevgi və səmimiyyətdir. Hər yerdə Allah qorxusu, Allah sevgisi olacaqdır. Əbəs yerə insanlar bir-birlərini incidirlər.
A9 TV; 2 may 2014
avatar

Adnan Oktar

Mehdi (ə.s) dövründə birisi digərinin başına bir şey atmaz. Buna görə bir dənə də olsun İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi) olmaz. İHMV-lərdən Axırzamanda, Mehdi (ə.s) dövründə bağ və bağçaların suvarılmasında istifadə ediləcəkdir.
A9 TV; 2 may 2014
avatar

Adnan Oktar

Mehdiyyət dövründə polis, İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi), qaz bombası olmaz. Nə üçün? Sevgi hakim olduğuna görə. İndi sevgi hakim deyil. Qorxu və şiddət hakimdir.
A9 TV; 2 may 2014
avatar

Adnan Oktar

Şeytan böyük bir orduya sahib oldu. Mehdi (ə.s)-ın ordusu çox kiçikdir. Amma görəcəksiniz, o kiçik ordu dəccalın ordusunu fikri mübarizədə yerlə-yeksan edəcəkdir. Şeytanın ordusu dəccalın ordusu deməkdir.
A9 TV; 2 may 2014
avatar

Adnan Oktar

Allah əvvəlcə bəlanı, pisliyi yetərincə göstərir. Sonra təmizliyi, üstünlüyü, gözəlliyi göstərəcək. Hal-hazırda dünya cəhənnəmi yaşayır. Bir müddət sonra cənnəti yaşayacaqdır.
A9 TV; 2 may 2014
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Şəfqət, mərhəmət, mülayimlik―Allahdan istədiyimiz bu deyilmi? Cənnətdə nə istəyirik? Allahın bizi bağışlamasını, bizə qarşı mülayim, şəfqətli və qoruyucu olmasını istəyirik. Biz də insanlara qarşı belə olmalıyıq. Sitatlar
Allah insanların Ondan uzaqlaşmasına, Darvinizmə, materializmə meyl göstərmələrinə, materialist ruha düşmələrinə, xüsusilə də Qurandan uzaqlaşmalarına görə qadın gözəlliyini, qadın sevgisini dünyadan aldı. Sitatlar
Qadına qarşı nifrət olduqca, İslam aləmində nicat, qurtuluş olmaz, bəla yağış kimi yağar. Allahın qullarının yarısı qadındır. Qadına belə nifrət Allahın bəlasını qazandırar. Sitatlar
Qadınlar son dərəcə ağıllı, incə düşünən, sənətkar ruhlu mükəmməl varlıqlardır. Qadınlar çox ağıllıdır. Təfərrüatları çox yaxşı görərlər, kişilərdən daha çox təfərrüatlı görərlər. Sitatlar
Qadınların bəyənilən olması gözəldir. Qadına və kişiyə qadağan olan çirkinlikdir, fahişəlikdir. Yəni haram olan cinsi əlaqəyə girməkdir. Yoxsa, qadının bəyənilməsində, kişinin bəyənilməsində günah yoxdur. Sitatlar
Məclisin ən azından yarısının qadın olması lazımdır. Qadınlara da olduqca çox azadlıq verilməsi lazımdır. Kişi suverenliyi vardır, bu, açıq-aşkar görülür. Qadınlar xeyli üstündür, çox qiymətli, ağıllı, sadə, saf və bəzəkli, gözəl varlıqlardır. Onlar dünyanın bəzəyidir. Sitatlar
Dünyanın hər tərəfində qadınlar əzilir, insanlar bunu seyr edir. Mehdiyyət ilə bu bəla aradan qaldırılacaq. Mehdi (ə.s) bu bəlanı aradan qaldıracaq. Qadınların baş tacı olduğu sistem, qadınların olduqca azad olduğu sistem mehdiyyətdədir. Sitatlar
Allahın mərhəmətinə, şəfqətinə, ağlına güvənəcəklər. Çünki sənin mərhəmətini O yaradır, şəfqətini O yaradır, məntiqini O yaradır. Sitatlar
Hər şeyə şəfqətlə, mərhəmətlə, ağıl gözü ilə baxmaq lazımdır, sakit şəkildə baxmaq lazımdır. İki günlük dünyadır, imtahan olunuruq. Bəzi insanlar nəfslərinə tabe ola bilərlər. İnsan nəfsinə uysa dindən çıxmaz, ancaq günaha girmiş olar, səhvi olar. Sitatlar
Kişilərin qadınlar üzərindəki müdaxiləsi aradan qalxmalıdır. Həqiqətən də bu, çox  utandırıcı bir şeydir. Yüz ilin eyibidir. İnsanlar bu bəladan qurtulmalıdırlar. Xanımlar yetərincə azad olmalıdırlar. İstədikləri kimi geyinəcək, danışacaq, gəzəcək. Sitatlar
Xanımların heç bir işinə qarışılmamalı, daim yaxşı mənada seçilməlidirlər. Qadınları hər yerdə keyfiyyətli, təmiz, baxımlı görəcəyik. Sitatlar
Xanımları idarə etmə siyasəti və üslubu, yəni zahirən bu üslub bir qədər qıcıqlandırıcı və narahatdır. Xanımlar xeyli ağıllı, çox mədəni, keyfiyyətlidirlər. Allah insanları: kişiləri və qadınları bərabər yaratmışdır və hər cəhətdən eyni hüquqa malikdirlər. Sitatlar
Xanımlar azad olmalıdırlar. Yəni kişilər xanımlara yol göstərməməli, ağıl verməməlidir. Əgər ağıl vermək lazımdırsa, xanımlar bəylərə ağıl verərlər. Yəni kişilər qadınlara bu mövzuda hörmət etsinlər. Sitatlar
Qadınlara hörmət edilməlidir. Hər qadın öz şərəfini, namusunu necə qoruyacağını, necə geyinəcəyini çox yaxşı bilir. Sitatlar
Qadınlar olduqca nəzakətli, zərifdirlər. Qadınlar güldür. Necə ki, bağçadakı qərənfilə qulluq edilər, diqqət yetirilər. Qulluq edilmədikdə dərhal solar. Qadın da elədir. Qadınların hər şeyinə diqqət yetirilməlidir. Qadınların ruhən və bədən cəhətdən mükəmməl olmaları üçün, onlara çiçəkdən də çox diqqət yetirmək, hörmət etmək lazımdır. Sitatlar
Yaxşılıq, mərhəmət etmək, şəfqət, sevgi göstərmək çətindir. Qırıb-tökmək çox asandır. Bəziləri əlinə tüfəngi alıb ətrafdakıları biçib qırır. Amma sevgi göstərmək əmək, iradə, mərdlik istəyir. Səbrin, əzmin ən son mərhələsini istəyir. Sitatlar
Qurana görə şəfqət, mərhəmət, insanı ucaltmaq vacib mövzudur. Sitatlar
Sevgi və şəfqət türk ordusunun əsas xüsusiyyətidir. Onun üçün bütün dünya orduları türk ordusuna heyrandır, mehribanlığına, mərhəmətinə, ədalətinə, etibarlı olmasına, möhtərəmliyinə heyrandır. Sitatlar
Hər inanca mənsub insana şəfqətlə yanaşmaq müsəlmanlığın vəzifəsidir. Sitatlar
Sağın sənəti yox, mehdiyyətin isə sənəti var. Sağın şəfqəti əksikdir: Mehdiyyətin şəfqəti isə daha güclüdür. Solun, yəni kommunizmin mərhəməti, şəfqəti, sevgisi yoxdur. Amma mehdiyyətdə var. Hər ikisinin də sənət anlayışı çox dar çərçivədə, demək olar ki, yoxdur. Mehdiyyətin sənət anlayışı çox dolğun, ölçüyə sığmazdır. Sitatlar
Fənərbaxça, Beşikdaş, Qalatasaray tərəfdarları ―onlar da bir-birlərini çox sevsinlər. Döyməyə, söyməyə, kəsməyə, asmağa, təhqirə nə ehtiyac var? Bu dəhşət iman zəifliyindən qaynaqlanır. Futbol komandası tərəfdarlarına sevgi, mərhəmət, şəfqət baxımından təhsil vermələri lazımdır. Hər yerdə xüsusi söhbətlər təşkil edilməlidir. “Sevgi günləri” adlı gün təşkil etmək lazımdır. Bir-birilərinə isinmələri üçün yığıncaqlar təşkil etmək lazımdır. Sitatlar
İmtahan o qədər əhəmiyyətlidir ki, imtahan verməsək cənnət mənasız olar, Allah göstərməsin. Bu, çox mühüm məsələdir. Sevgi öz mənasını tapır. Çünki sevgini öyrənmək lazımdır. Səbir, şəfqət yoxdursa, kainat mənasız olur. Sitatlar
Sevgi dolu olun, şəfqət üslubundan istifadə edin. Zülmkar üslubunu istifadə etməyin. Şəfqətdə bərəkət, zülmkarlıqda bərəkətsizlik vardır. Sitatlar
Müsəlmanın xüsusiyyətləri mərhəmətdə, şəfqətdə, nəzakətdə, təmizlikdə ən irəli olandır, ən gözəl geyinən, yeyib-içən, paylayan, ən ədalətli, mərhəmətli, ictimai ədaləti mükəmməl şəkildə tətbiq edən olmasıdır. Sitatlar
İmanlısansa saf və səmimi olmalısan. Belə olduqda səni də saf və səmimi görən insanlar sevgi gözü ilə yanaşarlar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur