logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 22 may 2018

avatar

Adnan Oktar

Qüdsdəki məsələnin həlli İslam Birliyi ilə mümkündür. Müsəlmanların birlik olması fərzdir. Bir-birlərinə vəlayət bağıyla bağlanmaları, qardaş olmaları fərzdir. Ayrı olmaları isə haramdır. İttihadı İslam olduğunda bütün məsələlər təməldən həll edilər. İttihadı İslam musəvilər və xristianlar üçün də, dinsizlər ateistlər üçün də güvəncədir.
A9 TV; 22 may 2018
719
avatar

Adnan Oktar

Passiv çözümlər yerinə həqiqi çözümlər ortaya qoymaq əhəmiyyətlidir. Qınamalar, boykotlar və başqaları passiv çözümlərdir. Həmişə qınamaq yerinə, "müsəlmanlar birlik olaq, bütün müsəlmanları qurtaraq" demək lazımdır.
A9 TV; 21 may 2018
avatar

Adnan Oktar

MHP mədəni milliyyətçidir. İrq milliyyətçisi deyil. Kürd canlarımıza hörmət və sevgi duyar. Bunun əksini iddia edənlər səmimi davranmırlar. Amma bu mövzunu təbliğat vəsaiti olaraq istifadə edənlər varsa, MHP bu mövzuda daha güclü antitəbliğat edə bilər.
A9 TV; 21 may 2018
avatar

Adnan Oktar

Darvinizm Allahın açıq şəkildə inkarıdır. Mən və dostlarımdan başqa bu mövzunun üzərində dayanan demək olar heç kim yoxdur. Allahın açıq şəkildə inkar edilməsindən bir çox müsəlmanın heç bir narahatlıq hiss etməməsi çox ibrət vericidir.
A9 TV; 21 may 2018
avatar

Adnan Oktar

Allah ülfəti sakit qalmağımız üçün xüsusi yaradır. Ülfətin iki faydası vardır. Həm ülfəti qaldırma səyi ibadətdir, həm də ülfətin olması insan üçün rahatlıqdır. İnsan beynin içində gözsüz görən, qulaqsız duyan, dilsiz olduğu halda qəhvənin dadını alan, musiqidən zövq alanın kim olduğunu düşünsə Allahın varlığını çox açıq görər.
A9 TV; 21 may 2018
avatar

Adnan Oktar

Bir insan sevdiyi üçün əziyyətə sinə gəlirsə, səbir göstərirsə həqiqətən sevir deməkdir. Allah çətinliklər, acılar, əziyyətlər içində sevgimizi görmək istəyir. İmtahanın bütün sirri buradadır. İnsanların bir qismi bu sirri heç cür başa düşmürlər.
A9 TV; 19 may 2018
avatar

Adnan Oktar

Heç bir nəticə alınmayacaq üsullarla vaxt itirmək yerinə qəti çözüm olan İslam Birliyini yaratmaq lazımdır. Müsəlman ölkələrin liderləri bir araya gəlsinlər. “İslam Birliyini istəyirik və bunun üçün səy göstərəcəyimizə söz veririk” deyə and içsinlər. Hörmətli Putin də qatılsın bu yığıncağa. İsrail, Yunanıstan da bu birliyin içində yer alsın. Sevgini, dostluğu, qardaşlığı, sülhü istəyən İslam Birliyindən başqa dünya üçün çözüm yoxdur.
A9 TV; 19 may 2018
avatar

Adnan Oktar

Şirk ağlın bağlanmasına səbəb olar. Mühakimə, düzgün qərar vermə pozular və insan qeyri-sabit olar. Ümumi şüursuzluq halı meydana gələr.
A9 TV; 18 may 2018
avatar

Adnan Oktar

Dini ağla, məntiqə uyğun olaraq izah edən və gənclərə təbliğ edən demək olar tək bizik. Bizim izahlarımızla, Quran müsəlmanlığını bütün gənclər sevərək və istəyərək qəbul edir.
A9 TV; 18 may 2018
avatar

Adnan Oktar

İslam aləminin birləşib sevgini, qardaşlığı, sülhü dünyaya hakim etməsi çox asandır. Müsəlman liderlər bir araya gələcəklər, sarılıb qardaş olaq deyəcəklər. İsrail, Rusiya, Yunanıstan bütün bölgə ölkələrini də bu Birliyin içinə alacaqlar. O zaman Yaxın Şərq tam fərqli, çox gözəl, çox keyfiyyətli bölgə olar.
A9 TV; 18 may 2018
avatar

Adnan Oktar

Müsəlmanların birlik olması, İslam Birliyinin qurulması qardaşlıq bağının və sevginin meydana gəlməsidir. “Birlik olaq intiqam alaq” məntiqi ilə İslam Birliyi olmaz. Birlik olaq, musəvilərlə, xristianlarla dost olaq, qardaş olaq, birlikdə sevgi içində yaşayaq istəyirik. Qurana uyğun olan budur. Allahın istədiyi budur.
A9 TV; 18 may 2018
avatar

Adnan Oktar

Müsəlman ölkələrin liderləri toplanacaq yalnız bir cümlə söyləyəcək: “İslam Birliyini istəyirik”. İslam Birliyini istəyirəm demək belə çətin gəlir bəzilərinə. İslam Birliyi çətin deyil, imkansız deyil. Sadəcə istəmək lazımdır. Müsəlmanlar bu istəklərini ifadə etsələr, dua hökmündə olar və reallaşar Allahın izni ilə.
A9 TV; 18 may 2018
avatar

Adnan Oktar

Dini, həyatın bütün gözəlliklərini əllərindən alan sistem olaraq gördükləri üçün dini yaşamağı qocalıq dövrünə buraxırlar. Dini yaşasa sürünəcəyinə inanır. Halbuki din həyatın ən zövqlü, ən sevincli, ən həyat dolu sistemidir.
A9 TV; 17 may 2018
avatar

Adnan Oktar

Fələstində olan həmişə fağır, məzlum xalqa olar. Qarşıdurma körükləndikcə xalqın yerindən yurdundan edilməsindən, qadınların, uşaqların evsiz-eşiksiz qalmasından başqa nəticə əldə edilmir. Bu qarşıdurma üslubunu tamamilə buraxıb, iki xalqı barışdırsaq, o müqəddəs torpaqları abadlaşdırsaq, bir arada təhlükəsizlik içində, sevinc içində yaşasalar, hər yeri bağ-bağça etsək, məktəblər inşa etsək, oyun bağçaları qursaq, bütün həyatı dəyişdirsək daha gözəl olmazmı? Dəccaliyyət həmişə müharibə istəyir, qan tökmək istəyir. Müsəlman olaraq biz israrla sülh istəyəcəyik, dostluq istəyəcəyik, sevgi istəyəcəyik.
A9 TV; 17 may 2018
avatar

Adnan Oktar

Şəhidimiz Möhsün Yazıcıoğlu İngiltərəyə getdi gəldi şəhid etdilər. Tayyib hocam dönən kimi sui-qəsd sözləri ortalıqda dolanmaya başladı. Dəfələrlə demişəm, bir daha deyirəm: “Tayyib hocamın saçının telinə toxunanın canına toxunarıq, qanunla hüquqla, elmlə ” Belə bir şeyi ağıllarından belə keçirməsinlər, millətimizdən çox çətin hüquqi qarşılıq alarlar.
A9 TV; 17 may 2018
avatar

Adnan Oktar

Dünyada, bir Allahın ruhunu daşıyan möminlər, bir də möminlərin imtahanı üçün yaradılmış ruhu olmayan xüsusi varlıqlar vardır. Allah bu ruhu olmayan insanları istifadə edərək möminləri öyrədər. Allah möminlərin sonsuza qədər rahat və hüzur içində yaşamasını istəyir amma Allah Özünə güvənilməsinə çox əhəmiyyət verir. İnsanlar da öz bədənlərini qiymətli gördükləri üçün balaca hər şeydə təlaşa qapılırlar. Bədənlərinə zərər gəlməsi qorxusu insanların çoxunun Allaha yaxınlaşmasına mane olur. Buna görə çətinliklər və acılarda çox böyük sirr vardır. Allah bu acılar və çətinliklər içindən Özünə yaxınlaşılmasına, Özünə güvənilməsinə çox əhəmiyyət verir.
A9 TV; 16 may 2018
avatar

Adnan Oktar

İslam ölkələrinin dostluq, qardaşlıq, sülh üçün bir araya gəlməsi vacibdir. İslam ölkələrinin liderləri bir araya gəldiklərində, “biz bütün insanlar üçün, hər dindən insan üçün azadlıq, hüzur və təhlükəsizlik istəyirik. Müsəlmanların birlik olmasını istəyirik” desələr bu gözəl dua olar.
A9 TV; 16 may 2018
avatar

Adnan Oktar

Allahın varlığını anladıqda və böyüklüyünü qavradıqda sevdiyimiz hər şey Onda toplanar. Çiçəklər, pişiklər, quzular, gözəlliklər, sevdiyin insan hamısı Allahın təcəllisidir. Hamısına duyduğumuz sevgi Allaha olan sevgimizdir.
A9 TV; 15 may 2018
avatar

Adnan Oktar

Zalımlıq edən hər kim olarsa Allah hidayət versin, hidayət vermirsə həlak etsin. Demək olar hər yerdə ağla gələn tək çözüm qınama, müharibə və qarşıdurma olur. Zalımlar cəzalandırılsın, ədalət yerini tapsın. İsrailin də zalımları, varsa Fələstinin də zalımları haqq etdikləri hüquqi qarşılığı alsın. Amma hədəf həmişə sülh, hüzur, qardaşlıq və dostluq olsun. Əvvəlcə dostluq, qardaşlıq istəyək. O gözəl torpaqlar musəvilərin, xristianların, müsəlmanların birlikdə, dostca yaşadığı yerlər olsun. Aralarda tikanlı tellər, nəhəng divarlar olmasın. Sevinc içində halaylar çəkilsin, zeytun ağacları əkək, hər yeri bağ-bağça edək, gənclər xoşbəxt olsun. Hədəfimiz həmişə gözəllik, yaxşılıq, sülh və dostluq olsun.
A9 TV; 15 may 2018
avatar

Adnan Oktar

Dünyaya sülhün gəlməsi üçün bütün gücümüzlə səy göstərməyə davam edəcəyik. Hər zaman müharibə, silahlanma və qan əleyhinə olacağıq. Dostluq, sevgi içində yaşamaq və axirətə getmək lazımdır. Allahın istədiyi budur. Allah insanlardan sevgi, sülh, dostluq istəyər. Dəccaliyyətin qızışdırdığı hirsi və kini susduracayıq. Savaş üçün istədikləri provokasiyanı etsinlər, bu çaxnaşmalara görə mükafat verdirtməyəcəyik.
A9 TV; 15 may 2018
avatar

Adnan Oktar

Fələstin xalqının qurtuluşu üçün həqiqi çözüm üzərində dayanmaq vacibdir. Uzun illərdir qınamalar verilərək nəticə əldə edilə bilmir. Tam fərqli üsula ehtiyac vardır. Müsəlman zülmə hər zaman qarşıdır və bunu ifadə edir, amma qınamalar tək başına birdəfəlik çözüm gətirməz. Sevgini və sülhü təlqin etmək birdəfəlik çözüm gətirər. Həmişə qarşıdurma, müharibə, işğal, hücum iki tərəfə də yalnız acı gətirər. Acıların qat-qat artacağı yollara deyil, təhlükəsizliyi və sülhü gətirəcək yollara tabe olmaq lazımdır. Sevgi və sülh ən asan olandır. Amma insanlar bunun üsulunu bilmir. Sülhü təmin etmək çətin deyil. Bir sözə baxar. "Gəlin qardaş olaq" deyilsə hər şey bitər. İsrail xalqı ilə Fələstin xalqı peyğəmbər soyu iki gözəl xalqdır. İkisi də dindar, ikisi də çalışqan, ikisi də təmiz, ikisi də ən gözəl həyatı haqq edir. Qarşıdurmanı qızışdıran hər cür üslubdan çəkinib, bir-birlərini qoruyacaq, şəfqət duyacaqları üslub istifadə etmək və sülhü təlqin etmək lazımdır. İki tərəf də Allaha iman edir, iki tərəf də eyni Peyğəmbərləri sevir. Bölüşəmədikləri nədir? Torpaqdırsa, Yaxın Şərq çox geniş bölgədir. Hər yer boş və geniş ərazidir. Fələstinlilər də, İsraillilər də istədikləri hər yerə məskən salsınlar. Bölgəni yaşıllaşdıraq, gözəlləşdirək, gənclərə gözəl imkanlar təmin edək. Bağ-bağça, nəşə və sevincin olduğu yer olsun. Müsəlmanlar, musəvilər, xristianlar bayram kimi yaşasınlar. Qardaş olmanın ucsuz-bucaqsız faydası vardır. Hər şeydən əvvəl Allahın razılığını qazanmış olarıq. Heç kim qorxu içində yaşamaz, gərginlik hiss etməz. Silaha pul yatırmaq yerinə bölgənin rifahı, sevinci üçün pul xərclənər. Həmişə xeyirli, yaxşı iş görmək düşünülsə mərhəmətsizlik ortadan qalxar.
A9 TV; 15 may 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Müsəlmanların birləşməsinin tək çözüm olduğunu müsəlmanlar həmişə gündəmdə saxlamalıdır. Tək cümlə İslam aləminin hər yerində gündəmə gətirilsə böyük təsiri olar. Misirdən bir jurnalistə, Tunisdə bir market sahibinə, Fələstində bir şagirdə hər kəs "müsəlmanların birləşməsi tək çözümdür" deyə yazsa, dalğa-dalğa yayılar. Sitatlar
Heç bir nəticə alınmayacaq üsullarla vaxt itirmək yerinə qəti çözüm olan İslam Birliyini yaratmaq lazımdır. Müsəlman ölkələrin liderləri bir araya gəlsinlər. “İslam Birliyini istəyirik və bunun üçün səy göstərəcəyimizə söz veririk” deyə and içsinlər. Hörmətli Putin də qatılsın bu yığıncağa. İsrail, Yunanıstan da bu birliyin içində yer alsın. Sevgini, dostluğu, qardaşlığı, sülhü istəyən İslam Birliyindən başqa dünya üçün çözüm yoxdur. Sitatlar
İslam aləminin birləşib sevgini, qardaşlığı, sülhü dünyaya hakim etməsi çox asandır. Müsəlman liderlər bir araya gələcəklər, sarılıb qardaş olaq deyəcəklər. İsrail, Rusiya, Yunanıstan bütün bölgə ölkələrini də bu Birliyin içinə alacaqlar. O zaman Yaxın Şərq tam fərqli, çox gözəl, çox keyfiyyətli bölgə olar. Sitatlar
Müsəlman ölkələrin liderləri toplanacaq yalnız bir cümlə söyləyəcək: “İslam Birliyini istəyirik”. İslam Birliyini istəyirəm demək belə çətin gəlir bəzilərinə. İslam Birliyi çətin deyil, imkansız deyil. Sadəcə istəmək lazımdır. Müsəlmanlar bu istəklərini ifadə etsələr, dua hökmündə olar və reallaşar Allahın izni ilə. Sitatlar
İslam ölkələrinin dostluq, qardaşlıq, sülh üçün bir araya gəlməsi vacibdir. İslam ölkələrinin liderləri bir araya gəldiklərində, “biz bütün insanlar üçün, hər dindən insan üçün azadlıq, hüzur və təhlükəsizlik istəyirik. Müsəlmanların birlik olmasını istəyirik” desələr bu gözəl dua olar. Sitatlar
Şeytanın çirkin fısıltısını, münafiqləri dinləmək, Qurana görə haramdır. Heç bir münafiqin, heç bir şeytanın, İslam əleyhinə deyilən heç bir sözün dinlənilməməsi lazımdır. Allah, İslam əleyhinə danışılan yerdən uzaqlaşmaq lazım olduğunu bildirmişdir. Müsəlman, münafiqin pisliyiylə, lağım kimi dünyasıyla ünsiyyətdə olmaz. Sitatlar
Gəncləri rəqs etdikləri üçün cəzalandırmaq və bunu İslam adına etmək Qurana heç bir şəkildə uyğun deyil. İranın bu məcbur etmə anlayışı çox səhvdir. Bir gənc qızı rəqs etdiyi üçün həbs etmək, kriminal insanların arasına qoymaq heç vaxt qəbul ediləcək bir şey deyil. Sitatlar
Dollarla ticarəti tamamilə aradan qaldıraq. Dollarla əməliyyat etmək qanunla qadağan edilsin. Tayyib hocamı devirmək üçün iqtisadiyyatla oynamağa çalışırlar. Buna qarşı hücum olaraq dollar istifadəsini ləğv edək. Qızıl əsas dəyər olsun. Rusiya ilə, İran ilə, Azərbaycan ilə öz pulumuz ilə ticarət edək. Bölgə ölkələri birləşək və öz pullarımızı istifadə edək. Avropa və Amerikaya möhtac olmaq vəziyyətində deyilik. Sitatlar
Tayyib hocamdan və hökumətimizdən xahiş edirik dollarla kirayə dərhal qanunla ləğv edilsin. Dollarla ticarət ləğv edilsin. Türkiyədə bütün əməliyyatlar Türk pulu ilə edilsin. Türkiyəyə iqtisadi tələ quranlara ən yaxşı cavab bu olar. Tayyib hocamdan başqa xahişimiz də, azadlıq və müasirlik ola bildiyi qədər təşviq edilsin. Gənclərin, qadınların azad, istədikləri kimi yaşaya biləcəkləri çox yaxşı vurğulansın. Türkiyənin daha da modernləşməsi və azad olması, qurulan bütün tələləri tərsinə çevirər. Sitatlar
Münafiq hər nə edirsə etsin axmaqdır. Hər etdiyi özünə zərər verir. Sitatlar
İncəsənət və azadlıq həyatın iki işığıdır. Sənətkarları dəstəkləmək bir növ ibadətdir. Azad olmalarının üzərində dayanmaq bütün qara buludları dağıdar. Xüsusilə qadınlara və gənclərə azadlıq vacibdir. Təzyiqlə əlaqəli heç bir anlayışı qəbul etməmək lazımdır. Sitatlar
Quran müsəlmanlığında ola bildiyi qədər azadlıq vardır. Allahın haramları çox azdır. Gənclər, qadınlar tam istədikləri kimi azaddırlar. Və Qurana görə hər insan anası atası kimi bütün insanlara baxmaqla mükəlləfdir, bu çox gözəl güvənc və nemətdir. Sitatlar
Tayyib hocamı 55-60% deyil, ən az 70% səslə yenidən cumhurun başı edək inşaAllah. Tayyib hocam çalışqan, şövqlü, dürüst, dünya ehtirası olmayan insandır. Anadolu insanıdır. Bizdən biridir. Hərəkətləri, missiyası, idealı bizim millətimiz üçün çox güvən vericidir. Sitatlar
Ölümü düşünmək insanın daha stabil, daha tutarlı olmasını təmin edər. Dünya ehtirası ilə cinnət halı yaşayan, vəhşi rəqabət ehtirası ilə özünü həlak edən insanlar üçün ölümü düşünmək şəfadır. Ölümü düşünərək insan eqoizmdən uzaqlaşıb, daha stabil, mərhəmətli, məqbul hala gəlir. Sitatlar
Dünyanın hüzurunu əlindən aldılar. Qadınların əlindən azadlığı aldılar. İncəsənəti öldürdülər. Yeni bir sənətkar, yeni bir incəsənət əsəri çıxmır. Dəccaliyyət dünyanı həm ruhən, həm də fiziki olaraq öldürür. Həmişə dünyanın hər yerindən ölüm xəbərləri gəlir. Kimyəvi silahla öldürməyə qarşıyıq amma səhərdən axşama kimi bomba yağdırmağa qarşı deyilik, deyirlər. Burdakı anormallığı belə görə bilmirlər. Bu dəhşət Mehdiyyətin zühuruyla tamamilə ortadan qalxacaqdır. Sitatlar
İnsanların çoxunun ülvi məqsədi yoxdur. Niyə yaşadıqlarını bilmirlər. Din deyə təqdim edilən sistem insanlara dəhşət yaşadan və dinlə əslində heç bir əlaqəsi olmayan sistemdir. Dinsizlik də dəhşət vericidir. Gənclər iki dəhşətin arasında qaldılar. Biz var gücümüzlə elmlə, irfanla bu dəhşəti aradan qaldırmağa cəhd edirik. Sitatlar
Rəhmətlik Adnan Menderes, Fatin Rüştü Zorlu və Həsən Polatkanı rəhmətlə və hörmətlə xatırlayırıq. Allah onları cənnətə layiq etsin. Sitatlar
Azadlıq anlayışı cəmiyyət tərəfindən qəbul edilsə həqiqi azadlıq meydana gələr. Gözəl olan təhsillə, İslam əxlaqının hakimiyyəti ilə büt inancları ortadan qaldırmaqdır. İslam, Hz. Musanın əsası kimidir harada qırxayaq, ilan varsa hamısını udar. İnsanlara acı verən hər cür təzyiqi, yanlış ənənə və qadağanı udar, ləğv edər. Onun üçün həqiqi azadlıq ancaq İslamla təmin edilər. Sitatlar
Məscid toplantı məkanıdır, söhbət, dostluq, qardaşlıq məkanıdır. Sadəcə namaz üçün bir araya gəlinən məkan deyildir. Ehtiyacı olan olduğunda yatmaq üçün də qalmaq olar. Amma məscidləri axşam olanda bağlayırlar. Allahın evi bağlanmaz. Məscidlərin çox təmiz olması da çox əhəmiyyətlidir. Hər gələn təmizliyə kömək edəcək, süpürəcək, siləcək. Məscidlər tərtəmiz sevinc dolu məkanlar olacaq. Sitatlar
Yaxşılığı və xeyiri təşviq etmək əhəmiyyətlidir. Edilən xeyirli işləri gizlətmək lazımdır deyə düşünmək doğru olmaz. Məscid tikir bunu göstərir, insanlara da nümunə olmasını məqsəd qoyur. Namaz qılır, insanları təşviq etmək üçün bunu paylaşar. Amma kasıb insana kömək edərkən o insanın qürurunu qıracaq heç bir şey edilməz, o gözəllik səssizcə edilər. Maşından yardım atmaq və s. çox ayıb və çirkindir. Sitatlar
Cənub-Şərq bölgəsi almaz mədəni kimidir. Kürdlərin hər yönləri çox qiymətlidir. Kürdlərin adət-ənənəsi, şəfqəti, mərhəməti, sədaqəti, vəfası, təvazökarlığı çox gözəldir. Anadolu həmişə belə gözəlliklərlə doludur. Hamısının qiymətini çox yaxşı bilmək lazımdır. Sitatlar
Allah ilə əlaqə ən həyati məsələdir. Biz çox diqqətlə, xüsusilə Allahın böyüklüyünü düşünərək yaşamaq məcburiyyətindəyik. Allahın varlığını mömin onsuz da qəti olaraq bilər. Allahın böyüklüyünü isə yaxşı düşünmək lazımdır. Allahın böyüklüyünü yaxşı düşünən insan, hər şeyi Allahın etdiyini heç unutmadığı aləmə girər və ola biləcək ən yaxşı həyatı yaşamış olar. Sitatlar
Sadəcə yaşı böyük olanlara hörmət göstərilər deyə düşünmək səhvdir. Uşaqlar da hörməti haqq edir. Məsumluqları, təmizlikləri, günahsız olmaları kimi saysız gözəl, hörmət ediləcək xüsusiyyətləri vardır. Sitatlar
Bəzi Neoconlar israrla "dollarınızı satmayın" demələri, ediləcək ən doğru işin dolları satmaq olduğunun isbatıdır. Türk milləti fədakardır. Əvvəl vətəni düşünər, uşağını, gələcəyini qorumanın da vətəni qorumaqla mümkün olduğunu bilər. Öz ağıllarına görə Türk millətini eqoizmə çağırırlar, bu millət əsla eqoistlik etməz. Sitatlar
Allah, münafiqlərin 70 dəfə bağışlanma diləsələr də bağışlamayacağını bildirmişdir. Çünki münafiq Allaha xain, Peyğəmbərə xain, möminlərə xain, davasına xain bir alçaqdır. Qurana görə münafiqin bağışlanılması mümkün deyil. Ən şiddətli əzabla, cəhənnəmin ən dərinində əzab görəcəkdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur